İrfan elmində Allahın mahiyyəti və kimliyi

     İrfan elmi sufi ariflərinin elmi-Billah adlandırdığı hikmət və marifətullahdır. Bu elm - İlah və onun qanunları əsasında sufi pirlərinin yaratdığı Allahı və Onun yaradılışını dərketmə məntiqidir. Bu, avam insanların yox, riyazi təfəkkürə malik dərindən düşünən insanların elmidir. Əgər sizin təsəvvüf adlanan sufi ədəbiyyatından xəbəriniz yoxdursa, qiymətli vaxtınızı itirməyin. Çünki bu elm çətin anlaşılan və 7 qat dərin batini mənalara malik fəlsəfədir. Bu fəlsəfənin dili də İlah və Allahla bağlı xüsusi məntiqdir.

Dünyanın ən qədim dili Tövrat kitabında - "ilk varlıqların vahid səfa dili" adlanır və bu da sufi məntiqi mənasındadır. Tövrat - yalnız samit hərflərlə yazılmışdır və bu yazıya "Ktav Aşuri" də deyilir ki, sufi məntiqində bu "Azəri kitabı" anlamındadır. Mənbələrə görə Allah dünyanı yaradanda, bu "Azəri kitabına" baxıb yaradırmış. Azəri, Aşuri rəmzləri ən qədim Misir mətnlərində Asar, yəni Osiris Allah mənasını verirdi. Başqa sözlə, Tövrat kitabı - ilk varlıqlar olan Azər, yəni Osiris Allahlarının kitabıdır (1). Bu Allahların vahid səfa dilini bilənlər İslam mənbələrindən "İhvani səfa" müdrikləri kimi məlumdurlar ki, İhvan rəmzi sufizmdə Ağvan (Qavaon/Alvan), yəni Alban deməkdir. Belə çıxır ki, Tövrata görə Azər, yəni Osiris Allahları - İhvani səfa kimi tanıdığımız Alban sufiləri olmuşlar (2). 

Sufi məntiqində Tövrat, yəni Torah rəmzi - tərikə yolunu gedən Türkün törəsi deməkdir. Qədim Assur, Misir mənbələrində tərikə yolunu gedən Türk - teurqiya vasitəsilə İlahla vəhdətə nail olan teurq adlanır ki, bu da "Allah yaradan" anlamında qəbul edilmişdir (3). Başqa sözlə, Tövrat - sufizmin tərikə yolu ilə İlahla vəhdətə nail olmuş Azəri türklərinin (teurqların) kitabıdır. Sufizmdə İlahla vəhdət - "Vəhdəti vücud" və ya "İttihad əl-ləhud bin nəsut” adlanır. Bu, tərikə yolunu gedən sufinin ekstatik durumda, yəni şamanın qamlıq vəziyyətində - sufizmin Bəqa fazasına yüksəlməsi və İlahla birləşməsi deməkdir. Sufinin bu vəziyyəti seyri-suluq adlanır ki, bu da "Allaha səyahət" və "Allahda səyahət" mənasındadır. Deməli, Tövrat kitabı - Türkün ekstatik durumda İlahın qanunlarını dərk edib, onun vasitəsilə bəşəriyyəti, göydəki ruhlar dünyasını, bu dünyanın sahibləri olan Azər Allahlarını və onların varislərinin yaradılmasının rəmzlərlə ifadəsidir. Bu isə o deməkdir ki, mətnlərdə "Allah dünyanı yaradanda Tövrata baxıb yaradırmış" dedikdə, teurqun Başqa fazasında, İlahdakı yaratdıqlarının kamilliyinə nəzarəti kimi başa düşülməlidir.

Türklərin “Moyun Çor” abidəsində Türk xanı Tolis iddia edir ki, o Tanrıda olmuş və orada El yaratmışdır (4). Başqa sözlə, məhz Türk xanı Tolis İlahla vəhdətə nail olaraq, Bəqa fazasında, yəni bəglık məqamında İlahdan göydə El, yəni El-İlah - Allah yaratmışdır. Bu o deməkdir ki, mənbələrdə Azər, Osiris Allah dedikdə - Türk xanı Tolisin göydə Allah yaradan Azəri Türk bəgi başa düşülməlidir. 

Mənbələrdə Azər adı Xəzər (Hazar), Xızır (Hızır) kimi də yazılır və bunlar da Hü-Azər, yəni Azər Allahı mənasındadır. Bu Allahın, yəni El-İlahın şəxsləndirilmiş obrazını sufi müdrikləri imam Əliyə aid edərək Əli-İlahi adlandırırlar. Bu da Əli obrazının - göydə İlahdan yaradılmış El-in, dünyanın, vilayətin sahibi olan Allah mənasında olması deməkdir (5). 

