Kəyan taxtının qanuni varisi kimdir?
Bu yaxınlarda, Amerika və İsrailin İran İslam Respublikasına qarşı başladığı müharibə zamanı, İranın dini lideri Seyid Əli Xamenei qətlə yetirildi. O, Cəfəri şiəliyində ali məqamlardan olan ayətullah və mərcei-təqlid hesab olunurdu. Onun ölümündən sonra yeni dini lider - onun oğlu seçildi. Başqa sözlə, artıq İran kimi dünyanın ən qədim ölkəsində dini liderlik qanunsuz olaraq atadan oğula ötürüldü. Bəs şiə qayda-qanunlarına görə yeni lider hansı əsas meyara görə seçilməlidir? Ayətullah, mərcei-təqlid nə deməkdir və onların adi mollalardan, din xadimlərindən fərqi nədir? Bu tip suallara cavab tapmaq üçün, biz bu sözlərin mənaları dərindən araşdırmalıyıq. Ayətullah - “Allahın dəlili”, “Allahın əlaməti”, “Allahın yer üzərində nişanəsi” mənasındadır. Ortaya belə bir sual çıxır: bu Allah kimdir və insan necə onun nişanəsi olan bilər? Bu suala cavab vermək üçün, yalnız sufi ariflərinin yaradılışla bağlı sirlərınə nəzər salmaq lazımdır. Mən, bu və bunula bağl...