Azəri kimlərə deyilir?
Bu gün Azərbaycanda müzakirə olunan mövzulardan biri də xalqımızın Azəri adlanmasıdır. Müasir alimlər qədim yazıların əsl mənalarını anlamadıqları və sirləri bilmədikləri üçün, hərəsi ağlına gələni danışır və insanları çaşdırırlar. Qədim Azərilər haqda həqiqətləri bilmək üçün Avropa alimlərinin ortaya atdığı yanlış nəzəriyyələrdən birdəfəlik imtina edib, qədim mənbələrdə yazılanları diqqətlə araşdırmaq vacibdir.
Qədim mənbələrə görə, Allah əvvəl dünyaya hakim kimi Osiris Allahını, yəni ölümsüz Göy insanları nəslini yaratdı. Onlar isə Allahın göstərişi ilə ölümlü yer insanlarını var etdilər. Bu haqda mən - "Göy və yer insanları haqda həqiqətlər" (rus.dil) adlı məqalədə ətraflı yazmışam (1).
Tövrata görə, Göy insanlarının - yalnız samitlərdən ibarət vahid "səfa" dili olmuşdur ki, sonradan bu dil sufizm adlandı. Tövrat da bu müqəddəs dildə yazılmışdır və Pardes adlanan mənaca 4 səviyyədən ibarətdir. İnsanlar bu səviyyələrin yalnız "pşat" adlanan hərfi mənalarını başa düşürlər, orada yazılanların dərin mənalarını anlamırlar. Ona görə də qədimdə müqəddəs kitabları yer insanlarına oxumağa belə vermək - "müqəddəs şeyi, mirvarini itin, donuzun qabağına atmaq" sayılırdı. Yazıların əsl mənalarını anlamaq üçün Pardesin bütün səviyyələrini dərk etmək vacibdir. Mən bunlar haqda çox yazdığım üçün bu məqalədə, Pardesin əsas mahiyyəti olan Sod səviyyəsində Azəri xalqı haqda həqiqətləri açacağam.
Qədim mətnlərdə Azəri xalqı haqqında açıq yazılmır. Çünki bu yazılarda Azər sözü insanlara yox, Asar (Assur), Aşur (Aşşur) və Osiris adlanan ölümsüz Allahlar nəslinə aid edilir (2). Allah dedikdə isə sufi müdrikləri, mənbələrdə pir, bəg, seyid, şıx və s. adlanan Göy insanlarının - Osirisin ölüm şahlığında ölümsüzlük qazanmış ruhlarını nəzərdə tuturdular. Qədim Misir mətnlərində pir (pirao) adlanan fironlar nəsli, İran mənbələrində farnbaq, frataraka, yəni firon-bəg, firon-türk adlanır. Deməli, "Azəri" adı insanın yox, müqəddəslər nəslinin ölümsüz ruhlarına aiddir. Bunu anlamaq üçün qədim Misir mətnlərini diqqətlə araşdırmaq lazımdır.
Qədim Misir mətnlərini tərcümə etmiş məşhur araşdırıcısı Uollis Bac yazır: "Totun sözləri və kahinin duaları, insan bədəninin mahiyyətinin "saxu"ya çevrilməsini məcbur edir və o göylərə qalxır. Insan bədənində yaşayan ruh Saxuya keçir və bu çürüməyən yeni bədən göylərdə ruhun bədənini təşkil edir, necə ki, yerdə fiziki bədən ruhun yerdəki evidir" (3). Bu o deməkdir ki, qədim Misirdə fironun fiziki bədəni, onun ruhunun evi mənasında olmuşdur. Fironun kamilləşmiş, yaradıcı Sia ruhu, Ab adlanan ürəkdən çıxandan sonra, Allahın göydəki "Evi" adlanan kosmik bədənə köçür. Bu göydəki bədən, firon Napatlı (Niftalı) Amonun ürəyində düşündüyü və teurqiya ilə "materiallaşdırdığı" öz bədəninin kölgəsi olduğu üçün - "Pirao" və "Ürəklər Evi" adlanır. Bizlərə bu göydəki ev - Beytullah, yəni Allahın Evi kimi məlumdur. Başqa sözlə, Azəri adı yer insanına yox, firon-bəglər və seyidlər (amorey-suti/miri-seyidlər) nəslinin ölümsüz ruhlarına deyilirdi. Qədim Misir mətnlərində bu ruhların ölümdən sonrakı fəaliyyəti haqda mən Batini-Quran kitabımda geniş izahat vermişəm. Yazılarda bu ruhların həyatı hər iki dünyaya aid edildiyi üçün, araşdırıcılar bəzən söhbətin hansı dünyadan getdiyini anlaya bilmirlər.
Kitabi Dədə Qorqudda firon-bəglər - "bəg ərənlər" kimi qeyd olunur və onlar haqda yazılır: "Hanı öydüyümüz bəg ərənlər, "dünya mənim" deyənlər. Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı?”. Bəg ərənlərin “dünya mənim” deməsi, onların dünyanın sahibləri, yəni Allahları olması mənasındadır. Kitabda bu Allahların məskəni Əmman dənizində tikilmiş kafər şəhəridir ki, orada asilər, su altında “mənəm Allah” deyə qışqırışırlar. Burada asi dedikdə firon-bəglərin Sia ruhları nəzərdə tutulur. Başqa sözlə, kafər şəhəri - göy sularında yaradılmış pirlərin Allah Evidir ki, burada ölümsüzlük qazanmış ruhlar elə Osiris, yəni Azər Allahlarıdır. Ən qədim mənbələrdə bu Allahlar - "annunakilər" adlanır və mən - "Annunaki və Osiris Allahları - qədim Azəri bəg ərənləridir" adlı məqalədə bu haqda ətraflı yazmışam (4).
Qədim Misir mətnlərində göy sularında, yəni Əmman (Ümman/Ammon) dənizində tikilmiş bu şəhər - Yuxarı Misir, firon-bəglərin yerdəki ölkəsi isə Aşağı Misir adlanır. Bu iki dünyanın sakinləri olan Osiris-Azəri pirləri isə mənbələrdə - "İki Ölkənin Kralı" titulunu daşıyırdılar. Mətnlərdə bu ölkələr həm də - Yuxarı Gel və Aşağı Gel adlanırdı ki, pir-bəglər və seyidlər öləndə, onların Azəri-Osiris ruhları göydəki Yuxarı Gelə köçürdü. Sufi məntiqində Misir rəmzi məzar rəmzi kimi - Ümmü-Əsər, yəni "Azər ümmətinin ölümsüzlər eli" mənasını verirsə, Gel rəmzi Hel rəmzi kimi İlah, yəni Hu-Eli - İlahdan yaradılmış El mənasını verir. Tövratda, yerdəki Gel şəhəri - ismaililərin Gelad eli, ərəb mənbələrində isə ifrat ismaili şiələrin Gelat (Qulat) eli kimi keçir. Sufizmdə şiə rəmzi firon Amonun Şu, yəni Sia Ruhunu bildirir ki, onun bu Ruhunda yaratdığı göydəki aləm bizlərə Şalom (Şu-Aləmi) və Səlim, İslam (Sia-Aləmi) kimi məlumdur (5). Tövratın təvilində İslam (SLM) rəmzi - ruhu göydəki Səlim şəhərinə aparan, tərikənin Bəqa fazasının pillələri (Sulam) anlamındadır.
Alban mənbələrində Gel şəhəri - Alban Ərənşahlar nəslinin Gelarküni eli adlanır. Alban rəmzi də batini mənada - El-Benu, Nəbi-Eli və s. mənalarını verir və Ba (Bəsmələ) ruhlarının göydəki Gel şəhəri mənasındadır. Ərəb mənbələrində yerdəki Gel, Gelat şəhəri - Azərbaycan Atabəglər Ailəsinin Xelat eli kimi qeyd olunur. İnternet səhifələrindəki "Allahların qayıdışı" (rus.dil) adlı kitabımı mən bu mövzuya həsr etmişəm (6).
Bunlar o deməkdir ki, Azəri adı, yer insanlarından fərqli olaraq, Göy insanlarının - Göy türklərinin ölümsüz ruhlarının adıdır. Ölümsüz Azər Allahı bizlərə Xızır peyğəmbər kimi də tanışdır və sufi məntiqində bu rəmz, Xəzər rəmzi kimi "Hu-Azər", yəni "Azər Allahı" fikrini ifadə edir. Başqa sözlə, mənbələrdə Azər, Xəzər, Kuzar və s. dedikdə, yerdəki və göydəki dünyalarda yaşayan Azəri seyid-bəgləri və onların ruhları nəzərdə tutulmalıdır. Yazılarda bu türklər əsasən hunnlar, xunnlar adlanırlar ki, bu rəmzlər sufizmdə Kənan, Xanaan mənasında - iki dünyanı bir bədəndə birləşdirmiş kosmik Allah mənasındadır və mən - “Yəhudilik və Xəzər yəhudilərinin Böyük sirri" (rus.dil) adlı məqaləmi bu hunnlara həsr etmişəm (7). Bu türklər mətnlərdə Sünni (sünnü) də adlanır ki, bu da onların Sünik dağında yaşayan Süni şahzadələri nəsli olması ilə bağlıdır.
Mahmud Kaşğariyə aid edilən hədislərin birində Allah deyir: “Mənim Şərqdə Türk adlanan ordum var: Mənim hansı xalqa qəzəbim tutursa, bu ordunu onların üzərinə göndərirəm”. Burada "Şərq" dedikdə, yerdəki istiqamət yox, ruhun şərqi, yəni göylər nəzərdə tutulur. Məşhur Azərbaycan filosofu Şihabəddin Yəhya Sühravərdi, özünün “Şərq” fəlsəfəsini göydəki bu dünyaya həsr etmişdir və bu haqda mən - "Allahın Şərqdəki türk ordusu" adlı məqaləmdə yazmışam (8).
Bütün bunlar o deməkdir ki, Azəri adı, adi yer insanlarından fərqli olaraq, Allah kimi yaradılmış və İlahi qüdrət verilmiş ilk İlahi varlıqların və Onların varisləri olan Göy türklərinin pir-bəg, seyid və s. adlandırılan müqəddəslər nəslinin Ruhlarının adıdır. Bu Ruhlar - bədənin fiziki ölümündən sonra göydəki cənnətdə ikinci həyat qazandıqları üçün, Azəri adı insana deyil, müqəddəsin iki dünyada yaşayan ölümsüz ruhuna verilən addır. Mənim, 1995-ci ildə, Azərbaycanın tanınmış Perimbel seyidlərinin ağsaqqallarından götürdüyüm müsahibədən də açıq aydın olur ki, Azəri müqəddəslərinin ruhu, bədənin fiziki ölümündən sonra məhv olmur. O cənnətdə ölümsüzlük qazanır və yerdəki törəmələri ilə əlaqə saxlayıb, çətin anlarında onlara kömək də edə bilir (9).
Ədəbiyyat
1. Məqalə: "Истина о небесных и земных людях", sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1
2. Məqalə: “Assuriya qədim Azərbaycan ölkəsidir”, sayt: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html?m=1
3. У. Бадж, Египетская религия. Египетская магия, М.,2000, səh.143
4. Məqalə: "Annunaki və Osiris Allahları - qədim Azəri bəg ərənləridir", sayt: https://firudin.blogspot.com/2021/07/annunaki-v-osiris-allahlar-qdim-azri-bg.html?m=1
5. Məqalə: "Sufizmdə İslam - "Şiə aləmi" deməkdir", sayt: https://firudin.blogspot.com/2023/01/sufizmd-islam-si-almi-demkdir.html?m=1
6. "Возвращение Богов" kitabı, sayt: https://gilarbey.blogspot.com/2013/05/blog-post_3978.html?m=1
7. Məqalə: “Великая тайна иудаизма и иудеев Хазарии”, sayt: https://firudin.blogspot.com/2021/01/blog-post.html
8. Məqalə: "Allahın Şərqdəki türk ordusu", sayt: https://gilarbek.blogspot.com/2013/11/allahn-srqdki-turk-ordusu.html?m=1
9. Perimbel seyidlərinin möcüzələri və Taleləri haqda Seyid Mirmehdi Ağanın söhbətləri, sayt: https://youtu.be/jmO2Obo4hLo?si=CQ0iO8cVsQfQTKCD
Firudin Gilar Bəg
Sufi batin alimi
7.02.2026
Комментарии
Отправить комментарий