Bütün bunlardan çıxan nəticə odur ki, qədim Misirin Osiris (Asar) Allahları - Azəri Türk bəgləri olmuşlar. Misir rəmzi özü batini mənada "Ümmə-Əsər", yəni Əsər xalqı, Azər/Osiris ümməti deməkdir. İran mənbələrində bu bəglər - farnbaq, yəni firon-bəglər adlanır. Qədim Misir mətnlərində firon sözü - pir (pirao) kimi qeyd olunur ki, bu da Misir fironlarının elə Azəri pir-bəgləri olması deməkdir. Batini mənada irfan sözü də firon rəmzinin digər yazılış variantıdır. Bu isə o deməkdir ki, ariflərin irfan elmi həqiqətdə Azəri firon-bəglərinin, yəni pirlərinin teurqiya elmidir.

Qədim Misirdə İlah sözü - yer kürəsində bütün inkişafın səbəbi olan ilkin materiya mənasını verirdi və Osiris Allahına aid edilərək Asar-Luhi, yəni Azər-İlahi kimi qeyd olunurdu. İslamda da İlah - əvvəli və sonu olmayan, doğmayan, doğulmayan ilkin materiya mənasındadır. Qədim Misirdə bu İlkin materiya, yəni İlah öz xüsusiyyətlərinə görə ilan kimi rəmzləndirilmişdi. İlahla vəhdətə nail olmuş pir-bəglər nəsli isə "ilandan doğulmuşlar" adlanırdı ki, mətnlərdə onlar "əjdahadan doğulmuşlar" kimi də qeyd olunurlar (6). Mənbələrə görə bu nəsil Heraklın yarıilan, yarıqadın Yexidna ilə izdivacından yaranmışdır ki, yəhudi müdrikləri bu "ilandan doğulanları" - mələklər nəsli adlandırır. Bizlərə bu ilandan doğulmuş mələklər nəsli - marlar nəsli kimi məlumdur ki, bu gün də Azəri pir-bəglər nəslinin ad-soyadlarında mar rəmzi "mir" kimi yazılır (7). Ərəb mənbələrində bu mələklər nəsli - Qacar, yəni Həcər nəsli olan ismaililərdir və onlar Şah İsmayıl Xətainin mülhidləri, yəni mələkləri adlanırlar. Tövrat, bu Qacar şahları olan Cəlair-Gilar muğallarını (moğollarını) Elohim allahları adlandırır.

Qədim Misir mətnlərində marlar - amorey-suti kimi qeyd olunur ki, bu da "miri-seyid", yəni bu marların Azəri (Osiris) seyid-bəgləri olması anlamındadır. Deməli, Azər, Osiris Allahlarının varisləri - bizim Azəri seyid-bəgləri kimi tanıdığımız və ad-soyadlarının qarşısında "mir" rəmzi qeyd olunan müqəddəslərdir. Mətnlərdə Allah dedikdə də göydə İlahdan El, yəni El-İlah - Allah yaradan Türk xanı Tolis başa düşülməlidir. Qədim yazılarda Tolis rəmzi Tilos, Talas, Delos və s. kimi də yazılır və Allahla bağlı müxtəlif mənalar verir. Ən qədim Hett mətnlərdə bu rəmz, Xattus şahı Xandilis kimi qeyd olunur ki, batini mənada bu - Kaddus, yəni "Kadus ölkəsinin şahı Xan-Tolis" anlamındadır. Qədim Misir mənbələrində Kadus eli - marlar ölkəsi olan Kodeş kimi qeyd olunur və Aziru, yəni Azəri şahlığı anlamındadır. Misir mətnlərində bu rəmz - günəş Allahı Ra-Amon obrazında göstərilərək Mandulis adlanır və bu da Amon-Tolis deməkdir (8). Belə çıxır ki, İlahdan göydə El yaratmış Türk xanı Tolis elə qədim Misirin günəş Allahı olan Ra-Amonun obrazıdır və bu Allah qədim Azər elinin Kadus vilayəti ilə bağlıdır.

Şumer-akkad mətnlərində bənzər Tilos rəmzi Tilmun/Dilmun cənnətinə aid edilir. Bu isə o deməyı əsas verir ki, Dilmun cənnətini Türk xanı Tolis Azəri şahlığının Kadus vilayətində yaratmışdır.

Tolis rəmzi yunan mifologiyasında Delos kimi yazılaraq ada mənasında qeyd olunur və bu ada göy sularında, göy okeanındakı cənnət adası anlamındadır. Qədim Misir rəvayətlərlərində göydəki bu cənnət adasının sahibi nəhəng ilan hesab olunur. Mətnlərdə məhz firon Amon, Apop adlanan nəhəng ilana, yəni ilkin materiyaya, İlaha qalib gəlmiş və onu "doğrayaraq", ondan göydəki kosmik Allahı, cənnəti və Allahları yaratmışdır.

Məşhur alim, səyahətçi Təbəri, türklərin arasında məşhur olan bir əfsanəyə əsaslanaraq, göydəki fantastik bir ilandan söz açır: "Başı incidən, bədəni qızıldan, gözləri yaqutdan olan bir ilan yaradılmışdır. Ona Göyün ən yüksək qatındakı müqəddəs məqama yeddi dəfə dolanması əmr olunmuşdur. İlan o qədər uzunmuş ki, oranı yeddi dəfə dolandığı halda yarısı Göyün üst qatından yerə doğru sallanmışdır. Bu ilanın dörd başı, hər başında yeddi yüz min gözü, hər üzündə min ağzı, hər ağzında min dili, 80 min də buynuzu var idi" (8). Sufi məntiqində bu nəhəng ilan - ilkin materiyanı özünə tabe edən pir Amonun, ilkin materiyadan ilan obrazında göydə yaratdığı cənnət adasının, yəni Osiris ölüm şahlığının rəmzidir. Bunlar isə o deməkdir ki, ən qədim mənbələrdə amorey, amoraim, mar və s. adlanan "ilandan doğulmuş" Azəri pirləri nəsli, ilkin materiyadan, yəni İlahdan göydə El yaratmış Tolis Amonun nəslidir. 

Gürcü mənbələrində Tolis rəmzi Doliskan kimi yazılır və ərazi mənasında Klarceti elinə aid edilir (8). Batini mənada Klarceti rəmzi Gilar-Kuti deməkdir və bura Alban Ərənşahlar nəslinin Gelarküni elidir. Mən, "Sufi məntiqində Əjdaha və Əjdaha ili nə anlamdadır?" adlı məqalədə, firon Amonun göydə yaratdığı kosmik Atum Allahını və bütün bəşəriyyəti - keçən əsrə qədər Yardımlı rayonu ərazisində qeyd olunan Gilarau mahalında bərqərar etdiyini yazmışam (9). Bu ərazidə Doliskan, yəni Tolis-xan rəmzi Talış dağlarına uyğun gəlir ki, bu dağ Gelarau mahalındakı Peştəsər dağ silsiləsinin qədim adıdır. Batini mənada Peştəsər rəmzi - "Əsər, yəni Azər/Osiris Allahının peyğəmbər-seyidləri" deməkdir. 

Bütün bu yazdıqlarımızdan belə çıxır ki, irfan elmində, yəni qədim firon-bəglər nəslinin vahid səfa elmində Allah dedikdə, Talış dağlarının göylərində Türk xanı Tolisin İlahdan yaratdığı El başa düşülməlidir. Başqa sözlə, göydəki Allahı yaradan Türk xanı Tolis elə birinci Talış xanı olan Amon-Talış Allahıdır. 

Alban mənbələrində Türk xanının İlahdan yaratdığı El - Albaniyanın digər adı olan Alu kimi keçir və bədəni ərazi olan kosmik insan kimi qeyd olunur. Elmi-Billahda bu Alu, Kamil göy insanının cənnət ərazisi mənasında, axirətdə zühur edəcək imam Əlinin vilayəti adlanır.

Yazdıqlarıma əlavə kimi xüsusi bildirmək istəyirəm ki, Talış toponimi Azərbaycanda bir neçə yerdə qeyd olunur və hamısının da əhalisi Azəri türkləri olan pir-bəglər, seyid-şıxlar nəslinin törəmələridir. Talış dağının yerləşdiyi Yardımlı ərazisi də Türk xanı Tolisin (Tölis/Töliş) vətənidir və bu rayonda heç vaxt nə başqa bir xalq və ya etnik qrup yaşamamışdır. Mənbələrdə Talış xalqı dedikdə də Türk xanı Talışın müqəddəslər nəsli başa düşülməlidir ki, Tövratda onlar - Allahın Özünə qulluq üçün ayırdığı və "Ya-Xuda" mənasını verən qədim yəhudilərdir. Mən, "İsrail oğulları - Talış dağlarının hunnlarıdır" adlı məqalədə bu haqda geniş yazmışam (10). Başqa sözlə, Talış xalqı dedikdə xüsusi xalq - Beytullahın yerləşdiyi ərazidə yaşayan və bu Allah evinin var olması üçün min illər fasiləsiz teurqiya qurban ritualları keçirən Türk seyid-bəgləri, yəni həqiqi əhli-beyt nəzərdə tutulmalıdır.

