Azər Allahı, Onun müqəddəs Dili, Dini və Eli
- Azərbaycanımız haqqında bu dərinlikdə məqalə yazmaq istəmirdim. Çünki, cəhalət qaranlığına öz zəkası ilə nur saçmalı olan bu günkü Azərbaycan ziyalısının çoxu, nur saçmaq əvəzinə özlərini korluğa vurmuş təsadüfi insanlardır. FB-da dostluğumda olan bir neçə nəfər ziyalıdan başqa mən bu məmləkətdə əsl Azər oğullarına rast gəlmədim. Əsl Azər oğlu deyəndə mən, məmləkətimizin, yəni mələküt dünyasının Şah İsmayıl Xətaisinin Sorxsər bidin mülhidlərini - ölümsüz Azəri mələklərinin törəmələrini nəzərdə tuturam. Belə əsilzadələrin azlığı o deməkdir ki, yazdıqlarımın anlaşılması sual altındadır. Bu vəziyyətdə isə Allahla bağlı olan yazıların yazılması da mənasızdır. Lakin mətbuatda, hardan gəlib hara getdiyini bilməyən, dərindən düşünmə qabiliyyətindən uzaq, məntiqsiz cahillərin müqəddəs dinimizə dil uzatmasını görüb, bu məqaləni yazmaq qərarına gəldim. Baxmayaraq ki, bu mənada “Biz – zəncir vuran müdriklərik” adlı məqalə yazmışdım. Bu məqaləni də yazdım ki, vətənimizi, dinimizi, mədəniyyətimizi öz qədim adət-ənənəsi ilə anlamadan sevən iman adamları, Azər Allahı ilə bağlı sirlərə daha dərindən bələd olsunlar.
“Azərbaycan” adlı məmləkətimizin
adı ən qədim mənbələrdə Aziru, Asar, Assur, Aşşur və s. şahlığı kimi yazılır və
mən bu haqda kitab və məqalələrimdə geniş məlumatlar vermişəm (1). Qədim Misir
mənbələrinə görə, Aziru şahlığı - mar, amoreylər ölkəsi olan Kodeşdir (2).
Ziqmund Freyd, “Bu insan Musadır” adlı kitabında
Musa peyğəmbəri “Kadeş kahinlərinin əcdadı” kimi təqdim edir ki, məhşur alim Devid Rol da, Musa peyğəmbərin tayfası olan madiamlıları
– midiyalı adlandırır. Başqa sözlə, Aziru/Azər/Asar şahlığı – Musa peyğəmbərin
midiya xalqı və Kodeş ölkəsi ilə bağlıdır. Deməli, biz Azəri şahlığı ilə bağlı
daha dəqiq məlumat almaq üçün midiyalı Musa peyğəmbərin Tövrat (Torah) kitabına
müraciət etməliyik. Bunu üçün isə ilk növbədə, yalnız samitlərlə yazılmış
Tövratın dilini araşdırmalıyıq.
Yəhudi mənbələrinə görə, Tövrat – “laşon
akodeş” adlanan “müqəddəs dil”də yazılmışdır. Müqəddəs “lisani kodeş” (laşon akodeş) dili - Kodeş ölkəsinin,
yəni Aziru/Azəri şahlığının dili deməkdir. Belə çıxır ki, Tövrat – Azəri şahlığının
Midiya marlarının müqəddəs dilində yazılmışdır. Yəhudi müdriklərindən olan Mar
Zutra (Mar Ukva) bildirir ki, Tövrat əvvəl müqəddəs dildə verilsə də, Ezranın
dövründə, Aşuri əlifbası ilə aramey dilində qeyd olundu. Sonda İsrail, Aşuri
yazısını özünə yazı sistemi kimi qəbul etdi. Yazı ona görə Aşuri adlandı ki, yəhudilər
onu Assuriyadan “qalxanda” özləri ilə gətirdilər. Başqa sözlə, Tövrat – qədim
Assur/Aşuri yazısı ilə, yəni Azəri əlifbası ilə aramey dilində yazılmışdır.
Aramey dili mənbələrdə
“tarqum” dili də adlanır və xaldeylərin dili hesab olunur. Araşdırıcılara görə
bu dil, 70 dildə yazılmış mətnlərə təfsir, şərh, daha doğrusu təvil verən
xüsusi dildir. Onun mənası – mistik fikirlər, ideyalarla bağlı batini mənadır
ki, Tövrat bu dilə xüsusi hörmət göstərir (3). Yəhudi yazılarına görə, Allah
“dünyanı” yaradarkən bu kitaba baxırmış. Babil qülləsi tikildikdən sonra Allah,
insanlar bu qüllənin sirlərini bilməsinlər deyə, vahid dili 70 dilə böldü. Deməli,
Kodeş dili – Şərqdən gələn və bir dildə danışan ilk varlıqların dilidir. Mənbələrə
görə, bu vahid
dil - Babil qülləsi tikilənədək
ilk insanların dili olmuşdur və “quş dili” adlanmışdır (4). Anri Korbenə görə bu dil - mahiyyətin və təmiz
varlığın dilidir, məhz bu dil vasitəsi ilə daxili və ruhi varlıqlar, digər
daxili və ruhi varlığa, öz varlığının keyfiyyəti haqqında informasiya verir.
Başqa sözlə, Korbenə görə də vahid dil, bütün varlıqların təşkil olunduğu ilkin
materiyanın “dilidir”. Bu “dili” isə təbii halda peyğəmbərlər qəbul edə
bilir (5). Bu isə o deməkdir ki, Şərqdən gələn və
vahid dildə danışan ilk varlıqların vahid dili - ilkin materiyanın “dili”dir.
Tövratda vahid dil – “safa əhət” kimi səslənir ki, bu da vahid dilin elə safa,
yəni sufi (sofi) dili olması deməkdir. Başqa sözlə, biz Azər rəmzi ilə bağlı
sirləri açmaq üçün “quş dili”nin qanunlarına, yəni rəmzlər dilinə müraciət etməliyik.
Qədim mətnləri araşdıran tanınmış alim A.
