Qədr gecəsinin batini mənası
Qədr gecəsinin batini mənası bilavasitə yaradılışla bağlı olduğu üçün, biz bu yaradışın mahiyyətinə dərindən nəzər salaq.
Qədim mənbələrə görə, günəş sistemində insanla əlaqəli yalnız bir kosmik hadisə baş vermişdir ki, bu da Azəri pirlərinin göydə, Orion bürcündə Ərənlər dünyası, yəni cənnət yaratması hadisəsidir. Qədim Misir yazılarında firon Amon kimi qeyd olunan Azəri pirlərinin əcdadı pir Əman, Xelatda on minlərlə qurban kəsib, onların ruhlarından maqiya ilə göydə ruhlar dünyası, cənnət var etmişdir. Xelat eli qədim Misirdə - Gel şəhəri, göydəki dünya isə Osiris Allahının ölüm şahlığı adlanır. Mətnlərə görə firon Amon və bütün Allahların vətəni, İranın Nifat (Napat) dağıdır və Amon mənbələrdə Napatlı (Niftalı) Amon adlanır.
Firon Amon, göydə yaratdığı Osiris Allahının bənzəri kimi yerdə ilk ümmət olan kutilər (xudalar) nəslini yaratdı. Quranda bu ilk ümmət, peyğəmbərlər mənasında münzir və mübəşşirlər adlanır. İlahi sirləri bilən bu qövm İslam mənbələrində Kari, qədim Misirdə isə Qor Allahının nəsli kimi məlumdur. Qor Allahının yolu ilə gedib Orion bürcündəki cənnətdə ölümsüzlük qazanan bu xudalar nəsli özlərini ihvani səfa və ilk şiələr adlandırırdılar (bax. "İlk Azərilər və onların sufi-şiəliyi", sayt: https://firudin.blogspot.com/2022/12/ilk-azrilr-v-onlarn-sufi-siliyi.html?m=1/). İsmaililərin ifrat Gelat (Xelat) şiələri, İlahi sirləri bilən Kari qövmünə "danışan Quran" deyirdilər ki, Quran, yəni Qərəə rəmzi də Kari/Qor deməkdir. Sufilər bu natiqləri - "ürəklərinə Quran verilmiş" ariflər hesab edirdilər. Onlara görə əsl İslam, Allahın yaradılışı ilə bağlı olan hikmət və marifətullahdan başlayır. Sufi-batinilər ümumiyyətlə Quran deyəndə Kari/Qor yolu ilə gedən natiqləri və əzəl yazı olan Lövhi-Məhfuzu nəzərdə tuturdular. Kari/Qor yolu ilə gedən ismaili natiqləri ən qədim mənbələrdə aqarlılar, ərəb mənbələrində isə Həcər və ya Qacar nəsli adlanır. Başqa sözlə, qədim Misirin Qor yolu ilə gedən firon-pirlər nəsli Azərbaycan Atabəglərinin Qacar şahları nəslidir. Bu isə o deməkdir ki, onlar həm də Quranda "anlayan qövm" adlanan Gelat/Xelatın ismaili batiniləridir.
Şiələrin əhli-beyt, Xəzər Türk bəglərinin isə levit adlandırdığı bu nəsil Tövratda Yaqubun oğulları kimi qeyd olunur. Tövtata görə, Yaqub Allahla güləşir və Allah onu İzrail (Azər-El), yəni Osiris Allahının eli, Osirisin göydəki ölüm şahlığı adlandırır.
Sufizmdə Yaqub (Ya-Qeb) rəmzi - bəqa, bəg, qeyb rəmzləri ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, Yaqubun Allahla güləşməsi rəmzi mənada, tərikə yolunu gedən türk bəginin, sufizmin bəqa səviyyəsində İlahla vəhdətə nail olaraq, ondan göydə Osirisin ölüm şahlığını (qeyb aləmi, cənnət) yaratması mənasındadır (bax. "Расшифровка Торы с помощью "язык птиц". С кем боролся Иаков?", sayt:
http://gilarbey.blogspot.com/2017/03/blog-post.html).
Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, göydəki cənnəti Azəri Türk bəgi - tərikə yolunun bəqa səviyyəsində yaradıb və Qor yolu ilə gedənlər də Azəri bəglərinin Qacar şahları nəslidir. İran mənbələrində bu bəglər - farnbaqlar, yəni firon-bəglər adlanır.
Qədim Misir yazılarına görə, dünyaya hökmran kimi gəlmiş Osiris (Asar/Azər) Allahı, ona paxıllıq edən qardaşı Set tərəfindən öldürülür. Set rəmzi qədim Misirdə amorey-suti kimi də yazılır ki, bizlərə bu rəmz mar-seyid (miri-seyid) kimi tanışdır.
