Türk Tanrısı və Onun ağlasığmaz sirləri



Tanrı, Allah haqqında çox kitablar yazılmasına baxmayaraq, bu günə qədər insanlar Onun əsl mahiyyəti haqqında konkret heç nə bilmirlər. Bunun əsas səbəbi qədim yazıların düzgün qəbul edilməməsidir. Qədim müdriklərə görə, yazılar ikili mənada, yəni zahiri və batini mənada yazılmışdır. Bu günkü insanlar yazıların birbaşa, hərfi mənalarını əsas götürüblər ki, bu da yanlışdır. Çünki, müdriklərin məntiqinə görə, əsas məna bilavasitə Allahla bağlı olan batini mənadır. Biz, qədim yazıların rəmzi, yəni batini mənalarına görə Tanrı, Allah sözlərinə elmi izah verəcəyik. Qeyd edək ki, bu günə qədər heç kim yazıların batini mənalarını açmamışdır və biz ilk dəfə bu məntiqlə gizli qalmış sirlərə aydınlıq gətirəcəyik. Quranda bu məntiq ən kamil elm kimi təqdim edilir və Süleyman peyğəmbərə verilmiş Quş dili adlandırılır.

Qədim mənbələrə görə, Allah iki növ insan yaratmışdır ki, bunlar da ölümsüz göy insanları və ölümlü yer insanlarıdır.​ Müdriklər yer insanlarını heyvana bərabər tutmuş və onları yazılarda qeyd olunmağa layiq görməmişlər. Başqa sözlə, müdriklərin məntiqinə görə adi insanların qədim yazılara heç bir aidiyyəti yoxdur (Məqalə: Истина о небесных и земных людях, sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1). Göy insanları deyəndə isə müdriklər – “şahlığı göydən endirilmiş” kuti/qutilər nəslini nəzərdə tuturdular ki, bizlərə bu rəmzlər - xud, xett, qot və s. kimi də tanışdır. Türk mənbələrində kuti rəmzi “Kuday” kimi də yazılıb, Allaha və Dədə Qorquda aid edilir. Kitabi Dədə Qorqudda bu rəmz – xud möminlər kimi də keçir. Qorqud rəmzinin özü Qor-xuda mənasında Qor Allahı deməkdir və o qədim Misir Allahı hesab olunur.

Qurana görə, Allah Xud peyğəmbəri əl-Əhqaf dağında yaşayan Ad nəslinə göndərmişdir. Sufi-batin məntiqində Əhqaf rəmzi Qaf rəmzi ilə eyni mənalıdır ki, A. A. Bakıxanovun Gülistani İrəm kitabına görə Qaf dağı elə Qafqaz dağlarıdır və bura div və pərilərin məskənidir. Deməli, xud/kuti möminləri Qaf dağındakı Ad nəsli ilə bağlıdır. Qədim Misir yazılarında kuti rəmzi ilə eyni mənalı xat rəmzi, Ad oğlu Şəddadın tikdiyi sütunlar şəhəri olan İrəm cənnətinə aid edilir. Biz, Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər adlı məqaləmizdə Ad oğlu Şəddadın - Azəri türklərinin şad bəgləri, yəni seyid-bəglər nəsli olmasını elmi sübut etmişik (Sayt: https://firudin.blogspot.com/2020/09/goyd-cnnt-yaratms-azri-bglri-sddadilr.html). Başqa sözlə, “şahlığı göydən endirilən” kuti/xud nəsli - cənnət əhli olan müqəddəslər nəslidir.

Lakin qədim Misir yazılarında xat rəmzi həm də ürəyin yerləşdiyi ərazi, yəni ürək ətrafı qab, çanta - bədən deməkdir. Misirşünas alim U. Bac bildirir ki, çürüməyə məruz qalan fiziki bədən xat adlanır və məhz onu mumyalaşdırmadan sonra məqbərəyə qoyurdular. Hətta Osirisin belə bədəni olmuşdur. Belə çıxır ki, kuti/xat dedikdə, öləndən sonra Osiris Allahına çevrilmiş göy insanlarının fiziki bədıni nəzərdə tutulur.

Digər misirşünas tədqiqatçı Bruqş, kuti/xat rəmzini kiti/xettim kimi yazır və bildirir ki, onlar - Xanaanda yaranmış Ruten adlı Vahid əsilli xalqların Böyük Birliyi”nə daxil idilər. Bruqşa görə bu xalqları, möhkəmləndirilmiş şəhərdə oturmuş kiçik şahlar idarə edirdi. Mənbələrdə rutenlilər - qall, yəni gel tayfaları adlandırılır. Ruten - aşağı və yuxarı torpaqlardan ibarət olmuşdu və Amorrey torpağı, Oront və Kadeşlə bağlı idi (Г. В. Носовский, А. Т. Фоменко, Империя, М., 2000, стр. 586, 587, 589). Bruqşun yazdığından belə çıxır ki, şahlığı göydən endirilmiş kuti/xet xalqı - Xanaanda yaranmış və Ruten adlı Vahid əsilli xalqların Böyük Birliyi ilə bağlıdır.

Qədim Misir mənbələrindəki Ruten (RTN) rəmzi, digər yerlərdə Allah mənasını verən Neter (NTR), Oront (RNT) rəmzi kimi də yazılır. Batini mənada Neter – Nut göylərindəki Ra Allahı deməkdir və bu rəmz bizim Tanrı (TNR) sözü ilə eyni mənalıdır. Belə çıxır ki, qədim Misir Allahı və bizim Tanrımız - aşağı və yuxarı torpaqlarda yaşayan kuti/xudalardır. Onlar, Vahid əsilli xalqların Böyük Birliyini yaratmış kiçik şahlardır və möhkəmləndirilmiş şəhərdə oturmuşlar. Kitabı Dədə Qorqudda aşağı və yuxarı torpaqlar - İç və Taş Oğuz eli adlandırılır ki, biz bu haqda Assuriya – qədim Azərbaycan ölkəsidir adlı məqaləmizdə geniş izah vermişik (Sayt: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html?m=1). Burada İç və Taş Oğuz eli – El içində El mənasında olan Assur eli, Assur aləmi adlanır. Assur/Aşşur isə qədim Misirin Asar, yəni Osiris Allahıdır. Belə çıxır ki, qədim Misirdə Neter/Ruten dedikdə - iki dünyanı, yəni yerdəki fiziki və göydəki ruhlar dünyasını özündə birləşdirən Asar/Osiris Tanrısı nəzərdə tutulur. Bu rəmzləri tam anlamaq üçün qədim Misirin Osiris Allahının yaradılışına nəzər salmaq vacibdir.