Oppenheym, özünün “Древняя Месопотамия” kitabında yazır ki, “məktubdakı bütün
ifadələr demək olar emosiyalarla doludur: onlar bəzən elə mövzuya toxunurlar
ki, bizim üçün qaranlıqdır, oradakı işarələr isə yalnız öz ünvanı üçün
aydındır... Onların terminləri arasında həddən ziyadə sirli xüsusi deyimlər
mövcuddur” (6). Bu o deməkdir ki, qədim yazılar – rəmzlər dilini başa düşən
sufilər üçün yazılmışdır və yalnız onlar “quş dili”ndə yazılmış rəmzlərin
izahını anlayırlar.
Sufizmdə “quş dili”,
rəmzi mənada qəbul olunur və sufi pirinin ekstatik durumda getdiyi tərikə yolu
mənasında qamlıq, şamanlıq məqamıdır. Aramey (mar, amorey) dilinin mənbələrdə
“tarqum” (TRQ-M) adlanması da onu deməyə əsas verir ki, Tövrat kitabı -
sufizmin tərikə yolunu keçən türklərin (TRK) kitabıdır. Tarqum dilinin rəmzlər
dili olması, onun sufinin keçdiyi tərikə yolunun - ekstazın, şamanlığın “dili”
olması deməkdir ki, bu zaman insan ruhu ilkin materiyaya qovuşur və ondan
informasiya almağa başlayır. Tövrat kitabının öz adı olan “Torah” (TRH) rəmzi də,
tarqum (TRQ-M) rəmzi kimi, sufizmin “tərikə” (TRK) və türk (TRK) rəmzləri ilə
eyni mənalıdır. Başqa sözlə tarqum dili – sufizmin tərikə yolunu gedən türkün rəmzlər
dilidir. Bu kitabın Assur/Aşuri şrifti ilə yazılması da, onun Asar/Assur/Aşuri,
yəni Azəri türklərinin müqəddəs kitabı olması deməkdir.
Digər tərəfdən, aramey,
yəni tarqum dili mənbələrdə xaldeylərin (kəldani) dili hesab olunur. Herodot xaldeyləri Assuriya ordusundakı bölmə kimi
göstərir. Əhdi-Ətiqdə İsaya (Yeşay) peyğəmbər bu haqda yazır: “Bu Xaldeya
torpağıdır. Bu xalq əvvəl yox idi; səhra əhlindən olan Assur ona başlanğıc
verdi. Onlar öz qüllələrini yaradır, təntənəli imarətlərini dağıdaraq, onu
xarabalığa çevrirlər (7). Deməli, İsaya peyğəmbərə görə, Xaldeya xalqı
– “səhra əhli”ndən olan Assurdan başlanır ki, onlar özlərinə qüllə tikmişlər.
İran yazılarına görə, Assur ölkəsi olan Asuristan elə Babil ölkəsidir
(8). Babil (Bab-İlu) rəmzi mənbələrdə “Allahın qapısı” mənasını verir. Mənbələrdə
Xaldeya mənasında olan Xalda rəmzi də, Urartu Allahları siyahısında “Xalda
darvazası” və “Xalda darvazasının Allahları” kimi keçir. Çox qüdrətli silaha
malik olan Xalda müharibə Allahı, Urartu dövlətinin və şahının himayədarı hesab
olunur (9). Bu isə o deməkdir ki, “Allahın qapısı” mənasında olan Babil qülləsi
elə Xalda, yəni xaldeylərin darvazasıdır. Quranda Xalda rəmzi Xüld kimi keçir və cənnətə
aid edilir (10). Başqa sözlə – Xalda darvazasından başlayan və “başı
göylərə çatan” Babil qülləsi elə Allahın göydə yaratdığı Xüld cənnətidir və
xaldeylər də, yəni Xalda assurları da cənnət əhalisi sayılmalıdırlar.
Evseviy xaldey sülaləsini - “kuti sülaləsi”
adlandırır (11). Kutilər isə mənbələrə görə, şahlığı göydən endirilmiş Midiya əhalisidir.
Bu isə onu deməyə əsas verir ki, xaldeylər – göydən gəlmiş Assur, yəni
Asar/Osiris/Azər Allahının nəslidir.
Əhdi-Ətiqdə, İezekiil peyğəmbər kitabında Misir və
Assur ölkəsi - Livandakı sidr ağacı adlandırılır: “Misirin – hündür sidr
ağacının yıxılması:… Budur, Assur Livandakı sidr ağacı idi… Sular onu
böyüdürdü, sonsuzluq onu qaldırırdı… O öz boyunun hündürlüyü və budaqlarının
uzunluğu ilə gözəlləşirdi, çünki onun kökü böyük dərya sularında idi” (12). Bu
o deməkdir ki, Misir, Assur elə - göylərdəki “dünya ağacı” rəmzindədir.
Misir ilə Assur ölkələrinin eyni mənada göstərilməsi o deməkdir ki, Misir rəmzi
Devid Rolun yazdığı kimi “Asr və ya
Asardan törənmiş” (M-Asar/Masr) mənasındadır. Asar/Assur isə bərəkət və əkinçilik
Allahı olan Osiris, yəni Oziri - Azər Allahıdır. Belə çıxır ki, Əhdi-Ətiqə görə
Misir və Assur ölkəsi – göydə yaradılmış ruhlar dünyasıdır və bu dünyanın
qapısı da xaldeylərin Babil qülləsidir.
Xaldeya,
Xalda (XLD) və s. rəmzləri sufizmdə Xilat (XLT) rəmzi ilə eyni mənalıdır. Mənbələrə
görə, II Nəsir əd-din Məhəmməd Sökmən Xelatı və digər
çoxlu şəhərləri aldıqdan və “On iki şəhər”ə yiyələndikdən sonra özünü Şahi-Ərmən
adlandırdı (13). Bundan sonra isə Xilat - Azərbaycan atabəglər ailəsinin
malikanəsinə çevrildi. Bu o deməkdir ki, Kadeşin Aziru şahlığı elə Azərbaycan
atabəglərinin Xilat elindən başlanır və “On iki şəhər” rəmzi də Allahın göydə
yaratdığı ruhlar dünyası ilə bağlıdır.
Ən qədim mənbələrdə Ərmən, yəni “RMN” rəmzi –
Ra-Amon Allahı kimi keçir və Misir fironu Amonun ruhunun, teurqiya vasitəsi ilə
göydə yaratdığı Ra “günəşi” (diski) ilə birləşməsini bildirirdi. Qədim Misir mətnlərində
Ra-Amon Allahı – “bütün Allahların Atası və Allahı” kimi qeyd olunur. Belə
çıxır ki, Ərmən rəmzi Ra-Amon günəş
Allahı deməkdir və bu obraz – Azərbaycan bəglərinin Atası və Allahı sayılmalıdır.
Şumer yazılarında Ərmən/Ra-Amon (RMN) rəmzi Enmer-Kar (NMR-KR) kimi qeyd olunur
və Ra-Amon-Qor mənasında, Ra-Amon Allahının həm də Qor Allahı olması nəzərə
çatdırılır. Devid Rol bildirir ki, Eridu şəhərində
yaşayan şumerlilər, ölümlü Enmer-Kar şahını – Enki oğlu Asar İlahi statusu ilə
adlandırdılar (14). D. Rola görə,
Marduk və Assur Allahları - Eridudan olan “Enki və Damkinin (Etemenanki) oğlu”
Asardan və ya Asar-Luxidən yaranmışlar. Mardukun əsas ləqəbi Asar-Luxidir ki,
“Luxi”, yəni Luhi (LH) rəmzi yəhudi və islam mənbələrində “Eloah” (LH) və
“İlah” (LH) kimi yazılıb, Allah mənasını verir. Deməli, Asar-Luhi, yəni
Asar-İlahi mənasında olan Asar Allahı – qədim Misirdə Ra-Amon və Qor kimi
tanınan günəş Allahıdır. Bu Allah isə Azərbaycanın Xilat atabəglər ailəsinin
şahı olmuş II Nəsir əd-din Məhəmməd Sökməndir. Sökmən şahın “On iki şəhər”ə yiyələnəndən
sonra özünü Şahi-Ərmən adlandırması - onun göydə On iki “hissədən” ibarət
ruhlar dünyasını yaratdıqdan sonra, özünün bu dünyanın Allahına çevrilməsi
anlamındadır. Quranda Ra-Amon Allahı – Rəhman kimi, Asar rəmzi isə Ərş kimi
qeyd olunur ki, sufizmdə bunlar eyni mənalı rəmzlərdir. Məhəmməd Sökmənin “On iki şəhər”ə yiyələnməsi Quranda Rəhmanın
Ərş taxtında bərqərar olması kimi rəmzləndirilir (15). Deməli, “On iki” mənasında
qeyd olunan “İsna Aşəriyə” (SN ŞR) rəmzi Allahın göydəki taxtı və s. mənalarında
olan “Ərş” (RŞ) rəmzi ilə eynidir.
Qədim Misir kosmoqoniyasının
Geliopol (Gel şəhəri/Gelat/Xilat) variantına görə, “Dünya”nı yaradan Allah, əvvəl
Şu və Tefnut cütlüyünü yaradır. Onlar isə Nut göyünü və Qeb torpağını
yaradırlar. Daha sonra Şu Allahı qalxaraq, Qeb torpağını göyə qaldırır və göydə
saxlayır. Bundan sonra isə Allah - dünyaya hakim kimi Osiris, yəni Asar/Azər Allahını
yaradır. Onun ardınca isə Set və onun 72 xalqını dünyaya bəxş edir.
Biz yuxarıda yazdıq ki, yəhudi mənbələrinə
görə, müqəddəs dildə verilən Tövrat, Aşuri əlifbası ilə qeyd olundu və bu
yazını yəhudi-seçilmişləri “Assuriyadan qalxanda” özləri ilə gətirdilər.
Burada – “Assuriyadan qalxanda” rəmzi, Şu Allahının Qeb torpağını göyə
qaldırması anlamındandır. Qədim Misir mənbələrində “göyə qaldırılmış torpaq”
dedikdə Misir ölkəsi və “piramida” mənasını verən “MR”, yəni “mar” rəmzi nəzərdə
tutulur. Başqa sözlə, Göyə qaldırılmış Qeb/Qeyb cənnəti –
Midiya mar-amoreyləri ilə bağlıdır. Bu mənbələrdə “mer” (piramida) rəmzi ilə
eyni mənada “xenn”, “xennu” rəmzi də qeyd olunur. Bu isə “xanan” (kənan), yəni
xunn, hunn mənasındadır (16). Belə çıxır, Midiyanın
mar-amoreyləri və hunnlar eyni xalqdır və onlar “göyə qaldırılmış torpaq”
əhlidirlər. Əgər nəzərə alsaq ki, Zaxariya
Ritora görə, hunn torpağında Alban yepiskopu Kardostun başçılığı ilə yeddi xristian
missioneri, yeddi ilə hunn (xunn/xanaan) dilində müqəddəs Əhdi-Ətiqi
buraxmışdılar, razılaşarıq ki, hunnlar elə Midiya marları-amoreyləridir (17).
Midiya hunnlarının göyə qaldırdıqları torpaq haqda Şumer yazılarında da məlumatlar
verilir.
Şumerlərin “Göy və Yerin Dağı” adlı mifində qeyd
olunur ki, əvvəl heç nə yox idi. Göy və yer bir dağ kimi Nammu ilkin sularında
idi. O özündən, oğlu və qızı rəmzində Anu və Ki-ni yaratdı və ayrı yerləşdirdi.
Sonra onları ər və arvad kimi birləşdirdi
və bunlardan Enlil və Annunakilər yarandı. Bundan sonra An dağı böldü və hündür
hissəsini göyə qaldırdı. Enlil isə düz səthini aşağa saldı və beləcə göy və yer
yarandı. Daha sonra Enlil, bacı və qardaşları ilə torpağı nurlandırıb isitdilər
və o gözəlləşdi. Enlil yerin ortasında Nippur şəhərini, onun qanunlarını
yaratdı və onu nəzarətə götürdü. Onun mərkəzində isə hündürlük yaratdı və orada
özü üçün lacivərddən, “başı göylərin ortasına çatan məkan” düzəltdi ki, oradan
kölgəsi dünyanın hər tərəfinə yayılıdı. Burada – “başı göylərin ortasına çatan
məkan” dedikdə - başı göylərə çatan Babil qülləsi nəzərdə tutulur ki, bunları
da Nammu, yəni Ammon (Amon) Allahı yaratmışdır. Dağın göyə qaldırılmış hissəsi
isə “qaldırılmış torpaq” mənasında cənnət deməkdir.
Quranda da göyə qaldırılmış torpaq, dağ, piramida və
s. mənasında olan cənnətdən danışılır (18).