Tövratda Yaqubun 12 oğlu olur ki, onların ikisi, Yusif və Bənyəmin Lavanın qızı Rahildən, qalanları isə digər qadınlardan olur. Digər qadınlardan olan 10 qardaş paxıllıq edib, Yusifi quyuya atırlar. Yusif isə sonradan Misiri idarə edən Yuzarsifə çevrilir. Yuzarsif rəmzi sufi-batinilikdə Azər-Sif, yəni Osiris-Yusif mənasındadır və bu da Yusifin Osiris Allahı obrazında olması deməkdir. Misir rəmzi də batini mənada Ümmə-Asar, yəni ilk yaradılmış Osiris ümmətinin göydəki şahlığı (Yuxarı Misir), cənnət anlamındadır. Deməli, Osirisi öldürən Set, elə paxıllıq edib Osiris-Yusifi quyuya atan, digər Azəri seyid-bəgləridir.
Tövratda Yusif - Lavanın qızı Rahildən olur ki, sufizmdə Lavan rəmzi Alban, Rahil (Raxil) isə "Gel elinin Ra günəşi" deməkdir. Rahil rəmzi Alban və digər mənbələrdə Gelar/Gelarküni və s. kimi yazılır və Albaniyanın Ərənşahlar nəslinə aid edilir. Bu isə onu deməyə əsas verir ki, göydə Osiris Allahına çevrilmiş Yusif obrazı, Gelar bəglərinin əcdadı pir Əmanın (firon Amon) obrazıdır.
İslam mənbələri bu bilən bəgləri - baqiətullah, yəni bəg-ayətullah adlandırır. Alban mənbələrində onların Gelarküni eli - Qarni kimi də qeyd olunur ki, bu da Quran rəmzi ilə eyni mənalıdır. Əsl Quran da, qeyd etdiyimiz kimi Lövhi-Məhfuzdadır və o Allah mülkünün altındakı Cəbərut mağarasında qorunur. Bu isə o deməkdir ki, mənbələrdə Gelad, Xəllədə və s. adlanan Allahın Mülkü (Mülkə-Hu) məhz bu bəglərin elidir və Lövhi-Məhfuz da burada qorunur.
İranın - "Məmaliki məhruseyi Qacar", yəni "Qacarların qorunan mülkü" adlanması da, burada Lövhi-Məhfuzun, İlahi odun, Əhd sandığının və Allahın digər yaraqlarının qorunması ilə bağlıdır.
Qədim mətnlərə görə, axirətdə Osiris Allahının oğlu Qor gələrək, ölmüş Osirisi dirildəcək. Qorun gəlişi İslamda Quranın Qədr gecəsində enməsi kimi rəmzləndirilmişdir. Qədr rəmzi qədim Misirdə Xator kimi qeyd olunur və "Qor Allahının göydəki evi" mənasını verir. Başqa sözlə, Qədr gecəsi Quranın enməsi batini mənada - "danışan Quran" adlanan baqiatullahın axirətdə göydəki Osiris şahlığından yerə enməsi mənasındadır.
Quranın Tarık surəsi "gecə gələn" kimi tərcümə edilir və burada bildirilir ki, gecə gələn insan ulduz kimi doğulacaq və qaytaran göylə, yarılan yerin arasında olacaq. Qədim Misir yazılarında bu ulduz - gecə nur saçan Ra Allahı adlanır
və onun ardınca gedənlərə də, Qor yolu ilə gedənlər kimi cənnətdə ölümsüzlük verilir. Digər Misir mətnlərində gecə nur saçan ulduz - cavan "gecə günəşi" adlanır və o qoca Ra günəş Allahının yerinə keçir. Mətnlərdə bu Ay Allahı eyni zamanda "gizlində olan" adlandırılır ki, İslamda da o "gizli imam" kimi məlumdur.
Gizlində olan "danışan Quranın" İlahi sirləri bilməsi, onun da Qor Allahının yolu ilə gedib, ölümsüzlük qazanacağı deməkdir. Quranda gizli imamın biliyi "yada salma" da adlandırılır ki, bu da onun ruhunun, firon Amonun ruhu olması anlamındadır. Yaradılışın bütün sirlərini yalnız firon Amon bilirdi və məhz onun Şu ruhu axirətdə gizli imamın bədəninə tənasüh edərək, bütün yaradılışı yada salacaq. Müsəlmanların şiə, Xəzər Türk bəglərinin isə Yeşua (Ya-Şiə), yəni İsa adlandırdığı ruh, Amon Allahının Şu ruhudur. İsa peyğəmbər öləndən sonra, onun ruhu Ra-Amon (Rəhman) Allahının "yolunu" gedərək, göydə Ay Allahına çevrilib, Rəhman Allahın taxtında oturacaq. Tövratda İsa obrazı Rahilin ikinci oğlu Bənyəminin obrazıdır və Bənyəmin rəmzi də "Amonun oğlu" mənasını verir. Sufi-batinilikdə Yusif və Bənyəmin obrazları - əvvəldə gələn (Alfa) və axırda gələcək (Omeqa) Allahların obrazlarıdır (bax. "Qurana görə axirətdə Allah gələcək", sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html).
Yazdıqlarımdan belə belə çıxır ki, Qədr gecəsi batini mənada, yaradılışla bağlı olan çox dərin fəlsəfədir. Bu fəlsəfə, ilk yaradılmış və 5500 il ömür sürmüş Osiris (Asar/Azər) Allahının taxt-tacına, onun axirətdə gələn oğlu Qorun sahib olması ilə bağlıdır.
Bütün bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
20.04.2023
Комментарии
Отправить комментарий