Bu gün Azərbaycanın cənub bölgəsində yaşayan fars dilli etnik qrup da Talış adlanır. Mən, "Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı" adlı məqalədə göstərmişəm ki, Azərbaycan torpağının bütün avtoxton xalqı, o cümlədən etnik qruplar Azərbaycan Atabəglər Ailəsinin 32 müqəddəs xalqlarının törəmələridir (11). Həqiqətdə də danışdığı dilə görə xalq olmur. Bu dilləri Azəri pir-bəgləri, Xaldeyada (Xelatda) tikdikləri Babil qülləsini tikib qurtardıqdan sonra vahid səfa dilindən yaratmışlar. Qədim müdriklərə görə cəmi iki növ insan yaradılmışdır ki, bunlar da göy və yer insanlarıdır. Göy insanları Azəri (Xəzər) Türk bəglərinin törəmələridir. Qalan bütün xalqlar isə adi yer insanlarının nəslidir.

Lakin Talış etnik qrupunun nümayəndələri mənə qəti etirazla bildirdilər ki, fars dilli Talış etnik qrupun Azəri türklərinə heç bir aidiyyatı yoxdur. Təbii ki, hər bir qrup öz milli kimliyinə özü qərar verir Lakin Talış dili ifadəsinin bilavasitə fars dilli Talış etnik qrupun dilinə aid edilməsi böyük yanlışlıqdır. Azərbaycanın cənub bölgəsinin əhalisinin əksəriyyəti Yardımlı rayonu ərazisindəki Talış dağlarından köçüb gəlmiş Azəri Türk müqəddəslərinin, yəni kadusların nəslidir (12). Qədimdə Talış xalqı da məhz onlar adlanmışlar. Sonradan onlar arasında yaşayan fars dilli etnik qrup da Talış adlanmağa başladı.

Qədim yazılara görə axirətdə məhz Talış dağlarının altındakı mağara (Qades/Qüds/Kadus) açıldıqdan sonra, burada qorunan İlahi Azər odu göylərə qalxacaq və göydə yeni El, yəni cənnət vilayəti yaranacaq ki, bunun qarşısını heç kim ala bilməyəcək. Məhz bu İlahi odun hesabına Azəri müqəddəsləri olan pir-bəglər, seyid-şıxlar nəsli qədimdəki kimi İlahi qüdrətə sahib olacaqlar və yenidən bəşəriyyətə hakimlik edəcəklər. Onlar yer kürəsində yeni Dünya nizamı yaradacaqlar və qədimdə olduğu kimi dünyada yeni "qızıl əsr" başlayacaq.


Mənbələr

1. Məqalə: "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html

2. Məqalə: "Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır", sayt: http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html?m=1

3. Məqalə: “Türk”, “Türkiyə” nə deməkdir? Ağlasığmaz həqiqətlər", sayt: https://gilarbek.blogspot.com/2012/06/turk-turkiy-n-demkdir-aglasgmaz-hqiqtlr.html?m=1

4. Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134

5. Məqalə: "Sufi-batin elmində İmam Əli obrazı", sayt: https://gilarbeg.wordpress.com/2024/01/31/sufi-batin-elmind%c9%99-imam-eli-obrazi/

6. Məqalə: "Sufi məntiqində Əjdaha və Əjdaha ili nə anlamdadır?" sayt: https://firudin.blogspot.com/2024/01/sufi-mntiqind-jdaha-v-jdaha-ili-n.html?m=1

7. Məqalə: "Джалаиры - божественный род Геракла", sayt: https://gilarbey.blogspot.com/2018/04/blog-post.html?m=1

8. "Batini-Quran" kitabı, sayt: https://firudin.blogspot.com/2020/08/batinilik-haqda.html

9. Məqalə: "Sufi məntiqində Əjdaha və Əjdaha ili nə anlamdadır?", sayt: https://firudin.blogspot.com/2024/01/sufi-mntiqind-jdaha-v-jdaha-ili-n.html?m=1

10. Məqalə: "İsrail oğulları - Talış dağlarının hunnlarıdır", sayt: https://gilarbek.blogspot.com/2018/04/israil-ogullar-tals-daglarnn-hunnlardr.html?m=1

11. Məqalə: "Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı", sayt: https://firudin.blogspot.com/2021/01/azrbaycan-atabglr-ailsi-v-onun-32.html

12. Məqalə: "Talışlar haqda bilmədiyimiz həqiqətlər", sayt: https://gilarbek.blogspot.com/2014/01/talslar-haqda-bilmdiyimiz-hqiqtlr_20.html?m=1



Firudin Gilar Bəg 

12.06.2024


Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери