Kəlimeyi Tövhidin daha dərin batini mənaları
İslamın əsas şüarlarından biri də Kəlimeyi Tövhid,
yəni “Allahdan başqa İlah yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadətidir ki, bu
günə qədər bu deyimin bütün dərinlikləri nəzərə alınmaqla batini mənası
açılmamışdır. Bu şüarı tam anlamaq üçün, rəmzlərin qədim mənbələrdəki mənalarını
araşdırmaq vacibdir.
Mən, “Məhəmməd peyğəmbər – Nurdan yaradılmış Azər
Allahıdır” adlı məqaləmdə Kəlimeyi Tövhidin ümumi batini açmasını vermişəm
(http://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html).
Lakin Kəlimeyi Tövhidin daha dərin batini mənaları var və bunları anlamaq üçün
rəmzlərin mənalarını dərindən araşdırmaq lazımdır. Bu məqalədə mən Kəlimeyi
Tövhidin daha dərin mənalarını açmağa çalışacağam. Onu da deyim ki, bu günə qədər
bu dərinliyi heç bir sufi-batin alimi dilə gətirməmişdir. Bu sirr sayılmışdır və
adi insanlar üçün nəzərdə tutulmamışdır.
“La İlahə İlləllah, Məhəmmədər Rəsulullah” şəhadəti
əsasən iki hissədən ibarətdir ki, bunlar da “La İlahə İlləllah” və “Məhəmmədər
Rəsulullah” hissələridir. “La İlahə İlləllah”, yəni “Allahdan başqa İlah
yoxdur” deyimi Quranda iki dəfə keçir. Lakin eyni mənalı “La İlahə İlla Hü” rəmzi isə Quranda otuz yerdə təkrarlanır.
Buradakı fərq – Kəlimeyi Tövhiddəki “Allah” rəmzi əvəzində “Hü” rəmzinin qeyd
olunmasıdır ki, İslamda Hü, İlah kəlmələri də Allah rəmzi ilə eyni mənalı qəbul
olunmuşdur. Bu rəmzlər zahiri İslamda Allahın adlarından sayılır və məna fərqləri
izah olunmur. Batini mənada isə Allah, Hü, İlah (Eloah), Elohim (İlham) və s. rəmzlərin ayrıca mənaları vardır.
Sufi-batinilərdə “Hü” rəmzi - təbii
halda göydə mövcud olan ilkin materiyanı, yəni mənbələrdə İlahi od, dirilik
suyu, cövhər və s. adlandırılan ünsürü bildirir. İlah rəmzi isə sufizmdə El-Hü,
yəni Hü ilkin materiyasının yaratdığı El – yer kürəsində mövcud olan bütün
canlı-cansız varlıqlar mənasındadır. Deməli, batinilər İlah dedikdə, Hü ilkin
materiyası və onun yerdəki Elində, yəni fiziki dünyamızda yaratdığı mövcudat nəzərdə
tutulmalıdır. Qısaca desək, Hü – təbii halda “axan” ilkin materiya, İlah isə Hü
ilkin materiyası və onun Eli, yəni Onun yaratdıqları bütün varlıqlardır.
İlah/Eloax (LH/LX) rəmzləri qədim mənbələrdə eyni mənalı Xel/Gel (XL/GL) və s.
kimi də yazılır ki, qədim Misir mənbələrinə görə, Allah göydəki dünyanı məhz
Gel şəhərində yaratmışdır.
Osmanlı mənbələrində “La
İlahə İlla Hü”, yəni “Hü-dən başqa İlah yoxdur” deyimi – “La mövcudə İlla Hu”
kimi də keçir və “Hü-dən başqa mövcudat yoxdur” mənasındadır. Bu deyimin digər
variantı “La məşhudə İlla Hü” şəhadətidir ki, bu da “Hü-dən başqa heç nə
müşahidə etmirik” kimi məna verir. Bu isə o deməkdir ki, Allah və İlah rəmzlərinin
də kökü məhz - təbii şəkildə göydə mövcud olan Hü ilkin materiyasıdır.