Burada, göyə qaldırılmış dağ – Tur (Turi-Sina) dağı adlandırılır və göydəki bu
dağın qapısı isə cənnətin qapısı mənasında göstərilir (19). Quranın bu ayəsində
“qapı” sözü - “el babe” rəmzi ilə verilib ki, bu da Babil qülləsi, yəni Xaldeya
– Assur/Azər şahlığına aid edilməlidir. Deməli, mətndə - “Assuriyadan qalxanda”
dedikdə, firon/pir Amonun Şu ruhunun göyə qaldırdığı Misir ölkəsi başa düşülməlidir.
Misir ölkəsinin başqa adı Ta-Meri (Mar-Tu) kimi səslənir ki, bu da “göyə
qaldırılmış Allah” (Ata/Tea/Dia) deməkdir.
Misir mətnlərində Osiris Allahının
rəmzi – Onun fəqərə sütunu sayılan Ced sütunudur və onu Tet sütunu da
adlandırırlar. Ced fəqərə sütununun qaldırılması – Osiris Allahının qalxması
deməkdir ki, bu da nəhəng insanın yer üzündə ayaq üstə durması anlamındadır. Qədim Misirin “Ölülər kitabı”nda deyilir: “Sən, ey
Osiris qalx! Ey Möhkəm Ürəkli, sən öz fəqərə sütununu aldın! Ey Möhkəm Ürəkli,
sən öz boynun və belin üçün dayaq aldın! Öz sütununda bərqərar ol. Mən sənin
qarşında su qoydum və sənə qızıldan Ced sütunu gətirdim ki, sən sevinəsən” (20).
Burada magik ritualdan söhbət gedir ki, sütunun qalxması ilə bərabər, bu
sütunun üstündə ilkin materiyadan, yerdəki ərazinin bənzəri - ruhlar eli, ölkəsi
var olur.
Mənbələrdə Asar/Osirisin ruhu Orion ulduzu sayılır. Yunan mifologiyasında Orion (Aran/Ərən) - nəhəng insandır ki, dəniz Allahı
Poseydon ilə Geyadan (Evriala) yaranmışdır. “Piramida mətnləri”ndə deyilir: “Budur, sənin adın – “Odur –
hansı-ki – Oriondadır, Osiris”. Başqa sözlə, ayaq üstə qalxmış Osiris Allahı
özü ilə birlikdə öz “ruhundakı dünyasını”, yəni cənnətini də göyə qaldırır və
onu Orion adlandırır. Orion rəmzi
sufizmdə Ərən və Aran rəmzləri ilə eyni mənaldır. Aran isə Albaniyanın
(Alvan/Livan) digər adıdır. M. Xorenatsiyə görə, Alban şahı olan Aran - Sisaka
nəslinə aiddir və məlumdur ki, Sisaka hakimləri də sonradan Aranşah sülalə
adını daşıdılar. Movses Kalankatusi və s. tarixçilərə görə, Albaniya - Aran nəslinə
verilmişdir. M. Xorenatsi isə Aranı - bədəni ərazi kimi qeyd olunan kosmik
insan kimi təsvir edir və bildirir ki, o (Aran) Sisaka nəslinin nümayəndəsidir
(21). Bu isə o deməkdir ki, Aran – qədim şumerlilərin Luqal adlandırdığı nəhəng
kosmik insandır. Eyni məntiq, qədim hind yazılarında daha geniş izah olunur ki,
burada şahlıq – şahın, yəni Allahın bədəni anlamındadır. Araşdırıcı Q. F. İlyin
bu haqda yazır: “(Racın) Monarx dövləti əsasən yeddi əsas elementdən (prakriti)
və ya üzvlərdən (anqa) ibarətdir. Şah – bu şahlıqdır: dövlətin [bütün] elementlərinin
qısa mənası belədir. Və bu sadəcə aforizm deyildir. Qədim hind siyasi təfəkküründə
uzun müddət qalmış və çox qədimlərə gedən təsəvvürə görə şah və şahlıq birdir və
bu şahlıq sanki şahın bədənidir və dövlətin elementləri də onun bədəninin
elementidir (üzvüdür)” (22). Bu isə o deməkdir ki, Hind mənbələrində Asur
adlanan və Asar/Osiris Allahının ruhu mənasında olan Orion/Aran (Albaniya) - bədənində
ruhlar dünyası, ruhlar eli zühur etmiş Allah obrazıdır. Qədim Misir yazılarında
bu kosmik insan – Atum Allahı, digər mənbələrdə isə Adəm adlandırılır ki,
Tövratda da Adəm – dünyanın o başından bu başına qədər olan nəhəng varlıq kimi
göstərilir. Midiya (MD-Y) rəmzi də sufi məntiqində “Ya-Adəm” (Y-DM) mənasını
verir ki, bu da – kosmik insan Atum/Adəmin məhz Midiyada ayaq üstə durması deməkdir.
Adəmin bədənində var olmuş bu göydəki el haqqında mən kitab və məqalələrimdə
geniş izah vermişəm. Bu elin zühur etməsi üçün keçirilən ritual isə - Ced
sütununun qaldırılmasıdır.
Qədim Misir mətnlərində
Cəd/Tet sütunu Busirisdə qaldırılır ki, bu Osirisin ölmüş bədəninin bərpası,
yəni onun dirilməsi mənasında idi. Evdoksa görə də, Osirisin bədəni, onun
doğulduğu yerdə - Busirisdədir (23). Busiris, yəni Ba-Osiris rəmzi, Ba-Asar
mənasında - Amon Allahının Ba ruhu ilə və Ra günəşi mənasında olan Osirisin vəhdətini
bildirir. Busir rəmzi mənbələrdə Ba-Oziri, yəni İbuzir kimi də yazılır ki, mətnlərə
görə İbuzir – Xəzər xaqanı olmuşdur (24). Xəzər rəmzi isə sufizmdə Azər, yəni
Asar Allahı deməkdir. Başqa sözlə, Asar/Azər Allahının sütunu Busir/Busiris
“şəhərində” qaldırılmışdır ki, bu da rəmzi mənada Amonun Ba ruhunda, yəni Bəqa
səviyyəsində keçirilən ritual - teurqiya mənasındadır.
