İsa peyğəmbər də seyid olub!
Dünyanın geniş yayılmış dinlərindən biri xristianlıqdır ki, xristianlar İsa peyğəmbəri Allah adlandırıb, ona sitayiş edirlər. Məlumdur ki, İsa peyğəmbər yəhudi olmuşdur. Lakin araşdırmalarından aydın olur ki, qədim mənbələrdə yəhudi dedikdə Xəzər xaqanı və Xəzər Türk bəgləri nəzərdə tutulurdu. Yəhudilərin, yalnız samitlərlə yazılmış Tövrat kitabının dili burada - ilk insanların "səfa əhət", yəni vahid sufi dili adlanır.Başqa sözlə yəhudilərin, yəni Xəzər Türk bəglərinin dili - sufi dili, sufi məntiqi olmuşdur. Yəhudilər Tövratı "Ktav Aşuri" adlandırırdılar ki, sufi məntiqində bu "Azəri kitabı" deməkdir (məqalə: "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html). Xəzər (Hazar) rəmzi də bu məntiqdə Hü-Azər, yəni Azər Allahı anlamındadır. Azər adı altında isə qədim müdriklər Asar, yəni Osiris kimi tanıdığımız qədim Misir Allahını nəzərdə tuturdular. Deməli, Xəzər Türk bəgləri - Azər (Osiris) Allahı ilə