Kürd nə deməkdir: ağlasığmaz gizli həqiqətlər
(Məqalənin Türk variantı bu saytdadır: https://firudin.blogspot.com/2026/11/kurd-ne-demektir-akl-almaz-gizli.html) Dünyanın qədim xalqlarından biri də kürdlər sayılır. Kürd dili də Türk, Çin, Ərəb və s. dillər kimi müxtəlif qollardan, ləhcələrdən ibarətdir ki, onların bəziləri bir-birini anlamır. Ortaya belə bir sual çıxır: müxtəlif dillərdə danışan insanlar hansı xüsusiyyətlərinə görə Türk, Kürd, Ərəb və s. xalqlar adlanırlar? Bu suala cavab tapmaq üçün ən qədim və müqəddəs sayılan Tövrata müraciət etmək lazımdır. Çünki yazılanlara görə, Allah dünyanı yaradanda bu kitaba baxıb yaradırmış və buna görө də bu kitab elmi mənbə hesab olunur. Tövrat yazır ki, özlərinin "səfa" adlanan dili olan ilk insanlar Şərqdən gəlib Xaldeyada Babil qülləsini tikdilər. Allah insanların ikinci belə bir qülləni tikməməsi üçün onların bu vahid dilindən 70 dil yaradıb, onları dünyaya səpələdi. Bu o deməkdir ki, müxtəlif dillər Allah tərəfindən vahid bir ...