Batin fəlsəfəsində Mardukla Tiamatın mübarizəsinin elmi izahı
Müasir dövrümüzdə elm və texnikanın böyük sürətlə inkişafına baxmayaraq, qədim mətnlər, rəmzlər və s. bütün yazılı və şifahi ədəbiyyat insanlar üçün dərkolunmaz qalmışdır. Faktiki olaraq insanlar milyonlarla mənbələr içində kor kimi gəzirlər. Araşdırmalar nəticəsində ortaya çıxan izah olunmaz suallar, onsuz da dərk olunmayan yazıları bir az da anlaşılmaz edir. Bütün bunların isə bir izahı var ki, bu da bizim bu günkü məntiqimizin qədim müdriklərin məntiqi ilə uyğun gəlməməsidir. Deməli, biz qədim yazılara bu günkü məntiqlə yox, müdriklərin öz məntiqi ilə nəzər salmalıyıq. Yalnız onların "əlifbasını" öyrəndikdən sonra biz yazıların əsl mənalarını dərk edə bilərik. Qədim müdriklərin məntiqini, yəni əlifbasını anlamaq üçün ilk mənbələr diqqətlə araşdırılmalıdır. Əsas mənbə kimi biz Tövrata müraciət edəcəyik. Çünki yəhudi mətnlərinə görə, Allah "dünya"nı yaradanda bu kitaba "baxıb" yaradırmış. Yalnız samitlərlə yazılmış Tövratda ilk insanların vahid dil