Kəyan taxtının qanuni varisi kimdir?
Bu yaxınlarda, Amerika və İsrailin İran İslam Respublikasına qarşı başladığı müharibə zamanı, İranın dini lideri Seyid Əli Xamenei qətlə yetirildi. O, Cəfəri şiəliyində ali məqamlardan olan ayətullah və mərcei-təqlid hesab olunurdu. Onun ölümündən sonra yeni dini lider - onun oğlu seçildi. Başqa sözlə, artıq İran kimi dünyanın ən qədim ölkəsində dini liderlik qanunsuz olaraq atadan oğula ötürüldü. Bəs şiə qayda-qanunlarına görə yeni lider hansı əsas meyara görə seçilməlidir? Ayətullah, mərcei-təqlid nə deməkdir və onların adi mollalardan, din xadimlərindən fərqi nədir? Bu tip suallara cavab tapmaq üçün, biz bu sözlərin mənaları dərindən araşdırmalıyıq.
Ayətullah - “Allahın dəlili”, “Allahın əlaməti”, “Allahın yer üzərində nişanəsi” mənasındadır. Ortaya belə bir sual çıxır: bu Allah kimdir və insan necə onun nişanəsi olan bilər? Bu suala cavab vermək üçün, yalnız sufi ariflərinin yaradılışla bağlı sirlərınə nəzər salmaq lazımdır. Mən, bu və bunula bağlı bütün sualların cavablarını Batini-Quran və digər kitablarımda, yüzlərlə elmi məqalələrimdə vermişəm və internet səhifələrimdən bunların əksəriyyətini oxumaq mümkündür. Burada isə bunlar haqda qısa məlumat verəcəm.
Qədim filosoflar Allah dedikdə ilk olaraq - əvvəli və sonu olmayan, doğmayan, doğulmayan İlahı, yəni ilkin materiyanı, efiri nəzərdə tuturlar. Bu İlahı (efiri) və onun yaradıcı qanunlarının xüsusiyyətlərini ilk dəfə, 5500 il əvvəl Midiyanın Nifat dağlarında yaşayan, lakin siması sirli olan Napatlı (Niftalı) Amon kəşf etmişdir. Amon (Əman) qədim Misir mətnlərində - pir (pirao), digər yazılarda firon, İran mənbələrində isə farbaq, farnbaq, yəni firon-bəg adlanır. İranlıların pars, fars rəmzi də batini mənada "Osiris (Azər) Allahının pirlər" nəsli deməkdir (1). Amonun firon-bəg adlanması, onun, sufizmin bəqa fazasında efirin qayda-qanunlarını öyrənməsi və onunla vəhdətə nail olması ilə bağlıdır. Deməli, farbaq rəmzi - "efir-bəqa" deməkdir ki, bu vəhdətə görə sonradan əksər dillərdə bəqa, yəni bəg sözü müxtəlif variantlarda Allah mənasında işlənməyə başladı (2). İlahın (efirin) sirlərini öyrənən Amon, maqiya və teurqiya vasitəsilə göydə bu İlahdan El, yəni kosmik ölçülü El-İlah - Allah yaradır. Qədim Misir mətnləri bu Allahı - Atum və ya Asar (Osiris/Azər), şumerlilər - Luqal (İlahi-El), sufilər isə Kamil İnsan adlandırır (3). Bu kosmik ölçülü Asar (Osiris) Allahı, firon Amonun göyə salınmış nəhəng kölgəsi kimi yaradılmışdır. Bundan əlavə firon Amon, bu efirdən göydə Ra diski (şar) yaradır. Özü öləndən sonra, ruhu göyə qalxaraq Ra diski ilə birləşir və Ra-Amona, yəni ölümsüzlük qazanmış Amonun Ruhuna çevrilir (4). Bundan sonra Osiris Allahını - Amonun ölümsüzlük qazanmış Ruhu, yəni Ra-Amon idarə etməyə başlayır.
İran yazılarında, efirdən yaradılmış Ra diski - efirRa, yəni farRa - fərr adlanır. Firdovsi "Şahnamə" əsərində Ra günəş diskini - Kəyan taxtı, Ra-Amonu isə Cəmşid adlandırır. Quranda Ra-Amon Allahı - Rəhman, Cəmşidin Kəyan taxtında günəş tək qərar tutması isə Rəhmanın Ərşə hakim olması adlanır (5). Deməli, qədim müdriklər Allah dedikdə - İlah və bu İlahı özünə tabe etmiş firon-bəg Amonun göydə ölümsüzlük qazanmış Ruhunu nəzərdə tuturlar.
Firon Amon, kosmik ölçülü Kamil İnsanı, yəni Asar (Osiris/Azər) Allahını yaratdıqdan sonra, bu Allahın obrazı və bənzəri kimi yerdə ilk İlahi varlıqları və onların varisləri olan firon-bəglər və seyidlər nəslini yaradır. Sufilər Kamil İnsanı - makrokosmos, onun bənzəri kimi yaradılmış seyid-bəglər nəslini isə mikrokosmos kimi səciyyələndirirlər. Bu ilk İlahi varlıqlar və onların varisləri Tövratda - "vahid dili (səfa) olan vahid xalq" kimi qeyd olunur ki, məhz onlar Xaldeyada Babil qülləsini tikmişlər. Bu qüllə tikilib qurtardıqdan sonra Allah onların vahid dilindən 70 dil yaradıb, onları dünyaya səpələdi (6).
Bütün bunlar o deməkdir ki, qədim mənbələrdə Allah və ya Allahlar dedikdə - Kamil İnsan və Onun yerdəki bənzərləri - özlərinin xüsusi "səfa" dili olan ilk İlahi varlıqlar nəzərdə tutulmalıdır. Sonradan sufizm adlanan bu səfa dili Kabbalaya görə 4 səviyyədən ibarət olmuşdur ki, dünyaya səpələndikdən sonra insanlar bu səviyyələrin yalnız hərfi mənalarını anlamağa başladılar. Pardes adlanan 4 səviyyənin hamısını isə seyid-bəglər yalnız öz törəmələrinə şifahi çatdırırdılar (7). Deməli, iki növ insan yaradılmışdır ki, mənbələrdə ilk yaradılmış "vahid dilli" seyid-bəglər nəsli - Göy insanı və ya Göy türkləri adlanır. Əflatuna görə adi yer insanlarını Allahın göstərişi ilə bu Göy insanları yaratmışlar (8). Göy insanları nəsli İran mənbələrində farbaq (farnbaq), frataraka, yəni firon-bəg, firon-türk adlanır ki, bu da onların fərr adlanan efirlə, İlahla vəhdətdə olmaları mənasındadır. Məhz bu fərrin, yəni efirlə vəhdətin hesabına qədim seyid-bəglər möcüzələr göstərə, təbiətə söz və fikirlə aktiv təsir edə bilirdilər. Başqa sözlə, Göy insanları ilə yer insanlarının fərqi, göy insanlarının İlahi fərr oduna sahib olması və onların yaradılışla bağlı sirlərə izah verən səfa dilidir. Bu isə o deməkdir ki, ayətullah, yəni Allahın əlaməti dedikdə, seyid-bəglərin "daşıdığı" fərr odu və yalnız onların bildiyi səfa elmi başa düşülməlidir.
Qədim İran mənbələrində seyid-bəglərin "daşıdığı" fərr odu məhz Kəyan taxtının sahiblərinə aid edilərək "Kavian fərr" adlanırdı. Kəyan taxtı - kavian adlanan seyid-bəglər nəslinə həm İlahi qüdrət və həm də xirad adlanan hikmət, müdriklik verirdi. Ona görə də mənbələrdə Kəyan taxtı - "İlahi hakimiyyət və hikmət taxtı” adlanır.
Kəyan taxtının sahibləri kavilər adlanır ki, sufi məntiqində kavi rəmzi - İakov, Yaqub, İeqova və s. rəmzlər kimi - "bəqa fazasında efirlə (İlahla) vəhdətə nail olmuş bəg (Baqa)" deməkdir. Başqa sözlə, Kəyan taxtının sahiblərinin nəsli olan müqəddəs kavilər, yəni seyid-bəglər, bu taxtın hesabına həm fərr ilahi oduna və həm də xirad adlanan müdrikliyə, hikmət və marifətullaha sahib olmuşdular. Əflatun, hikmət sahibi olan bu şahlar nəslini - filosof krallar adlandırır.
Qədim mətnlərə görə axirətdə, yəni kosmik Asar Allahının efirdə yox olması zamanı, seyid-bəglər də öz fərr odunu və onun verdiyi qüdrəti və müdrikliyi itirib, adi insana çevrilirlər.
Bütün bunlardan çıxan nəticə odur ki, Allahın əlaməti - Allahın yalnız seyid-bəglər (kavi) nəslinə verdiyi fərr İlahi odu, hikmət və marifətullahdır. Elmi-Billah adlanan bu hikmət və marifətullahı bilən seyid-bəglər Allahın nişanəsi sayılır ki, axirətdə bunları biləcək tək insan, bu kavi nəslindən olan baqiatullah, yəni bəg-ayətullah olacaqdır.
Mərceyi-təqlid səviyyəsi batini mənada Mar-Gelad rəmzi ilə bağlıdır ki, bu da - ifrat Gelat şiələri olan marlar, yəni miri-seyidlər nəsli deməkdir (9). Tövratda Gelat şiələri Midiyanın Gelad İsmaililəri adlanır. Başqa sözlə, ayətullah və mərcei-təqlid dərəcələri - 4 səviyyəli səfa elmini, yəni hikmət və marifətullahı bilən Gelad seyid-bəgləri nəslinin ariflərinə verilən dərəcədir. Bu isə o deməkdir ki, İsmaili batinilərin məntiqinə görə dini lider - Quran və hədislərin batini mənalarını, hikmət və marifətullahı bilən Gelad şiələri nəslindən gələn bəg və ya seyid seçilə bilər.
Geladın İsmaili seyidləri Əhdi-ətiqdə aqarlılar, yəni İbrahim peyğəmbərin Həcərdən olan törəmələri adlanır ki, İran tarixində Həcər nəsli - Qacar şahlar nəsli kimi məlumdur. Qədim Misir mətnlərində Aqar (Həcər) nəsli - "Şəmsu Qor", yəni "Qor Allahın yolu ilə gedənlər" adlanırdı və "cənnətdə ikinci həyat qazananlar" mənasında idilər. İslamda bu "Qor yolu ilə gedənlər" - karilər (kurra) və "əhli-sünnə vəl-cəmaa", yəni "Məhəmməd peyğəmbər və onun əshabələrinin yolunu gedənlər" adlanırlar (10). Onların sünnü adlanması da, bu seyid-bəglərin Midiyanın Sünik (Sin) dağındakı Süni şahzadələri nəsli olması ilə əlaqədardır. Qeyd etmək yerinə düşər ki, bu şahlar nəslinin - "İsna Aşəriyə" dini də batini mənada "Sin (Sünik) dağlarındakı Azər, yəni Osiris Allahı" anlamındadır.
Geladın ismaili kariləri, yəni aqarlılar, İslamın ilk çağlarında - Quranı 7 səviyyədə dərk edənlər, yəni "səbi-ül mesani" kimi qeyd olunurlar. Buradakı 7 səviyyə - 7 "günə" yaradılmış Kamil İnsanın (Asar Allahının), yaradılışının bütün mərhələlərini bilmək mənasındadır. İran mənbələrində hikmət və müdriklik mənasını verən xirad rəmzi də batini mənada Xor-Deo, yəni Xor, Qor Allahı deməkdir ki, bu da kari rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, xirad hikməti elə sufi-batinilərin hikmət və marifətullahı mənasındadır. Quran sözünün kökü olan qərəə rəmzi də bu mənada kari rəmzi ilə, yəni ismaili natiqləri ilə bağlıdır. Qurandakı eyni mənalı "ikra" (kari), yəni "Allahın adı ilə oxumaq" dedikdə də, karilərin - Allahın adları ilə bağlı 7 qat dərin mənalarını dərk edərək oxuması nəzərdə tutulur. Tövratda bu batini məntiq - ilk insanların vahid dili, yəni səfa adlanır ki, bu dili bilənlər bizə "İhvani səfa" kimi də tanışdır. Özlərini "şiə", "əhli şiətin" adlandıran bu ilk seyid-bəglərin risalələrini ismaililər - "Qurandan sonra Quran", "Elmin Quranı" adlandırırdılar ki, bu da Quranın daha dərin batini mənaları deməkdir. Sufilər Quran dedikdə - lövhi məhfuzda qorunan və ürəyinə batin elmi verilmiş ismaili natiqini, yəni "danışan Quranı" nəzərdə tuturlar (11). Bu mənada kitab sözü də kutb (qütb), yəni batini sirləri bilən Vəli mənasındadır.
Bütün bunlar o deməkdir ki, şiəlikdə dini lider - Qacar şahlar nəslindən olan və onların 4 səviyyəli səfa elmini, xiradı bilən ismaili natiqi ola bilər. İsna-Aşəriyə dininə görə də bu lider - bəglik məqamında doğulmuş baqiətullah, yəni bəg-ayətullah olmalıdır.
Batin elmində baqiətullah, yəni bəg-ayətullah səviyyəsi əsasən iki müqəddəsə aid edilir ki, bunlar da əvvəldə və axırda gələn Rəhman və Rəhim Allahlardır. Sufi-batinilər Bəsmələ dedikdə də məhz bu iki Baqiətullahı nəzərdə tuturlar.
Qədim Misir yazılarında bəg rəmzi beka kimi qeyd olunur ki, onlar Heka, yəni Haqq adlanan Osiris (Azər) Allahının köməkçiləri sayılırdı. Bu mətnlərdə Amon Allahı bildirir ki, onun sirlərini yalnız Onun axirətdə gələcək oğlu biləcəkdir. Digər bütün qədim yazılarda "Amonun oğlu" ifadəsi, axirətdə gələcək Allaha aid edilir. Bibliyada “Amonun oğlu” - Yəhuda padşahı Yoşiyadır ki, batini mənada bu rəmz Yeşua, yəni axirətdə gələcək İsa peyğəmbər mənasındadır. Lakin Yoşiya (Yeşua) rəmzi sufi məntiqində Ya-Şiə kimi oxunur və ifrat Gelat şiələrinə aid edilir (12). Gelat rəmzi isə bu məntiqdə Xaldeya və Xelat rəmzləri ilə eyni mənalıdır. Xaldeya - Babil qülləsinin tikildiyi Midiya maqlarının şəhəri, Xelat isə Azərbaycan Atabəglər Ailəsinin malikanəsidir (13). Başqa sözlə, Babil qülləsi - Xelat Atabəglər Ailəsinin malikanəsində tikilmişdir.
Biruni xaldeyləri - kəyanilər, yəni kavi nəsli adlandırır. Bu isə o deməkdir ki, axirətdə gələcək baqiatullah - Midiyanın ifrat Gelad İsmaililəri elindən, yəni kavi Atabəgləri nəslindən olacaqdır.
Gelad, Xelat rəmzi sufi məntiqində Gel-Deo, yəni "İlahdan yaradılmış Gel şəhərinin Allahı" deməkdir. Qədim Misir mətnlərində Gel şəhəri - Niftalı Amonun, Atum və ya Osiris (Azər) adlanan Allahı yaratdığı Geliopol şəhəridir. Alban mənbələrində Gel şəhəri Gelarküni kimi keçir və Alban Ərənşahlar nəslinə aid edilir. Burada Ərən rəmzi digər mənbələrdə Aran, Eran, Orion, Aron və s. kimi də qeyd olunur. Aran şahın bədəninin Alban mənbələrində ərazi kimi göstərilməsi o deməkdir ki, bu ərazi - Osiris (Azər) Allahının Orion bürcündəki ölüm şahlığı, yəni göydəki cənnət mənasındadır (14). Eranşəhr dedikdə də Gelarküni şahlarının Orion bürcündəki mələküt aləmi nəzərdə tutulmalıdır.
Sufi məntiqində Gelarküni rəmzi - Gelar-Kəyan, Gelar-Koen və s. mənalar verir ki, bu da Ərənşahlar nəslinin elə Kəyan taxtının sahibləri olan kavi bəgləridir. Alban mənbələrində bu bəglər nəsli "tac qoyan", "qədim şah toxumu" - Baqarat nəsli adlanır.
Yəhudi mənbələrində Aran rəmzi Aron kimi qeyd olunur və bu da Gelar-Koen (Gelarküni) nəslinin - Allahın Özünə qulluq üçün ayırdığı koen kahinləri nəsli olması mənasındadır (15). Bütün yəhudi peyğəmbərləri - Raxil və Yaqubun oğulları hesab olunur ki, bu rəmzlər (Raxil Yaqub) batini mənada "Gelar bəgi" deməkdir (16). Yəhudi və Alban mənbələrinə görə axirətdə Aran şahlarının göydəki və yerdəki mülkü, Allah tərəfindən Gelarküni bəglərindən bir nəfərə vəd edilmişdir (17). Qeyd etmək yerinə düşər ki, sufilərin "ricâlü’l-gayb", yəni qayb ərənləri rəmzi də batini mənada Raxil və Yaqub rəmzləri ilə eyni mənalı olub, Gelar bəgi - "Gelarküni Ərənşahlar nəslinin bəgi" fikrini ifadə edir. Kitabı Dədə Qorqudda bu bəglər - "dünya mənim" deyən, yəni qədim dünyanın sahibləri mənasında "bəg ərənlər" adlanırlar. Firdovsi öz "Şahnamə" kitabını məhz bu Kəyan şahlar nəslinə həsr etmişdir (5). Firdovsiyə görə bu kəyanilər Fəridun nəslindən gəlirlər ki, kitabda o Fəridun şahı - xirad hikmət sahibi adlandırır. Firdovsiyə görə axirətdə məhz Fəridun şah gəlib, İlahi qayda qanunu bərpa edəcəkdir. Başqa sözlə, Allahın, Aranın göydəki elini vəd etdiyi Gelarküni bəgini, Firdovsi Fəridun şah adlandırır. Bu isə o deməkdir ki, Göydəki Kəyan taxtının axirətdəki varisi məhz Fəridun şahdır.
Bütün bunlar o deməkdir ki, axirətdə İranın dini lideri - Allahın seçdiyi, hikmət və marifətullahı bilən və kavi nəslindən olan baqiatullah, yəni bəg-ayətullah olmalıdır. Bu gün İranın din xadimlərinin, öz aralarından seçdiyi dini lider, Allaha və onun əvvəlcədən müəyyənləşdirdiyi təyininə qarşı üsyandır.
Ədəbiyyat
1. Məqalə: "Pars – Azəri piri deməkdir", sayt:
http://gilarbek.blogspot.com/2013/12/pars-azri-piri-demkdir_31.html?m=1
2. Məqalə: "Значение тайной имени еврейского Бога – YHWH", sayt: https://firudin.blogspot.com/2023/08/yhwh.html?m=1
3. Məqalə: "Расшифровка Торы с помощью «язык птиц»: От Адама до левитов-алевитов", sayt:
https://firudin.blogspot.com/2020/06/blog-post.html?m=1
4. Məqalə: "Zərdüştilik - Azəri seyid-bəglərinin İlahi dinidir", sayt:
https://firudin.blogspot.com/2021/05/zrdustilik-azri-seyid-bglrinin-ilahi.html
5. Məqalə: "Şahnamə" - Azəri türk bəglərinin tərcümeyi-halıdır", sayt:
http://gilarbek.blogspot.com/2012/08/sahnam-azri-turk-bglrinin-trcumeyi-haldr.html?m=1
6. Məqalə: "Великие Азеры и их "Сефер Йецира" Каббалы", sayt: https://firudin.blogspot.com/2025/06/blog-post_30.html?m=1
7. Məqalə: "Тайна Пардеса: Как каббалисты читали между строк?", sayt: https://firudin.blogspot.com/2026/02/blog-post_25.html?m=1
8. Məqalə: "Истина о небесных и земных людях", sayt:
https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1
9. Məqalə: "İran ayətullahları - əsl şiəlikdən xəbərsizdirlər", sayt: https://firudin.blogspot.com/2025/01/iran-aytullahlar-sl-silikdn-xbrsiz.html?m=1
10. Məqalə: "Batin məntiqində sünni və şiə kimlərə deyilir?", sayt: https://firudin.blogspot.com/2025/02/batin-mntiqind-sunni-v-si-kimlr-deyilir.html?m=1
11. Məqalə: "Oxuduğumuz Quran - həqiqi Quran deyil", sayt: https://firudin.blogspot.com/2023/05/oxudugumuz-quran-hqiqi-quran-deyil.html?m=1
12. Məqalə: "Əsl şiəlik hansıdır və nədir?", sayt: https://firudin.blogspot.com/2022/09/sl-silik-hansdr-v-ndir.html?m=1
13. Məqalə: "Xaldeylər - Xelatın Midiya maqları olmuşlar", sayt: https://firudin.blogspot.com/2025/09/xaldeylr-xelatn-midiya-maqlar-olmuslar.html?m=1
14. Məqalə: "Расшифровка древнеегпетских текстов с помощью "языка птиц" царя Соломона", sayt:
https://firudin.blogspot.com/2021/08/blog-post.html
15. Məqalə: "Тайна метафизического золотого храма царя Соломона", sayt: https://firudin.blogspot.com/2025/10/blog-post.html?m=1
16. Məqalə: "Великие деяния сыновей Иакова и Рахиля", sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1
17. Məqalə: "Истина об Израильском царстве", sayt: https://gilarbey.blogspot.com/2013/06/blog-post.html?m=0
Firudin Gilar Bəg
Sufi-batin alimi
Комментарии
Отправить комментарий