Yazdıqlarımızdan belə bir nəticə
çıxarmaq olar ki, Kodeş/Kadus elindəki Aziru şahlığı dedikdə, qapısı Busirsin
Xilatında olan göydəki cənnət nəzərdə tutulmalıdır. Bu cənnəti isə Şu Allahı, yəni
pir/firon Amonunu ruhu qaldırıb göydə saxlayır. Burada qeyd etmək lazımdır ki,
Şu ruhu – bütün canlılarda olan ruh, Ba ruhu isə - Bəqa (Ba+Hu) səviyyəsində,
İlahla vəhdətdə olan ruh deməkdir. Şu Allahı sonrakı mənbələrdə Sia, Yeşua
(Ya-Şu), İisus, Şiə kimi qalmışdır. Mətnlərdə, akkadların Şumer rəmzi də Şu-Mar
mənasında, Midiya göylərinin sütunu mənasında olan Şu marları anlamındadır. İslam
mənbələrində Xalda/Xilatın Şu marları – Gelati-Şiə adlandırılaraq, batini sirləri
bilən ifrat şiələr kimi keçir. Şu Allahının bu şiələrinin dini isə mənbələrdə
“İmamiyə İsna Aşəriyə” adlandırılır ki, bu da Aşşur/Assur, yəni Asar/Azər
Allahının On iki imamını əsas tutan din anlamındadır.
Quranda “İsna Aşəriyə” rəmzi Musa
nəslinə aid edilir və onların haqq yolu ilə getdikləri nəzərə çatdırılır (25).
Burada “On iki” rəmzi - Musa peyğəmbərin daşdan, on iki bulağı çıxarması ilə əlaqələndirilir.
Digər yerdə isə, “Allahu isna Aşera”, yəni Allahla bağlı olan “On iki” rəmzi
aylara aid edilir və bu rəmzin, Allahın göyləri və yeri yaratması ilə bağlılığı
nəzərə çatdırılır (26). Bu isə o deməkdir ki, buradakı Aşera rəmzi, Allahın Göy
və Yeri yaratması ilə bağlıdır və Asar/Osiris deməkdir. Mənbələrdə İşna Aşəriyə
- “Cəzirə İsna Aşəriyə” kimi də qeyd olunur ki, bu da Azərin On iki rəmzinin
adalara aid olması deməkdir. Başqa sözlə, “On iki imam” dini – dünyaya hakim
kimi yaradılmış Asar/Azər Allahının dinidir. Buradakı “On iki” rəmzi isə
“Dünya”nın yaradılması zamanı istifadə olunan rəmzləri bildirir.
Əflatuna görə göydəki dünya, yuxarıdan baxışda - 12
hissəli dəridən tikilmiş və müxtəlif rənglərlə işlənmiş alabəzək top kimi
görünür (27). Qədim Misir yazılarında bu 12 rəmzi - bürclərə, aylara, saatlara və
s. aid edilir. Günəş və Ay Allahlarının doğumları da 12 saat ərzində baş verir
ki, bu haqda mən “Batini-Quran” kitabımda geniş izahat vermişəm. On iki rəmzi
ilə bağlı fəlsəfə sonradan bütün dinlərə, təriqətlərə və s. təsir etmişdir.
İslamda On iki imam dedikdə, Sadat silsiləsindən olan müçtehid və imamlar nəzərdə
tutulur ki, onlar Quranın ezoterik mənalarını izah edən, dinin əsasları, şəriəti
mühafizə edən elm sahibləri, başçılarıdır. Lakin On iki imam fəlsəfəsi bizə, şiələrin
İsmailiyə fəlsəfəsi kimi məlumdur. Məntiqinə görə bu fəlsəfə - qədim Misir fəlsəfəsi
ilə eynidir. İsmailiyə fəlsəfi
dünyagörünüşünə görə “dünya” - 12 ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan (“əl-cəzair”)
ibarətdir ki, hərəsinin öz ali xətibi var və onları “Dai Duat əl-cəzirə” və ya “Hüccət
əl-cəzirə” adlandırırlar. Burada “ada” dedikdə - ilkin sulardakı, yəni göy
sularındakı ada – ilkin materiyadakı ruhlar dünyası nəzərdə tutulur. Qədim
Misir yazılarında bu ada – “Od adası” kimi qeyd olunur və Osiris Allahı da odlu
adadan gəlmiş – “Od oğlu od” adlandırılır. Bu o deməkdir ki, şiələrin “İsna Azəriyə”
dini – qədim Misir Allahı olan Asar/Azər Allahının dinidir. Ümumiyyətlə,
“İsmailiyə” rəmzi, sufi-batinilikdə “İslam” rəmzi ilə eynidir və hər ikisi – “İssi-Aləm”,
yəni “göydəki Aləmin ruhu” anlamında Amon Allahının ruhunu bildirir. Bu isə o
deməkdir ki, İslam dininin bazası, kökü məhz İsmailiyə fəlsəfəsidir və bu da
bizlərə sufi islamının batini mənası kimi məlumdur.
İsmailiyə/İsmail rəmzi
Əhdi-Ətiqdə İzmail kimi keçir. Mənbələrdə izmailli (ismaili) deyəndə əsasən
Qalaad, yəni Xalda/Xilat və Madiam/Midiya nəzərdə tutulur (28). Tövrata görə,
qardaşları Yusifi (İosif) məhz Qalaaddan gələn izmaillilərin karvanına satır və
onlar digər yerdə “Madiam tacirləri” adlanırlar (29). İzmaililər - İbrahim peyğəmbərin Aqaradan olan oğlu İsmailin törəmələridir
ki, İzmail tayfasının şahzadələri 12 nəfər olmuşlar (30). Müqəddəs həvari
Pavelin “Qalatalara müraciətnamə”sində deyir ki, “Aqar” rəmzi - Sinay dağı deməkdir
və indiki Yerusəlim şəhərinə uyğundur (31).
Başqa sözlə, İsmailiyə fəlsəfəsi – Midiya yurdunun Xalda/Xilat elinin Sinay
dağında var olmuş On iki qardaşlığın fəlsəfəsidir.
Sufizmdə On iki rəmzi “əl-bədəviyə” sufi qardaşlığı
(türük, tərikə) ilə də bağlıdır və bu qardaşlıq Əhməd əl-Bədəvi ilə əlaqələndirirlir.
“Köçəri vəziyyəti” mənasını verən “bədəvi” rəmzinin bilavasitə sufi qardaşlığı
ilə əlaqəsi o deməkdir ki, buradakı “köçərilik”, sufi müridlərinin tərikə yolu
ilə ilkin materiyaya etdiyi “köç” - səyahət mənasındadır. Yəni buradakı “bədəvi”
rəmzi “ibadi” rəmzi kimi, sufizmdə “bodi” - tam kamilliyə çatmış, dərk
olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində “görən” deməkdir. Göydəki Beyt (BT)
də Bodi (BD) səviyyəsində yaradıldığı üçün eyni mənalı rəmzlərlə ifadə olunur.
Yazılara görə, On iki ana qardaşlıqdan
ibarət olan bu silsilə Əli ibn Əbu Talibdən başlanır. Lakin buradakı 12 rəmzi
eyni zəmanda 12 həvari rəmzi ilə də bağlıdır ki, həvari sözü də xavar/qavar, yəni
kəbir deməkdir. Məlumdur ki, əvvəllər İsa peyğəmbərin əshabələri həvari
adlanmışdır. Sonralar Məhəmməd peyğəmbərin də 12 ən yaxın əshabəsi həvari
adlanmağa başladı. İbn Ərəbi həvariləri xüsusi insan qrupu kimi göstərir ki,
onlar möcüzə göstərmək qabiliyyətinə malikdirlər. Buradakı 12 rəmzi eyni zamanda
12 nakiblə də bağlıdır ki, İsanın 12 nakibi, Məhəmmədin 12 nakibi və s.
olmuşdur.
“On iki qardaşlıq” dini sonradan Avropaya da
keçmişdir və ora köç edən Odin, yəni Azər Allahı burada qayda-qanun yaratdıqdan
sonra, Asqard (Saqarta) adlanan və insan ayağını dəymədiyi dağın başında 12
Ezirin (Azər) yaşadığı sehirli saray tikir. Deməli, Avropa miflərinin kökündə
duran 12 Ezir elə ismaililərin On iki imamıdır. Bildiyimiz kimi, bu On iki imam
- “Sadat silsiləsi”, “Aliyə silsiləsi”, “Qızıl silsilə” və s. adlanan otuz üç
möminlər qrupuna daxildir ki, onlar islam dininin hər bir dövründə vəzifə yerinə
yetirən dindarlar olmuşlar. Otuz üç rəqəmi isə Avropada masonluqla bağlıdır və
masonluqda bu dərəcə ən ali dərəcə sayılır. Belə çıxır ki, On iki imam
qardaşlığı təkcə dinlərin yox, masonluğun da təməlində durmuşdur (32).
İsna Aşəriyə
rəmzindəki “İsna” rəmzi də batinilikdə çox dərin mənalara malikdir. Mənbələrdə
bu rəmz - qalxmaq, yuxarı qaldırmaq, atəşin yüksəlməsi, məzar, qəbir və s. mənalarındadır.
Bütün bu mənaları ümumiləşdirsək, İsna rəmzi – göyə qaldırılmış məzar, göydəki
ölüm şahlığı və s. mənasını verər ki, bu da elə qədim Misirin Osiris/Asar
Allahının ölüm şahlığı deməkdir.
Lakin batinilikdə İsna rəmzi həm də Sin rəmzidir və
bu rəmz Şumer, Mesopotamiya mənbələrində Xarrandan olan Ay Allahı adlandırılır. Tədqiqatçı Devid Rol “İtirilmiş Əhd” kitabında qeyd
edir ki, mənbələrdə “İl-Amurru” kimi də yazılan Əhdi-Ətiqdəki El rəmzi,
patriarxal dövrdə təbii olaraq Xarrandan olan Ay Allahı Sin ilə eyniləşdirilirdi.
İl-Amurru, yəni amoreylərin (midiyalıların) El Allah da qədim mənbələrdə - Ay
kultu emblemi fonunda dayanmış və ya onu əlində tutmuş vəziyyətdə təsvir
edilir. Tapılmış əşyalarda “Amurru torpağının Sin Allahı” kimi tərcümə edilən
yazılara rast gəlinir (33). Şumer, Mesopotamiya mənbələrdə El (İl) rəmzinin
“El-Amurru” kimi yazılması, onun Əli-Əmir (Əli –Əmir əl möminin) mənasında
olması deməkdir. Ay rəmzi isə bildiyimiz kimi İslamın rəmzidir. Tövratda yəhudilərin
El Allahı - Səlim [SLM] şahının Allahı adlandırılır ki, bu da elə İslam [SLM] Allahı
deməkdir. Belə çıxır ki, Səlim, yəni İslam Allahı olan yəhudilərin El Allahı -
imam Əlidir. İsna Aşəriyə adlanan şiəlik isə, Xarran və onunla eyni mənalı olan
Arran/Aranın – Midiya mar, amoreylərinin
El-Amurru Allahından, yəni İmam Əlidən başlanır.
Məşhur sufi Cabir ibn Xəyyanın
“Kitab əl-Məcid” traktatında, “Sin” rəmzi gözlənilən imama aid edilir. Tədqiqatçı
Anri Korbenə görə, “Sin – qərib, səyyah, yetim mənasındadır və öz zəhməti ilə
İmama gedən yolu tapanın, özü kimi səyyahlara İmamın təmiz nurunu göstərənin
obrazıdır...” Burada İmamın özü – İlahi Ruhdan axaraq dünyamızdakı vəziyyəti dəyişəcək
olan Eliksir (əl-İksir) kimi göstərilir. Deməli, amoreylərin Xarrandan olan Sin
– Ay Allahı, ilkin materiyanın təcəssümü olaraq, axirətdə insan obrazında zühur
edəcək İmamın obrazıdır.
Digər tərəfdən Sin rəmzindən Sünnü
rəmzi yaranmışdır və bu da İslamın digər qolunun adıdır. Deməli, İslamın
“Sünnü” və “Şiə” rəmzləri batini mənada eyni mənalı olub, Ay obrazlı Mehdini
gözləyənlərə və onun ardıcıllarına aiddir.
Tövratda Sin rəmzi Sinay kimi qeyd
olunur və bu rəmz - Allahın Musa peyğəmbərin gözünə görünüb, ona on nəsihət
verdiyi dağın adıdır. İzrail oğullarının bütün qırxillik səyahəti Sin
(Sinay) və Kadis səhralarının da daxil olduğu böyük və qorxunc Faran səhrasında
keçmişdir (34). Tövratda Kades
(Kades-Varni) - Xanaan torpağında şəhər və “böyük və dəhşətli səhra”dır. Sufi-batinilikdə
Faran rəmzi həm efiri, yəni ilkin materiyanı və həm də firon rəmzini bildirir.
