Bütün dinlər bir kosmik hadisəyə sitayişdir
Bu məqalə qədim müdriklərin
xüsusi məntiqi ilə yazılmışdır ki, Quranda bu rəmzlər elmi Süleyman peyğəmbərin
“Quş dili” adlanır. Bu məqaləni tam
anlamaq üçün insanların, qədim müriklərin fəlsəfələrindən, ezoterizmdən xəbərləri
olmalıdır. Mənbələrdən və ya sufi-batini yazılardan xəbəri olmayan insanın bu məqaləni
oxuması mənasız vaxt itirmək deməkdir.
Bildiyimiz kimi, bu gün insanların
əksəriyyəti beş əsas dinə sitayiş edirlər ki, bu dinlər də məna etibarilə müxtəlif
sayılırlar. Bu müxtəlifliyə baxmayaraq, elm-texnikanın inkişafı və informasiya
mübadiləsinin artması nəticəsində bütün dinlərə inam azalmaqdadır. Buna səbəb
isə müasir dövrdə baş verən haqsızlıqlar və dinlərin müqəddəs kitablarındakı
anlaşılmazlıqlardır. Bu anlaşılmazlıqlar müqəddəs yazıların birbaşa, yəni hərfi
mənasının əsas götürülməsi ilə bağlıdır. Başqa sözlə, müqəddəs kitabların
birbaşa mənası heç bir məna ifadə etməyən tərbiyəvi nağıldır. Lakin bu gün
artıq hamıya məlumdur ki, bütün müqəddəs yazıların gizli, yəni batini mənaları
da var ki, bunları yalnız müdriklər bilmişlər. Bu məntiqdə isə artıq bütün dinlər
vahiddir və bir kosmik hadisə ilə bağlıdır. Biz bu məqalədə musəvilik, isəvilik
(xristianlıq), buddizm, hinduizm və islam adlanan əsas dinlərin batini mənalarının
əsas mahiyyətini açacağıq və bu günə qədər sirr olan ən qədim fəlsəfəyə izah
verəcəyik.
Qədim yunan filosofu Əflatunun
(Platon) yazdığına görə, bütün yazılar yalnız bir hadisəyə həsr olunmuşdur.
Lakin zaman keçdikcə bu hadisə yaddaşlardan silinmiş və onun haqqında ayrıca
danışırlar. Bütün bunların kökündə isə nə olduğu haqda heç kim danışmır. Bu o
deməkdir ki, qədim müdriklərə görə bütün mənbələrdə yazılanlar hansısa sirli
bir hadisə ilə bağlıdır. Batini-Quran kitabında və məqalələrimizdə biz elmi
sübut etmişik ki, bu hadisə - qədim Misir fironu Amonun Gel şəhərində
(Geliopol) yaratdığı Atum Allahı ilə bağlıdır. Başqa sözlə, bütün dinlərin
batini mənaları da bu Allaha sitayişdir.
Qədim Misir mətnlərinə görə
pir (firon) Amon, ekstatik durumda ilkin materiyaya daxil olaraq, ondan bütün
suallara ən kamil cavabları alır. Sufilər bu durumu tərikə yolunun Bəqa səviyyəsi
adlandırırlar. Pir Amon qam-şamanlığın bu vəziyyətində, maqiya və qurban
ruhları vasitəsi ilə ilkin materiyadan, Gel şəhərinin göylərində kosmik insan və
onun obrazı ilə isə yerdə 120000 nəhəng varlıqlar yaradır. Onlar da öz növbəsində
qədim Assuriya, yəni indiki Azərbaycan ərazisində Babil qülləsini tikirlər.
