Azər Allahı, Onun müqəddəs Dili, Dini və Eli
Azərbaycanımız haqqında bu dərinlikdə məqalə yazmaq istəmirdim. Çünki, cəhalət qaranlığına öz zəkası ilə nur saçmalı olan bu günkü Azərbaycan ziyalısının çoxu, nur saçmaq əvəzinə özlərini korluğa vurmuş təsadüfi insanlardır. FB-da dostluğumda olan bir neçə nəfər ziyalıdan başqa mən bu məmləkətdə əsl Azər oğullarına rast gəlmədim. Əsl Azər oğlu deyəndə mən, məmləkətimizin, yəni mələküt dünyasının Şah İsmayıl Xətaisinin Sorxsər bidin mülhidlərini - ölümsüz Azəri mələklərinin törəmələrini nəzərdə tuturam. Belə əsilzadələrin azlığı o deməkdir ki, yazdıqlarımın anlaşılması sual altındadır. Bu vəziyyətdə isə Allahla bağlı olan yazıların yazılması da mənasızdır. Lakin mətbuatda, hardan gəlib hara getdiyini bilməyən, dərindən düşünmə qabiliyyətindən uzaq, məntiqsiz cahillərin müqəddəs dinimizə dil uzatmasını görüb, bu məqaləni yazmaq qərarına gəldim. Baxmayaraq ki, bu mənada “Biz – zəncir vuran müdriklərik” adlı məqalə yazmışdım. Bu məqaləni də yazdım ki, vətənimizi, dinimizi,