Ərənlər Şahdan gəlir
Qədim mətnləri tərtib edən müdriklərin məntiqinə görə, dünyanın ən qədim ölkəsi Azərbaycan, ən qədim xalqı isə Azəri bəg ərənləridir. Müasir tarixçilər bu müdriklərin məntiqini bilmədikləri üçün hamısı ağlına gələn cəfəngiyatı yazıb, müqəddəs xalqımızın həqiqi tarixini saxtalaşdırmaqla məşğuldurlar. Həqiqət isə ondan ibarətdir ki, cəmi iki növ insan yaradılmışdır və bunlar da Göy və yer insanlarıdır. Allah əvvəlcə ölümsüz Göy insanlarını, yəni Azəri pir-bəgləri, seyid-şıxlar nəslinin əcdadlarını yaratdı. Onlar da Allahın göstərişi ilə ölümlü yer insanlarını var etdilər (1). Göy insanları ekstatik vəziyyətdə ilkin materiyanı (İlahı) dərk etdilər və bu üsul Tövratda "ilk insanların vahid "Səfa" dili", yəni sufizm adlandı. Bu "dilə" görə, bütün qədim yazılar yalnız Göy insanlarına aiddir. Yer insanları mənbələrdə qeyd olunmağa layiq görülməmişlər. Mətnlərdə "Göy insanları" dedikdə - Allahın Özünə qulluq üçün yaratdığı seçilmişlər nəzərdə t...