Babil qülləsi, gözəgörünməz ilkin materiya ilə fiziki dünyanın vəhdətidir ki,
yerdə tikilən bu qüllənin var olması ilə eyni zamanda göydə ruhlar dünyası, yəni
Qeyb aləmi yaranmışdır. Deməli, bütün dinlərin kökündə duran kosmik hadisə, ilk
İlahi varlıqlar olan Assurların (Azərilər) - Azərbaycan göylərində kosmik insan
və onun daxilində yaradılmış ruhlar dünyasıdır. Bu dünya on iki hissədən ibarət
təsəvvür olunur ki, onun göydə əbədi qalması üçün, bu on iki rəmzi maqiya ilə,
göydəki planetlərə, bürclərə, zamana və s. “bağlanmışdır”. Ən qədim mənbələrdə
bu yaradılış - Asar/Assur/Osiris/Aşşur və onun on iki Allahı (planet, ada və
s.) kimi qeyd olunur. Yəhudi mənbələrində Asar/Osirislə bağlı bu on iki Allah -
İsrailin on iki oğlu kimi rəmzləndirilir ki, buradakı İsrail rəmzi – Asar-Eli,
yəni Osirisin göydəki ölüm şahlığı anlamındadır. İsrailin əvvəlki adı Yaqub
(Y-QB) olmuşdur ki, bu da sufi-batinilərdə Bəqa (BQ) səviyyəsində yaradılmış
Qeb/Qeyb (QB) aləmi deməkdir. Qədim Şumerdə bu kosmik insan – Luqal (LQ-L), yəni
İlahi-El adlanırdı və İslamda bu göydəki El – Allah, yəni El-İlahi adlandı.
Yazılanlardan belə çıxır
ki, bütün qədim mənbələrdə söhbət - firon/pir Amonun Azərbaycan göylərində
yaratdığı Allahdan gedir. Yəhudilərın musəvilik, yəhudilik (iudaizm) adlanan
dinləri də məhz İsrailin, yəni Asar/Osiris Allahının bu on iki Oğluna sitayişdir.
Qəbul olunmuşdur ki, musəvilik - din, yəhudilik isə irq mənasındadır. Lakin
batinilərdə bu müxtəliflik daha dərin mənadadır.
Musəvilik adlanan yəhudi
dini öz adını Tövratın müəllifi sayılan Musa peyğəmbərdən götürür. Tövratda
Musa peyğəmbər, göydən İlahi od gətirərək, ondan Vəhy Çadırı yaradan müqəddəs
kimi göstərilir. Burada o – göydə çadır rəmzində ruhlar dünyası yaratmış, əvvəldə
gələn Ra-Amon Allahının obrazı kimi təqdim edilir. Musa peyğəmbərin səbətdə
çaya atılması və xilası isə onun axırda gələcək Xilaskar obrazına da aid edilməsi
deməkdir. Tövratda, Allahın yeddi günə “Dünya” yaratması, Yaqubun Allahla güləşməsi,
Nuhun gəmi düzəltməsi və s. rəmzlər onu deməyə əsas verir ki, bu kitab əvvəldə (Alfa)
və axırda (Omeqa) gələcək Allaha aiddir. Tövrat rəmzi də batinilərdə “tarix”,
“türk”, “tərikə” və s. rəmzlərlə eyni mənalıdır ki, bu da Tövrat kitabının, tərikə
yolu gedən türkün ekstatik durumda göydə Allah yaratması və axirətdə bu
yaradılışın təkrarlanmasına həsr olunmuş kitab olması deməkdir. Musa peyğəmbərin
Madiam, yəni Midiya elinə köçməsi, Raquillə qohumluğu onu deməyə əsas verir ki,
onun göydə yaratdığı Vəhy Çadırı məhz Midiya eli ilə bağlıdır. Qısa desək,
Tövrat kitabı və musəvilik - əvvəldə gəlmiş və axırda gələcək Allahın getdiyi
yolun tarixidir.
Yəhudilik dedikdə Yəhudanın
dini nəzərdə tutulur ki, bu obraz Yaqubun (İsrail) birinci arvadı Liyadan olan
oğlu anlamındadır. Bildiyimiz kimi, İsrailin on iki oğlu olur ki, onun on oğlu
Liyadan, iki oğlu isə Lavanın (Alban) qızı Raxildən (Raquil/Ra-Gel rəmzi) olur.
Yəhudi rəmzi sufi-batinilikdə Kuti rəmzi ilə eyni mənalıdır və bu rəmz - hakimiyyəti
göydən endirilmiş 120000 Asar/Assur, yəni Osiris Allahlarının rəmzidir. Onlar
Babil qülləsini tikdikdən sonra, onun göylərində yaradılmış Qeyb aləminə köçmüş
və əzraillərə (İsrail rəmzi) çevrilmişlər. Başqa sözlə, yəhudi dedikdə Tövratda
“ulduzlar” rəmzində qeyd olunan ilk yaradlmışlar və onların varisləri olan yerdəki
padişahlar və peyğəmbərlər nəsli nəzərdə tutulur.
Mənbələrdə yəhudi-kutilər Şimali
İsrail xalqı hesab olunur ki, onlar “əsir düşdükdən” sonra, yerdə onların
varisləri yəhudi adlanmağa başladı. Batinilərdə əsir düşmüş yəhudilər dedikdə,
Babil qülləsini tikib qurtardıqdan sonra göydəki cənnətə mühacirət etmiş Assur/Asarlar,
yəni Osiris Allahları nəzərdə tutulur. Onlar göydəki cənnətdə, axirətdə yerə enəcəklərini
gözlədikləri üçün, o dünyadakı həyat “əsirlik” kimi rəmzləndirilmişdir. İvritdə
yəhudilərin əsirliyi – “Qalut Bavel” adlanır və bu rəmz - Xaldeyada tikilmiş
Babil qülləsi deməkdir. Tövratda Qalut rəmzi izmaililərin Qilead/Qalaad eli
kimi keçir və buranın digər adı da Pireya, yəni pirlər, fironlar eli
anlamındadır. İzmaililərin Qilead eli bizlərə Qulat/Gelat ismaili şiələrinin eli
(Gelati-Şiə) kimi məlumdur. Quranda Qilead/Qalut/Xaldeya rəmzi Xüld kimi keçir
və cənnətin adı mənasında qeyd edilir. Gilead/Xüld və s. bənzər rəmzlər
Gel-Dea, yəni “Gel elindəki Allah” fikrini ifadə edir.
Qədim Misirdə Gel elindəki
Allah Atum adlanır. Herodot, Gel elini, on iki qəhrəmanlığı ilə tanınan
Heraklla əlaqələndirir ki, o Gileyada yarıinsan-yarıilan Yexidna ilə cütləşir və
buradan ilandan, əjdahadan doğulmuşlar nəsli yaranır. İppolit bu cütləşmədən əmələ
gələn ilandan doğulmuşları – mələklər nəsli adlandırır və bu cütləşməni Allah və
İsraillə əlaqələndirir ki, burada Herakl rolunda Allah, Yexidna rolunda İsrail
çıxış edir. Başqa sözlə, İsrailin on iki oğlu – ilandan (əjdahadan) doğulmuş mələklər
nəslidir. Sonrakı mənbələrdə bu mələklər nəsli melahi, əl-mülhid adlanır və
ismaili-nizarilər Ələmut qalasının sakinləri kimi göstərilir. Belə çıxır ki,
ismaili mələklərinin Ələmut qalası elə Gilead/Qalaad elidir.
Azərbaycan tarixində Gilead/Qalaad
rəmiz - Xilat/Xelat kimi məlumdur və Azərbaycan Atabəglər Ailəsinin malikanəsi
hesab edilir. Yazılanlara görə, II Nəsir əd-din Məhəmməd Sökmən, Xelatı və digər
çoxlu şəhərləri aldıqdan və “on iki şəhər”ə yiyələndikdən sonra özünü Şah-Ərmən
adlandırmışdı. On iki şəhər dedikdə, qədim Assuriya mənbələrində “on iki
planet” adlandırılan, göydə yaradılmış “dünya”, yəni cənnət nəzərdə tutulur. Bu
Xüld cənnətini Xelatda yaratdıqdan sonra Sökmən (Sak-Amon) özünü Şah-Ərmən, yəni
Ra-Amon Allah adlandırmışdı.
Yazdıqlarımzdan belə çıxır
ki, yəhudilik - ilk İlahi varlıqlar olan Asar/Kuti müqəddəslərinin Xelatda
yaratdıqları cənnətlə bağlı dindir. Yahudi-Kutilər Babil qülləsini tikdikdən
sonra buradakı cənnətdə axirətə qədər “əsir” qalmışlar. Əgər musəvilik batini mənada
əvvəldə gələn Ra-Amon Allahı və axırətdə gələcək Məsih ilə bağlı din mənasını
verirsə, yəhudilik – Şərqdən gəlib Babil qülləsini tikmiş, oradakı cənnətdə
axirətə qədər qalan və axirətdə yerə enəcək Asar/Osiris/Azər Allahları və
onların yerdəki varisləri olan padişahlar və peyğəmbərlər nəslinin dini mənasındadır.
Musəviliklə yəhudiliyi birləşdirib ümumi İsrail oğullarının dini kimi qəbul etsək,
onda bu dinin batini mənası - pir Amonun yaratdığı, əvvəldə gəlmiş və axırda gələcək
Allahlara və onların göydəki cənnətinə sitayişdir.
Tövrata görə, İsrail
oğulları – amoreylərin (mar-midiyalı) İazər torpağındakı Gilead şəhərində
yaşamışlar və bu el kitabda izmaililərə aid edilir. Gilead, yəni Gelat ismaililəri
bizlərə Gelati-Şiə adlanan ifrat ismaililəri xatırladır ki, bunlar da İsna Aşəriyə,
yəni Azərin on iki imamının dininə sitayiş edirlər. Belə çıxır ki, İazər
torpağındakı Gileadda yaşayan İsrailin on iki oğlunun dini elə Azərbaycanın
Gelat/Xilat elində İsna Aşəriyə dininə, yəni Azərin on iki imamına sitayiş edən
batini şiələrin dinidir.
Gelat/Xilat ismaililərin
İsmailiyə fəlsəfi dünya görünüşündə “on iki” rəmzi göydəki dünya ilə bağlıdır və
o dünya – on iki ay və ya on iki bürcə uyğun olaraq, on iki “ada”dan (əl-cəzair)
ibarətdir və hərəsinin öz ali xətibi var. Onları “Dai Duat əl-cəzirə” və ya
“Hüccət əl-cəzirə” adlandırırlar və s. Burada “ada” dedikdə batinilər - ilkin
sulardakı, yəni göy sularındakı ada, ilkin materiyadakı ruhlar dünyası mənasında,
Qurandakı cənnəti nəzərdə tuturlar. Belə çıxır ki, Gelat ismaili şiələrinin
İsna Aşəriyə adlanan on iki imam dini – Gilead/Gelatda yaşayan İsrail
oğullarının ismailiyə fəlsəfəsidir. Biz “Qurandakı İsrail oğulları – Azəri bəgləridir”
adlı məqalədə bu haqda məlumatlar vermişik.
Bu gün İslam adlanan din, əslində
qədim İsna Aşəriyə adlanan dinin - savadsız, avam insanlar üçün sadələşdirilmiş
rəmzlərlə ifadəsidir. Mənbələrə görə, Anadoluya köç edən türkmənlər arasında
Xorasan ərənləri, dədə, baba və s. müqəddəs insanlar vardı ki, onlar İslamı əski
inamlarla qarışdırıb, sadə xalq üçün müasir İslam dinini yaratmışdılar. Başqa
sözlə, 1400 il yaşı olan bu günkü İslam, 5500 yaşlı İsna Aşəriyə dininin - adi
insanlar üçün sadələşdirilmiş variantıdır. Onlar Quranın birbaşa mənalarını adi
insanlara aid edərək Allahın obrazlarını insaniləşdirmişlər. İslam rəmzinin özünün
batini mənası “İssi-Aləm”, yəni ruhlar aləmi deməkdir ki, bu da II Nəsir əd-din
Məhəmməd Sökmənin Xelatda yaratdığı Xüld cənnəti anlamındadır. Tövratda İslam rəmzi
Səlim şəhəri kimi keçir ki, buranın da tanrısı El Allahıdır və məhz bu El
Allahını müdriklər insaniləşdirərək imam Əli obrazına çevirmişlər və s.
Bütün bunlar o deməkdir ki,
İslam dini – İsrail/Azər oğullarının musəvilik, yəhudilik və İsna Aşəriyə dinlərinin
birbaşa mənalarının avam insanlar üçün sadələşdirilmiş variantıdır. Bu dinlərin
batini mənaları isə ismaili bəglərinin əcdadı pir Amonun Gelad/Xelat elində
yaratdığı kosmik Atum Allahına aiddir.
Digər tərəfdən, İslam rəmzini
batinilər İsa-Aləmi kimi də oxuyurlar ki, bu da ruhlar aləmi deməkdir. Ruh mənasını
verən İsa rəmzi qədim mənbələrdə Şu kimi də yazılırdı və qədim Misir Allahı
hesab olunurdu. Yəhudilər bu Şu Allahını - Yeşua, müsəlmanlar isə Şiə
adlandırdılar və bu da İslam rəmzinin eyni zamanda Şiə-Aləmi mənasını verməsi
deməkdir. Yeşua rəmzinin İsa peyğəmbər mənasında olması isə o deməkdir ki,
xristianlıq və şiəlik eyni dinin müxtəlif variantlarıdır. Sufilər dahisi Mühiddin ibn
Ərəbi də şiəliklə xristologiyanın üst-üstə düşdüyünü xüsusi nəzərə çatdırır.
İsanın Qaliley, yəni Gel elindən (Gelat) olması və nasar/nazaretli hesab edilməsi
onu deməyə əsas verir ki, İsa - Gelat nizarisi (ismaili) olmuşdur. İsanın, cənnətə
düşməyin tək yolunun məhz onun vasitəsi ilə mümkünlüyünü iddia etməsi isə o deməkdir
ki, Gelat göylərindəki cənnət məhz İsanın, daha doğrusu pir Amonun ruhunda
yaradılmışdır. İsa peyğəmbərlə bağlı kitabın “Yeni Əhd” adlanması, bu obrazın
axirətdə gələcək Allahın obrazı olması deməkdir. Başqa sözlə, əgər İsrail
oğullarının musəvilik, yəhudilik və şiəlik dinləri əvvəldə və axırda gələcək
Allaha aid edilirsə, isəvilik məhz axirətdə gələcək Allaha aid dindir. İsəviliyin
digər adı xristianlıqdır ki, bu da öz adını Xrist rəmzindən götürmüşdür. Xrist
rəmzi ən qədim mənbələrdəki Xoris/Qoris, yəni qədim Misirin Qor/Xor rəmzindən yaranmışdır.
Bu mənbələrə görə, dünyaya hakim kimi yaradılmış Asar/Osiris/Azər Allahı axirətə
qədər ölür və axirətdə oğlu Qor onu yenidən dirildir. Mənbələrdə Qor/Xor/Xoris
rəmzinə Bek, yəni Bəqa rəmzi də əlavə olunur ki, bu da Bek-Xorisin, sufizmin tərikə
yolu ilə Bəqa səviyyəsinə yüksəlib, kamilləşməsi deməkdir. Deməli, isəvilik
kimi, xristian rəmzi də axirətdə gələcək Məsihə aid rəmzdir.
Dünyanın ən böyük dinlərindən
biri də buddizm dinidir. Bu din öz adını Sakyamuni Buddanın adından götürmüşdür
və bu rəmz – sak elindən olan nurlanmış (aydınlanmış, oyanmış, kamilləşmiş)
müdrik deməkdir. Budda adı “bodi” rəmzindən yaranmışdır və tam kamilliyə
çatmış, ekstatik vəziyyətdə görən, dərk olunmayan şeyləri dərk edən
anlamındadır. Lakin bu rəmz “ev” mənasını verən bit/beyt rəmzləri ilə də eynidir.
Batinilərdə Sakyamuni rəmzi Sak-Amon mənasını verir ki, bizlərə bu ad - Xelatda
“on iki şəhər”ə yiyələndikdən sonra özünü Şah-Ərmən adlandıran II Nəsir əd-din
Məhəmməd Sökmən kimi tanışdır. Başqa sözlə, buddizmin yaradıcısı Sakyamuni elə
Azərbaycan Atabəgi Sökməndir. Sakyamuninin nurlanmış, aydınlanmış, oyanmış,
kamilləşmiş və s. müdrik adlanması da onun tərikə yolunun Bəqa səviyyəsində (hind.
nirvana, mokşa) İlahla vəhdətə nail olması deməkdir.
Sakyamuni/Sökmən rəmzi -
Sak-Amon anlamındadır və buradakı sak rəmzi qədim Misirdə cildini dəyişmiş ruh
mənasını verirdi. Amon isə yazdığımız kimi qədim Misir fironunun (pir) adıdır.
Pir Amon ölməmişdən əvvəl göydə, ilkin materiyadan Ra diski, şarı yaratmış, öləndən
sonra isə ruhu ərşə qalxaraq bu Ra diski ilə birləşmişdir. Beləcə Sökmən/SakAmon
– Ərmənə, yəni Ra-Amon Allahına çevrilmişdir. Bu isə o deməkdir ki, Sakyamuni
Budda elə Ra-Amon, yəni Rəhman Allaha çevrilmiş Azərbaycan Atabəgi Sökməndir.
Bu haqda biz, “Budda – göydə Allah yaratmış Azəri bəgidir” adlı məqalədə geniş
izah vermişik.
Yazdıqlarımızdan belə çıxır
ki, buddizm - ekstatik durum olan qamlıq, şamanlıq məqamında göydə Allah
yaratmış Azərbaycan Atabəginin kamilləşməyə aparan tərikə yoludur. Başqa sözlə,
buddizmin mahiyyəti – sufizmin bəqa pilləsinə (nirvana) yüksəlmək və İlahla vəhdətə
nail olmaq üçün gedilən yoldur. Lakin batin elmində İlahla vəhdət artıq yeni
obrazı, ilkin materiya ilə birləşmiş ruhun obrazını əmələ gətirir ki, bu da
Ra-Amonun obrazıdır. Qədim Misirdə firon/pir Amonun kamilləşmiş ruhu - Ba
adlanırdı və Benu quşu kimi rəmzləndirilmişdi. Amonun Ba ruhunun, qamlıq məqamında
yaradılmış Ra diski ilə birləşməsinin insaniləşdirilmiş obrazı isə mənbələrdə
İbrahim (Ba-Ra-Qam/Braxmo) kimi rəmzləndirilmişdir.
Buddizmlə bağlı fəlsəfələrdə,
pir Amonun ruhunun Ra şarı (diski) ilə birləşməsi (Ra-Amon), yəni İlahla vəhdət
– braxmo adlanır. Yaradıcı Allah kimi göstərilən braxmo, hind fəlsəfəsinin
Ra-Amon Allahı deməkdir. Braxmo ilə vəhdətə nail olmaq isə artıq hinduizm adlanan
digər dinin əsas mahiyyətidir. Bütün Allahlar – braxmonun tərkib hissəsidir,
onun təzahürüdür. Hinduizm rəmzinin batini mənaları – “ilk varlıqların göydə, ilkin
materiyadan yaratdıqları dünya” deməkdir. Sanskritdə bu rəmz “sanatana-dxarma”
(dharma, dhamma) kimi keçir ki, bu da “əbədi din”, “əbədi yol” və ya “əbədi
qanun” anlamındadır. Burada əbədi qanun dedikdə ilkin materiyanın qanunları nəzərdə
tutulur ki, bu da ilkin materiyanın xaos, yəni təbii vəziyyətidir. Dxarma –
saxlayan, dirək olan və eyni zamanda mənəvi qayda, dini borc, var olmanın universal
qanunu kimi də mənalar verir ki, bu da göydəki cənnətin və ora düşmənin
qanunları anlamındadır. İslamda bu məntiq – həqiqətlə, haqq-ədalətlə və
halallıqla yaşamaq mənasındadır. Qədim Misirdə isə bu məntiq – Maatla yaşamaq mənasında,
Maat Allahının (ilkin materiyadan yaradılmış Atum) qanunlarına itaət etmək deməkdir.
Hind fəlsəfəsində Allahla vəhdətə, yəni nirvana və mokşaya yalnız bu qanunlara
riayət etdikdə nail olmaq mümkün sayılır. Bu qanunlarla yaşamış insanlar isə
artıq göydəki cənnətdə xoşbəxt həyat qazanırlar ki, hinduizmdə əsasən göydəki
bu dünyanın həyatı təsvir edilir.
Bütün bunlar isə o deməkdir
ki, hinduizm dini – Xelat göylərində yaradılmış ruhlar dünyasına düşmək istəyən
möminin, yerdəki həyatının İlahi qanunlara uyğunluğunu müəyyən edən dindir. Bu tərikə
yolu qədim Misirdə Qor pir-fironlarının getdiyi yol adlanırdı. Qor yolu ilə gedənlər
qədim Misirdə Şəmsu Qor adlanırdı ki, onlar rəmzi olaraq “bədənlərində iki
dünyanı birləşdirən” müqəddəslər sayılırdılar. Onlar bu dünyada mömin həyatı
yaşadıqdan sonra ruhları göyə qalxaraq, Xilatdakı Xüld cənnətinə düşür və
burada ruhun ikinci həyatı başlayır. Qədim mənbələrdə pirlərin bu Qor yolu ən
xoşbəxt həyat sayılırdı.
Yazdıqlarımıza nəticə kimi onu
əlavə etmək istərdik ki, bütün dinlərin mənaları - insanların, Azərbaycan Atabəgi
Sökmənin Xilatda yaratdığı cənnətə düşə bilməsi üçün qanun-qaydalar toplusudur.
Batini mənalarda bu dinlər, Ra-Amon (Rəhman) Allahın əvvəldə yaratdıqları və
sonda bu yaradılışını tamamlayacağına inam və inancdır. Əgər yəhudilik və şiəlik
Rəhman Allahın əvvəldəki yaradılışı və sondakı bu yaradılışı təkrarlanmasına
inamdırsa, isəvilik - axırda gələcək Məsihin gedəcəyi yola inamdır. Əgər
buddizm, Azərbaycan Atabəgi Sökmənin Xilatda cənnəti yaratmaq üçün getdiyi tərikə
yolu ilə kamilləşməsinə inamdırsa, hinduizm - Allahın bu kamilləşmədən sonra cənnətdəki
həyatına inamdır.
Bütün bunlar haqda daha
geniş məlumatlar, təkzibolunmaz faktlar, mənbələr Batini-Quran kitabında və digər
kitab və məqalələrimizdə verilmişdir.
Firudin
Gilar Bəg
Комментарии
Отправить комментарий