Сообщения

Сообщения за май, 2023

Sivilizasiya Azərilərdən başlanır

            Qədim yunan filosofu Əflatun “Politik” əsərində yazır: “Bütün bunlar və bundan başqa minlərlə daha qeyri-adi şeylər yalnız bir hadisənin bəhrələridir. Lakin zaman keçdikcə bunların çoxu yaddaşlardan silinmişdir, qalanları isə dağınıq haldadır və onlar haqqında ayrıca danışırlar. Bütün bunların kökündə isə nə olduğu haqqında heç kim danışmır”. Əflatunun sözlərindən belə çıxır ki, bütün qədim yazıların kökündə, heç kimin bilmədiyi bir sirli hadisə durur. Biz də bu məqalədə məhz bu hadisə haqqında danışacağıq. Onu da nəzərə çatdırmaq istərdik ki, bəzən insanlar, hansısa bir ərazidə baş vermiş hadisənin onlara aid olmadığını düşünürlər. Burada qeyd olunan hadisə 5500 il əvvəl baş vermişdir və bu gün dünyaya səpələnmiş Azəri müqəddəsləri nəslinin bütün törəmələri məhz bu mistik hadisə ilə bağlıdırlar.                     Firudin Gilar Bəg Dövrü mətbuatdakı məqalələrimizdə biz göstərmişik ki, qədim mən...

Əhli-beyt - Azəri pir-bəgləridir

         Elm və texnikanın böyük sürətlə inkişafına baxmayaraq, bu gün dünyada cəhalət hökm sürməkdədir. Allahın kimliyi və necəliyindən, düşünən insanın yaradılma üsulundan xəbəri olmayan müasir insanlar, müxtəlif dinlər adı ilə bütpərəstliyə sitayiş edirlər. Heç bir din "alimi" dinlərin əsl mahiyyətini anlamır. İnsanların cahilliyindən istifadə edən ilahiyyatçılar da dinləri gəlir mənbəyinə, terror alətinə çevirmişlər. Terror alətinə çevrilmiş İran şiəliyi bu istiqamətdə çox "irəli" getmişdir . Özlərini şiə, əhli-beyt aşiqləri kimi təqdim edən bu elmsiz ayətullahlar həqiqi əhli-beytin, şiəliyin nə olduğunu ümumiyyətlə dərk etmirlər. Onlar, dünyanın ən kamil dini olan İslamın yalnız zahiri mənalarını qəbul edib, batini izahı olan təvildən, yəni elmi-billahdan, hikmətdən, marifətdən tam xəbərsizdirlər (bax. "Batinilikdə marifət - Allahın kimliyini, necəliyini bilməkdir", sayt: https://firudin.blogspot.com/2022/12/batinilikd-marift-allahn-kimliyini.html?m=1...

Oxuduğumuz Quran - həqiqi Quran deyil!

     Bu gün məlum olur ki, Quran kitabı - iki mənalı hədislər toplusudur (Quran, 39:23). Mənbələrə görə, həzrəti Əbu Bəkrin dövründə toplanan hədislərin sayı cəmi 500 olmuşdur və bu hədislərin yazıya alınması məsləhət görülməmişdir. Həzrəti Ömər də hədisləri yazmaq üçün yığdı və onların sayı yenə 500 oldu və o da bunları yazmadı. Lakin yüz il keçdikdən sonra toplanan hədislərin sayı 1,5 milyonu keçdi. Belə çıxır ki, peyğəmbərin dövrünə yaxın zamanda cəmi 500 hədis məlum idisə, bir əsr sonra onların sayı təxminən 1.5 milyona qədər artdı. Bu, hədislərin sonradan düşünülüb yazılması deməkdir. Digər tərəfdən, araşdırmalara görə müxtəlif 30 Quran kitabı olmuşdur və bizə təqdim olunan Hafsın Quranı ilə digər 29 Quran arasında 93000 fərq var. Harvard universitetinin İslam şöbəsinin müdiri, professor Şadi Nasserə görə isə, 10-cu əsrə qədər 700 müxtəlif Quran mövcud olmuşdur və bunların içindən ilk olaraq 7 Quran seçilmiş və sonda hazırki Quran əsas sayılmışdır. Bunlar o deməkdir ...