Türk Tanrısı və Onun ağlasığmaz sirləri
Tanrı, Allah haqqında çox kitablar yazılmasına baxmayaraq, bu günə qədər insanlar Onun əsl mahiyyəti haqqında konkret heç nə bilmirlər. Bunun əsas səbəbi qədim yazıların düzgün qəbul edilməməsidir. Qədim müdriklərə görə, yazılar ikili mənada, yəni zahiri və batini mənada yazılmışdır. Bu günkü insanlar yazıların birbaşa, hərfi mənalarını əsas götürüblər ki, bu da yanlışdır. Çünki, müdriklərin məntiqinə görə, əsas məna bilavasitə Allahla bağlı olan batini mənadır. Biz, qədim yazıların rəmzi, yəni batini mənalarına görə Tanrı, Allah sözlərinə elmi izah verəcəyik. Qeyd edək ki, bu günə qədər heç kim yazıların batini mənalarını açmamışdır və biz ilk dəfə bu məntiqlə gizli qalmış sirlərə aydınlıq gətirəcəyik. Quranda bu məntiq ən kamil elm kimi təqdim edilir və Süleyman peyğəmbərə verilmiş “ Quş dili ” adlandırılır. Qədim mənbələrə görə, Allah iki növ insan yaratmışdır ki, bunlar da ölümsüz göy insanları və ölümlü yer insanlarıdır. Müdriklər yer insanlarını heyvana bərabər tutmuş və on