Sivilizasiya Azərilərdən başlanır

            Qədim yunan filosofu Əflatun “Politik” əsərində yazır: “Bütün bunlar və bundan başqa minlərlə daha qeyri-adi şeylər yalnız bir hadisənin bəhrələridir. Lakin zaman keçdikcə bunların çoxu yaddaşlardan silinmişdir, qalanları isə dağınıq haldadır və onlar haqqında ayrıca danışırlar. Bütün bunların kökündə isə nə olduğu haqqında heç kim danışmır”. Əflatunun sözlərindən belə çıxır ki, bütün qədim yazıların kökündə, heç kimin bilmədiyi bir sirli hadisə durur. Biz də bu məqalədə məhz bu hadisə haqqında danışacağıq. Onu da nəzərə çatdırmaq istərdik ki, bəzən insanlar, hansısa bir ərazidə baş vermiş hadisənin onlara aid olmadığını düşünürlər. Burada qeyd olunan hadisə 5500 il əvvəl baş vermişdir və bu gün dünyaya səpələnmiş Azəri müqəddəsləri nəslinin bütün törəmələri məhz bu mistik hadisə ilə bağlıdırlar.


                    Firudin Gilar Bəg


Dövrü mətbuatdakı məqalələrimizdə biz göstərmişik ki, qədim mənbələr yanlış məntiqlə araşdırılıb və buna görə də bütün qədim həqiqətlər hələ də sirr olaraq qalır. Mənbələri anlamaq üçün yeganə yol, bu mətnləri yazmış müdriklərin öz məntiqini öyrənməkdir. Bu məntiq isə İlahi sirlərlə, yəni Allah və onun yaratdıqları ilə bağlıdır. Tövratda, İlahi sirlərlə bağlı bildirilir ki, Şərqdən gələn ilk insanlar Sennaar çöllərində Babil qülləsini tikdilər və Allah, onların ikinci belə bir qüllə tikməməsi üçün dillərini dəyişib,dünyaya səpələdi. Başqa sözlə, Əflatunun qeyd etdiyi sirli hadisə məhz Babil qülləsi və onun tikilişi ilə bağlıdır.

Mənbələrə görə, Allah dünyanı yaradanda Tövrat kitabına baxırdı və buna görə də biz, vahid dildə danışan ilk insanların bu kitabını da ilk kitab kimi qəbul edirik. Yalnız samitlərlə yazılmış Tövratın dili 70 dilə bölündükdən sonra, buradakı rəmzlər - digər dillərdə də samitlərlə ifadə olundu. Bu dillərin hamısında da yazılanlar, bilavasitə dillərə bölünməzdən əvvəl tikilmiş Babil qülləsinə həsr olundu. Başqa sözlə, Tövratda qeyd olunan yaradılışı dərk etmək və İlahi sirlərdən xəbərdar olmaq üçün, bütün dillərdə yazılmış yazıların batini mənalarını anlamağa çalışmaq lazımdır.

Digər tərəfdən, biz kitab və məqalələrimizdə yazdıq ki, İlahi məntiqə görə, mənbələrdə yalnız - Allah (İlah) və onunla vəhdətdə olan pirlər, müqəddəslər nəsli qeyd olunmağa layiq görülüblər. Adi insanları isə heyvani qüvvələr idarə etdiyi üçün, yazıların onlara heç bir aidiyyəti yoxdur. Bütün yazılar - Allaha, Onun seçilmişlərinə və bu müqəddəslərin yer üzündə gördüyü işlərə həsr olunmuşdur. Allahın gördüyü işlər dedikdə isə, əvvəldə gələn Ra-Amon Allahın ilkin materiyaya qalib gələrək, ondan yaratdığı dünya və s., və axırda gələcək Allahın bu yaradılışı tamamlaması nəzərdə tutulur.

Bu məqalədə biz, türklərlə bağlı yazıların batini mənalarını açmaqla, Babil qülləsinin əsl mahiyyətinə izah verməyə çalışacağıq.

Bildiyimiz kimi, Tövrat – Allahın dünyanı yaratmasından başlayır və bu kitaba görə, Allah dünyanı yeddi günə yaratmışdır. Yeddinci gün isə Allah dincəlmiş və o günü müqəddəs elan etmişdir. Bu kitaba görə, dünya yarananda orada heç bir kol-kos, bitki və s. yox idi. Çünki Allah ora yağış yağdırmamışdı. Yerdən qalxan buxar bütün torpaqları sulayırdı. Sonra Allah torpaqdan Adəmi yaratdı və onun burnuna həyat nəfəsi verdi. Beləliklə, Adəm canlı varlıq oldu. Tövratın bu hissəsindən belə çıxır ki, Adəmə qədər dünyada heç bir flora və fauna olmamışdır. Bu isə təkamül və s. bütün təbiət qanunlarına ziddir. Başqa sözlə, Tövratda söhbət bizim yaşadığımız fiziki dünyadan getmir. Burada söhbətin nədən getdiyini aydınlaşdırmaqdan ötrü - Adəm, yəni “DM” rəmzini digər mənbələrdə axtarmaq lazımdır.