Digər tərəfdən, “La İlahı İlləllah”
rəmzinin batini oxunuşu – “L LH LL LLH” (El İlah – ElEl Allah) kimi səslənir və
burada “L” (El) rəmzi – müəyyən ərazi, aləm, dünya və s. mənasındadır. El rəmzini
tam başa düşmək üçün qədim Assur mənbələrindəki Ale/Alu rəmzini (Ale Libbi ale
– El içində El) bilmək lazımdır. El/Ale rəmzinin qədim Assurdakı batini mənası
haqda mən, “Assuriya - qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə yazmışam. Əgər
El rəmzinin – dünya, aləm və s. mənasında olmasını nəzərə alsaq, razılaşarıq
ki, bu halda “LL” (ElEl) rəmzi də “iki dünya” mənasını verməlidir. Burada söhbət
– yerdəki Elin göylərində, qurban ruhlarından ikici El - ruhlar dünyasının
yaradılmasından gedir. Qədim mənbələrdə də “iki dünya” dedikdə - yaşadığımız
fiziki dünya və Misir mənbələrinə görə, Allahın - Gel şəhərinin göylərində
yaratdığı ruhlar dünyası nəzərdə tutulur. Deməli, “La İlahı İlləllah” şəhadəti
– “İlahi Aləm – iki dünyanı birləşdirən Allahdır” kimi mənalandırılmalıdır. Bu
təvili tam təsəvvür etmək üçün isə “Allah” rəmzinin qədim mənbələrdə nə məna
verməsini bilmək lazımdır.
El və onunla eyni mənalı olan
Ale/Alu rəmzi, qədim Assur mənbələrindəki Luqal (Luhal) və Asar-Luhi rəmzi ilə əlaqəlidir. Burada, Asar-İlahi mənasında
olan Asar-Luhi rəmzi - Asar mövcudatı, Asar Allahı kimi göstərilir. Bu mənbələrdə
Luqal/Luhal rəmzi isə Luh-El, yəni İlah-El mənasında nəhəng insan mənasını
verir. Əgər nəzərə alsaq ki, Assur yazılarında El/Ale dedikdə, Kitabi Dədə
Qorquddakı “Oğuzun içində Tamam vilayəti zahir olmuşdu” fikri nəzərdə tutulur,
razılaşarıq ki, İlah-El (Luqal) rəmzi - bütün mövcudatı (iki dünyanı) öz
ağuşuna almış kosmik İnsan-Allah mənasındakı Təmam vilayətidir. Kitabi Dədə
Qorqudda Tamam (TMM) kimi qeyd olunan rəmz, qədim Misir mənbələrində kosmik
İnsan formasında olan Atum (TM) Allahı adlandırılır. Məşhur sufi-batin alimi
Mühiddin ibn Ərəbi isə bu Allahı – Adəm (DM) kimi təqdim edir. Deməli, qədim
Assurun Luqal, yəni İlah-El rəmzi - kosmik El-in (Ale) İlahdan ibarət olması, yəni
bütün mövcudatı – göydəki ruhlar dünyasını və yerdə müşahidə edilən hər şeyi
özündə birləşdirməsi kimi qiymətləndirilməlidir. Bu rəmzlər haqqında mən kitab
və məqalələrimdə yazmışam.
Bütün bunlar o deməkdir ki, “La
İlahı İlləllah” dedikdə sufi-batinilər – iki dünyanı öz bədənində birləşdirmiş
və bu bədənlə bütün mövcudatı da əhatə edən kosmik İnsan-Allahı nəzərdə
tuturlar. Məhz bu Allahı qədim misirlilər Atum və Osiris Allahı, assurlar
Luqal, Asar Allahı (Asar-İlahi), sufilər - Adəm, Haqq və s., müsəlmanlar isə
sadəcə Allah adlandırdılar.
