Batin fəlsəfəsi – qədim kralların gizli elmidir


                                                 

Kitab və məqalələrimizdə biz göstərmişik ki, Azərbaycan - Rəhman Allahın ərşə yüksəldiyi müqəddəs torpaqdır. Azərbaycan tarixi də, digər adı Assur (Asar/Osiris/Aşar/Azər) olan Rəhman Allahın tarixidir (1). Allah isə gözəgörünməz olduğu kimi, Onun tarixi də qədim yazıların birbaşa, yəni zahiri mənalarında görünməzdir.
Sufi müdriklərinin məntiqinə görə, bu dünyada yazılarda qeyd olunmağa layiq yalnız Allah və Onun yerdəki seçilmişləri olan Azəri (Xəzər) türk bəgləridir. Çünki bu dünyada hər şeyə həyat vermiş gözəgörünməz ilkin materiya ilə vəhdətə, yalnız Rəhman Allah və Onun seçilmişləri nail olmuşlar. Başqa sözlə, bu dünyada təbiətə və həyata ancaq bu müqəddəslər nəslinin sözü və fikri aktiv təsir edə bilirdi. Bu da ona görə baş verirdi ki, bu müqəddəslər nəslinin əcdadı pir Əman (firon Amon), kosmik İnsan-Allah olan Atumu yaradarkən, özünü Pta (Yafət) adlandıraraq, Ptanın sözü və fikri vasitəsi ilə ilkin materiyadan Atumu var etmişdir (2). Dilimizdəki “padişah” sözü də bu mənada Pta-şah, yəni Yafət-şah anlamındadır. Bu isə o deməkdir ki, qədim məntiqə görə, bütün qədim yazıların batini mənaları - Tək Allahımız olan Rəhman Allaha və Onun Özünə qulluq üçün seçdiyi Azəri padişahlarına həsr olunmuşdur.
Batin elmi - Şərqdən gəlib Xaldeyada (Xelat) Babil qülləsini tikmiş, ilk varlıqlar olan Asar hökmranlar nəslinin rəmzlər dilidir. Bu mar-amoreylər nəsli, Babil qülləsini tikdikdən sonra Allah onların vahid dilini 70 dilə bölüb, dünyaya səpələdi. Dünyaya səpələnmiş və artıq müxtəlif dillərdə danışan bu hökmranlar nəsli də, Xelatda (Xaldeya) tikdikləri sirli Babil qülləsi haqda müxtəlif dillərdə yazmağa başladılar. Beləcə dünyada bir sirli hadisə haqqında müxtəlif dillərdə rəvayətlər yarandı. Min illər keçdikdən sonra isə, insanlar sirli həqiqətdən uzaqlaşdılar və hər bir xalq, mənbələrdəki yazıların məhz onlara aid olduğunu düşünməyə başladı və saxta tarixlər ortaya çıxdı. Əslində isə bütün qədim yazılar müdriklər tərəfindən xüsusi məntiqlə yazılmış yazılardır və ikili məna, yəni birbaşa-zahiri və gizli olan batini, yəni rəmzi məna daşıyırlar. Zahiri mənada mənbələrdə müxtəlif ölkələrdən və xalqlardan danışılırsa da, həmin mətnlərin samitlərində “gizlənmiş” batini mənada Tək Allahdan və onun seçilmişləri olan Azəri pirlərinin Xelatda yaratdıqları sirli Babil qülləsinin tikilişindən və axirətdə bu yaradılışın tamamlanmasından danışılır. Bu haqda biz “Bütün dinlər bir kosmik hadisəyə sitayişdir” adlı məqalədə geniş izah vermişik (3).
