Сообщения

Сообщения за февраль, 2023

Allahını tanımayan, Ondan şikayətlənməməlidir

    Bu gün insanlar zəlzələlərə görə Allaha inamsızlığını bildirməyə başlamışlar. Əvvəla bilmək lazımdır ki, zəlzələni Allah yox, yerin təkindəki təbii proseslər yaradır və bu da İlaha aiddir. Allah olacaq bu hadisələri öz seçilmişləri vasitəsi ilə əvvəlcədən xəbər verə bilərdi. Lakin m ən o narazı xalqdan soruşuram: Məgər biz Allahımızı tanıyırıqmı? Allahın kimliyini, Onun İlahla fərqini anlayırıqmı? Biz Allahın necəliyini bilmədən, kimdən və ya nədən şikayət edirik? Biz Allahın insanı necə yaratdığını, onun cənnətdə ikinci həyat qazanması üçün nə qədər işlər gördüyünü bilirikmi? Xeyir, biz Allahımız haqqında heç nə bilmirik. Biz - islam, müsəvilik, xristianlıq, buddizm və s. adlı bütlər düzəldib, mənalarını dərk etmədən onlara sitayiş edirik. Biz öz aramızdan marifətsiz, hikmətsiz insanları din xadimləri seçib onlara qulaq asırıq və həqiqəti axtarmırıq. Məntiqlə biz etirazımızı yalnız o avam "din xadimlərinə" bildirməliyik. Allahını tanımayan insanın Allahdan şikayəti gülü

"Hanı öydüyümüz bəg ərənlər..."

       Kitabi Dədə Qorqudun sirli cümlələrindən biri də bəg ərənlər haqqındakı -"Hanı öydüyümüz bəg ərənlər, "Dünya mənim" deyənlər" cümləsidir. Kitabda bəg ərənlərin "Dünya mənim" deyərək öyünməsi təbii ki, təsadüfi ola bilməz. Dünyanı özününkü, yalnız onun sahibləri saya bilər və bu o deməkdir ki, qədim dünyanın sahibləri məhz bəg ərənlər olmuşlar. Sahib sözü məntiqlə ya yaradana, ya da onu qanuni yolla başqasından alana deyirlər. Başqa sözlə, bəg ərənlər dünyanı ya özləri yaradıblar, ya da kimdən isə alıblar, qəbul ediblər. Qədim mənbələrdə dünya dedikdə yaşadığımız fiziki dünya yox, göydəki dünya, yəni cənnət nəzərdə tutulur ki, Tövrata görə bu dünyanı Allah altı günə yaratmış, yeddinci gün isə dincəlmişdir. Qədim İran mənbələrində, göydə yaradılmış bu dünya Raman dünyası adlanır və bu da qədim Misirin Ra-Amon Allahının göydə yaratdığı dünya anlamındadır. Mətnlərdə bu dünya Arian, yəni Aran - ərənlərin mistik dünyası kimi də göstərilir və məhz bu düny

Nəsiminin şeirlərində “Quş dili” məntiqi

    “Quş dili”ni bilməyən insanın Nəsimi şeirlərinə şərh verməsi, onun, ya özünü, ya da oxucuları cahil yerinə qoyması deməkdir. Bildiyimiz kimi 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunmuşdur. Ortaya çıxan problem isə ondan ibarətdir ki, Seyid İmadəddin Nəsimi fəlsəfəsi adi insanlar üçün dərkolunmazdır. Nəsimi dəryasının dərinliyinə baş vurmaq üçün, onun öz dilini, fəlsəfəsini bilmək vacibdir. Nəsiminin dili isə, özünün dediyi kimi “Quş dili”dir və bunu yalnız Süleyman peyğəmbər bilmişdir. Məşhur sufi alimi Mühiddin İbn Ərəbi “Quş dili”ni - “Süleyman pilləsi” adlandırır və bildirir ki, bu “pillə” - dünyanın ən ali insanları olan Məhəmməd peyğəmbərin nəslinə verilmişdir. Deməli, Seyid Nəsiminin şeirlərinin gizli mənalarını, dünyanın ən ali insanları olan seyid-bəglər nəslinə mənsub sufilər anlaya bilər.“Quş dili”ni bilməyən insanın Nəsimi şeirlərinə şərh verməsi, onun, ya özünü, ya da oxucuları cahil yerinə qoyması deməkdir. Bu məqalədə biz Nəsiminin bir neçə misrasının sufi-batini m