İlahi qan daşıyan Hüseyin törəmələri


Bildiyimiz kimi fars dilində “xəstəxana” sözü “bimaristan” kimi tərcümə olunur. Burada bimar sözü – xəstə deməkdir. Bimar sözündəki “bi” ön şəkilçisi inkarı bildirir və bu sözü “mar olmayan”, “qeyri mar” mənasına salır. Başqa sözlə, “xəstə” sözü mar olmayanlar aid edilir. Deməli, “mar” sözü sağlam mənasındadır ki, “bimar” da xəstə mənasını verir. “Sağlam” mənasını verən “mar” rəmzi - qədim mar xalqına aid edilir və bu xalq Azərbaycan ərazisində mövcud olmuş qədim Midiya ölkəsinin əhalisi olmuşdur. Qədimdə mar rəmzi – Babil qülləsini tikən İlahi Asar/Assur/Aşşur xalqına aid edilirdi ki, qədim Misir mənbələrində bu İlahi Varlıqlar Osiris Allahları adlanırdı. Mənbələrdə bu Osiris Allahları İlahi Ba ruhunu (Bəsmələ) daşıdığı üçün  Asar-Ba, Ba-Asar (Basar), Bəşər (Quranda), AzərBi (Azərbay-can) və s. kimi də keçir. Bu marlar, sayı məhdud (120.000) olan ölümsüz Allahlardır. Lakin sonradan Ra-Amon Allahı bu İlahi Varlıqların obrazı və bənzəri kimi padişahlar və peyğəmbərlər nəsli olan Azəri türk seyid-bəglərini yaratdı. Qədim türk mənbələrində bu seyid-bəglər Şad Apıt bəgləri adlanır ki, bu da Seyid Yafət bəgləri deməkdir. Bu gün seyid-bəglərin qarşısındakı “mir” rəmzi məhz ən qədim “mar” rəmzidir ki, qədim Misirdə Mar rəmzi – göyə qaldırılmış torpaq mənasında cənnəti bildirirdi. Deməli, mar-mirilər kimi tanıdığımız İmam Hüseyin nəsli cənnət əhlidirlər. Onların “sağlam” mənasında qeyd olunması da, bu xalqın – dirilik suyu mənasında olan ilkin materiya ilə, İlahla vəhdətdə olmaları ilə bağlıdır. Bu gün Azərbaycanda yaşayan türk bəyləri, seyidlər, şıxlar və s. müqəddəslər nəslinin nümayəndələri qeyd edirlər ki, onlar adi insan deyillər, çünki onlar “Allah nurundan” yaranmışlar. Əgər avam (yəni adi insan) doyunca, molla ölüncə yeyirsə, seyid öləndən sonra da yeyir. Seyidin öləndən sonra da yeməsi, onun ruhunun, bədənin fiziki ölümündən sonra da yaşaması deməkdir. Bu isə o deməkdir ki, pir, bəg, seyid, şıx və s. adlandırdığımız Azəri müqəddəsləri - qədim Misirin ölməz Oziri/Osiris/Asar Allahının törəmələridir. Uzunömürlülər nəsli kimi yaradılmış bu mar-mirilər nəsli ölənə kimi xəstələnməzdilər. Ümumiyyətlə, Allahın, Özünə qulluq üçün yaratdığı bu seçilmişlər nəsli min illər dünyada xoşbəxt yaşamışlar. Əbu əl-Ala İbn Xassul “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində, bu türk seyid-bəglərini - Deyləm türkləri adlandırır və onların tam xoşbəxtliyə çatmalarıni və zamanı qabaqlamalarını xüsusi vurğulayır. Deyləmilərinin məhz bu Midiya ölkəsi ən qədim Şumer mənbələrində Dilmun/Tilmun cənnəti adlandırılır.
Nizami Gəncəvi, “İskəndərnamə”sinin İqbalnamə hissəsində bu Hüseyin törəmələrinin eli haqda yazır:
Doğrusu budur ki, bizlər qədimdən
Bu dağı, bu çölü etmişik məskən.
Fağır bir tayfayıq, həm də dinpərvər,
Düzlükdən keçmərik əsla tük qədər.
Əyri dolanmaqla yoxdur işimiz,
Düzlükdən başqa yol tanımırıq biz.
Əyrilik yoluna çəkmişik hasar,
Düzlüklə olmuşuq əzabdan kənar.
Yalan gətirmərik biz dilimizə,
Əyri yuxular da görünməz bizə.
Faydasız etmərik heç sorğu-sual.
Çünki allaha da xoş getməz bu hal.
Allahdan nə gəlsə, edərik şükür,
Çünki narazılıq naşükürlükdür.
Biz razı qalarıq nə gəlsə həqdən,
Düşmənlik edərmi pərəstiş edən?
Acizin dərdinə edərik çara,
Xilas eyləyərik düşərsə dara.
Bizim aramızda, bilsək ki, əgər,
Birinə bir işdə yetişib zərər,
Biz öz kisəmizdən onu ödərik,
Verib mayasını təmin edərik.
Bizdə bərabərdir hamının varı,
Bərabər bölərik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana heç kimsə gülməz.
Oğrudan qorxmarıq, biz nə şəhərdə
Keşikçi qoyarıq, nə də çöllərdə.
Oğurluq eləməz bizdə bir nəfər,
Oğurlaya bilməz bizdən özgələr.
Nə zəncir, nə qıfıl görər qapılar,
Gözətçisiz otlar bizim mal-davar.
Bizim uşaqları böyüdər Allah,
Naxıra şir, pələng toxunmaz əsla.
Bizim bir qoyuna dəysə canavar,
Ordaca gəbərib yerində qalar.
Kim dərsə bir sünbül bizim əkindən,
Qəfil bir ox dəyər düz ürəyindən.
Biz əkin zamanı səpərək dəni,
Haqqa tapşırarıq sonra əkini.
Altı ay olarıq əkindən uzaq,
Bir də biçin vaxtı gələrik ancaq.
Bizim bərəkətli münbit zəmilər
Düz birə yeddi yüz məhsul yetirər.
Bir, yaxud yüz belə işi bacarsaq,
Allaha təvəkkül elərik ancaq.
Bizi hifz eləyən allahdır, Allah,
Biz yalnız allaha gətirrik pənah
Xəbərçilik bilməz bir nəfərimiz,
Özgənin eyvana göz yumarıq biz.
Birini qəzəbli, acıqlı görsək,
Ona məsləhətlə elərik kömək.
Heç kəsi pis yola əsla çəkmərik,
Fitnə axtarmarıq, qan da tökmərik.
Dərdlinin dərdinə olarıq şərik,
Şad olsa, onunla şadlıq eylərik.
Qızıla, gümüşə aldanmaz heç kəs,
Bunlar bizim yerdə bir şeyə dəyməz.
Xəsislik bilmərik dünyada bizlər,
Zorla şey almarıq bir arpa qədər.
Bizdən qaçmaz əsla vəhşi heyvanlar,
Vermərik onlara əziyyət, azar.
Ehtiyac olanda gur, cüyür, ceyran
Özləri axışıb girər qapıdan.
Ovlamaq istəsək onlardan əgər,
Ovlarıq ehtiyac duyulan qədər.
Lazım olmayanı biz nahaq yerə
Qırmarıq, ziynətdir onlar çöllərə.
Nə öküz, nə eşşək kimi yeyərik,
Nə də ağzımızı möhürləyərik.
Süfrəyə hər cürə nemət düzsələr,
Yeyərik, gözümüz qalana qədər.
Bizdə cavanlardan ölüm uzaqdır,
Ölüm çox yaşamış qocaya haqdır.
Ölüyə biz əsla saxlamarıq yas,
Bilirik bu, dərdə bir çarə olmaz.
Üzə deyilməyən bir sözü heç kəs.
Bizlərdə qaydadır, daldada deməz.
Kim nə cür dolanır, danışmarıq biz,
Kimsənin işinə qarışmarıq biz.
Naşükür deyilik qismətimizə,
Razıyıq qəzadan nə gəlsə bizə.
Allahın lütf edib verdiyi şeyə
Demərik: "Bu hardan? Bu belə niyə?"
Bizimlə birlikdə o adam yaşar
Ki, ola bizimtək təmiz, pəhrizkar.
Tutduğumuz yoldan çıxsa bir insan.
Kim olsa, qovarıq öz aramızdan..."

                     Firudin Gilar Bəg
                                                        

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Расшифровка индуистских, древнеегипетских и др. символов с помощью "языка птиц" царя Соломона

Истина о небесных и земных людях