Kəlimeyi Tövhidin – “Məhəmmədər Rəsulullah” hissəsinin
də batini mənası, ciddi araşdırmalar tələb edən dərin mövzudur. “Məhəmməd” rəmzi
sufizmdə “müh” və “məd” rəmzlərindən ibarətdir. Buxarinin hədislərində peyğəmbərimiz
bildirir ki, - “Mən əl-Mahiyəm, hansının köməyilə ki, Allah inamsızları siləcək”.
Batinilikdə mahi/müh (MH) sözü - “Omm” (MM) və “Hü” (H) rəmzlərindən ibarətdir
ki, “Omm” rəmzi qədim hind fəlsəfəsində Hü ilkin materiyasını yerə gətirmək
üçün, onun qurban ruhları ilə qarışığını və bu zaman, ekstatik durumda
çıxarılan “Omm” səsini bildirir. Deməli, mah/maq (MH/MQ) və eyni mənalı qam
(QM) rəmzləri – ruhun Hü ilkin materiyasına nüfuzu, onunla vəhdəti və ilkin
materiyanın formalaşmış və sözə, rutuala tabe olan vəziyyəti bildirir. Yəhudi mənbələrində
Elohim dedikdə də məhz magik ritual keçirən teurqun (türkün), qamlıq məqamında,
artıq idarə edə bildiyi ilkin materiya nəzərdə tutulur. İlkin materiyanı idarə
edən teurq-maqlar isə mənbələrdə, Midiya xalqı olan marlar, amoreylər
adlandırılır. “Məhəmməd” rəmzinin “məd” hissəsi həm də məhz Midiya elini
bildirir. Lakin “mad” (MD) rəmzi sufizmdə “Adəm” (DM) rəmzi ilə eyni mənalıdır
ki, bu da kosmik İnsan olan Atum Allahının məhz Midiya dağlarında ayaq üstə
durması deməkdir. “Mad” rəmzi qədim Misir mənbələrində həm də - Həqiqət, Haqq
Allahı olan “Maat” Allahı kimi qeyd olunur ki, bu da Adəmin Haqdan təşkil
olunması deməkdir. Məhəmməd peyğəmbər də hədislərin birində - “Həqiqət isə mənim
daxili vəziyyətimdir” deyir ki, bu da onun elə Maat Allahı obrazında olmasını
bildirir. Qamlama (şaman rituali) məqamı mənasında olan bu vəziyyət İslamda
“Mahmud məqamı” da adlandırılır.
Sufizmdə tərikə yolunun Mahmud məqamı (ət-tərikə əl-Mahmud
– “bəyənilmiş yol”) eyni zamanda cadugərlik, magiyanın icazə verilmiş, yəni
qanuni yolu sayılır ki, bunun əksi isə məzəmmət edilən yoldur. Quranda Məhəmməd peyğəmbər sahir, yəni cadugər
və mashur, yəni cadulanmış adlandırılır (Quran, 10:2, 17:47). Onun nəsihətləri
isə – kim tərəfindən isə ona verilən cadugərlik (sehri-yusar) sayılır (Quran,
74:24, 28:36 və s.). Belə çıxır ki, silsilənin ən ali səviyyəsi olan Mahmud (Məhəmməd)
məqamı eyni zamanda sehrbazlıqdır ki, bu sehrbazlıq Misir sehrbazlığı ilə
eynidir («Ислам», Энциклопедический словарь, М., 1991, səh. 211). Sehr sözünün
– “əs-sahara” rəmzi ilə eyni olması ona işarədir ki, bu rəmz Qurandakı Sakara rəmzi ilə bir kökdəndir
(Quran, 54:48,74:26-28,43). Bu isə o deməkdir ki, “Mahmud məqamı” – “cəhənnəm
odu” mənasını verən sakara ilə də bağlıdır. Od isə bildiyimiz kimi ilkin
materiyanın bir adıdır. Quranda, ilkin materiya mənasında olan od - “nur” kimi
də qeyd olunur.
Quranda Nur – Allah Özü
(“Yerin göyün nuru”) və Məhəmməd peyğəmbər vasitəsi ilə göndərilmiş vəhy
nurudur (Quran, 24:35, 61,8-9, 64:8). İslamda Nuri-Məhəmmədi, yəni
Məhəmməd-Nuru ifadəsi mövcuddur ki, bu ifadə qeyd etdiyimiz, Quranın 24-cü
surəsinin 35-ci ayəsi ilə əlaqədardır. İnama görə, peyğəmbərin bədəni bir ovuc
cənnət torpağının, cənnət çeşməsi təsnimin suyundan yoğrulması ilə yaradılmış
və peyğəmbərin cismi mirvari kimi nur saçıb parlayandır («Ислам»,
Энциклопедический словарь, М., 1991). Dərvişlərə görə, Məhəmmədin ruhu dünyanın
yaranmasından əvvəl İlahi nurdan yaradılmışdır və o yerə gəlməzdən əvvəl göy
varlıqlarının, Allahın yanında mövcud olmuşdur («Шииты, сунниты, дервиши:
вечные тайны ислама», М., 2005, səh.226). Digər tərəfdən, sufi müdriki Mir
Damədin “nursaçma” ideyası da var ki, bu da şiələrin imamət konsepsiyası ilə
bağlıdır. Onun gəldiyi nəticəyə görə, birinci imam Əli bin Abu Talib və
Məhəmməd peyğəmbər – bir “gur işıq”dan (nur şa-şani) əmələ gəlmişlər ki,
bunlardan biri insan silueti formasını alır, digəri isə - onun dalınca gələn –
titrəyən işıq formasındadır. Birinci Əlinin, ikinci isə Məhəmmədin rəmzləridir.
14 paklar qrupunda Fatimə – “iki nuru birləşdirən” (məcma ən nurayn) –
peyğəmbərlik və müqəddəslik işığını birləşdirəndir («Ислам», Энциклопедический
словарь, М., 1991, səh.165). Şiələrin məntiqinin araşdırılmasından belə çıxır
ki, Məhəmməd peyğəmbər və imam Əlinin obrazları – Əvvəldə gələn qədim Misir
Allahı sayılan Ra-Amonun və axirətdə gələn Vilayətin, El-in, yəni Əlinin
obrazlarıdır. Başqa sözlə, axirətdə - göydə, ilkin materiyadan (oddan, nurdan)
yaradılmış El, vilayət yenidən var olacaq.
Qurandakı İlahi nurunun Məhəmməd peyğəmbərə verilməsi
və ibn Ərəbinin bu Nuru “Həqiqə Məhəmmədiyyə” (Haqq-Məhəmməd) ilə əlaqələndirməsi
onu göstərir ki, Məhəmməd peyğəmbər həqiqətən də adi insan yox, kosmik İnsan
olan və Allahın funksiyasını daşıyacaq bir Varlıqdır («Ислам»,
Энциклопедический словарь, М., 1991). Kosmos - təbii
şəraitə uğun hərəkət edən ilkin materiyadan ibarətdir ki, yunan mənbələrində
buna Xaos (Hü-issi/Hü ruhu) deyilir. Bu Xaosa, yəni ilkin materiyaya qəlib gələn
və onun adını özünə götürən isə Oğuz xaqandır. Qanlı Oğuz Eli də bu Xaosda
yaradılmış və kosmik İnsan formasında olan ruhlar dünyasıdır. Yunan mənbələrində
Xaosdan - Ərəb (Ereb) Allahı doğulur. Bu
Allah, ilkin materiyanın şəxsləndirilmiş, insaniləşdirilmiş obrazıdır. Məşhur sufi əl-Qəzali
isə bu göy insanını Məhəmməd adlandırır və kosmik qüvvə hesab edir. Qəzaliyə
görə, kainatda qayda-qanunun təmin edilməsi ondan asılıdır. Peyğəmbərin müqəddəslər
nəsli isə bu Kamil İnsanın (Məhəmmədin-Adəmin) obrazı ilə xüsusi yaradılmışdır.
Mühiddin ibn Ərəbi də, “Füsusül Hikəm” kitabının
girişində Məhəmməd peyğəmbəri və onun nəslini - “İlahi qüvvələri oyadan”
adlandırır və qeyd edir ki, “O cəmiyyət başçısı və insan nəslinin ağası,
havadarlıq qapısını açandır: Məhəmməd, öz xüsusi məqamında hökmranlıq
qazanmışdır”. İbn Ərəbi Məhəmməd peyğəmbərin biliyini də, qədimliyini də
bilavasitə Allahla eyniləşdirir: “Onun müdrikliyi vahiddir, çünki O – insan nəslində
kamil mövcudluqdur, ona görə də dünya nizamı onunla başlamış və onunla da
qurtarmışdır: Adəm - gil və torpaq olanda O artıq peyğəmbər idi, sonra isə
elementar quruluşuna görə, peyğəmbərlərin möhürü oldu” (Ибн Араби, «Геммы
мудрости», 2,27, сайт: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm). İbn Ərəbi, Kamil İnsanı - Adəm kimi təqdim edir və
Allah adlandırır. Adi insanları isə “təbiət və şəhvət idarə edən, zəif ağılda
olan, məntiqsiz” sayır və “heyvani
insan” adlandırır.
Fəzlullah Astarabadinin
“Cavidannamə”əsərin görə, Məhəmməd peyğəmbər - Tövratda altı günə
yaradılan”dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Kəbə,
Darüs-Səlam və Beytül-Muqəddəs isə - Adəmin bədənindədir. Başqa sözlə
Fəzlullaha görə, göydəki ruhlar dünyası - Məhəmməd peyğəmbərin bədənindədir.
İbn Ərəbi, dünyanın Allahla münasibətini, insanın kölgəsi ilə münasibəti kimi
təqdim edir: “Dünya - Allahın kölgəsinin yerləşdiyi yerdir və mümkün varlığın
təzahürüdür”. Deməli, ibn Ərəbiyə görə göydəki dünya - Allahın kölgəsi rəmzində
təzahür etmişdir və O dünyanı, öz insani bədəninin hərəkətinin gölgəsi kimi
idarə edir (Ибн Араби, «Геммы мудрости», 9, сайт: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm). Ət-Təmimi
də bildirir ki, Məhəmməd peyğəmbərə görə, “Allahın özü dünyadır”. Başqa sözlə,
Məhəmməd peyğəmbər və Adəmin obrazları – bədənində ruhlar dünyası yaranmış
kosmik insanın obrazıdır. Məhəmməd peyğəmbərin ləqəblərindən birinin “iki
dünyanın ağası” olması isə onu göstərir ki, Onun obrazı məhz Allahın obrazıdır,
yəni O - El-İlah (İlah-El/Luqal) mənasında olan kosmik insandır.
Kəlimeyi Tövhiddəki “Rəsulullah” sözü, “Rəsul” və
“Allah” rəmzlərindən ibarətdir ki, biz “Allah” rəmzi haqda yazdıq. Buradakı Rəsul rəmzi sufizmdə “Ras” və
“El” hissələrindən ibarətdir. “Ras” rəmzi ilə bağlı mən yuxarıda qeyd
etdiyim məqalədə göstərmişəm ki, bu rəmz altında – göydə qanla, qurbanla ruhlar
üçün yaradılmış Rus ölkəsi nəzərdə tutulur. Kitabi Dədə Qorqudda isə eyni mənalı,
qanla yaradılmış ölkə - Oğuz ölkəsi adlanır. Oğuzun göylərlə əlaqəsi rəvayətlərdə
də açıq yazılır. Bu isə o deməkdir ki, qanla yaradılmış Ras/Rus ölkəsi elə
qanlı Oğuz elidir və bu mənbələrdəki ölümsüz ruslar da qədim Misir mənbələrindəki
ölümsüz Asar/Osiris Allahları mənasındadır. Sufizmdə “rus” (RS) rəmzi ilə
“asar” (SR) rəmzi eyni mənalı rəmzlərdir. Deməli, Rəsulullah, yəni Rəsul Allah
dedikdə qədim Assur və Misir Allahı olan Asar/Osiris Allahının Eli nəzərdə
tutulur. Buradan isə belə bir nəticə çıxara bilərik ki, Rus-Eli mənasında
olan“Rəsul” rəmzi ilə Asar-Eli mənasında olan “İsrail” rəmzi eyni mənalı rəmzlərdir.
Belə olan halda “Məhəmməd Rəsul-Allah” rəmzi – “Məhəmməd İsrail Allahıdır” rəmzi
ilə eyni mənalı hesab olunmalıdır.
Mən, “Qurandakı İsrail
oğulları – Azəri bəgləridir” adlı məqalədə, mənbələrdəki İsrail rəmzi altında
Asar Eli, yəni Azəri ölkəsi nəzərdə tutulmasını yazmışam (http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). Hədislərin birində Məhəmməd peyğəmbər özünü
İsrail peyğəmbəri kimi təqdim edərək deyir: “İsraili peyğəmbərlər idarə etmişlər.
Onlar biri ölən kimi, onun yerinə digəri keçirdi. Lakin məndən sonra peyğəmbər
olmayacaq, yalnız xəliflər olacaqdır və onlar çox olacaqlar” (Джон Бертон,
«Мусульманское предание: введение в хадисоведение», М-СПб., 2006, səh.83).
Qurana görə, Quran kitabı da - Allahın hamıdan üstün yaratdığı İsrail
oğullarına göndərilmişdir (Quran, 27:76,77,10:93, 5:12, 7:160, 44:32, 45:16,
2:47, 122,40, 6:165). Qədim mənbələrdə İsrail şahlığı Yerusəlimlə bağlıdır ki,
Yerusəlim rəmzi sufi-batinilikdə “Ya-Rus-Aləmi” kimi izah olunur və bu rəmz
altında, Məhəmməd peyğəmbərin
Merac gecəsi səyahətə çıxıb, Allahla söhbət etdiyi ruhlar dünyası nəzərdə
tutulur. Tarixçisi M. Xorenatsiyə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan
sonra Gel adlandırılır (М. Хоренаци, I/60). Gel, Gelat (Qulat/Xilat) isə ifrat
ismaili şiələrin, yəni batini-nizarilərin elidir və o Midiya ərazisində mövcud
olmuşdur. Bura eyni zamanda Azərbaycan atabəglərinin malikanəsi olan Xilatdır və
Quranda (25:15) Xüld cənnəti adlandırılan cənnət də məhz burada yaradılmışdır.
Qədim Misir mənbələrinə görə də Allah “dünya”nı məhz bu Gel şəhərində
yaratmışdır və bütün Misir fəlsəfəsi bu Gel eli ilə bağlıdır. Başqa sözlə, cənnət
mənasında olan göy Yerusəlimi məhz Midiya ölkəsində yaranmışdır. Assur
yazılarına görə, Midiyada hələ e.ə. VII əsrdə “Şərqin Ərəbi” adlı ölkə
olmuşdur. Midiyanın Ekbatan şəhərinin digər adı yəhudilərdə Əhmət şəhəri
adlanır. Əhmət/Əhməd isə Məhəmməd peyğəmbərin digər adıdır. Başqa sözlə, Ərəbistanla
bağlı olan Hz. Məhəmməd obrazı – Midiya elində, göydə zühur etmiş kosmik
İnsan-Allahın obrazıdır.
Yazdıqlarımızdan belə
çıxır ki, batinilər “Məhəmmədər Rəsullullah” dedikdə - Midiya göylərində
yaradılmış kosmik İnsan-Allahı nəzərdə tuturlar ki, bu Allahın bədənində
Asar/Azər/Osiris ruhlar dünyası (ölüm şahlığı) mövcuddur. Bu Azəri şahlığı
haqda daha geniş təsəvvürə malik olmaq üçün, müəllifi olduğum “Azər, Azərbaycan nə deməkdir?
Sirlər xəzinəsi” adlı məqaləni nəzərdən keçirmək vacibdir (http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html).
Bütün bunlar o deməkdir ki, Kəlimeyi Tövhid, yəni “Allahdan başqa İlah yoxdur və
Məhəmməd onun Rəsuludur” şəhadətinın tam batini mənası belə ifadə oluna bilər:
“Bəşəriyyətə həyat verən tək cövhər - Hü ilkin materiyasıdır. Bu cövhərdən - iki dünyanı öz bədənində birləşdirmiş və bu bədənlə
bütün mövcudatı da əhatə edən Məhəmməd adlı kosmik İnsan yaradılmışdır. Azərbaycanın
qədim Midiya vilayətində, İlahi nurdan yaradılmış bu kosmik İnsan-Allahın
daxili – Hü ilkin materiyasından ibarətdir. Bu Kamil İnsanın göydəki bədənində
Asar Eli (İsrail) adlandırılan cənnət zahir olmuşdur ki, insan öləndən sonra,
ruhu bu cənnətdə ömrünü davam etdirir”. Kəlimeyi Tövhid, yəni “Allahdan başqa
İlah yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadətini verən insan – bu Allahu-Əkbərə
(kosmik İnsan-Allaha) tabe olur və yaşadığı müddətdə bu dünyada, öləndən sonra
isə cənnətdə Onun nəzarəti altında xoşbəxtlik qazanır.
Yazdıqlarımızdan belə çıxır
ki, Kəlimeyi Tövhid şəhadətini qəbul edən insan, faktiki olaraq qədim Misir
fironları (pir) nəslinin xoşbəxtliyinə şərik olurlar. Çünki qədim Misir
mənbələrinə görə, məhz Qor fironları nəsli mənbələrdə - “bir bədəndə iki
dünyanı birləşdirmiş” (“Şəmsu-Qor”) pirlər kimi cənnətdə ikinci həyat
qazanırlar. Mənbələrdə Tilmun/Dilmun adlanan bu cənnət - “ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı
yer” adlandırılır. Burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara
sadiqliyinin ən böyük mükafatı sayılır. Məşhur araşdırıcı Kramer hesab edir ki, Dilmun – Allahlar monastırı
mənasındadır və o Zaqros dağ təpələrinin arxasında, İran ərazisində yerləşir.
Çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə - “Günəşin çıxdığı
yerdə” yerləşir. Kramer Dilmunu – “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi
təsvir edir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik, nə
ölüm bilməzdilər. (Д. Рол, «Генезис цивилизации. Откуда мы
произошли…», Эксмо, M., 2002, səh. 267, 271). Dilmun [DLM-N] rəmzinin Deyləm [DLM] rəmzi ilə eyni kökdən
olması isə onu deməyə əsas verir ki, mənbələrdəki “zamanı
qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm türkləri elə Azərbaycanda yaşayan
Azəri seyid-bəgləridir. Deməli, Kəlimeyi Tövhid şəhadəti - insanın Allaha sadiqliyi mənasındadır və bunun ən
böyük mükafatı da Allah ona cənnətdə ikinci həyat yaşamaq üçün verəcəyi yerdir.
Firudin
Gilar Bəg
Sufi-batin
alimi
Комментарии
Отправить комментарий