Dünyanın yaradılışının Geliopol (Gel şəhəri) variantına görə, Dünya - bir-birini əvəzləyən yaranışlardan törəmişdir. İlkin Nun sularının ortasında təpəyə, adı – “Hər şey” mənasını verən ali Atum yüksəlir. Atum öz-özündən Şu və Tefnut cütlüyünü yaradır və onlardan ikinci cütlük olan – Qeb və Nut, yəni Yer və Göy yaranır. Daha sonra Qeb və Nut: Osiris (Oziri), İsida, Set və Neftidanı yaradırlar. Beləliklə, ümumilikdə Atum adlanan “Enneadanın böyük doqquz Allahı” yaranır ki, buna “Ane şəhərində olan böyük doqquzluq” da deyirlər. Bizlərə bu doqquzluq – Doqquz Oğuz kimi də tanışdır. Bu isə o deməkdir ki, Misir mənbələrində Nefer/Ruten, Asar/Osiris və s. Allahları dedikdə - kosmik ölçülü Atum Allahı nəzərdə tutulmalıdır. Bu kosmik insanın obrazı və bənzəri kimi isə, göy insanları olan kuti/xudalar nəsli yaradılmışdır.

Araşdırmaçı alim Devid Rol Atum Allahının Adəmlə eynilyini bildirir. İslam dahisi Mühiddin ibn Ərəbi və digər sufilər də Adəmi - Haqq, yəni Allah adlandırırlar. Belə çıxır ki, kosmik ölçülü Atum Allahı elə müsəlmanların da Allahıdır. Şumerdə bu böyük insan Luqal (LQ-L) kimi qeyd olunur ki, sufi-batini mənada bu rəmz “İlahi-El” anlamındadır. İslamda eyni mənalı “El-İlahi” rəmzi də Allah deməkdir. Başqa sözlə, müsəlmanların da Allahı – nəhəng insan olan Atum Allahıdır.


Bütün bunlardan çıxan nəticə odur ki, qədim Misirdə Allah dedikdə - öz kosmik bədənində iki dünyanı birləşdirən Atum/Adəm və ya Asar/Osiris Allahı nəzərdə tutulurdu və bu iki dünyaları da Onun İç və Taş Oğuz bəgləri idarə edirdi. Mənbələrdə məhz onlar – “Vahid əsilli xalqların Böyük Birliyi” adlanırdı.

İslamda vahid əsilli, yəni eyni kökdən olan xalq dedikdə, “bir anadan doğulan” mənasını verən “ümmət” kəlməsi yada düşür. Sufi-batin elmində ümmət (MMT) rəmzi tamam (TMM) və Atum (TM) rəmzləri ilə eynidir. Kitabi-Dədə Qorqud abidəsinin Vatikan variantında “tamam” rəmzi - “Oğuzun içində Tamam vilayəti zahir olmuşdu” cümləsində, göydəki İç elin adı kimi keçir.

Deməli, ümmət dedikdə Oğuz elinin bəgləri, yəni – “Vahid əsilli xalqların Böyük Birliyi” nəzərdə tutulmalıdır. “Vahid əsilli” dedikdə isə onların, kosmik insan Atumun obrazı və bənzəri kimi yaradılması (nüsxələnməsi) nəzərdə tutulur. Dlgər tərəfdən, bu həm də o deməkdir ki, İlahi nurla, göylərlə bağlı olan Oğuz xaqan - Atum Allahının, yəni kosmik insanın obrazıdır. Onun xaqan/hakan titulu da Haq sözündən yaranmışdır ki, bizlərdə Allah mənasını verən bu rəmz qədim Misirdə (Xek) - şahı, maqı, cadugəri və eyni zamanda cadunun özünü bildirirdi. Batini mənada bu rəmz – iki dünyanın Ağası, yəni həyat enerjisi (ilkin materiya) mənasında Allah fikrini ifadə edir. Haq rəmzi eyni zamanda - yəhudilərdə “Hayah” (היה) kimi yazılaraq Həyya, yəni həyat mənasını verən rəmzlə də eyni mənalıdır.

Quran yazır: “İnsanlar bir ümmət idilər, Allah müjdəçiləri və xəbərçiləri peyğəmbər olaraq göndərdi, aralarındakı anlaşılmazlıqları aradan götürmək üçün kitab göndərdi və insanlar bununla da ayrıldılar” (Quran, 2:213). Burada, “insanlar bir ümmət idilər” ifadəsinin batini mənası – “Atum Allahının daxilindəki İç və Taş Oğuz bəgləri eyni kökdən idilər” anlamındadır. Bu ifadə Quranda “Kanen nasu ummeten” rəmzləri ilə verilib və buradakı “kanen” rəmzi batini mənada Kənan eli, yəni Xanaan deməkdir. Biz yuxarıda, Bruqşun qədim Misir yazılarından gətirdiyi sitatda - Xanaanda “Vahid əsilli xalqların Böyük Birliyi”nin yaradılması və onun Ruten adlandırılmasını yazdıq. Belə çıxır ki, Qurandakı – “Kanen nasu ummeten” ifadəsi elə “Xanaanda Vahid əsilli xalqların Böyük Birliyi yaradıldı” deməkdir. Digər tərəfdən, “Kanen nasu ummeten” rəmzinin daha dərin batini mənası – “Kün issi Atum” fikrini ifadə edir ki, bu da – “Göylərin ruhu Atum var olsun!” əmri deməkdir. Tövratda bu əmr, yaradılışın üçüncü günü Allahın verdiyi – “Sular göylərin altında bir yerə yığışıb, görünən quru olsun!” əmridir və bu əmrdən sonra göydə dirilik suyundan, yəni ilkin materiyadan kosmik insan var olmuşdu. Tövratın mistik-alleqorik şərhi olan Zoarda (Kabbala) bu əmr Adam-Elionun yaranmasına aid edilir və bu əmrdən sonra göydə nəhəng Adəm-Eli, yəni Atum dünyası yaranmışdı. Bu isə o deməkdir ki, Xanaanda yaradılan və Ruten, yəni Tanrı adlanan “Vahid əsilli xalqların Böyük Birliyi” elə Adəm-Elidir və qədim Misirdə bu el - Atum Allahı adlanırdı.

Digər tərəfdən, Qurandakı – “İnsanlar bir ümmət idilər, Allah müjdəçiləri və xəbərçiləri peyğəmbər olaraq göndərdi, aralarındakı anlaşılmazlıqları aradan götürmək üçün kitab göndərdi və insanlar bununla da ayrıldılar” fikri onu bildirir ki, burada söhbət şərqdən gəlib, Xaldeyanın Sennaar çöllərində (Sünik göylərində) Babil qülləsini tikmiş ilk insanlardan gedir. Hamısının peyğəmbər olduğu bu toplum isə məhz Qalın Oğuz bəgləridir ki, Kitabi Dədə Qorqudda onlar – “Dünya mənim” deyən bəg-ərənlər adlandırılır. Belə çıxır ki, bu peyğəmbər bəglər həm də dünyanın sahibləri olan qədim Misirin Asar/Osiris Allahlarıdır.

Bruqşun tərcüməsinə görə, Neter/Tanrı adlanan Qalın Oğuz elini, möhkəmləndirilmiş şəhərdə oturmuş kiçik şahlar idarə edir. Kitab və məqalələrimizdə biz göstərmişik ki, mənbələrdə “möhkəmləndirilmiş şəhər” dedikdə Dərbənd şəhəri nəzərdə tutulur (Məqalə: “Великая тайна иудаизма и иудеев Хазарии”, sayt: https://firudin.blogspot.com/2021/01/blog-post.html). Dərbənd şəhərinin digər adları isə mətnlərdə “Əl-Bab” (Qapı), “Bab əl- Əbvab” (Qapılar qapısı) və s. kimi keçir ki, Əl-Bab rəmzi həm də “Allahın qapısı” mənasını verən Babil rəmzidir. Bu isə o deməkdir ki, Oğuz bəgləri Babil qülləsini tikmiş, öləndən sonra isə ruhları, göylərdə ölümsüz Asar/Osiris Allahlarına çevrilmişdir.

Qədim Misir yazılarında Babil qülləsi - ölənlərin ruhlarının mühakimə olunduğu yer kimi göstərilir. Mətnlərin birində Esagilə gələn Tabi-utul-Enlil deyir: “Mən türbəyə düşmüşdüm ki, yenidən Babilə qayıtdım. “Bərəkət qapısı”nda mənə bərəkət verildi. “Böyük qoruyucu ruhun qapısı”nda mənim gözətçi ruhum mənə yaxınlaşdı. “Mərhəmət qapısı”nda mən mərhəmət gördüm. “Həyat qapısı”nda mənə həyat verildi. “Günəşin çıxdığı qapı”da mən yaşayanlar sırasına daxil oldum. “Əlamət görünmə qapısı”nda mənim əlamətlərim üzə çıxdı. “Günahlardan qurtulma qapısı”nda mən günahlardan təmizləndim. “Sorğu qapısı”nda məndən sorğu soruldu. “Ah-zardan qurtulma qapısı”nda mən ah-zardan azad olundum. “Su ilə təmizlənmə qapısı”nda mən təmizləndim. “Mərhəmət qapısı”nda mən Mardukun qarşısında durdum. “Qüdrət tökülmə qapısı”nda mən Sarpanitin ayağından öpdüm” və s. (Б. А. Тураев, История древнего востока, Л., 1935, том I, стр. 142). Bu o deməkdir ki, Babil qapısı - ölənlərin ruhunun mühakimə olduğu məhkəmənin qapısıdır və qədim Misir mənbələrinə görə, burada ruhları 42 hakim mühakimə edirdi. Başqa sözlə, möhkəmləndirilmiş şəhərdə oturmuş və ölənləri mühakimə edən hakimlər - Vahid əsilli xalqların Böyük Birliyinin şahlarıdır. Biz, “Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı” adlı məqaləmizdə göstərdik ki, qədim Misirin ruhlar dünyasının 42 hakimi dedikdə - 10 səs hüququ ilə bütün Allahların Atası və Ağası adlandırılan Ra-Amon Allahı və digər 32 Allah nəzərdə tutulmalıdır (Sayt: https://firudin.blogspot.com/2021/01/azrbaycan-atabglr-ailsi-v-onun-32.html). Deməli, buradakı 32-lər və Ra Allahı birlikdə ölülər dünyasının 42 hakimləridir və onlar Babil qülləsinin girişində insan ruhlarını mühakimə edib, onların cənnətə, cəhənnəmə düşmənlərinə qərar verirdilər. Başqa sözlə, “Vahid əsilli xalqların Böyük Birliyi” dedikdə - Azərbaycan Atabəglər Ailəsinin 33 bəgdən ibarət müqəddəs pirləri nəzərdə tutulmalıdır. Otuz üç müqəddəsdən ibarət bu Atabəglər Ailəsi İslamda - “Sadat silsiləsi”, “Aliyə silsiləsi”, “Qızıl silsilə” və s. adlanır və onlar İslam dininin bütün dövrlərində xüsusi vəzifə yerinə yetirən müdriklər hesab olmuşlar.

Bütün bunlardan belə çıxır ki, Tanrı, Allah dedikdə qədim insanlar - göydə kosmik ölçülü işıq insanını, yəni Atum/Adəmi və onun daxilindəki Qeyb aləmində ölümsüzlük qazanmış 33 müqəddəsin ruhlarını nəzərdə tuturdular. Məhz bu İç Oğuz və Taş Oğuz bəgləri mənbələrdə “Vahid əsilli xalqların Böyük Birliyi” adlanırdı.


Kitabı Dədə Qorqudda İç Oğuz bəgləri əzrail (ZRL) obrazında təqdim edilir və bu rəmz batinilərdə Azər-Eli (ZRL), yəni Asar/Osiris Allahlarının Eli deməkdir. Qədim Misir mənbələrində bütün Allahların Atası və Ağası adlanan Təktiz Amon, Kitabi Dədə Qorqudda – “varıban peyğəmbərin üzünü görən, gəlübən Oğuzda səhabəsi olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bəkdüz (Bügdüz) Əmən” adlanır. Pir Əmənın bığının qanlı olması, Onun Atum dünyasını və s. yaratdığı zaman kəsdiyi milyonlarla qurbanlara işarədir.

Pir Əmənın yaratdığı Atum dünyası Türk mənbələrində Göytürk xaqanlığı kimi keçir. Bu xaqanlıq İç Oğuzda zühur etdiyi üçün, Əmənın qurbangahda yaratdığı bu İç (“Ç”) dünyası mənbələrdə “Çin” (ÇN) ölkəsi kimi məlumdur. Onun “Kitay” adlanması da, onu yaradanların kuti, yəni xudalar olması ilə bağlıdır. Çin mənbələrində bu xaqan - Göy xanı, Tyan Qexan, Tenqri xaqan da adlanır. Tenqri rəmzi sufi-batinilərdə - “Nut göylərinin Qor Allahı” mənasını verir və buradakı Qor, yəni Hor rəmzi – “Hü ilkin materiyasından yaradılmış Ra günəşi” deməkdir. Məna etibarilə Qor rəmzi elə Ra günəş Allahı deməkdir. Başqa sözlə, Tanrı sözü ilə Tenqri sözü eyni mənalıdır və Ruten (Nefer/Tanrı) adlanan “Vahid əsilli xalqların Böyük Birliyi” elə Türk xaqanının Tenqri xaqanlığıdlr.

Gül-Təkinin kiçik abidəsində Göytürk xaqanlığı haqqında deyilir: “Göyəbənzər, Göydə yaranmış müdrik Türk xaqanı. İndi mən [şahlıq taxtında] əyləşdim... mənə ittifaq tayfalar [və] xalqlar, sağda [duran] şad-apıt bəgləri, solda [duran] tarxan [və] əmr gözləyənlər… və s.”. Bu abidədə sağda duran bəglərin şad-Apıt (Pta/Ptah) adlanması, Yafətin şad bəglərinin göydəki Tanrı elində Asar/Osiris Allahları mənasında olması anlamındadır. Kitabi Dədə Qorqudda və digər Türk abidələrində də bəglər - sağ, sol və xas bəglərə bölünür. Bartold yazır ki, oğuzların sağ boyu, türklərin “onq” [NQ] sözü əvəzinə, xüsusi söz olan “saq” sözü ilə adlanırdı. “Onq” rəmzi Kitabi Dədə Qorqudda inaq [NQ] kimi yazılaraq bəglərə aid edilir. Erməni mənbələrində inaq/inoq [NQ] rəmzi inoki kimi yazılır və zahidlərin “Böyük səhranın qardaşlığı” cəmiyyətinin üzvləri mənasındadır. İnokilərin, Sünikin Taron qavarında yerləşən Lazarın monastırı isə mənbələrdə - “mələklərin yaşadığı məkan və müqəddəs səhra” adlanır. Arakel Təbrizlinin yazılarından belə çıxır ki, öldükdən sonra paronterlərin, yəni fironların ruhları, adlarını və qiyafələrini dəyişərək - insan səsinin eşidilmədiyi bu müqəddəs səhraya köçürlər.

Bura düşən ruh yalnız bu səhrada yaşaya bilir. Səhradan çıxanda isə ruh - sudan çölə atılmış balıq kimi ölümə yaxın olur, boğulur və yalnız ora qayıdanda dirilir (А. Даврижеци, “Книга историй”, М.,1973, böl.24,51). Başqa sözlə, sağ tərəf - Sünik göylərindəki ruhlar dünyasını, yəni yuxarı Ruteni, İç Oğuz elini bildirir. Qədim Misir mətnlərinə görə, Osiris Allahı - dünyanın sağ tərəfində doğulur və sol tərəfində ölür.

Mogilyan və Gültəkin abidələrinin ilk sətirlərində Türk xanı özünü – “Mən Tanrı tək, Tanrı yaratmış bilici Türk xanı... Mən Tanrı tək Göydə yaranmış bilici Türk xanı” adlandırır ki, bu da onun göydə, yəni sağ tərəfində doğulmuş Allah obrazında olması deməkdir. “Vahid əsilli xalqların Böyük Birliyi” isə, sağda və solda duran, yəni göydə və yerdə olan bəglərdir. Bu mənbələrdə pir Əmənın adı Bumın kimi keçir ki, bu rəmz də Ba-Əmən deməkdir. Biz kitab və məqalələrimizdə göstərmişik ki, “Ba” rəmzi qədim Misirdə pir/firon Amonun Allaha çevrilmiş ruhunu bildirirdi. İslamda Ba rəmzi Bəsmələ mənasındadır və batinilərdə bu rəmz - Əvvəldə gəlmiş və Axırda gələcək Allaha, yəni Rəhman və Rəhimə aid edilir. Bu o deməkdir ki, Bumın (Ba-Əmən) elə İslamda Billah, Vallah adlanan Ba (Va) Allahıdır.

Türk mənbələrində bildirilir ki, Göytürk xaqanlığının qurucusu Bumın xaqan Yabquluğunu elan etdikdən və El yaratdıqdan (El-etmiş/El-tutmuş) sonra, “İllig Xaqan” adını aldı. Sufi-batinilərdə “İllig” (LLG) rəmzi Allah (LLH) rəmzi ilə eyni mənalıdır və bu o deməkdir ki, İllig Xaqan elə Allah-Xaqan və ya Allah-Haq, Haq-Allah deməkdir.


Bumın xaqanın Yabqu, yəni “Ya-Bəg” titulunu qəbul etməsi, onun sufizmin Tərikə yolunda Bəqa səviyyəsinə yüksəlməsi və İlahla, yəni ilkin materiya ilə vəhdətə nail olması mənasındadır. Bu səviyyədə pir, İlah vasitəsi ilə istənilən canlını və s. hər şeyi yaradan bilir. Pir Əmən, məhz Gel şəhərində İlahla vəhdətindən Atum Allahını, yəni Doqquz Oğuz ölkəsini yaratmışdır. O Gel şəhərində İlahla vəhdətə nail olduğu üçün, onu Gel-İlah adlandırdılar ki, mənbələrdə bu rəmz Xallux/Halluh formasında qalmışdır. Rəvayətə görə Xallux, Doqquz-oğuz (Tuquzquz) ölkəsinə keçəndən sonra Yabaqu, onun tayfası isə Yabaqu-Xallux adlanmağa başlandı (В. В. Бартольд, “Сочинения”, том VIII, М., 1973, стр.42). Çin mənbələrində xallux - qolelu, kololu adlanır ki, bu rəmz də Qall, Qaliley, Gel və s. rəmzləri ilə eyni mənalıdır. Mənbələrə görə şərqi karluklar gellərdir və alimlərin çoxu gelləri və qelolu tayfasını karluk hesab edir. Müsəlmanlar onları Halluh/Xallux/Kalluk, Harluh, Harlıg, Tibetliler isə Garlog adlandırır ki,​ “yabqu” (Ya Bəg) titulunu da onların şahları daşıyır. Karluk şahları isə mənbələrə görə Kül-İrkin tayfasıdır və bu rəmz digər yerlərdə Uluq-İrkin kimi yazılaraq, şərqi Türküstan şahlarının titulu sayılırdı. Uluq (LQ) və Kül (KL) rəmzləri batini mənada İlah deməkdir və Karluk da Qor-İlahi, yəni Qor Allahı anlamındadır. Qor Allahı isə bizim yuxarıda qeyd etdiyimiz qədim Misirin Qor, yəni Qorqud/Qorxud Allahıdır.

Tanınmış araşdırmaçı Devid Rol yazır ki, qədim Misir yazılarında fironlar arasında yaşayan bir qəbiləni (ailə) ifadə etmək üçün xüsusi kollektiv ad var idi və bu da Patu (Pat sözündən) idi. Bütün bu ailəyə aid olanlar “İri-Pati” [R-PT] adlanırdı ki, bu da “Patın törəmələrindən biri” mənasını daşıyırdı. Pat, piramidanın ilkin mətnlərində artıq Qorla assosiasiya olunurdu və bu şahların yerdəki təcəssümü sayılırdı. Özünün bu nəslə, yəni Qor fironlarına aid olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu (Д. Рол, “Генезис цивилизации. Откуда мы произошли…”, Эксмо, М., 2002, səh.388, 389). İri-Pati rəmzi qədim Misirin Ra və Pta (Ptah) Allahlahlarını bildirir. Amon Allahına alqışın Leyden variantına görə, Amon, Ra və Pta – bütün Allahların mənasıdır: “Onlara tay yoxdur. Amon - hansı ki öz adını gizlədir, O, Öz üzü ilə Ra və bədəni ilə Pta (Ptah)-dır” (“Культура древнего Египта”, М., 1976 səh. 197). Bu o deməkdir ki, Ra Allahı - Amonun günəş siması, Pta isə onun Atum bədənidir. Mənbələrə görə, Atum məhz Ptanın söz və fikri ilə yaradılmışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Qor fironları nəsli - Amon Allahının varisləri anlamındadır. Başqa sözlə, Karluq, yəni Qor-İlahi dedikdə, Allahın yerdəki təcəssümü sayılan Qor fironları - pirləri nəzərdə tutulmalıdır və onlar Kül-İrkin tayfasıdır. Kül-İrkin rəmzi Alban və digər mənbələrində Gelarküni, onlara aid İri-Pati rəmzi isə Ər-Yafət mənasında Yafər-Ərən kimi keçir. Deməli, Karluq və Xalluxlar elə Albaniyanın Aranşahlar nəsli olan Geı-Gelarküni bəgləridir. Karluk rəmzi də Gel şəhərindən olan İlahi Qor nəsli deməkdir.


Gel şəhərinin göylərində yaradılmış İç Oğuz eli mənbələrdə Çigil, yəni İç-Gel də adlanır. Bartold yazır ki, səlcuq imperiyası dövründə yayılmış Türk qeneoloji rəvayətlərdə Oğuz adı yox, Çigil, yəni İç Gel adı mövcud olmuşdu. Mənbələrə görə, çigillər karlukların bir qolu hesab olunurdu. Bartold bildirir ki, karlukların içində​ Karluk-laban tayfası vardı. İssık-Kul ətrafındakı bütün yerlər karluk və cikillərə məxsus idi. Onların şahları “Kütekin-laban” titulunu daşıyırdı. Buradakı “laban” rəmzi Alban deməkdir. Başqa sözlə, Karluk-laban dedikdə - Albaniyanın Gel elinin, yəni Gelarküninin Qor Allahları nəsli nəzərdə tutulmalıdır. Alban mənbələrində bu Gel bəgləri adlı-sanlı Sisaka (Sisakan) nəsli adlanır ki, Türk mənbələrində Sisaka-Gel rəmzi “İssık-Kul” kimi rəmzləndirilmişdir. Mənbələri araşdıran Bartold, batini elmini bilmədiyindən təəccüblə bildirir ki, mətni köçürən şəxs İssık-Kul adı əvəzinə səhvən Xəzər dənizindəki Abeskun limanının adını yazmışdır (Бартольд, Сочинения, VIII cild, M, 1973 M., səh. 529). Abeskun isə mənbələrə görə, hunn sərhədləri ərazisinə aid olan, Kaspi darvazalarına və dənizinə qədər ərazini əhatə edən Bazqun torpağıdır. Başqa sözlə, Çigil karlukları, yəni İç Gelin (İç Oğuzun) Qor pirləri nəsli elə Albaniyanın Sisaka/Sisakan ərənlərinin nəslidir. Sisakan rəmzi isə Tövratda Vəhy çadırı adlanan Skiniya (Şexina) rəmzidir. Bu İlahın, yəni ilkin materiyanın, İlahi Odun mövcud olduğu ərazi mənasında göydəki ruhlar dünyasını (çadır formasında) bildirir. Lakin bu rəmz İlahla - İlahi Odla vəhdətdə olan pir-bəglərə (atəşbəglər) də aid edilir ki, İran mənbələrində onlar farbaq/farnbaq da adlanırlar. Məhz İlahi farna/fərrin hesabına bu Asiya şahları - insanlara xoşbəxtlik gətirən İlahi nur saçırdılar. Sebeos, Ammian Marsellin və başqa mənbələrin verdiyi məlumata görə, hər şahın öz odu var idi ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan mehrabda saxlanılırdı. Yəhudi mənbələrində məhz bu daşınan mehrab – “Əhd sandığı” (рус. Ковчег Завета) adlanıb, yəhudilərin ən müqəddəs əşyası hesab olunur. Bütün bunlar o deməkdir ki, Karluk-labanlar elə Albaniyanın İlahi Qor nəsli nəslidir.

Karluk rəmzi sufi-batinilərdə, türklərin ölüm şahlığının xaqanı olan “Еrlik” rəmzi ilə eyni mənalıdır. Bu rəmz Erakl, yəni Herakl rəmzi ilə də eynilik təşkil edir və biz – “Cəlairilər - Heraklın İlahi nəslidir” (rus dilində) adlı məqaləmizdə bu haqda yazmışıq (Sayt: http://gilarbey.blogspot.com/2018/04/blog-post.html?m=1). Türk və Monqol mifologiyəsında Erlik (Erleq) - yeraltı dünyanın sahibi, ölüm şahlığının ali hökmranıdır. Bu isə o deməkdir ki, Erlik elə qədim Misirin ölüm şahlığının Allahı olan Asar, yəni Osiris Allahının obrazıdır. Sufi-batinilərdə Erlik (RLK) rəmzi – “Gel şəhərinin Ra günəş Allahı” mənasını verən Gelar (GLR) rəmzi ilə eynidir. Başqa sözlə, karluk-xalluxlar elə Albaniyanın Gel elinin Qor Allahları nəslidir. Gelarkün adındakı “Kün!” rəmzi isə həm Allahın “Ol!” əmrini və həm də eyni mənalı Kənan, yəni Xanaan elini bildirir ki, “Vahid əsilli Xalqların Böyük Birliyi” də məhz burada yaradılmışdır. Mənbələrdə Gelarküni eli eyni zamanda Qarni adlanır və bu da batini mənada Qor-Ane, yəni Ane (Gel/Geliopol) şəhərindəki Qor (Allahı) mənasındadır.

Türk mənbələrində Qor Allahların yolu ilə gedənlərin şahlığı “Ya-Qor” mənasında “Uyğur” xaqanlığı kimi də qeyd olunur. Bu xaqanlıq Doqquz Oğuz ölkəsinin içində yerləşirdi ki, bu ölkə elə qədim Misir yazılarındakı Atum adlanan Böyük doqquz Allah deməkdir. Bu mənbələrdə Atum Allahı Tumidu adlanır və bu rəmz də Atum-Deo/Теос, yəni Atum Allahı deməkdir. Atum Allahı Nut göyündə yaradılmışdır ki, Nut rəmzi bu mətnlərdə Tan imperiyası kimi rəmzləndirilmişdir. Uyğur xaqanlığının xanları Yağlakar adlanır və mənbələrdə onlara “Yoloqi”, “Yaoloqe” rəmzləri aid edilirdi. “Yoloqi”, “Yaoloqe” rəmzləri – “Ya İlahi” deməkdir və Allaha müraciət formasıdır. Yağlakar rəmzi isə batini mənada Gel-Qor və ya İlahi-Qor deməkdir. Qədim Misir mənbələrində Allah mənasını verən İlah rəmzi Asar-Luhi kimi də yazılır ki, bu da Osiris-İlahi, Osiris Allahı deməkdir. Başqa sözlə, Uyğur xaqanı elə Asar/Osiris Allahıdır.

Mənbələrə görə, Karluk hökmdarı Bilgə Kül Kadir Xaqan – “Qara xan” adını aldı və Uyğur xaqanlığı Qaraxanlılar dövlətinə çevrildi. Bu o deməkdir ki, mənbələrdəki Türk-İslam dövləti olan Qaraxanlılar dövləti dedikdə - qədim Misirin Qor yolu ilə gedən Allahların dövləti, yəni Kül/Gül/Gel elindəki Atum ölkəsi, onun göydəki və yerdəki İç və Taş Oğuz eli nəzərdə tutulmalıdır. Buradakl “Bilgə” rəmzi də “Ba-Elig”, yəni Ba-İlahi fikrini bildirir. Kadir rəmzi isə qədim Misirdə, “Qor Allahının evi” mənasında olan Xator deməkdir ki, bu da elə Atum dünyasıdır.


Bütün bu yazdıqlarımızdan belə nəticə çıxarmaq olar ki, qədim Misirin Ruten/Neter, bizim isə Tanrı/Tenqri adlandırdığımız Allah - türklərin göydəki Göytürk xaqanlığıdır. Bu xaqanlıq qədim Misirdə Asar/Osiris/Azər Allahının Xeka xanlığı, yəni maqiya, qam-şamanlıqla yaradılmış şahlıq, ölkə mənasında idi. Buna görə də bu Asar, yəni Azər ölkəsi mənbələrdə Hü-Azər/Hazar/Xəzər xaqanlığı da adlandı. Başqa sözlə, Xəzər xaqanlığı elə Göytürk xaqanlığıdır. Bu ölkənin xaqanı, qədim Misirdə bütün Allahların Atası və Ağası adlandırılan pir/firon Amondur ki, Türk mənbələrində O Bumın (Ba-Amon), Bilgə (Ba-İlahi) xaqan adlandırılır. Onun köməkçiləri olan Allahlar isə Türk mənbələrində İç və Taş Oğuz bəgləri kimi qeyd olunur. Bütün qədim mənbələrdə Tək Allah dedikdə - göydəki İç Oğuz Elində ölümsüzlük qazanmış pir Amonun (Əmən) Ruhu nəzərdə tutulur. Bütün xristianların ən mühüm “Atamız bizim” (Pater noster, Отьцэ нашь) duasında da Ata dedikdə məhz Cəddimiz Əmən Allah təsəvvür olunmalıdır: “Atamız ki, göydəsən. Alqışlı olsun Adın Sənin, gəlsin xanlığın Sənin, olsun sənin diləyin — necə ki, göydə, elə (də) yerdə. Gündəlik çörəyimizi bizə bu gün ver və s.”

