Seyidlər - ölümsüz pirlər nəslidir
Dinşünas Elşad Miri bu yaxınlarda Azərbaycan türklərinin “ şah damarı " olan seyidlər haqqında danışanda, onların peyğəmbərlər nəsli olmasına şübhə ilə yanaşdı (https://teleqraf.com/news/toplum/305675.html). Həqiqətən də seyidlərin kimliyi və soy-kökü bu günə qədər araşdırılmadığı üçün bu mövzu hələ də sirr kimi qalır. Ərəblərə qədər seyidlər kimlər olmuşlar, necə adlanmışlar və niyə onlar peyğəmbərlər nəsli hesab olunurlar? Bu və bununla bağlı bir çox suallar insanları bu gün də düşündürməkdədir. Mən də bu mövzuya, qədim yazıların batıni mənalarının araşdırıcısı kimi fikrimi bildirmək istəyirəm. Batin fəlsəfəsində seyid rəmzi - ən qədim yazılarda amorey-sut (amorei-suti) kimi qeyd olunan marlar nəslinə aiddir və onlar Savalan dağı ilə Xəzər dənizi arasında mövcud olmuş qədim Midiyanın əhalisidirlər. Amorey-sut rəmzi də əmir-seyid anlamındadır və bu gün də seyid-bəglərin ad-soyadlarının qarşısında bu mənada "mir", yəni mar/amorey rəmzi yazılır. Mənbələrə görə Sut - Ad