Kəlimeyi Tövhidin daha dərin batini mənaları
İslamın əsas şüarlarından biri də Kəlimeyi Tövhid, yəni “Allahdan başqa İlah yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadətidir ki, bu günə qədər bu deyimin bütün dərinlikləri nəzərə alınmaqla batini mənası açılmamışdır. Bu şüarı tam anlamaq üçün, rəmzlərin qədim mənbələrdəki mənalarını araşdırmaq vacibdir. Mən, “Məhəmməd peyğəmbər – Nurdan yaradılmış Azər Allahıdır” adlı məqaləmdə Kəlimeyi Tövhidin ümumi batini açmasını vermişəm (http://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html). Lakin Kəlimeyi Tövhidin daha dərin batini mənaları var və bunları anlamaq üçün rəmzlərin mənalarını dərindən araşdırmaq lazımdır. Bu məqalədə mən Kəlimeyi Tövhidin daha dərin mənalarını açmağa çalışacağam. Onu da deyim ki, bu günə qədər bu dərinliyi heç bir sufi-batin alimi dilə gətirməmişdir. Bu sirr sayılmışdır və adi insanlar üçün nəzərdə tutulmamışdır. “La İlahə İlləllah, Məhəmmədər Rəsulullah” şəhadəti əsasən iki hissədən ibarətdir ki, bunlar da “La İlahə İlləllah” və “Məh