Qədim Misirdə Ruten adlanan “Vahid əsilli xalqların Böyük Birliyi” sonrakı mənbələrdə Azərbaycan Atabəglər Ailəsi kimi keçməyə başladı. Mətnlərdəki onların Xelat (Gel) eli Tövratdakı Xaldeya şəhəridir ki, “bir ümmət” olan kuti/xudalar burada “möhkəmləndirilmiş şəhər”, yəni Babil qülləsini tikmiş və onun göylərində Atum Allahını var etmişdilər.

Atum rəmzi Kitabi Dədə Qorqudda Amit kimi də keçir və bu soyunun aslanı Qazan xan öz elini – “Qom qomlamam qoma yurdum” adlandırır. Bu isə Amit/Atum elinin qamlama, şamanlıqla yaradılması deməkdir. Qədim Misir ölkəsi də mənbələrdə Kem, yəni Qam ölkəsi adlanırdı və Amit rəmzi burada Mariyut, yəni Mar-Tu mənasında mar, amoreylərə aid edilirdi. Mar/amorey rəmzləri də Midiya ölkəsinə aiddir ki, Midiya rəmzi batini mənada Atum/Adəm rəmzləri ilə eyni mənalıdır. Belə çıxır ki, Atum/Adəm dünyası elə Oğuzlar yurdu olan Midiya ölkəsidir.

Kitabi Dədə Qorqudda “Qamu yerdə Əhədsən, Allahü Səmədsən” ifadəsi var ki, bu da Əhəd, yəni xuda/kuti nəslinin qamlıq məqamında olan (Tərikənin Bəqa səviyyəsi) qam-şamanlar olması deməkdir. Evseviy, kuti sülaləsini “kəldani sülaləsi” adlandırır və bu da Xaldey, yəni Xelat Atabəglər Ailəsinin sülaləsi deməkdir. Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır və onların içində Zərdüşt də var. Panodora görə, midiyalı Zoroastr (Zərdüşt) yeni kosmik eranın səbəbkarıdır (И.М.Дьяконов, “История Мидии, М-Л., 1956, səh.36-39). Kosmik eranın səbəbkarı olmaq, Zoroastrın kosmik Atum Allahın obrazında olması anlamındadır. Zoroastr rəmzi Azər-İstar deməkdir ki, bu da Asar/Osiris Allahının göy dünyası mənasındadır. Belə çıxır ki, kuti/xudaları nəsli Midiyanın Xelat, yəni Gel elinin bəgləridir.

Bəg-kuti rəmzi qədim hindlilərin “Bxaqavat-Qita” dini-fəlsəfi abidəsində “bxakti” kimi məlumdur. Bu kitabda Allah bildirir ki, yalnız “Mənim bxaktilərim” məni dərk edə bilər və Mənim təbiətimə çata bilərlər. İstənilən işlə məşğul olan bxakti Allahın himayəsi altındadır və onlar Allahın əbədi, məhv olmayan aləminə daxil olur və orada ölümsüzlük qazanır. Allahın bxakti, yəni kuti-bəglərini “Mənim” adlandırması o deməkdir ki, onlar yəhudilərin Levit boyudur. Çünki yalnız yəhudi levitlərini Allah “mənim” adlandırır və onları Özünə qulluq üçün ayırmışdır.

Qeyd etmək yerinə düşər ki, “Bxaqavat-Qita” rəmzi sufi-batinilərdə “Bəg-Qaba-Kuti” kimi açılır ki, bu da kutilərin – “Qeb/Qaba aləmi yaratmış bəglər” olması deməkdir. Bxaqavati rəmzi qədim mətnlərdə Bexkavat kimi yazılır və “fars şahlarının, onların arvadlarının, uşaqlarının və s. yerləşdiyi iqamətgah” mənasındadır. Yazılarda qeyd olunur ki, Fars ölkəsinin bir çox şəhərləri, öz yaradıcılarının və bərpa edənlərinin adları ilə adlandırılır və qarşısına Vex/Veh (Bəg) hissəciyi artırılırdı: Vex-Kavat, Vex-Artaşir, Vex-Xosrov və s. Mənbələrə görə, Amidanın zəbtindən sonra Kavad Fars ölkəsində şəhər tikərək, oranı əsir amidlilərlə məskunlaşdırır və Beh-an-Amid-Kavad adlandırılır (Sebeos, “İmperator İraklın tarixi” 3/17). Amid rəmzinin Midiya olması aydındır. Burada “əsir amidlilər” dedikdə fars (pir) şahları, yəni Midiya pirləri, firon-bəgləri nəzərdə tutulur. Onlar, Babil qülləsini tikdikdən sonra, onun göylərində var olmuş cənnətə köçmüş və axirətə qədər orada “əsir” qalmışlar. Belə çıxır ki, fars şəhəri Vexkavat - bəglərin, Bəqa səviyyəsində yaratdıqları Qeyb/Qeb (Qaba) aləmi, ruhlar dünyası anlamındadır.


Kitabi Dədə Qorqudda da Oğuz elinin qəhrəmanları göydə, yəni Qaba aləmdə yaşadığı üçün onlara “qavat” (Qaba-Ata) rəmzi şamil edilir. Bu kitabda “qavat” rəmzinə “mərə” rəmzi də əlavə olunur ki, bu da Qaba aləmdə “yaşayanların” mar, yəni midiyalı olması deməkdir.

