Qədimdə din - pirin İlahla vəhdətinə deyilirdi
Sufi müdriklərinə görə yaşadığımız dövr cahiliyyə dövrüdür. Çünki insanlar yaradılışını bilmədən, qədim yazıların əlifbasını anlamadan, mətnlərin birbaşa mənalarını elm adlandırırlar. Bu ona bənzəyir ki, təmsillərə, yəni heyvanların insan xüsusiyyətləri ilə təsvirinə elm deyəsən. Təbii ki, söhbət tarix, fəlsəfə, din və s. kimi humanitar sahələrdən gedir. Qədim müdriklərə görə, Allah iki növ - göy və yer insanını yaratmışdır ki, bunlardan yer insanı yaşayış tərzinə görə heyvandan fərqlənmir. Buna görə də müdriklər yer insanlarını "heyvani insan" adlandırırdılar və onlar yazılarda qeyd edilməyə layiq görülmürdülər (1). Göy insanı dedikdə isə müdriklər, ilk yaradılmış və özlərinin vahid səfa dili olan Asar, yəni Osiris Allahları nəslini nəzərdə tuturdular (2). Mətnlərə görə, onlar yaradılan kimi Xaldeyada Babil qülləsi tikdilər və bundan sonra Allah onların vahid səfa, yəni sufi dilini 70 dilə bölərək, onları dünyaya səpələdi (3). Bu o deməkdir ki, bu günkü dillər - bu t