Qədr gecəsinin batini mənası
Qədr gecəsinin batini mənası bilavasitə yaradılışla bağlı olduğu üçün, biz bu yaradışın mahiyyətinə dərindən nəzər salaq. Qədim mənbələrə görə, günəş sistemində insanla əlaqəli yalnız bir kosmik hadisə baş vermişdir ki, bu da Azəri pirlərinin göydə, Orion bürcündə Ərənlər dünyası, yəni cənnət yaratması hadisəsidir. Qədim Misir yazılarında firon Amon kimi qeyd olunan Azəri pirlərinin əcdadı pir Əman, Xelatda on minlərlə qurban kəsib, onların ruhlarından maqiya ilə göydə ruhlar dünyası, cənnət var etmişdir. Xelat eli qədim Misirdə - Gel şəhəri, göydəki dünya isə Osiris Allahının ölüm şahlığı adlanır. Mətnlərə görə firon Amon və bütün Allahların vətəni, İranın Nifat ( Napat) dağıdır və Amon mənbələrdə Napatlı (Niftalı) Amon adlanır. Firon Amon, göydə yaratdığı Osiris Allahının bənzəri kimi yerdə ilk ümmət olan kutilər (xudalar) nəslini yaratdı. Quranda bu ilk ümmət, peyğəmbərlər mənasında münzir və mübəşşirlər adlanır. İlahi sirləri bilən bu qövm İslam mənbələrində Kari, qədi