Allah dünyanı Əzəl yazısı ilə idarə edir!
Bu gün hər hansı vəzifə tutan insan elə hesab edir ki, o ixtiyar sahibidir, nə istəsə edə bilər və bunun cəzası olmayacaq. Təbii ki, bunu ancaq Allah haqda həqiqətləri bilməyən cahil insan düşünə bilər. Onun cahilliyinin əsas göstəricisi də hikmət və marifətullahı bilməməsi, yəni Allahı tanımaması, Allahla İlahın fərqini anlamamasıdir. İlah - yer kürəsindəki bütün həyatı yaradan, əvvəli və sonu olmayan, doğmayan, doğulmayan ilkin materiyadır və o böyük partlayışdan sonra əmələ gəlmişdir. Allah, yəni El-İlah isə - Türk xanı, pir Amonun göydə İlahdan yaratdığı El adlı kosmik insandır. Bu böyük insanın daxilində cənnət, yəni ruhlar dünyası, vilayət yaradıldığı üçün ona El dedilər. Başqa sözlə, yəhudilərin El adlandırdıqları Allah - pir, yəni firon Amonun adam formasında yaratdığı nəhəng insandır - Əkbərdir. Sufilər bu kəbir adama - Kamil insan, şumerlilər Luqal, yəni İlahi-El, müsəlmanlar isə Allah, yəni El-İlah dedilər. Tövrat bu Allahu-Əkbəri - Adəm, onun daxi...