Novruz - Azər Allahının ölüb-dirilməsinin bayramıdır
Qədim müdriklərin məntiqində Novruz rəmzi - Azər, yəni Asar-Osiris Allahı deməkdir. Asar sözü isə İsa-Ra, yəni "Ra günəş Allahının ruhu", "Ruhlar günəşi" və s. mənalarını verir. Başqa sözlə, sufi məntiqində Novruz bayramı qədim Misirin Ra günəş Allahı ilə bağlıdır. İran mənbələrinə görə Novruz - Cəmşid şahın göydə Kəyan taxtı qurub, burada günəştək qərar tutmasının bayramıdır. Bu o deməkdir ki, Novruz bayramı həqiqətən Ra günəş Allahı ilə bağlıdır. Qədim Misir yazılarına görə, Allah əvvəlcə bəşəriyyətə hakim kimi Osirisi, yəni Asar/Azər Allahını, sonra digər Allahları yaratmışdır. Osiris Allahı mətnlərdə, bütün Allahların ümumi obrazında, yəni Gel şəhərində yaradılmış kosmik Atum Allahı mənasında göstərilir. Atumun yaradılışı Tövratda - Allahın 7 günə var etdiyi dünya kimi rəmzləndirilmişdir ki, burada söhbət yaşadığımız fiziki dünyadan yox, göydəki ruhlar dünyasından, yəni cənnətdən gedir. Qədim müdriklər göydə yaradılmış bu ruhlar ölkəsini - "döv