Mənbələrdə Bxaqavat/Bxaqavan, yəni Bəg-Qaba rəmzi - Sahib, Ağa mənasında əsasən Şri Krişna Allahına aid edilir və o Ali İlahi Şəxsiyyət, yəni İnsan-Allah adlandırılır. Mənbələrdə Buddanın özünə də Bxaqavan kimi müraciət edirlər ki, Budda rəmzi də Sakyamuniyə verilən addır. Sakyamuni rəmzi isə - Xelatda özünü Şah-Ərmən, yəni Ra-Amon adlandıran Sökmən mənasındadır. Biz, “Budda - göydə Allah yaratmış Azəri bəgidir” adlı məqaləmizdə bu haqda geniş məlumat vermişik (Sayt: http://gilarbek.blogspot.com/2013/09/budda-goyd-allah-yaratms-azri-bgidir.html?m=1). Şri Krişna rəmzi batini mənada Aşşur (Assur/Osiris/Azər) və Qor/Qoris/Kris rəmzindən ibarət olub “Osiris Qor” deməkdir.

Yazdıqlarımızdan belə çıxır ki, kuti/xuda bəgləri olan bxaktilər - Xelat göylərində Qaba/Qeyb aləmi yaratmış Atabəglərdir və onlar həm də Allahın “Mənim” adlandırdığı yəhudi levitləridir.

Yəhudi mənbələrində Qaba rəmz – “Allah” mənasını verən İeqova, Yaxve kimi keçir. Burada kutilər - yəhudi və ya sadəcə iuda xalqı adlanır ki, bu da “Ya-Xuda” deməkdir. Bu gün elimizdə - Xudu, Xudaş, Xudaverdi, Xudakərim, Xudayar, Xudabağış, Xudaqulu, Xudamir, Xudaşirin, Xudaman və s. adlarımız qalır ki, bu da bizim - Allahın seçilmişləri nəsli olmağımız deməkdir.

Məlumdur ki, ən qədim mənbələrdə yəhudi dedikdə - Xəzər (Azəri) Türk bəgləri nəzərdə tutulurdu. Kitabı Dədə Qorqudda bu Oğuz bəgləri - Adəmilər əvrəni, ərənlərin əvrəni adlanır və bu da Adəmilər yəhudisi, ərənlərin yəhudisi deməkdir. Bəg-ərənlərin Tövrat, yəni Tora kitabı əslində Torah/Torax kimi yazılır ki, bu da “Türk” və onun getdiyi “Tərikə” yolu anlamındadır. Başqa sözlə, Tövrat kitabı - Türkün getdiyi Tərikə yolu deməkdir ki, məhz bu yolla pir (firon) Amon - Bəqa, yəni bəglik məqamına yüksəlmiş və İlahla, ilkin materiya ilə vəhdətə nail olaraq, Ra-Amon/Rəhman Allaha çevrilmişdir. Onun ardıcılları pir-bəglər isə mənbələrdə Qor yolu ilə gedənlər (Şəmsu Qor) adlanırdı.

Yəhudi mənbələrində Torax rəmzi Terax kimi də yazılaraq, Azər və Fara (Farra) rəmzləri kimi İbrahim peyğəmbərin atasının adı mənasında keçir. Əgər biz bu rəmzləri birləşdirsək, məlum olar ki, İbrahim peyğəmbərin atası - Azəri Türk piri (firon/fər) olmuşdur. Batini mənada İsrail/İzrail rəmzləri də Asar-Eli, Azər-Eli deməkdir və biz Qurandakı İsrail oğulları - Azəri bəgləridir” adlı məqaləmizdə bunu elmi sübut etmişik (Sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html?m=1). Bildiyimiz kimi Tövrat yalnız samitlərlə yazılmışdır və məşhur Kumık Türkü olan Murat Acı samitlərlə yazılan yazıları “Türk yazısı” adlandırır. Bu kitab, aramey və ya tarqum adlanan dildə, Aşuri şriftləri ilə yazılmışdır. Yəhudilərin “ktav Aşuri” adlandırdıqları Assur şrifti əslində “Azəri kitabı”, yəni Azəri yazısı deməkdir. Tərcümə sözünün yarandığı Tarqum rəmzi də Türk/Tərikə rəmzi ilə eyni kökdəndir. Tövratda “vahid dil” sözü “səfa əhəd” rəmzləri ilə verilir ki, burada dil mənasında olan “səfa” rəmzi - sufi anlamındadır (Məqalə: “Тайна святого языка Азери”, sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html). Əhəd rəmzi isə kuti/xuda rəmzidir və biz əvvəldə bu rəmzin qam-şamanlıq, yəni ekstatik durumla, ilkin materiya ilə bağlı olmasını qeyd etdik. Məhz bu vahid dili Quran, Süleyman peyğəmbərə ən ali elm kimi verilmiş “Quş dili” adlanırdırır və s.

Bütün bunlar o deməkdir ki, ən qədim mənbələrdə Tanrı dedikdə - Azərbaycan Atabəglər Ailəsinin Xelatda, milyonlarla qurban və teurqiya vasitəsi ilə yaratdıqları kosmik ölçülü Atum (Adəm) Allahı nəzərdə tutulmalıdır. Atum Allahı – “bədənində” iki dünyanı, yəni yerdəki fiziki və göydəki ruhlar dünyasını birləşdirən İlahi Varlıqdır. Bu işıq insanının ruhu isə 33 Osiris Allahıdır ki, Kitabi Dədə Qorqudda bu bəg-ərənlər - Bəkdüz Əmən, Qazan xan, Bayandur xan, Aruz bəg, Qaragünə, Dəli Dondaz, Şir Şəmsəddin, Beyrək, Yeynək, Düyər, Qarabudaq və s. adlarla qeyd olunur. Bütün bəşəriyyət-insaniyyət bu 33 müqəddəsin yuxusuz gecələrinin zəhmətinin məhsuludur. Bütün insanlar, meşədəki meymunlar kimi yox, məhz düşünən insan kimi yaşamalarına görə bu müqəddəslərin Ruhlarına borcludur.

Bütün bunlar haqqında daha geniş məlumatlar, təkzibolunmaz faktlar və mənbələr “Batini-Quran” və digər kitab, məqalələrimizdə verilmişdir.

 

Firudin Gilar Bəg

Sadıq Gilarbəyli

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери