Lənkəran toponiminin batini mənası
Nadir şahın 1747-ci ildə vəfatından sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı ki, bunlardan biri də, mərkəzi Lənkəran olan Talış xanlığı oldu. Lənkəran toponimi, yaxın ərazi olan Yardımlı rayonundakı Keçələkəran toponimi ilə eyni kökdəndir və bu rəmzlərin nə məna kəsb etməsini anlamaq üçün, bütün adları qoyan qədim müdriklərin məntiqinə müraciət etmək lazımdır. Kitabi Dədə Qorqudda ad qoymaq üçün bilavasitə Dədə Qorqud çağrılır və o da xüsusi məntiqlə ad qoyurdu. Bu məntiq Tövratda, yalnız samitlər üzərində qurulmuş ilk insanların "səfa əhət" dili adlanır. Bizlərə səfa dili sufi məntiqi kimi məlumdur və müdriklərin bu məntiqi Quranda ən ali elm mənasında Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlanır (məqalə "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html ). Lənkəran toponiminin sufi-batini mənalarını açmaq üçün mən də bu məntiqə müraciət edəcəyəm. Lənkəran və Keçələkəran toponimlərinin sonu əran r