Deməli, Sinay və Kadis səhraları dedikdə efir, yəni ilkin materiya göyləri nəzərdə
tutulur ki, buradakı səyahət də sufinin ekstatik durumda – Allahdakı “suluq”
seyri mənasındadır.
Biz yuxarıda qeyd
etdik ki, İsaya peyğəmbərə görə, Xaldeya torpağına başlanğıcı
- səhra əhlindən olan Assur verdi və onlar öz qüllələrini yaratdılar. Tövrata
görə, Şərqdən gələn və bir dildə danışan xalq – Sennaar torpağında Babil qülləsini
tikdilər. Buradakı Sennaar rəmzinin kökü Sin (SN) rəmzidir. Misir dilinə bu rəmz
SNQR kimi qeyd olunur ki, bu da “SNQ-R” rəmzidir. “SNQ” rəmzi isə batinilikdə
Sünik rəmzi ilə eynidir və bu rəmz bəzi mənbələrdə Süni kimi yazılır. Süni isə
elə Sin, Sinay rəmzləri ilə eyni mənalıdır. Başqa sözlə, yəhudilərin Sinay/Sion
dağı elə Albaniyanın Sünik/Süni dağıdır. Təbrizli Arakelə görə, bu dağda müqəddəs
Atalar, ruhların əbədi yaşaması üçün “Səhra” tikmişlər (35). Belə çıxır, Yeşay peyğəmbər –
“səhra əhli olan Assurlar” dedikdə - göydəki “səhradan” gəlmiş Asar/Assur
Allahlarını nəzərdə tutur. Digər tərəfdən, Müqəddəs həvari Pavel Sinay dağını “Aqar”
adlandırır ki, İbrahim peyğəmbərin
Aqaradan olan oğlu İsmail (İzmail) tayfasının şahzadələri 12 nəfər olmuşlar. Bu
isə o deməkdir ki, İsna Aşəriyə adlanan “On iki” rəmzi, qardaşlığı məhz
Sünik/Süni/Sinay dağı ilə bağlıdır ki, mənbələrə görə Sünik-Sisakan eli də 12
vilayətdən ibarət olmuşdur.
Sinay rəmzinin Kadislə eyni əraziyə aid edilməsi
onu göstərir ki, Süni dağı Midiyanın Kadus elindədir. Strabonun “Coğrafiyası”sına
görə kaduslar, amardlar və s. tayfalar məhz Nifat və Zaqr dağlarına səpələnmişlər
(36). Buradakı “amard” rəmzi – Mat-Tu, yəni Ta-Meri mənasında olan Misir-Assur
ölkəsinə və onun mar-amoreylərinə aid edilməlidir. Nifatu dağı – qədim Misir mənbələrində
Amon Allahının Napat (Nifatu) eli kimi qeyd olunur. Buradakı Zaqr rəmzi isə Sokar
rəmzi ilə eyni mənalıdır və bu rəmz altında ölüm şahlığı və Osiris-Ptah-Sokar
Allahları nəzərdə tutulur. Bu isə o deməkdir ki, Sinay və Kadis rəmzləri elə
Kodeş və orada yerləşən Osiris/Aziru şahlığı ilə bağlıdır.
Yazdıqlarımızdan belə bir nəticə
çıxarmaq olar ki, ən qədim mənbələrdə Azər (Asar) Allahı dedikdə, bu gün Azərbaycan
adlanan məmləkətdə yaşamış pirlər, seyid-bəglər, şıxlar və s. müqəddəslər nəsli
nəzərdə tutulmalıdır. Bu xalq Allah tərəfindən ilk olaraq İlahi xalq kimi
yaradılmışdır. Onların müqəddəsliyi, yəni İlahla vəhdəti haqqında mən kitab və
məqalələrimdə geniş məlumatlar vermişəm. Asar/Azər xalqı, digər yaradılmış 72
xalqdan fərqli olduğu üçün, adlarının qarşısında “MR”, yəni “mir” rəmzi yazılırdı
ki, bu da onların göylərlə əlaqəli olması demək idi. Bu müqəddəslərin dili ən qədim
mənbələrdə ekstatik dil mənasında “quş dili” adlanırdı və bu da rəmzlər dili mənasında
– tərikə yolunu gedən türkün dili deməkdir. Nəsimi – Bu quş dilidir,
bunu Süleyman bilir ancaq” deməklə, sufizmin, Quranda ən ali səviyyə kimi qeyd
olunan “quş dili”nin - fövqəladə xüsusi dil olmasını nəzərə çatdırır. Bu dildə yazılmış
Tövrat kitabı da əslində Azəri pirlərinin İlahi kitabıdır. Rəmzlərlə dili olan Azəri dili və
Aşuri şrifti, qədim mənbələrdə - Runi yazıları adlanır ki, Runi, yəni “RN” rəmzi
- Aran mənasındadır. Aran isə Asar/Azər Allahının digər adıdır. Skandinav
mifologiyasına görə, runlar ilk dəfə, ekstatik vəziyyətdə olan və Dünya ağacına
vurulmuş Odin Allahına açılmışdır ki, bu rəmz də bildiyimiz kimi Azər Allaının
digər adıdır. Başqa sözlə runalar – ekstatik vəziyyətdə alınan bilgilərin, bir
neçə məna verən rəmzlərlə, simvollarla ifadəsidir. Bu isə o deməkdir ki, biz runaları
da Azəri, yəni Aşuri şrifti adlandıra bilərik.
Lakin Tövrat kitabı həm də Asar/Azər
oğullarının İlahi dinin mənbəyidir. Musa peyğəmbərin xalqının On iki qardaşlıq
dinini, yəni imamiyə İsna Aşəriyə şiəliyini Şah İsmayıl Xətai pak din hesab edərək
– “Ərənlər sərvəti ol paki dindür” demişdir. Buradakı ərənlər
isə - sufilərin “Hü ərənlər” adlandırdıqları Aran şahlarının İlahi nəslidir. Bu
o deməkdir ki, əsl İslam məhz Tövratdan başlamış sufi-batini elmidir. Bu islam
indiki Ərəbistan çöllərindən yox, Midiyadakı “Şərqin Ərəbi” ölkəsindən başlanır
və onun bütün imam-peyğəmbərləri də türk seyid-bəgləri olmuşlar (37). İndiki
islamı isə, qədim rəmzlərin zahiri mənalarını əsas tutan adi insanlar
“yaratmışlar”.
Bütün bunlar o deməkdir ki, Şərqdən gələn və bir
dildə danışan xalq - “quş dili”ndə
danışan və bütün dinlərin bazasında dayanan On iki qardaşlıq dinini yaradan Azərbaycanın
Xilat atabəglərinin əcdadlarıdır. Onların müqəddəs eli isə indiki Azərbaycan,
Ermənistan, Gürcüstan və s. əraziləridir.
Qədim Misir mənbələrində Asar Allahının Ced fəqərə
sütunu Busiris, yəni Busiridə qaldırılır ki, bu rəmz bu gün toponimlərimizdə
Basar kimi qalmışdır. Əgər Azərbaycanın cənub bölgəsindəki toponimlərdə Asar
adı Əsər kimi, yəni PeştƏsər, BilƏsər, PirƏsər, KürdƏsər, ŞağlƏsər və s. kimi
qalıbsa, digər ərazilərdə bu rəmz Basar kimi, yəni Gəncəbasar, Zəngibasar,
Basarkeçər, Bazarxana və s. kimi qalmışdır. Gəncəbasar adı Gəncə-Ba-Asar kimi
açılır ki, buradakı Basar rəmzi - Ba ruhlarının Asar ölüm şahlığı anlamındadır.
İslamda Bəsmələ mənasında olan Ba Allahı (Billah/Vallah) elə Asar/Osiris mənasında
olan Günəş (Ra-Amon) Allahının ruhudur və ona görə də bəzən birlikdə yazılır. Gəncə
rəmzi isə sufi-batinilikdə “Gən” və “Cə” rəmzlərinin müxtəlif variantlarda birləşməsidir
ki, ümumi mənada – Allahın göydə yaratdığı Eli və bu Elin əhalisi olan
Asar/Osiris Allahlarını, yəni ölümsüz ruhları bildirir.
Zəngibasar rəmzi batinilikdə Sünik-Ba-Asar mənasında
- Sünik göylərində yaradılmış “səhra”nı və bu ilkin materiya səhrasındakı Ba
ruhlarının Asar ölüm şahlığını bildirir. Eyni mənalı Zəngəzur rəmzi isə, Sünik-Azər
anlamındadır. Quranda Zərbiyyə kimi yazılan Azərbay(can) rəmzi xalça mənasında
qeyd olunur və bu Asar-Ba ölüm şahlığının göylərdə rəmzi mənada “toxunması”
anlamındadır. Ərəb mənbələrində bu xalça – uçan xalça adlandırılır və rəvayətə
görə, Süleyman peyğəmbər özü və bütün sarayı bu xalçada Göydə uçurmuş. Yəhudi
deyimlərinə görə isə, xalçanın sahəsi altmış kvadrat mil olub, yaşıl ipək,
qızılla naxışlanmışdır və s. (38). Süleymanın sarayının cinlər tərəfindən tikildiyini
nəzər alsaq anlayarıq ki, bu xalça göydəki dünya anlamındadır. “Azərbaycan” rəmzinin
– iki dünyanı birləşdirən bir ölkə mənasında olması haqqında mən “Azəri, Azərbaycan
nə deməkdir. Sirlər xəzinəsi” adlı məqaləmdə yazmışam.
Bütün bunlar haqda daha geniş məlumatlar
“Batini-Quran” kitabımda və məqalələrimdə verilmişdir.
Ədəbiyyat
1. “Assuriya – qədim Azərbaycan
ölkəsidir”, http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html
2. Тураев Б. А. “История Древнего Востока”, Л. 1935. 1
cild, səh.304
3. М. Носовский, “Адам
говорил по-арамейский”, sayt: http://berkovich-zametki.com/AStarina/Nomer10/MN47.htm
5. Абу Хамид аль-Газали, «Воскрешение наук о вере» М.,1980, стр.
209,210,309
6. А. Л. Оппенхейм, «Древняя Месопотамия», М., 1980,
səh.27,28
7. Библ.,Исая, 23:13
8. Р. Фрай, «Наследие Ирана», М., 1972, səh.150
9. Хрестоматия по истории Древнего Востока, М., 1980,
səh.302
10.
Quran,25:15
11.
И.
М. Дьяконов, «История Мидии от древнейших времен до конца 1V в. до н. э.»
М.-Л., 1956, səh.37, 38
12.
Библ.
Иезек.,31:3,4,7
13.
Гандзакеци
К., История Армении, М.,1976, səh.282
15.
Quran,
20:5
16.
Алан Ф Эльфорд, «Путь Феникса. Тайны забытой цивилизации», Земля Мер, sayt: http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130
17.
Ю.
Р. Джафаров, «Гунны и Азербайджан», Б., 1985, səh.83
18.
Quran
7:171
19.
Quran, 4:154
20.
Тураев
Б. А. История древнего востока, Л., 1935, I cild, səh.205-207
21.
М.
Хоренаци, II Книга, kitab, böl., 8
22.
Г.
М. Бонгард-Левин, Г. Ф. Ильин, «Индия в древности», М., 1985, səh.563
23.
Е.
А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.163
24.
Г.
А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б.,1991, səh.270
25.
Quran,7:159-160
26.
Quran.9:36
27.
Əflatun,
“Fedon”, 110 S,D,E
28.
Библ.,
IПар.,5:10, Пс.,82:7, Вар.,3:23
29.
Библ.,Быт.,37:25,28
30.
Библ.,
Быт.,17:20
31.
Библ., Галат.,4:25
32.
“İlk
mason təşkilatı Azərbaycanda yaradılmışdır” məqaləm, sayt: http://gilarbek.blogspot.com/2014/02/ilk-mason-tskilat-azrbaycanda-yaradlmsdr.html
34.
Библ.,Втор.,1:12, Числю,10:12, 12:16, 20:1
35.
А.Даврижеци, «Книга историй»,
М.,1973, böl. 24,51
36.
Strabon
XI:13/3
37.
“İslamın
124 min peyğəmbərləri kimlərdir?” məqaləm, sayt: http://gilarbek.blogspot.com/2014/01/islamn-124-min-peygmbri-kimlrdir.html
38.
Идрис
Шах, «Магия Востока», M., 2000,səh.38
Firudin
Gilar Bəg
Комментарии
Отправить комментарий