Qədim Misirdə Atum adlanan kosmik işıq insanını Əflatun “Timey” adlandırır və eyni adlı əsərində Atum Allahının yaradılışından danışır. Əflatun, qədim dövrün digər müdrikləri kimi bu Allahı - göydəki el, vilayət, yəni ruhlar ölkəsi kimi təqdim edir və “Dövlət” adlandırır. O burada sufilərin kamil insan konsepsiyasını ideal dövlətlə eyniləşdirir və belə dövlətin kimlər tərəfindən və necə idarə olunmasından danışır. Bu kosmik insan və onun daxilindəki “Dövlət”in quruluşu haqqında əlavə məlumat “Budda - göydə Allah yaratmış Azəri bəgidir” adlı məqaləmizdə vardır (4). Əflatun “Dövlət” adlı əsərində xüsusi nəzərə çatdırır ki, dövlətin ideal idarəsi üçün onu kral-filosoflar nəslinin nümayəndəsi yönəltməlidir. Çünki Allah, yaradılış zamanı bu nəslin nütfünə qızıl qatmışdır. Digər, qümüş qatılmış sərkərdələrdən və dəmir, mis qatılmış sənətkarlar nəslindən fərqli olaraq onlar İlahi qanunları bilən ali insan kimi yaradılmışlar. Aleksandriyalı Filona görə isə, Allah cəmi iki növ insan yaratmışdır ki, bunlar da Allahın obrazı ilə yaradılan göy və küldən yaradılmış yer insanıdır (5). Belə çıxır ki, kral-filosoflar elə Allahın obrazı ilə yaradılmış Asar göy insanının nəslidir.  Əflatuna görə, göydəki “Dövlət”in başına kral-filosoflar nəslindən bir nəfər keçməyənə qədər, bəlalar dünyadan əskik olmayacaq. Deməli, nütfünə qızıl qatılmış padişahlar nəsli elə Asar, yəni qədim Misirin Osiris Allahların nəslidir. Onların ilk və vahid dili isə sufi pirinin ekstatik dilidir və bu haqda biz “Dünyanın ilk dili - Türk dilidir” adlı məqalədə geniş məlumat vermişik (6). Başqa sözlə, Şərqdən gəlib Xelatda Babil qülləsini tikən Asar Allahların dili - türk qam-şamanların ekstatik dilidir. Quranda bu dil - Süleyman peyğəmbərə ən ali elm kimi verilmiş “Quş dili” adlanır. Sufilərin bu dili türkün - tərikə yolu ilə Bəqa (bəglik məqamı) səviyyəsinə yüksəlib, ilkin materiyadan informasiya alması mənasındadır. Xelatda cənnət yaratmış bu türk filosoflar nəsli haqqında daha geniş məlumat almaq üçün mənbələrə müraciət etmək lazımdır.
Strabona görə, qədim dövrdən fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər, bilavasitə Gel şəhərində yaşayırdılar. Qədim Misir mətnlərinə görə, ən qədim ovsunlar da bu Geliopol kahinləri tərəfindən tərtib olunmuşdu. Klavdiy Ptolomeyə görə Gel tayfaları Albaniyadakı Gelda yaşayış məskəninin sakinləridir. Onların yaşadığı Gelda eli isə elə Gelad/Xelat, yəni xaldeylərin elidir.
Əksər qədim mənbələrdə xaldeylər - maqlar hesab olunur və ən qədim dövrdən onlar, Midiya və Fars ölkəsinin kahin təbəqəsinin nümayəndələri sayılırdı. Əhdi-Ətiqdə xaldeylər – astronomiya, riyaziyyatla məşğul olan Babil müdrikləri və alimləri kimi təqdim edilirlər. Onların, öz dövrlərinin bütün elm sahələrinin ən savadlı insanları olmaları, Assuriyanın Nineva şəhərində tapılmış mixi yazılarında xüsusi qeyd olunur. Belə çıxır ki, Əflatun kral-filosoflar deyəndə Albaniya, Midiya maqlarının yaşadığı Gelda/Xalda şəhərinin Gel nəsli nəzərdə tutulur. Əhdi-Ətiqdə Gelda şəhəri Geliad, Qalaad kimi keçir və əhalisi də ismaililər (izmaililər) hesab olunurlar. İslam mənbələrində Tövratın bu Geliad izmaililəri - Gelati-Şiə ismaililəri kimi keçir ki, bunlar da qədim İsna-Aşəriyə dinini yaratmış şiə ezoterikləridir. Biz kitab və məqalələrimizdə göstərmişik ki, şiə ezoterizmi İran və yaxın ərazilərdə İslamdan min illər əvvəl mövcud olmuşdur və “İsmailiyə” fəlsəfəsi adı ilə tanınmışdır (7). Bu o deməkdir ki, Gelatın (Qulat) ifrat batini şiələrinin İsmailiyə fəlsəfəsi elə kral-filosofların fəlsəfəsidir.
                                                        

İran mənbələrində Geliad/Xalda rəmzləri Xelat kimi də keçir və bura Azərbaycan Atabəglər ailəsinin malikanəsi hesab olunur. Deməli, Albaniyadakı Gelda elində yaşayan Gel tayfası elə Azərbaycan Atabəglər ailəsidir. Alban və Ermənistan tarixində Gel tayfaları dedikdə Gelarküni bəgləri nəzərdə tutulur ki, bunlar da Albaniyanın Ərənşahlar (Aranşahlar) nəslidir. Kitabi Dədə Qorqudda bu Aran/Ərən nəsli – “Dünya mənim” deyən bəg-ərənlər kimi qeyd olunur. Məşhur tarixçi M. Xorenatsi də, Aran rəmzini Yafətə (Yapet/Apet), yəni qədim Misirin Pta Allahına aid edərək, bu rəmzi Yafət-Aran kimi yazır və Gel elinə aid edir. Qədim Misir yazılarında Yafət-Ərən rəmzi İri-Pati, yəni Ər-Yafət kimi yazılır və fironlar arasında yaşayan xüsusi bir qəbiləyə (ailə) aid edilir. “Patın törəmələrindən biri” mənasını  verən İri-Pati rəmzi, piramidanın ilkin mətnlərində Qorla assosiasiya olunur və bu şahların, Allahın yerdəki təcəssümü sayılır. Özünün bu nəslə, yəni Qor fironlarına aid olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu. İri-Pati rəmzi - Ra-Pta deməkdir ki, bu da Amon Allahının (kosmik insanın) Siması və Bədəni mənasındadır. Amon Allahına alqışın Leyden variantında bildirilir ki, “Üç Allah - Amon, Ra və Pta (Ptah) bütün Allahların mahiyyətidir” (8). Belə çıxır ki, Əflatunun qeyd etdiyi kral-filosoflar nəsli elə Misir Allahları və Alban şahlarının Qor fironları nəslidir. Kral (Karol) rəmzinin özü batinilikdə Qor-eli anlamındadır və bu şahların Qor fironları yolu ilə gedənlər nəslinə aid olması deməkdir.
                                                    

Digər tərəfdən, Gel şəhəri - Heraklın yarıilan-yarıqadın Yexidna ilə cütləşdiyi yerdir ki, bu cütləşmədən - ilandan (əjdahadan) doğulmuşlar nəsli yaranmışdı. Mənbələrdə bu nəsil mələklər nəsli adlandırılır. Başqa sözlə, Midiyanın ilandan doğulmuş kral-filosofları həm də mələklər nəslidir.
İran mənbələrində kral-filosofların Gel eli - Gilan kimi, bu şahlar nəsli isə Gilan şahları kimi də məlumdur. Biz, “Şahnamə” - Azəri türk bəglərinin tərcümeyi halıdır” adlı məqalədə Gilan şahlarının elə Albaniyanın Ərənşahlar nəsli olmasını, “İran” rəmzinin isə Ərən rəmzi olmasını elmi sübut etmişik (9). Bu isə həm də onu göstərir ki, Gilan şahları elə Gelati-Şiə ismaililərinin nəslidir. Ərəb dövründə bu Alban şahlarının Gelar elinin adı Cəlairə, Qor yolu ilə gedən ağaların adı isə Qacara (Ağa-Qor) çevrildi. Bu gün o da aydınlaşır ki, bütün İran şahlarının kökü bu Gelar/Cəlair nəslidir.
Son dövr elmi araşdırmalardan çıxan nəticəyə görə, bütün Avropanın şahları, kralları və s. başçıları, mənbələrdə “Quş dili” bilən Gelardlar” (Qulyard) adlandırılan Gel oğullarıdır. Hazırda dünyanı idarə edən masonluğu da, On iki müqəddəsə sitayiş edən bu ismaili ezoterikləri yaratmışlar və bu haqda biz “Древние масоны - прямые потомки богов” adlı məqalədə yazmışıq (10). Masonların gizli rəmzləri də batini ismaililərin rəmzləridir. Ümumiyyətlə bir həqiqət mövcuddur ki, bu dünyada Tək Allahın Özünə qulluq üçün seçdiyi və himayə etdiyi insanlardan başqa, Allah heç kimin hökmranlığına imkan verməz.
Bu dünyadakı bütün dinləri də Xalda/Gelatın bu din ustaları olan batini ismaililəri yaratmışlar (11). İslamda peyğəmbərimizə və imam Əliyə verilmiş İlahi elm də, elə Gelatın ismaili şiələrinin batin elmidir. Batinilikdə əl-beyt dedikdə ailə qohumluğu yox, “beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni gizli elm, bilik və hikmət evinin ailəsi nəzərdə tutulur ki, bu da yaradılışın batinini bilənlər mənasındadır. Belə çıxır ki, Məhəmməd peyğəmbər və imam Əli da Əflatunun qeyd etdiyi kral-filosoflar nəslinə mənsubdur.
Batinilərdə beyt, yəni ev dedikdə adi ev yox, Allahın evi, yəni Allahın mülkü nəzərdə tutulur. Cəlairlərin pul sikkələrində Allahın mülkü – “Xəllədə Mülkə Hu” və ya “Xəllədullah Mülkə Hu” adlanır. Başqa sözlə, peyğəmbərimizin beyti, yəni evi elə Xəllədə, yəni Xelatdakı Azərbaycan Atabəglər ailəsinin mülküdür.
Digər tərəfdən, batinilərdə beyt - üç aləmi, yəni yeraltı dünya olan Cəbərutu, Allahın yerdəki Mülkünü və bu mülkün üstündə yaradılmış Mələküt aləmini birləşdirən kosmik evdir və o eyni zamanda kosmik insan kimi də təsəvvür olunur. İstəhri məhz bu üçlüyü “İqlim” adlandırır və bildirir ki, “biz xəritədə bu üç ölkəni (Azərbaycan, Ermənistan, Arran) birləşdirib, onlara bir iqlim kimi baxırıq”. Müqəddəsi də bu üç ölkəni “İqlim ər-Rihab” adlandırır. Kitabi-Dədə Qorqudda “İqlim” rəmzi Aran rəmzinə aid edilərək, “İqlim Aran” kimi qeyd olunur ki, bildiyimiz kimi İqlim rəmzi fəzaya aid rəmzdir və havanı, təbiəti və s. bildirir. M. Xorenatsi Aran rəmzini, əjdaha Murasen nəslinə aid edərək, bədəni göy dünyası olan nəhəng insan, yəni Kamil İnsan kimi təqdim edir (12). Əflatun məhz bu üç aləmi birləşdirən kosmik insanın bədənini “Dövlət” adlandırır və insanla eyniləşdirir. Digər tərəfdən, Aran (Ərən/İran) rəmzi qədim Misirdə Orion kimi qeyd olunurdu və Asar/Osiris Allahının ruhu mənasında Yuxarı Misirin tacında göstərilirdi (13).
Azərbaycan tarixində kosmik insan olan Atum Allahı obrazında Şah İsmail Xətai göstərilir. O şeirlərinin birində deyir:
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən irəli pərgah idim
Gövhəri ağ eylədim, tutdu cahanı sərbəsər,
Yeri-göyü, ərsi-kursu yaradan səttar idim.
Gah hüseynlən belə pustumu soydu qazilər,
Gah da Mənsur donuna girdim, ənəlhərdar idim
Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən bu beytullah içində ta əzəldən var idim... (14).
                                              

Şah İsmailin Adəm cildinə girməsi və Beytullahda var olması, sufi-batinilərdə onun Məhəmməd peyğəmbər kimi kosmik insan obrazında olması deməkdir. Fəzlullah Astarabadinin “Cavidannamə” əsərinə görə, Məhəmməd peyğəmbər - Tövratda altı günə yaradılan ”dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir (15).
Qeyd etdiyimiz kimi Əflatun Adəmi, yəni qədim Misirin kosmik Atum Allahının göydəki “bədənini” - “Dövlət” adlandırır. Əhdi-Ətiqdə bu kosmik Allah – Xaldeya şahı Navuxodonosor kimi də rəmzləndirilir. Daniil peyğəmbərin kitabına görə, Babil (Xaldeya) və Yerusəlim şahı Navuxodonosor yuxuda - başı qızıldan, sinəsi və qolları gümüşdən, ombası misdən, baldırı dəmirdən, ayaqları isə yarı dəmirdən və yarı daşdan böyük bir insan heykəlini və s. bəzi hadisələri görür. Yuxunu yozan Daniil peyğəmbər bildirir ki, Navuxodonosor – Allahın, bütün insanlar və canlılar üzərində hakimiyyət verdiyi şahlar şahıdır və qızıl baş elə Navuxodonosordur və s. Başqa sözlə, başı qızıldan olan Xaldeya (Xelat) şahının obrazı elə Adəm/Atumun obrazıdır. Burada həm də Əflatunun qeyd etdiyi - krallar nəslinin nütfünə qızıl, sərkərdələrə gümüş və sənətkarlara və s. mis, dəmir qatılmasına işarə vardır ki, bu da İlahi məntiqdə insanların dövlətdəki mövqeyinə əsaslandırmadır. Bu yuxuda ayaqların daşdan olması rəmzi, Adəmin durduğu Allahın mülkünün altındakı daş mağara nəzərə tutulur ki, bu mağara da Cəbərut aləmi mənasındadır.
Yazdıqlarımızdan belə bir nəticə çıxır ki, Əflatunun qeyd etdiyi - nütfünə qızıl qatılmış kral-filosoflar nəsli elə başı qızıldan olan Navuxodonosor nəslidir və “qızılbaşlar” dedikdə də məhz kral-filosoflar nəsli nəzərdə tutulmalıdır. “Qızılbaş nə deməkdir?” adlı məqalədə biz göstərmişik ki, Navuxodonosor obrazı elə Azərbaycan Atabəglər ailəsinin banisi II Məhəmməd Nəsirəddin Sökmən şahın obrazıdır və o Xelatı və On iki şəhəri aldıqdan sonra özünü Şah-Ərmən, yəni Şah Ra-Amon adlandırmışdı (16).
Mənbələrdə “qızılbaş” dedikdə Şah İsmail Xətainin ordusu sayılan “sorxsər bidin mülhidləri” nəzərdə tutulur. Sorxsər bidin mülhidi rəmzi batinilərdə - “göydəki cənnətdə ölümsüzlük qazanmış mələklər nəsli” mənasını verir ki, bunlar elə qədim Misirin Osiris (Asar/Azər) Allahı mənasındadır (17). Mətnlərdə Xətainin ordusunun adamyeyən kimi göstərilməsi də, bu sufi pirlərinin Osiris Allahları mənasında ölüm mələkləri olan əzraillər obrazında olmaları deməkdir.
Biz yuxarıda qeyd etdik ki, yəhudi mənbələrinə görə mələklər nəsli - Heraklın Gel elində Yexidnadan törəyən ilandan doğulmuşlar nəslidir. Belə çıxır ki, Şah İsmailin mələkləri elə Heraklın Gel elində ilandan doğulmuş mələkləridir. Mənbələrdə mələk, yəni məlahi/mülhid rəmzinin həm də Ələmut qalasında cənnət yaratmış Həsən Sabbahın batini-assasinlərə aid edilməsi o deməkdir ki, Şah İsmail və Həsən Sabbahın obrazları kral-filosofun obrazıdır. Onların batini fəlsəfələri də Babil qülləsini tikən Osiris Allahlarının sirli “Quş dilidir”.
Bütün bu yazdıqlarımızdan çıxan nəticə odur ki, qədim dünyanın bütün Allahları, kralları və ümumiyyətlə bütün dünyanın sahibləri - Azərbaycan Atabəgləri ailəsinin əcdadlarıdır. Qədim dünyanın bu kral-filosoflarının gizli elmi isə Azərbaycan Atabəglərinin batin elmidir.
       Ədəbiyyat
1. “Azər Allahı, Onun müqəddəs Dili, Dini və Eli” adlı məqalə, sayt: http://gilarbek.blogspot.com/2018/06/azr-allah-onun-muqdds-dili-dini-v-eli.html?m=1
2. “Sahib əz-zaman - Azər oğlu Qorqud qayıdır” adlı kitab, sayt: http://azeribooks.narod.ru/history/firudin_gilarbek/sahib.htm
3. “Bütün dinlər bir kosmik hadisəyə sitayişdir” adlı məqalə, sayt: https://teref.az/kose/145167-butun-dinler-bir-kosmik-hadiseye-sitayisdir.html
4. “Budda - göydə Allah yaratmış Azəri bəgidir” adlı məqalə, sayt: http://gilarbek.blogspot.com/2013/09/budda-goyd-allah-yaratms-azri-bgidir.html?m=1
5. “Allah - türkləri, onlar isə insanı yaratdılar” adlı məqalə, sayt: http://gilarbey.blogspot.com/2013/03/allah-turklri-nlar-is-insan-yaratdlar_5.html?m=1
6. “Dünyanın ilk dili - Türk dilidir” adlı məqalə, sayt: http://gilarbek.blogspot.com/2018/04/dunyann-ilk-dili-turk-dilidir.html?m=1
7. “Bütün dinlər birdir” adlı məqalə, sayt: http://gilarbey.blogspot.com/2013/03/butun-dinlr-birdir_712.html?m=1
8. “Ra-Amon Allahın Azər dağı” adlı məqalə, sayt: http://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1259
9. “Şahnamə” - Azəri türk bəglərinin tərcümeyi halıdır” adlı məqalə, sayt: http://gilarbek.blogspot.com/2012/08/sahnam-azri-turk-bglrinin-trcumeyi-haldr.html?m=1
10. “Древние масоны - прямые потомки богов” adlı məqalə, sayt: http://gilarbey.blogspot.com/2013/08/blog-post.html?m=1
11. “Misteriyalar yaradan Din ustaları kimlərdir?” adlı məqalə, sayt: http://gilarbek.blogspot.com/2013/11/misteriyalar-yaradan-din-ustalar.html?m=1
12. “Assuriya qədim Azərbaycan ölkəsidir” adlı məqalə, sayt: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html?m=1
13. “İran - Allahın Qacarlar verdiyi qorunan mülkündür” adlı məqalə, sayt: http://gilarbek.blogspot.com/2019/03/?m=0
14. “Şah İsmayılı təhqir edən Güntay Gəncalpa cavab” adlı məqalə, sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1227
15. “Kəlimeyi Tovhidin daha dərin batini mənaları” adlı məqalə, sayt: http://fedai.az/arxiv/www.fedai.az/www.fedai.az/fedai.az/index35b1.html?newsid=1516
16. “Qızılbaş nə deməkdir?” adlı məqalə, sayt: http://gilarbek.blogspot.com/2018/04/qzlbas-n-demkdir.html?m=1
17. “Allahın Şərqdəki türk ordusu” adlı məqalə, sayt: http://gilarbek.blogspot.com/2013/11/allahn-srqdki-turk-ordusu.html?m=1
                    07.05.2020
Firudin Gilar Bəg                                                  Sadıq Gilarbəyli

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери