“Din” sözünün batini mənası
Bu gün milyonlarla insan
müxtəlif dinlərə etiqad edirlər və bu etiqada görə bəzən bir-birlərini məhv etməyə
də qalxırlar. Bəs bu din nə olan şeydir ki, ondan ötrü insanlar bir-birinə
qıyır, qardaş-qardaşa düşmən kəsilir və s. Bu sualın cavabını vermək üçün,
bütün dinlərin əsl mahiyyətini anlamaq lazımdır. Bunun üçün isə, insanın
yaradılışını və Allahın, insan həyatdakı rolunu bilmək vacibdir. Yaradılışı
bilmədən, insan həyatınin əsl mənasını, mahiyyətini anlamaq mümkün deyil. Yaradılışın
mahiyyətini bilənlər qədimdə müdriklər hesab olunurdu və “sofiya” adlanırdı.
İslam dövründə bu sofiyalar – sufi müdriklərinə çevrildi.
Sufilər, bütün dinlərin
mahiyyətini bilən yeganə müdriklər sayılırdılar və buna görə də, bütün dinlərdə
onlara xüsusi hörmət var idi. Adam Mets,
özünün “Müsəlmanlığın intibahı” kitabında yazır ki, 981-ci ildə sufilərin
başçısı öləndə onun tabutu arxasınca müsəlmanlar, yəhudilər, xristianlar və s.
gedirdilər. Sufilər üçün bütün dinlər eyni mənalıdır və onların kökündə Allahın
gizli elmi durur. Bu elm isə Allahın insanı yaratması və ona ikinci həyat
qazanması üçün verdiyi şansı bilməkdir. Bu gün insanların heç ağlına belə gəlmir
ki, Allah, düşünən insanı yaratdıqdan sonra, onların şərəflə və ləyaqətlə
yaşayan hissəsi üçün göydə cənnət yaratmışdır. Din dedikdə də Dünya (Din-Ya), yəni Rəhman
Allahın möminlər üçün göydə yaratdığı ruhlar dünyası - cənnət başa düşülməlidir.
Bütün müqəddəs kitablar, yəni Quran, Tövrat, İncil, Bxaqavat-Qita və s. hamısı
- Allahın insanı yaratması, öləndən sonra isə onun ruhunun göydəki bu cənnətdə
ikinci həyat qazanmasına vəsilədir. Batini-Quran kitabında biz göydəki dünya
haqqında geniş məlumat vermişik. Deməli, din – göydəki dünya, el, aləm, vilayət
anlamındadır. İslam dini dedikdə də - Tövratda Səlim (SLM) şəhəri kimi keçən
İslam (SLM) dünyası başa düşülməlidir.
Sufizmdə Din (DN) rəmzi Tin/Tina (TN) rəmzləri ilə
eyni mənalıdır və İslam mənbələrində bu rəmzlər göydəki dünyaya aid edilir. Tin
rəmzi Quranda surə kimi keçir və bu rəmz altında əncir ağacı, Turi-Sina dağı və
Əmin şəhəri nəzərə çatdırılır (Quran, 95:1-3). Sufi-batinilərdə bu rəmzlərin mənası
- firon Amonun Turi-Sina dağında, həyat ağacı rəmzində göydə yaratdığı ruhlar şəhəri,
ruhlar dünyası deməkdir. Məşhur İslam alimi Əs-Suyuti, Yəməndəki Xadramaut ətrafında yerləşən
Baraxut vadisindəki Tina kəndindən yazanda qeyd edir ki, Məhkəmə günü, kafirlərin
ruhları bura (Tin/Tina) köçürüləcək. Müslümlərin ruhları isə əl-Cəbiyədə (Cəbiyə=Qeb/Qeyb)
yığışmışlar. O bildirir ki, İslam rəvayətinə görə, Baraxut “odlu cəhənnəmdir” və
orada Allahsızların ruhları yığılmışdır. Əl-Cəbiyə isə “göydəki cənnətdir” və mənbələrə görə, VI-VII əsrdə İç Ərəbistanın bütün ətrafında - səhralarda, dağlarda, daşlarda və ağaclarda
cinlər yaşamışdır. Ruhların Yəmən ərazisindəki cənnət və cəhənnəmdə yerləşməsi
o deməkdir ki, Yəmən, Ərəbistan deyəndə, qədim yazılarda bilavasitə göydəki
ruhlar dünyası nəzərdə tutulmuşdur. İlahi oddan yaranmış cinlərin də göydə yaşamaları
məntiqidir. Başqa sözlə, Əs-Suyutiyə görə, “Ərəbistan”, “Yəmən”, “Din” rəmzləri
və cinlər göylərlə, buradakı ruhlar dünyası ilə bağlıdır. Qeyd edək ki, yunan
mifologiyasında da Ereb, yəni Ərəb rəmzi xaosu, yəni göyləri bildirir ki,
sonradan burada “dünya” yaradılmışdır.
Məşhur sufi-batin alimi Mühiddin ibn Ərəbi də İslam
dinini, müsəlmanlığı – ölümlə əlaqələndirərək yazır: “Böyük Allah demişdir: Bu
dini İbrahim oğullarına və Yaquba da vəsiyyət etdi: Ey oğullarım, Allah sizin
üçün din seçdi: müsəlman olaraq ölün - yəni Ona tabe olaraq”. İbn Ərəbi burada
“Din” rəmzini “El” kimi yazır ki, bu da göydəki Elin - ruhlar aləmi, vilayəti mənasındadır
(Mühiddin ibn Ərəbi, “Füsusül-Hikəm”, böl.8). Bu
isə ona işarədir ki, əsl İslam - ölümlə, yəni göydəki cənnətlə bağlıdır və
zahiri İslamdan min illər əvvəl Yaqub oğullarına vəsiyyət edilmişdir.
Qədim Misir yazılarına görə,
göydəki ruhlar dünyasını (Atum Allahını) – Quranda Rəhman kimi keçən Ra-Amon
Allahı yaratmışdır. “Din” rəmzi də Misir kosmoqoniyasında Nut göyləri kimi
keçir ki, Ra-Amon Allahı bu Nut göylərində Qeb aləmini, yəni Qeyb dünyasını var
etmişdir. Sufizmdə Din (DN) rəmzi ilə Nut (NT) rəmzi eyni mənaldır və İlahi
Atanın, yəni Yaradıcının yaratma anını bildirir ki, bu an da ilkin materiya məqamıdır.
Belə çıxır ki, Din/Nut rəmzlərinin batini mənası – göyləri təşkil edən və hər
şeyə həyat vermiş İlah, yəni ilkin materiyadır.
Bütün bunlardan çıxan nəticə odur ki, sufilərdə “din”
dedikdə - Ra-Amon/Rəhman Allahın göydə yaratdığı ruhlar dünyası başa düşülür.
İnsan öləndən sonra, onun ruhunun göydəki bu dünyaya düşməsi üçün, onun
sağlığında İslam qanunlarına və ənənələrinə riayət etməsi vacib şərtdir. Bu şərt
qədim Şumer-Assur mənbələrində - insan ruhunun Tilmun/Dilmun adlanan Allahlar
vilayətinə düşməsi üçün əsas şərt olmuşdur. İran ərazisindəki Zaqros dağ təpələrinin arxasında, “Günəşin çıxdığı yerdə”
yerləşən bu “Ölməzlər ölkəsi”nin sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. Bu
ölkə haqda məlumat verən məşhur
alim Devid Rol bildirir ki, qədim abidələrə görə, Dilmun - ölmüşlərin
ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Burada dəfn olunmaq, insanın həyatı
boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır. Əgər qədim mənbələrdə, ölən
insanın ruhunun, Allahın göydəki cənnətinə düşməsi üçün Allahlara sadiqliyi
vacib şərt idisə, sonrakı dövrlərdə Allah bunun üçün İslam dinini yaratdı ki, bütün
əsl müsəlman möminlər də bura düşə bilsin. Bu isə o deməkdir ki, əsl İslam -
İran dağlarının ərazisindən, Günəşin doğduğu Şərqdən başlanır və bu Şərq ölkəsi
də qədim mənbələrdə Albaniya adlanırdı. Hələ e. ə. VII əsrdə, Albaniya ərazisindəki
Midiya dağlarında “Şərqin
Ərəbi” ölkəsi olmuşdur və bu ölkənin sakinləri də Albaniyanın Ərənşahlar nəslinə
aid olan Midiya marları, yəni bu gün bizim seyid adlanığımız Azəri türk şad-bəgləri
olmuşlar. Bunlar haqda biz “Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır”
adlı məqaləmizdə vermişik (bax, sayt: http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html).
Digər tərəfdən, qədim
türklərin Dinqir, yəni Tenqri, Tanrı rəmzlərinin kökündə də Din (Tin/Tina) rəmzi
durur ki, sufi-batinilərdə Dinqir/Tanrı rəmzləri “Din-Qor” və “Tan-Ra” mənasında
- “Dinin Qor Allahı” və ya “Tan/Nut göylərinin Ra Allahı” (Tenqri=Tan-Qor) fikirlərini
ifadə edir. Başqa sözlə, sufilər Tanrı dedikdə - Din/Tan/Nut göylərinin Ra
Allahı, yəni Ra-Amon/Rəhman Allah başa düşürlər. Buradakı Qor rəmzi, “Quran” rəmzinin
kökündə duran “Qərəə” rəmzidir. Aydın məsələdir ki, Quran kimi müqəddəs bir
kitabın adı “mütaliyə” mənasını verə
bilməz. Başqa sözlə, Dinqir, yəni Qor-Dini rəmzi daha dərin batini mənalara
malikdir. Qor (Xor/Hor) rəmzi qədim Misir mənbələrində Ra günəş Allahını
bildirirdi. Batini mənada Hor/Xor/Qor, yəni “Hü-Ra” rəmzi - Hü ilkin
materiyasından (İlah) yaranmış Ra günəşi deməkdir. Deməli, batinilərdə “Qərəə”
mənasında olan “Quran” rəmzi – Ra günəş Allahını bildirir ki, bu da elə
Ra-Əman, yəni Rəhman Allah deməkdir.
Dinqir
(DN-QR) rəmzi mənbələrdə Qorduen (QR-DN) kimi də yazılır ki, bu da Van gölü ətrafında
yerləşən dağlıq vilayətin adıdır və bu ərazi Suriya mənbələrində Bet-Kardu kimi
göstərilir. Midiya ərazisində Bit-Kari kimi məlum olan bu rəmz “Kari Evi” mənasını
verir ki, buradakı “bit” (Beyt) rəmzi Tövratda “betel”, yəni “Allah evi” rəmzi
kimi qalmışdır. Bet-Kardu, yəni Kor/Qor Evi rəmzi isə Qor Allahının göydəki
dünyasını bildirir. Bu isə o deməkdir ki, Dinqir rəmzi altında – bədəni ilə göyləri
tutmuş qədim Misirin Atum Allahı nəzərdə tutulur ki, göydəki ruhlar dünyası da
bu kosmik insanın bədənindir.
Din (DN) rəmzi qədim Misir mənbələrindəki Aton [TN]
rəmzi ilə də eyni mənalıdır və bu rəmz altında qədim Misir mənbələrində Tatanen
[TT-NN], yəni Nun sularından çıxmış Tot
nəzərdə tutulur. Tot (TT) rəmzi isə qədim
Misirin və İsmailiyə fəlsəfəsinin Duat (DT) rəmzidir ki, bu da ölüm şahlığı deməkdir
və iki dünyanı özündə birləşdirən Allahı bildirir.
Lakin Din rəmzi həm də avropalıların “Edda” salnaməsində
Odin kimi keçən Allahdır və o göyləri təşkil edən İmiri devirmişdir. Odin göylərdə
qayda-qanun yaradandan sonra, Asqard (Saqarta/Sokar) adlanan və insan ayağının
dəymədiyi dağın başında 12 Ezirin (12 Asar/Azər/Osiris Allahı) yaşadığı sehirli
saray tikmişdir. Alman-ckandinav mifologiyasında Odin – bütün asların rəhbəri və
atası olan müdrik şamandır. O həm də müharibə Allahı, kahin-şah və cadugər
döyüşçüdür. Başqa sözlə, Din/Odin rəmzi həm də kosmik insan formasında olan
Allahı bildirir ki, bu da elə Assurların Luqal (İlahi-El), müsəlmanların isə
Allahu-Əkbər (Allah – El-İlahi) adlandırdığı tək Allahdır.
Bütün bunlar o deməkdir
ki, İslam Dini – Rəhman Allahın göydə yaratdığı Səlim şəhəri, yəni cənnət mənasındadır
ki, bu ruhlar dünyası da Rəhman Allahın kosmik bədənindədir. Bu cənnətə düşmək
istəyən müsəlman da, Allaha itaət etməli və Onun, cənnətə düşmək üçün qoyduğu
qanunlara tabe olmalıdır ki, ruhu göydə ikinci həyat qazansın.
Bütün bunlar haqda daha geniş
məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, Batini-Quran kitabında və məqalələrimizdə
verilmişdir.
Firudin
Gilar Bəg
Sadıq
Gilarbəyli
Комментарии
Отправить комментарий