Müqəddəslik nədir, kimlər müqəddəs sayılır?
Müqəddəslik mövzusu bu günə qədər bütün bəşəriyyət üçün sirr kimi qalır və ilk dəfə biz bu sözün əsl mahiyyətini açacağıq.
Dünyanın ən qədim kitabı Tövrat sayılır ki, yəhudilərə görə Allah dünyanı yaradanda bu kitaba baxıb yaradırmış. Bu kitaba görə, Şərqdən gəlib yerdə Babil qülləsini tikən ilk varlıqlar - Assur, yəni Asar, Osiris Allahlarıdır. Onların ilk dili isə Tövratda "səfa Əhəd" adlanan bu xudaların sufi məntiqidir. Talmud kitabına görə, Tövrat - "Kodeş lisani", yəni müqəddəs dildə yazılıb ki, sonradan o "Ktuv Aşuri", yəni Asar, Osiris Allahların kitabı adlandı. Deməli, mənbələrə görə ən qədim xalq - Assur xalqı, onların müqəddəs dili isə sufi məntiqidir. Biz də müqəddəs rəmzinin mahiyyətini sufi məntiqi ilə açacağıq.
Mənbələrdə müqəddəs rəmzi Sina dağına, İsrail torpağına, Yerusəlim şəhərinə, Rus ölkəsinə, nazoreylərə və s. şamil edilir.
Əhdi-Ətiqdə müqəddəs sözü "kadoş" rəmzi ilə qeyd olunur. Lakin bu rəmzin daha gücləndirilmiş variantı - "müqəddəslər müqəddəsi" mənasını verən "kadoş ha-kadoşim" rəmzidir ki, bu söz Musa peyğəmbərin qurban ruhlarından göydə yaratdığı Vəhy çadırına şamil edilir.
Tövrata görə, qurbangaha tökülən qurban qanının buxarından göydə çadır əmələ gəlmişdir və bu çadır cənnət mənasındadır. Göyə qalxan qan buxarı ilkin materiya, yəni İlahla qarışır ki, Musa peyğəmbər və ya firon Amon, insaniyyətlə bağlı bütün yaradılışı məhz bu qarışıqdan yaratmışdır. İlahı, yəni ilkin materiyanı və onun qarışığından əmələ gəlmiş mahiyyəti qədim müdriklər İlahi Azər odu adlandırmışlar. Bütün flora və faunaya həyat verən məhz bu substansiyanı müdriklər müqəddəs hesab edirdilər. Həvari Pavel - "Allah tək qandan insan nəslini və onun yaşayışı üçün yer üzünü yaratdı" dedikdə, qanla yaradılmış düşünən insanı və onun üçün göydə yaradılmış cənnəti nəzərdə tutur. Deməli, müqəddəs sözünü qədim müdriklər bilavasitə İlaha və onun qarışığından göydə yaradılan cənnətə və ümumiyyətlə bu işlə bağlı hər şeyə aid edirlər. Bu cənnət Quranda və Əhdi-Ətiqdə yəhudilərə vəd olunmuş İsrael torpağı kimi qeyd olunur ki, buradakı İsrail rəmzi sufi məntiqində Asar-Eli, yəni Osiris Allahlarının göydəki Eli deməkdir. Başqa sözlə, Kodeş İsrael, yəni müqəddəs İsrael dedikdə, Osiris Allahlarının göydəki cənnəti başa düşülməlidir. Türk mənbələrində bu cənnət İç Oğuz kimi qeyd olunur. Oğuz rəmzi də Əhdi-Ətiqdə müqəddəs mənasını verən Aqiazo kimi qeyd olunur. Bu o deməkdir ki, Oğuz eli göydəki cənnət mənasında türklərin müqəddəs elidir.
Yəhudilər "müqəddəs torpaq" sözünü "Eres Kodeş" rəmzi ilə verirlər ki, sufi məntiqində bu "Rus Kodeş" rəmzi ilə eyni mənalıdır. Xristian mənbələrində də eyni mənalı İeros rəmzi müqəddəs mənasını verir və qədim Rus nağıllarında Rus sözü qurban ruhlarından göydə yaradılmış müqəddəs cənnət ağacını bildirir. Deməli, xristian mənbələrində "müqəddəs torpaq" dedikdə, qurban ruhlarından göydə yaradılmış Rus "torpağı" nəzərdə tutulur.
Qədim Misir yazılarında Kodeş və ya Kadeş - amoreylər ölkəsi olan Aziru şahlığı adlandırılır. Aziru, Azər rəmzləri sufi məntiqində Asar, Aşşur, Rus, Raş rəmzləri ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, mənbələrdə Aziru şahlığı və ya Rus ölkəsi dedikdə amoreylərin göydə yaratdıqları Osiris ölüm şahlığı, yəni cənnət nəzərdə tutulur. Mənbələrdə amoreylər, yəni marlar - Midiya xalqı mənasındadır və qədim Misir mətnlərində onlar amorey-suti adlanırdı. Müqəddəs dildə amorey-suti - bizə Azəri peyğəmbərləri nəsli olan miri-seyidlər kimi tanışdır. Belə çıxır ki, müqəddəs torpaq - Azəri seyid-bəglərinin torpağı, müqəddəs dil isə onların sufi məntiqidir. Deməli, "müqəddəs torpaq" mənasını verən "Eres Kodeş" rəmzi əslində Azəri pirlərinin elidir ki, mənbələrdə Kodeş rəmzi Kadus kimi məlumdur və bu gün bu elin bir adı da Vər-Gədüzdür. Tövratda bu rəmz Kades-Varni kimi qeyd olunur və cənnət ərazisi kimi göstərilir.
Ziqmund Freyd, “Bu insan Musadır” adlı kitabında Musa peyğəmbəri “Kadeş kahinlərinin əcdadı” adlandırır ki, Musanın tayfası olan madiamlılar da midiyalı deməkdir. Türk dilində müqəddəs rəmzi kutsi, kutsal kimi qeyd olunur və bu da Katus, Katus-Eli mənasında Kadus-Kadeş deməkdir. İngilislər müqəddəs rəmzini Holi kimi qeyd edirlər ki, bu da İlah rəmzi ilə eyni mənalı Gel eli anlamındadır. Məhz Midiyanın Gel, Gelat, Gelar elində firon Amon İlahdan göydə kosmik ölçülü Allah və onun daxilində cənnət çadırı yaratmışdı. Yəhudilərin Skiniya adlandırdığı bu çadır İslamda Əhli-Beyt mənasında Məhəmməd peyğəmbərin Kisa əbasıdır. Alban mənbələrində Skiniya çadırı Sisakan kimi yazılaraq, Albaniyanın Gelarküni Ərənşahlar nəslinə aid edilir.
Bütün bunlar o deməkdir ki, qədim mənbələrdə müqəddəs sözü bilavasitə İlahla və onun qarışığı ilə bağlı olan insanlara, varlıqlara, cisimlərə, dağlara və s. əşyalara aid edilir.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
Комментарии
Отправить комментарий