Seyidlər - ölümsüz pirlər nəslidir
Dinşünas Elşad
Miri bu yaxınlarda Azərbaycan türklərinin “şah
damarı" olan seyidlər haqqında danışanda,
onların peyğəmbərlər nəsli olmasına şübhə ilə yanaşdı
(https://teleqraf.com/news/toplum/305675.html). Həqiqətən də seyidlərin kimliyi
və soy-kökü bu günə qədər araşdırılmadığı üçün bu mövzu hələ də sirr kimi
qalır. Ərəblərə qədər seyidlər kimlər olmuşlar, necə adlanmışlar və niyə onlar
peyğəmbərlər nəsli hesab olunurlar? Bu və bununla bağlı bir çox suallar
insanları bu gün də düşündürməkdədir. Mən də bu mövzuya, qədim yazıların batıni
mənalarının araşdırıcısı kimi fikrimi bildirmək istəyirəm.
Batin fəlsəfəsində
seyid rəmzi - ən qədim yazılarda amorey-sut (amorei-suti) kimi qeyd olunan
marlar nəslinə aiddir və onlar Savalan dağı ilə Xəzər dənizi arasında mövcud
olmuş qədim Midiyanın əhalisidirlər. Amorey-sut rəmzi də əmir-seyid
anlamındadır və bu gün də seyid-bəglərin ad-soyadlarının qarşısında bu mənada
"mir", yəni mar/amorey rəmzi yazılır. Mənbələrə görə Sut - Adəmin
üçüncü oğlu Sifin adının digər yazılış variantıdır (Məqalə: "Библейский
Сиф сын Адама является образом Мессии", sayt:
https://firudin.blogspot.com/2021/04/blog-post_23.html). Yəhudilər sut/seyid rəmzini
- sad, sadd/şadd/şadad kimi yazıb, hətta Allaha eyni mənalı El-Şadday adı ilə
(Böyük, Qüdrətli Allah) müraciət edirdilər. Bizlərdə sadad rəmzi sadat kimi
qalmışdır və adətən sadatdan olanlara seyid deyirdilər. Seyidlərin ilahiləşdirdiyi
El, yəni Əli rəmzi ən qədim mənbələrdə İl-Amurru, yəni Əli-Əmir kimi də
yazılırdı ki, bu da birbaşa mənada “Əli - əmir əl-möminin” mənasında
"möminlərin hökmdarı Əli" fikrini ifadə edir. Batıni mənada isə mar/amorey/amurru rəmzləri çox dərin mənalar verir.
Əmir, amurru, yəni "MR" rəmzi qədim Misirdə
piramidanı bildirirdi. Misirşünaslar “MR” rəmzini eyni zamanda “qalxma yeri”,
“fironun göyə qalxması üçün metafizik odlu şar”, “Ba-nın qalxması”, “yaranış
yeri və sonsuzluqda dirilmənin baş verdiyi İlkin dağ” və s. rəmzlərlə əlaqələndirirlər.
Bütün bunlar Ra-Amon Allahının yaranışı və ərşə hakim olması ilə bağlı rəmzlərdir.
“MR” rəmzi ilə bağlı olan və qədim Misirin digər adı sayılan Ta-Meri rəmzi isə
- “Mer torpağı”, “sevimli torpaq”, “dirilmə torpağı”, “şumlanmış və qaldırılmış
torpaq”, “İlahi kanallar torpağı” və s.
kimi mənalandırılır və Ra-Amon Allahının göydə yaratdığı ruhlar dünyasına, cənnətə
aid edilirdi (Məqalə: "Qurana görə axirətdə Allah gələcək", sayt:
http://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1252). Bu isə o deməkdir
ki, əmir-seyidlər göydə el, vilayət, yəni cənnət yaratmış Midiya marlarının nəslidir.
Midiya qalası mənbələrdə El-Midiya (Midiya eli) mənasında Ələmut qalası kimi də
qeyd olunur ki, ismaili batinilər - Ələmut qalasında cənnət yaratmış Həsən ibn
Sabbahı seyid adlandırırdılar.
Ən qədim mənbələrdə mar-amoreylər (seyid-mirilər) -
teurqiya (qurban və rituallarla) ilə göydə Allah yaratmış teurqlar, yəni türklər
kimi də məlumdurlar. Türk mənbələrində seyid rəmzi şad kimi keçir və Göytürk
xaqanlığının Apıt bəglərinə aid edilərək "şad Apıt bəgləri" kimi
yazılırdı. Buradakı Apıt rəmzi Apet/Yapet, yəni Yafət rəmzidir və bu da qədim
Misirdə Pta (Ptah) Allahı kimi məlum olmuşdur. Qədim Misir yazılarına görə
firon, yəni pir Amon özünü Pta (Ptah) adlandıraraq, onun adından göydə el,
dünya, yəni cənnət yaratmışdır. Bizlərə bu cənnət, Sünik göylərində inaq-bəglərinin
(inok/inoki) yaratdığı İlahi "səhra" kimi tanışdır. Yəhudi mənbələrində
inaq bəglərin Sünik göylərində yaratdığı bu "səhra" - Sion, yəni
Süni/Sina dağının göylərindəki Paran/Faran səhrası kimi qeyd olunur. Yunan mənbələrində
xaosda, yəni göydə yaradılan bu səhra Ereb/Ərəb səhrası adlandırılır. E. ə.
VIII əsrə aid Assuriya yazılarında bu Ərəb "səhrası" - Midiya ərazisində
“Şərqin ərəbləri” ölkəsinin adı kimi çəkilir. Bu da elə seyid-bəglərin göy səhralarında
yaratdığı el, vilayət deməkdir ki, yəhudilər göydəki bu Eli - Allah
adlandırırlar (Məqalə: "Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər",
sayt: https://firudin.blogspot.com/2020/09/goyd-cnnt-yaratms-azri-bglri-sddadilr.html).
Deməli, əmir-seyidlər göylərlə bağlı olan müqəddəslər nəslidir və mənbələrdə
onlar bu bağlılığa görə peyğəmbərlər nəsli hesab olunurlar. Mən "İslamın
124 min peyğəmbəri kimlərdir?" adlı məqalədə peyğəmbər sözünün əsl mahiyyətini
açıb göstərmişəm və bu rəmzin bilavasitə qədim Midiyanın Türk bəglərinə aid
olmasını sübut etmişəm (sayt:
http://gilarbek.blogspot.com/2014/01/islamn-124-min-peygmbri-kimlrdir.html?m=1).
Mətnlərdə Türk bəgləri xudalar (kutilər/qutilər) nəsli
də adlanırdı. Xuda rəmzi bu gün də ad, soyadlarımızda qalmışdır. Bu rəmzdən
ya-xuda, yəni yəhudi adı yarandı ki, bu da onların Allahın Özünə qulluq üçün
seçdiyi müqəddəslər nəsli olması ilə bağlıdır (Məqalə: «Qurandakı İsrail
oğulları - Azəri bəgləridir!», sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html).
Qədim mənbələrdə xudaların, yəni kutilərin şahlığının göydən endirilməsi açıq
yazılmışdır. Deməli, Azəri seyid-bəgləri, Aleksandriyalı Filonun "göy
insanı" adlandırdığı ölümsüzlər nəslidir. Filona və digər mənbələrə görə
Allah cəmi iki növ insan yaradıb ki, bunlar da göy və yer insanlarıdır. Bütün qədim
ədəbiyyat müxtəlif xalq adları altında Allah və onun göy insanlarına aiddir və
onların bu dünyada yaratdıqlarına həsr olunmuşdur. Yer insanını isə qədim
müdriklər heyvanla eyniləşdirirlər və onları yazılarda qeyd olunmağa layiq
görmürdülər. Bütün qədim yazıların əsas mənası, onun batıni mənalarıdır ki, bu
mənalarda müxtəlif xalq adları - batin fəlsəfəsində mahiyyətə yol göstərən rəmzlərdir.
Bu o deməkdir ki, ərəb adı da rəmzdir və bu rəmz altında rəbblər nəsli nəzərdə
tutulurdu. Rəbbər nəsli isə Əflatuna görə ölümsüz Asar/Osiris, yəni Azər
Allahının varisləridir.Oğuznamənin atalar sözlərində bildirilir ki, ölüm pir
(firon) üçün bayramdır. Seyidlər indi də iddia edirlər ki, onlar ölümsüzdürlər
və öləndən sonra da "yeyirlər".
Seyidlərin qədimdə möcüzələr göstərmək qabiliyyətinə
malik olmaları da onların göydəki dünyaları ilə bağlıdır. İran yazılarında
seyid-bəglərin göydəki dünyası Eran/Aran/Orion, yəni Ərən dünyası adlanırdı və
mətnlərə görə onlar bu dünyanın hesabına qüdrətli, İlahi insanlar hesab
olunurdular. Seyidlər dara düşəndə Allahı yox, "Ya-Cəddim" deyib əcdadlarını
köməyə çağırırlar ki, bu da elə qədim Misirin Ra-Amon, yəni Rəhman Allahı mənasındadır.
Seyidlər, özlərinin adi insandan fərqli olaraq,
Allahın nurundan yaradıldığını iddia edirlər və bu da onların ilkin
materiyadan, yəni İlahdan yaradılması deməkdir. Sufi məntiqində bunlar -
sufinin bəqa fazasında İlahla vəhdətə nail olmuş bəglər nəsli olması mənasındadır.
İran mənbələrində bu bəglər atəş-bəglər və ya farbaqlar, yəni firon-bəglər də
adlandırılırdılar. İranşünas alim M. Boys bu İlahi atəşi-odu farbağın odu sayır
və farbaq rəmzini “farnanın yiyəsi” və ya “farnanın hesabına uğur qazanan” kimi
mənalandırır. Far/farna rəmzi isə efir, yəni ilkin materiya, İlah deməkdir.
İran mifologiyasında farn – var-dövlət, hakimiyyət və qüdrət verən İlahi mahiyyətdir
ki, biz onu İlahi Faran səhrası kimi də qeyd etdik. Lakin farn [FRN] rəmzi həm
də firon [FRN] rəmzidir və qədim Misirdə bu rəmz "pirao", yəni pir mənasında
qeyd olunmuşdur. Baq (Baqa), yəni “bəg” rəmzi isə qədim Misir yazılarında “Haq”
adlanan Asar/Osiris/Azər Allahının yerdəki köməkçiləri hesab edilirdi. Qədim
insanların təsəvvürlərinə görə fironlar nəslini hansısa substansiya, yəni İlahi
nur əhatə edirdi. İranda məhz bu nur – “fər" adlanırdı ki, istedadlı
insana “fərri oğul” deyilirdi. Bu o deməkdir ki, fər/farna – fironların
(seyid-bəglər, şahlar), yəni pirlərin nəsildən nəsilə keçən, əbədi mövcud hesab
edilən və İlahi bolluq rəmzi olan ilkin materiyadır, İlahi oddur. İranda bu gün
də əhli Haqlar - atəşbəglər adlanır ki, bu da İlahi odu özü ilə daşıyanlar,
onunla vəhdət təşkil edənlər mənasındadır. Belə çıxır ki, bu gün milyonlarla
insanın nəzir verdiyi seyidlər - məhz İlahi odun hesabına, ölümündən sonra da
insanların arzularını həyata keçirə bilirdilər. Onlar sözlə təbiətə, bütün
canlılara təsir etməyi bacarırdılar. Lakin axirətə yaxın onlar İlahi qanunları
pozduqlarına, halal-haramı qarışdırdıqlarına və digər səbəblərə görə öz İlahi
qüdrətlərini itirdilər və göy insanından ölümlü yer insanlarına çevrildilər.
Bütün bunlar o deməkdir ki, bu gün seyid
adlandırdığımız şad bəglər qədim Misir fironlarının-pirlərinin törəmələridirlər.
Qədim Misirdə məhz onların ölümsüzlük qazanmış ruhları - Allah və ya peyğəmbər
adlanırdı. Bu pirlər nəslinin törəmələri axirətdə törətdikləri haqsızlığa görə
Quranda lənətləniblər. Acı
da olsa həqiqət budur.
Firudin Gilar Bəg
Комментарии
Отправить комментарий