Adəm (DM) rəmzi ən qədim Misir mənbələrində Atum (TM) kimi keçir və burada teurq-maqların qurban və magik rituallarla, göydə ruhlar dünyası yaratmalarından danışılır. Mətnlərə görə, firon Amon özünü Atum adlandıraraq, Gel şəhərində, minlərlə qurban, yəni teurqiya ritualları vasitəsilə kosmik İnsan-Allah yaradır. Dünyanın yaradılışının bu Geliopol (Gel şəhəri) variantına görə, dünya - bir-birini əvəzləyən yaranışlardan törəmişdir: “İlkin Nun (Naun) sularının ortasında təpəyə, adı – “hər şey” mənasını verən ali Atum (Atama) yüksəlmişdir. Atum öz-özündən Şu və Tefnut cütlüyünü yaradır və onlardan isə ikinci cütlük olan – Qeb və Nut, yəni Yer və Göy yaranır. Daha sonra Qeb və Nut: Osiris (Oziri), İsida, Set və Neftidanı yaradır. Beləliklə, ümumilikdə Atum adlanan “Enneadanın böyük doqquz Allahı” yaranır ki, buna “Ane şəhərində olan böyük doqquzluq” da deyirlər. Belə çıxır ki, Tövratda söhbət, maqların Gel şəhərində var etdiyi, doqquz yaradılışdan ibarət olan Adəm “dünya”sından gedir.

Tövrata görə, Adəm yarananda - dünyanın bir başından o biri başına qədər olmuşdu. Məşhur mühəddis, imam Buxariyə görə Adəmin boyu altmış dirsək (təxm. 30 metr) olmuşdur. Buxari Adəmi salamlaşma və cənnətlə əlaqələndirərək bildirir ki, cənnətə girən öz vücudu ilə Adəmi xatırladacaq. Başqa sözlə, “Salam əleyküm” rəmzi Adəmə və onun cənnətinə aiddir. Bilirik ki, Salam/İslam rəmzləri batinilərdə “İssi-Aləm” mənasında - göydəki “Aləmin ruhu” fikrini bildirir. “Əleyküm” rəmzi isə bu sufilərdə El-Qam, yəni qam-şamanlıqla yaradılmış El deməkdir. Buradakı Küm, yəni Qam rəmzi Kitabi Dədə Qorqudda Oğuz eli, qədim Misir mənbələrdə isə qədim Misirin digər adı kimi keçir. Fəzlullah Astarabadinin “Cavidannamə” əsərinə görə, Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Mühiddin ibn Ərəbi görə isə “dünya” - Allahın kölgəsinin yerləşdiyi yerdir və mümkün varlığın təzahürüdür. Deməli, İslama görə Adəmin bədəni, göydə qam-şamanlıqla yaradılmış cənnətlə bağlıdır. “Adəm” rəmzinin yəhudi dilində “torpaq” mənasını verməsi isə o deməkdir ki, bu kosmik İnsan-Allahın bədəni həqiqətən də göydəki “torpaq” mənasında ruhlar dünyasıdır. Başqa sözlə, Adəmin bədəni elə qədim Misir yazılarındakı – Nut göylərində yaradılmış Qeb torpağıdır və biz bu Qeb torpağını – Qeyb aləmi kimi tanıyırıq.

Yazdıqlarımızdan belə çıxır ki, Babil qülləsinin tikilişi və Adəmin yaradılışı bir-biri ilə bağlıdırlar. Bu bağlılığa aydınlıq gətirmək üçün Assur-Şumer mənbələrinə müraciət edək. Bu məbələrdə Adəm/Atum rəmzi məşhur Etemenanki məbədinə aid edilir. Etemenanki (TM-NNK) rəmzi, rəmzlər dilində Atum (Adəm) və Nunki rəmzlərindən ibarətdir ki, buradakı Nunki (NNK) rəmzi bütün qədim ədəbiyyatlarda həm də Annunaki, Kinun, Kənan, Kün, Xanan, Hunn və s. kimi də keçir.

Şumer mifologiyasına görə, Marduk Allahı Tiamata, yəni ilkin materiyaya qalib gəldikdən sonra, onun bir hissəsini göy okeanı kimi, Allahlar vilayətindən ayırır. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı Göy və Yerin təməl evini cəhənnəmin sinəsində elə tikir ki, onun başı göylərə çatır. Bu o deməkdir ki, başı göylərə çatan Etemenanki məbədi elə başı göylərə çatan Babil qülləsidir və bu məbədin göy hissəsi də Allahlar vilayətidir. Mənbələrdə Babil və Etemenanki məbədinin digər adı isə Eridu şəhər-məbədidir.

Allahlar vilayəti Şumer-Assur mənbələrində Tilmun/Dilmun, Tilos kimi də məlumdur və bu haqda məlumatları məşhur alim Devid Rol verir. O bildirir ki, qədim abidələrə görə, Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır. Dilmun – Allahlar monastırı, Zaqros dağ təpələrinin arxasında, İran ərazisində - “Günəşin çıxdığı yerdə” yerləşir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. Başqa sözlə, Etemenanki və Babil qüllələrinin göylərində - Allahların Dilmun/Tilmun cənnəti yaradılmışdır və bura yalnız Allaha sadiq insanların ruhları düşə bilir.

İran ərazisində, “Günəşin çıxdığı yer” dedikdə - Şərq, yəni Albaniya nəzərdə tutulur. Alban mənbələrində, göydə yaradılmış bu cənnət – “səhra” kimi rəmzləndirilir. Tarixçi Arakel Təbrizliyə görə, Albaniyanın Sünik (Gel) şəhərində müqəddəs Atalar, ruhların əbədi yaşaması üçün “səhra” tikmişlər. Paronterlər (pir) öldükdə, adlarını və qiyafələrini dəyişərək, buraya - insan səsi eşidilməyən məkana köçürlər. Bu cənnəti Arakel - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır.

Alban mənbələrindəki Sünik rəmzi ilə Babilin tikildiyi Sennaar rəmzinin kökü Sin (SN) rəmzidir. Misir dilində Sennaar sözü - SNQR kimi qeyd olunur ki, bu da “SNQ-R” rəmzidir. “SNQ” rəmzi isə batinilikdə Sünik (SNK) rəmzi ilə eynidir və bu rəmz bəzi mənbələrdə Sin, Süni, Sinay və s. kimi də yazılır. Başqa sözlə, Babilin tikildiyi Sennaar və yəhudilərin Sinay/Sion dağı elə Albaniyanın Süni/Sünik dağıdır və buradakı ilkin materiya səhrasında, yəni Nut göylərində Qeb cənnəti yaradılmışdır. Mənbələrindəki Sünik eli isə - Sisaka/Sisakan rəmzləri ilə bağlı olan Gel, Gelarküni elidir.

Bütün bunlar o deməkdir ki, Babil qülləsi, qədim Azərbaycanda - Albaniyada tikilmişdir. Digər tərəfdən, Adəmin yaranışı – Babil (Etemenanki, Eridu) məbədinin tikilişi ilə sıx bağlıdır və onunla eyni vaxtda var olmuşdur. Belə çıxır ki, yerdəki Babil tikilib qurtaranda, onun bənzəri mənasında olan Atum cənnəti də göydə var olmuşdur. Yeşaya peyğəmbərə görə, hər şeyi yaradan Allah - göyləri yaymış, torpağı sərmiş və öz qüdrəti ilə Edem (Adəm) cənnətini var etmişdir. Gürcü mənbələrində, Babil/Eridu məbədilə, onun göylərində yaradılan Adəm cənnətinin var olması - Sion (Süni/Sünik) məbədinin tikilişi kimi rəmzləndirilmişdir. Sumbat Davitisdze yazır ki, katalikos Samoelin (SML) zamanında Tbilisi sakinləri kilsə tikməyə başladılar ki, onun yarısını “bütün xalq” (orijinalda erlər/ərlər), digər yarısını isə hansısa bir qadın tikirdi”. Sufi-batinilərdə qadın rəmzi - ruhun və ilkin materiyanın rəmzidir. Başqa sözlə, Sion məbədini “hansısa bir qadının” tək tikməsi dedikdə, Amon Allahının ruhunun, göydə ilkin materiyadan cənnət yaratması nəzərdə tutulur.

Ən qədim mənbələrdə Edem, Tilmun/Dilmun cənnətinin bir adı da Tilos kimi keçir ki, sufi-batinilərdə Tilos və Tilmun rəmzlərinin kökündən Tala (TL) rəmzi dayanır. Bu rəmz isə Ata-Eli (TL) deməkdir. Batinilikdə Ata (“T”/”D”) rəmzi – Yaradıcı mənasında həm ilkin materiyaya və həm də insaniyyətlə bağlı hər şeyi yaradan Amon Allahına (Teo/Dea) aid edilir. El rəmzi isə müəyyən ərasi və bu ərazidə yaşayanlar mənasındadır. Deməli, mənbələrdə Tala, Elat və s. kimi birləşmiş “T” və “L” rəmzləri - Allaha və onun Elinə aid edilir. Bu mənada Tilos rəmzi Tala-İssi (Allahın ruhu), Tilmun rəmzi isə Tala-Amon, yəni “Amon Allahının Eli” fikrini ifadə edir. Belə çıxır ki, Tilmun cənnəti Amon Allahıın “bədənində” yaradılmışdır və Adəm də elə Amon Allahın göyləri tutmuş “bədənidir”.

El rəmzi qədim yəhudilərdə Allah mənasını verir və Tövratda Səlim şəhərinin Allahı kimi keçir. Səlim (SLM) rəmzi ilə eyni mənalı İslamda (SLM) El rəmzi - imam Əli kimi də məlumdur və ifrat şiələr də imam Əlini – Allah kimi qəbul edirlər. Məşhur sufi Mühiddin ibn Ərəbi “Din” rəmzini “El” adlandırır ki, bu da İslam (Səlim) dinin elə göydəki El, Vilayət mənasında olması deməkdir.

Səlim rəmzi mənbələrdə Yerisəlim, Ur-Şalim kimi də yazılır ki, bu da qədim Qüds şəhəridir. Tarixçi M. Xorenatsiyə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlandırıldı. Belə çıxır ki, əsl Yerusəlim (Səlim/İslam) şəhəri – Qüds, yəni Kadus eli olan Azərbaycanın Gel elində - Gelarkünidə (Sünik) yaradılmışdır və Allahın da göydəki El-i məhz burda var olmuşdur. Kadus/Kades rəmzi mənbələrdə həm Midiya ərazisi və həm də Xanaan torpağında dəhşətli səhradır ki, İsrail oğullarının qırx illik səyahəti bu Sin/Sinay dağının da daxil olduğu Faran səhrasında keçmişdir. Bura isə elə Süni/Sünik ərazisidir və Alban mənbələrinə görə məhz burada müqəddəs Atalar cənnət “səhrası” yaratmışlar. Başqa sözlə, Adəm cənnəti məhz burada, ilkin materiya mənasında olan “səhra”dan yaradılmışdır.

Qədim Azərbaycan ərazisində Adəm (DM) rəmzi Mada (MD), yəni Midiya dövləti kimi məlumdur. Midiyanın (MD/DM) paytaxtı Ekbatan (KB-TN) sayılır və batinilərdə bu rəmz Qeb-Nut (QB-NT) mənasında - Nut göylərindəki Qeb torpağı deməkdir. Midiyanın altı tayfadan ibarət olması isə, onun altı (gün) zaman sürəsinə yaranmasına işarədir. Midiyanın arilər ölkəsi sayılması, burada ömürlərini davam etdirən ruhların, Ra günəş Allahının yolu ilə gedənlər (ərlər) anlamında olması deməkdir.

Gelarküni adındakı “Kün” rəmzi həm Allahın “Ol!” əmrini və həm də Etemenanki adındakı Nunki (Kinun/Kənan/Xanaan/Hunn) rəmzlərini bildirir. Tövratda Knun kimi keçən bu rəmz Alban mənbələrində Xunan kimi qeyd olunur. Xunanlılar isə mənbələrdə hunnlar kimi məlumdur. Hunnların türklər olması, onu deməyə əsas verir ki, Allahı (İlah yox!) və onun göydəki Atum/Edem cənnətini məhz türklər yaratmışdır.

Türklərin Moyun Çor, Bilgə Xaqan, Gül-Təkin və s. abidələrində iddia edilir ki, Türk xaqanı Tolis – Tanrı tək Tanrı yaratmış və Tanrıda olmuş, oranı El etmiş müdrik xaqandır. Tolis rəmzinin Tilos rəmzi ilə eyniliyi onu deməyə əsas verir ki, qədim mənbələrdəki Tilos/Tilmun cənnəti məhz Azərbaycanın Talış dağlarındakı Gel Elində yaradılmışdır və bu cənnəti Gelarküninin Türk xanı var etmişdir.

Gelar rəmzi qədim Misir mənbələrində - “Gel şəhərinin Ra günəşi” fikrini ifadə edirdi. Türk mənbələrində Gelar (GLR) rəmzi – Erlik (RLK) kimi keçir və altayların inamına görə Erlik insanlara şamanlığı və qamlamanı öyrətmişdir. Uyğurların xaqanı sayılan Erlik - Türk dünyasında insan-öküz obrazında, ölülər dünyasının hökmdarı kimi çıxış edir. Erlik - ölüm şahlığında ali hakim, Demiurq, Demiurqun yaratdığı iblis və ya Demiurq tərəfində yaradılmış ilk canlı varlıq hesab edilir. Buddist rəvayətlərinə görə, Erlik - yüksək müqəddəslik səviyyəsinə çatmış və fövqaladə qüdrət qazanmış kahin olmuşdur. Başqa sözlə Erlik – qədim Misirin Amon Allahının, yəni Bəkdüz Əmənin obrazıdır. Qədim Uyğur abidəsində Erlik - Tamu-Erlik adlandırılır ki, bu da Adəm-Erlik mənasındadır və Adəm/Atum rəmzinin Gel ərinə aid olması deməkdir.

Digər tərəfdən Gelar, yəni Gel-Ra rəmzi mənbələrdə Gelat (Xelat/Qalaad və s.) kimi də yazılır ki, bu da Gel-Ata, yəni Gel Allahı fikrini ifadə edir. Yazılanlara görə, II Nəsir əd-din Məhəmməd Sökmən Xelatı və digər çoxlu şəhərləri aldıqdan və “On iki şəhər”ə yiyələndikdən sonra özünü Şah Ərmən adlandırdı. “Ərmən” rəmzi sufi-batinilikdə Ra-Amon, İslamın isə Rəhman adlandırdığı Allahıdr. Sökmən şahın, Xelata və “On iki şəhər”ə yiyiələndikdən sonra özünü Şah-Ərmən adlandırması, batini mənada - firon Amonun ruhunun (Sökmən-Saxu Amon) göydə 12 hissədən ibarət ruhlar dünyasını (Qeyb aləmi) yaratması mənasındadır və bu yaradılış haqda Əflatun “Timey” əsərində geniş izah verir. Başqa sözlə, göydəki cənnəti Xelat/Gelat atabəgləri yaratmışlar. Quranda cənnətin - Xüld (XLD) cənnəti adlanmasıda da, onu Xelat (XLT) atabəglərinin yaratması ilə bağlı olması deməkdir. Quranda bu cənnət İrəm bağına bənzədilir ki, bu də Gülüstani-İrəmin Azərbaycanın Gel elində var olması anlamındadır.

Digər tərəfdən, Gül-Təkin (GL-TKN) rəmzi sufilərdə həm də Gelat-Kün (GLT-KN) kimi oxunur ki, bu da elə Gelarkün (GLR-KN) rəmzinin digər yazılış formasıdır. Təkin (TKN) rəmzi isə batinilərdə Ötüken (TKN) rəmzi ilə eynidir. Ötüken şəhəri – türklərdə dünyanın mərkəzi və müqəddəs yeri sayılır. Bura - türklərin yer üzündə var olduğu və oradan dünyaya səpələndiyi şəhərdir. Bu isə o deməkdir ki, Gül-Təkin dedikdə - Gel-Ötüken nəzərdə tutulmalıdır və türklər məhz bu Gel şəhərində zühur etmiş və oradan dünyaya səpələnmişlər. Başqa sözlə, Ötüken elə Babil qalasının tikildiyi Gel Elidir.

Gel eli qədim Misirdə Aşağı və Yuxarı Gel-ə bölünürdü və burada Yuxarı Gel dedikdə, göydəki ruhlar dünyası, yəni cənnət, Aşağı Gel dedikdə isə Allahın yerdəki mülkü nəzərdə tutulurdu. Kitabi Dədə Qorqudda Aşağı Gel – Taş Oğuz, Yuxarı Gel isə İç Oğuz kimi qeyd olunur və bu haqda biz “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqalədə geniş izah vermişik. Türk mənbələrində, cənnət mənasında olan İç Oğuz – İç Gel mənasında Çigil kimi məlumdur. Bartolda görə, türk qeneoloji rəvayətlərdə əvvəllər Oğuz adı yox, Çigil, yəni İç Gel adı mövcud olmuşdu. Mətnlərdə - “Talas ətrafında yaşayan çigillər” dedikdə də, Talış dağlarında yaşayan İç Oğuz bəyləri nəzərdə tutulmalıdır.

Mənbələrə görə, çigillər karlukların bir qolu hesab olunur ki, karluk rəmzi də batinilikdə Qor-İlahi, yəni Qor-Allahı mənasında “Qor fironlarının yolu ilə gedən” deməkdir. Məşhur alim Devid Rola görə, Misiri fəth etmiş Qor yolu ilə gedən Xuş (Kuş) və Misraim (Masri) tayfaları - Mesopotamiyanın Eridu şəhərindən olan böyük qəhrəmanlardır. Başqa sözlə, karluklar elə Eridu, yəni Babil, Etemenankini tikmiş ən qədim xalqdır. Bu “Qor yolu ilə gedənlər” mənbələrdə “Ya-Qor” mənasında Uyğur da adlanırlar. Uyğur xaqanlığını idarə edən nəsil mənbələrdə Yağlakar, yəni “Ya-Gel-Qor” kimi məlumdur və bu nəsilə “İoloqe”, “Yoloqe” rəmzləri əlavə edilirdi ki, bu da “Ya-İlahi” deməkdir. “İlahi” rəmzi batinilikdə El-Hu deməkdir və bu rəmz mənbələrdə Hu-El, Xel, Gel, Uluq, Elik və s. kimi də yazılır. Eyni mənalı İliğ rəmzi Bumın (Ba-Amon) xaqana aid edilirdi. Başqa sözlə, Allahın “dünya” yaratdığı Gel Eli elə, İlahdan, ilkin materiyadan (İlahi od, dirilik suyu və s.) yaradılmış El-dir.

Məlumdur ki, karlukların şahlar nəsli – Kul-İrkin adlanırdı. Kul-İrkin (KLRKN) rəmzi ilə eyni mənalı Cəlairqan/Jalayrqan (CLRQN/JLRQN) rəmzləri də Gelarküni (GLRKN) rəmzinin digər yazılış formasıdır. Mətnələrə görə, karluq şahlarının titulu “baq”, “yabqu”, yəni “bəg”, “ya-bəg” olmuşdur və bu da onların müqəddəslər nəsli olması ilə bağlıdır. Biz, sufizmin Bəqa (bəg) səviyyəsinə çatmış mürşidlərin Allaha qovuşaraq, İlahla vəhdətə nail olmasını yazmışıq. İran mənbələrində karluq xalqının adı, çin mənbələrindəki kimi “Xallux” kimi yazılırdı. Xallux rəmzi - Xel (Gel) və İlax (İlah) rəmzindən yaranmışdır ki, bu da Gel elindən olan İlah (Allah) deməkdir. Xel və İlax rəmzləri mənbələrdə Gel və Leq kimi də yazılır və yunan mənbələri bu skif tayfalarını, albanlarla amazonkalar arasında yerləşdirirlər. Mətnlərə görə, gellər - şərqi karluklardır və alimlərin çoxu gelləri və “qolulu” tayfalarını karluk hesab edirlər. Çinlilər də Xalluxu - qolulu, kolulu adlandırırlar ki, bu rəmz də Xulul/Xəlil/Qalil/Cəlil rəmzidir. Xulul rəmzi İslamda ittihad - “birləşmə”, “axma”, “tökmə” və s. rəmzləndirilir. İttihad - insani və İlahi mahiyyətlərin birləşməsi mənasındadır ki, bu da sufizmin “bəqa” (bəglik məqamı) səviyyəsində mümkün olur. Bu zaman insan - İlahi mahiyyət olan ilkin materiya ilə vəhdətə nail olur və sufi birdəfəlik İlahla, yəni ilkin materiya ilə birləşir. Deməli, Xallux/Xulul/Qolelu/Qaliley və s. rəmzləri - insani və İlahi mahiyyətlərin birləşməsi, ilkin materiyanın insan bədəninə axıb-tökülməsi, yəni insanın Allaha çevrilməsi deməkdir. Başqa sözlə, Yabqu və Xallux tayfası - Bəg və Xulul mənasında İlahla, ilkin materiya ilə vəhdət təşkil edən Allahın törəmələridir. Biz bu İlahi nəsli mənbələrdən Misir, Assur və s. Allahlar nəsli kimi tanıyırıq.

Rəvayətə görə, Xallux – “Doqquz-oğuz” (Tuquzquz) ölkəsinə keçəndən sonra Yabaqu (Yabqu/Ya-Bəg), onun tayfası isə Yabaqu-xallux adlanmağa başlandı. Doqquz-oğuz rəmzi, qədim Misir yazılarında “Enneadanın doqquz Allahı” mənasında, kosmik-insan olan Atum Allahını təşkil edən doqquzluğa işarədir. Bu isə o deməkdir ki, xallux-karluqlar – doqquz yaranış mərhələsini keçib, Atuma (Yabqu/Boq/Baqa) - Allaha çevrilmiş İlahi nəslidir.

Bartold yazır ki, karluklar arasında karluk-labanlar, yəni albanlar da vardı və İssık-Göl ətrafındakı bütün yerlər karluk və cigillərə məxsus idi.Burada İssık-Göl (SSK-GL) dedikdə, Alban mənbələrindəki Sisaka-Gel (SSK-GL) rəmzləri nəzərdə tutulur ki, bura da elə Sünik-Gelarkünidir. Bahəddin Ögələ görə, sakların (sisaka) vətəni İssık-Göl və Tanrı dağları idi. Digər yerlərdə Tanrı dağları, Barkalın yanındakı Cilen (Gilan-Gel) dağıdır. Lakin “Barkalın müqəddəs dağı” həm də qədim Misir Allahı olan Napatlı Amonun “Qızıl Opet” adlanan məbədinin yerləşdiyi dağdır. Əgər nəzərə alsaq ki, Strabona görə Nifatu/Napat və Zaqr dağları Albaniya dağıdır, anlayarıq ki, Amon Allahının “Qızıl Opet” adlanan sirli məbədi elə Babil/Etemenanki/Eridu məbədidir və bu məbəd məhz Sisaka–Gel elində tikilmişdir. Buradakı göl rəmzi isə, digər mənbələrdə okean, dəniz və s. kimi də rəmzləndirilir və göydə - ilkin materiya, dirilik suyu anlamında cənnətin yarandığı mühitin mahiyyətini bildirir.

İbn Xordadbehin yazıdığına görə, Tuquzquz şahının, yəni Yabqunun – yüksəklikdə qurulmuş və yüz nəfər tutan qızıl çadırı olmuşdur və buradakı türk torpaqları ilə yaxınlıqda zındıqlar və oda tapınan maqlar da olmuşlar. Maqlar - Midiya xalqı olan mar-amoreylərdir və bu ərazidəki çadır da Tövratdakı Vəhy Çadırıdır (Skiniya/Sisakan) ki, bu da Musa peyğəmbərin ilkin materiyadan (dirilik suyu) yaratdığı göy çadırı anlamındadır. Vəhy çadırı var olandan sonra, Musa peyğəmbər yəhudiləri bu Xanaan torpağına köçürür və bura da elə Knun/Kün/Nunki, yəni Etemenanki məbədinin göylərində yaradılmış cənnətdir.

Xanaan rəmzi sufizmdə hunn rəmzi ilə eyni mənalıdır. Mətnlərdə hunlar Tala və İçu hunlarına bölünür ki, bu da Talış dağlarındakı Taş və İç Oğuz hunları deməkdir. Bahəddin Ögələ görə, əsrin əvvəlində Allah dağında yeni hunn dövləti yarandı. Yapon alimi Matsuda Hsiaoya görə, bu ölkənin hüdudları Çu vadisindən Talasa qədər uzanırdı. Başqa sözlə, Allah dağı elə - Talış dağı, Tala (TL) hunları isə buradakı Altay (LT) hunlarıdır. Bu isə o deməkdir ki, mənbələrdəki Altay rəmzi altında Azərbaycanın Talış dağları və onun ərazisi nəzərdə tutulur. Yazılanlara görə, Talas şəhəri onunla tanınmışdır ki, karlukların Yabqusu burada yaşamış və burada da “Altayın hökmranı” elan olunmuşdur.Belə çıxır ki, Altay dağlarında yaradılmış GöyTürk xaqanlığı elə - Talış/Tolis dağlarının göylərində yaradılmış Tilos/Tilmun cənnətidir. Özünü “Altayın hökmranı” adlandıran karlukların yabqusu (bəgi) isə - Özünü Şah Ərmən (Ra-Amon) elan etmiş Atabəg Sökməndir (Bəkdüz Əmən).

Qeyd etmək lazımdır ki, Xaqan/Hakan rəmzi Haq rəmzindən yaranmışdır və Hak/Heka rəmzi qədim Misirdə - Atum Allahının oğlu, İlahi qüdrət, maqiya və s. mənalarını verirdi. Başqa sözlə, GöyTürk xaqanlığı – Talış dağlarının göylərində, magiya ilə yaradılmış İlahi İç Oğuz Elidir. Talış/Tilos (TLŞ/TLS) rəmzlərinin, Atlantların yaşadığı Atlas (TLS) dağının adı ilə eyni rəmzlə qeyd olunması onu deməyə əsas verir ki, qədim mənbələrdəki Atlantida ölkəsi elə Göytürk xaqanlığı - göydəki Qeb/Qeyb cənnətidir.

Türk mənbələrində Türk Eli – yerin və göyün yaranmasından sonra Türk xanının yaratdığı dövlət mənasında göstərilir. Gül-Təkinin şərəfinə yazılmış böyük abidə bu sözlərlə başlanır: “Yuxarıda mavi Göy, aşağıda qonur torpaq yaradılan zaman, onların arasında insan (mətn. Kişi) oğlu yaradıldı. İnsan oğlunun üzərində əcdadım Bumın-xaqan İstemi-xaqan oturdular. Oturarkən türk millətinin Elini, Törəsini var etmiş, yaratmışlar”. Buradan görünür ki, yer-göy yaradılandan sonra, onların arasında İnsan oğlu mənasında Adəm yaradılır və Adəmin “üzərinə” Bumın xaqan (sonra İstemi xaqan) “oturur”. Bumın rəmzi sufi-batinilərdə Ba-Amon mənasında izah olunur ki, burada Ba – qədim Misirdə insan ruhunun ilkin materiyaya qovuşması və sufinin tərikə yolu ilə bəqa səviyyəsinə çatmasını bildirir. İslamda Bəsmələ, yəni “Bismillah Rəhmani Rəhim” mənasında – “Ba Allahı – Ra-Amonun və Ra-Qamın ruhudur” deməkdir ki, burada Rəhman (Bumın) əvvəldə gələn, Rəhim (İstemi-İssiAtum) isə axırda gələn Allahı bildirir. Deməli, İnsan oğlu adlandırılan Adəmin üzərində Bumının “oturması”, Amonun Ba ruhunun – Adəmin ruhuna çevrilməsi deməkdir. Qədim Misir yazılarında Bumın xaqanın Adəmlə birləşməsi - Amon ruhunun Ra günəş diski ilə birləşib, “İlahi bədənin, onu yaradanla qovuşması” kimi yazılır. Quranda bu birləşmə - “Rəhmanın (Ra-Amon) Ərşə hakim olması” kimi rəmzləndirilir ki, buradakı Ərş rəmzi – Aşur/Assur/Osiris mənasındadır.

Mənbələrdə Asar/Osiris rəmzi türklərə aid edilərək “Türk Sir budun” kimi yazılır və buradakı “budun” rəmzi Midiya tayfasından olan Budinə işarədir. Batinilərdə “budun” rəmzi “Beyti-Nun” kimi açılır ki, bu da həm ilkin Nun “sularındakı” və həm də Ane şəhərindəki Beyt (Allah Evi) deməkdir. Deməli, Türk Sir budunu dedikdə, “türklərin göydəki Beytinin Asar/Osiris əhli”, yəni İç Oğuz bəyləri nəzərdə tutulmalıdır. “Sir” rəmzi digər yerdə “Tukuz-Quz” adlanır ki, bu da Asar/Osiris (Azəri) şahlığının elə “Enneadanın böyük doqquz Allahı”, yəni Atum (Adəm) cənnəti mənasında “Asar/Osirisin ruhlar dünyası” deməkdir.

Türk abidələrində türklər - sağ, sol və dibdə duran bəglərə bölünür. Sağda - şad-apıt bəgləri, solda - tarxan və əmr gözləyənlər, dibdə isə xas bəglər dururlar. Sufi-batinilərdə sağ tərəf – göyləri, orada yaradılmış ruhlar dünyasını bildirir. Şad rəmzi Tövratda El Allahına aid edilərək El-Şadday (Sadday) kimi yazılır və “qüdrətli Allah” mənasını verir. Dilimizdəki “seyid” sözü də bu rəmzin bir variantıdır. Apıt rəmzi isə türklərin əcdadı sayılan Yafətin adıdır və qədim Misir mənbələrində bu rəmz Pta/Ptah (Fateh) kimi yazılır. Deməli, şad-apıt bəgləri dedikdə - göylərdə, yəni İç Oğuzda yaşayan və İlahla vəhdətə nail olmuş qüdrətli Yafət nəsli nəzərdə tutulur ki, bunlar da məhz Babil qülləsini tikmiş ilk varlıqlardır. Mənbələrdə - “Mənim şərqdə Türk adlı Ordum var” deyəndə Allah, göydəki Qeyb aləmində (İç Oğuzda) ölümsüzlük qazanmış bu ilk İlahi varlıqları nəzərdə tutur. Solda duran əmr sahibləri, Allahın mülkündəki Türk bəgləri, dibdə oturan xas bəglər dedikdə isə, Muğanın Qis/Kiş məbədi ərazisinin bəgləri nəzərdə tutulur. Qədim Misirdə Maqan kimi keçən Muğan rəmzi, Türk abidələrində Xesi torpağının hunn şahzadəsi olan Muğan kimi qeyd olunur ki, mənbələrə görə Bumın və İstemi xaqanın Aşina boyu məhz bu Muğan şahzadəsinə tabe olmuşdur. Batinilərdə Xesi/Xas rəmzi Oğuz rəmzi ilə eyni mənalıdır və Xaosu, yəni ilkin materiyanı bildirir. Gül-Təkin abidəsində “İnsan oğlu” sözü - “Kişi oğlu” rəmzləri ilə verilir ki, bu da “Xas (Kiş) Gel”, yəni Gel elindəki Xaosu, ilkin materiyanı bildirir. Başqa sözlə, İnsan oğlu – Gel elinin göylərində maqlar (Muğan) tərəfindən, maqiya ilə yaradılmışdır və s.

Bütün bunlar o deməkdir ki, qədim yazılar rəmzlərlə yazılmışdır və bunların hamısında söhbət – Allahın Talış dağlarında yaratdığı Adəm və onun bənzəri kimi yaradılmış müqəddəslər nəslindən gedir. Allah və Onun yaratdıqları ilə bağlı olan bu sirli hadisə, bütün qədim ədəbiyyatlarda müxtəlif dillərdə, müxtəlif formada rəmzləndirilmişdir ki, insanlar da sirləri bilmədiyi üçün, bunlar haqda ayrıca danışırlar. Biz, bir neçə mətnə batini izah verməklə, qədim kitablarda söhbətin nədən getdiyinə ümumi işıq saldiq və hələ Əflatunun, Filonun, Upanişadaların, Quranın və s. mətnləri haqda geniş məlumat verə bilmədik. Bütün qədim ədəbiyyatların batini mənalarının açılışı isə bizə, Rəhman Allahın yaratdığı və yaradılışı tamamlayacağı işlər haqqında tam məlumat verəcəkdi. Təəssüf ki, insanlar bu haqda heç vaxt geniş məlumata malik olmayacaqlar və bu sirr həmişə gizli qalacaq.

Bütün bunlar haqda daha geniş məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum “Batini-Quran” kitabında və çoxsaylı məqalələrimizdə verilmişdir.


Firudin Gilar Bəg

Sadıq Gilarbəyli


Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери