İrfan elmində Allahın mahiyyəti və kimliyi
İrfan elmi sufi ariflərinin elmi-Billah adlandırdığı hikmət və marifətullahdır. Bu elm - İlah və onun qanunları əsasında sufi pirlərinin yaratdığı Allahı və Onun yaradılışını dərketmə məntiqidir. Bu, avam insanların yox, riyazi təfəkkürə malik dərindən düşünən insanların elmidir. Əgər sizin təsəvvüf adlanan sufi ədəbiyyatından xəbəriniz yoxdursa, qiymətli vaxtınızı itirməyin. Çünki bu elm çətin anlaşılan və 7 qat dərin batini mənalara malik fəlsəfədir. Bu fəlsəfənin dili də İlah və Allahla bağlı xüsusi məntiqdir. Dünyanın ən qədim dili Tövrat kitabında - "ilk varlıqların vahid səfa dili" adlanır və bu da sufi məntiqi mənasındadır. Tövrat - yalnız samit hərflərlə yazılmışdır və bu yazıya "Ktav Aşuri" də deyilir ki, sufi məntiqində bu "Azəri kitabı" anlamındadır. Mənbələrə görə Allah dünyanı yaradanda, bu "Azəri kitabına" baxıb yaradırmış. Azəri, Aşuri rəmzləri ən qədim Misir mətnlərində Asar, yəni Osiris Allah mənasını verirdi. Başqa sözlə, T