Sufi məntiqində poeziya, musiqi və s. yaradıcılıqların rolu
Bu gün artıq məlum olur ki, bütün dinlər, fəlsəfələr, yazılı abidələr və s. hər şey bizim sufi adlandırdığımız qədim müdriklər tərəfindən yaradılmışdır və bu haqda mən çoxsaylı kitab və məqalələrimdə fakt və elmi sübutlarla geniş yazmışam. Qədim müdriklərin məntiqinə görə, Allah cəmi iki növ insan yaratmışdır ki, bunlar da müqəddəs göy insanları və yazılarda qeyd olunmağa layiq görülməyən adi yer insanlarıdır. Adi insanın həyat tərzi heyvanın həyat tərzindən fərqlənmədiyinə görə, müdriklər onları "heyvani insan" da adlandırırdılar. Göy insanı isə yaradılış zamanı İlkin materiya, yəni İlahla (İlahi odla) vəhdətdə yaradıldığı üçün müqəddəs hesab olunurdu və bu padişahlar, peyğəmbərlər nəsli - yaradılmışların əşrəfi kimi səciyyələndirilirdi. Sufi-batini mənada Əşrəf/Şərif rəmzi - "Müqəddəs Yafətin Azər (Aşur/Asur/Osiris) elindən olan" mənasını verir ki, qədim Misir mənbələrinə görə Allah ilk olaraq bu Osiris (Asar/Azər) Allahları nəslini dünyaya hakim kimi yarat...