Batin məntiqində sünni və şiə kimlərə deyilir?
Bu gün bütün müsəlmanlar sünni və şiə adlanan firqələrə bölünür ki, bunların zahiri mənaları hamıya məlumdur. Lakin bu firqələrin qədim mənbələrdə daha dərin batini mənaları var ki, bunları heç kim bilmir. Mən bu məqalədə ilk dəfə olaraq bu firqələrin əsl, yəni batini mənalarını açacağam. Bunun üçünsə ilk növbədə, ən qədim mənbələrdə İslam dininin nə məna kəsb etməsinə aydınlıq gətirəcəyəm. İslam haqqında ilk məlumatlar Tövratda verilir ki, burada İslam sözü - göydəki Səlim cənnətini və bu cənnətə aparan Yaqub peyğəmbərin pillələrini, yəni sufilərin tərikə yolunu bildirir və mən internet səhifələrimdəki "Əsl İslam Tövratdan başlanır" adlı məqalədə bu haqda geniş yazmışam (1). Başqa sözlə, Tövratda İslam sözü cənnət və cənnətə aparan yol mənasındadır. Batini mənada da İslam (SLM) rəmzi - isa-aləmi, yəni "ruhlar vilayəti", cənnət deməkdir və mənim digər "Əsl İslam – cənnət fəlsəfəsidir" adlı məqaləmdə bu rəmzin daha dərin batini mənaları açılmışdır (2)...