Müqəddəs Azəri elinin bilmədiyimiz sirləri

           Mən 33 ildir ki, qədim tarix, fəlsəfə, din, folklor və s. sahələrin araşdırılması ilə məşğulam. Mənim müasir tədqiqatçılardan fərqim odur ki, mən bu sahələrə, qədim mənbələri tərtib etmiş müdriklərin öz məntiqi ilə yanaşıram. Tövratda, ilk insanların "səfa əhət" adlanan bu məntiqi bizlərə sufizm və batin elmi kimi də tanışdır. Tədqiqatlarımdan çıxan nəticə odur ki, bu gün dünyada heç kim qədim mənbələrdə söhbətin belə nədən getdiyini anlamır və bütün yazıların həqiqi mənaları hələ də dərkolunmaz qalır. Bu günkü alimlər milyonlarla mənbələr arasında kor kimi gəzirlər və heç nə də başa düşmürlər. Əsas səbəb də qədim mənbələrə, onları yazan müdriklərin məntiqi ilə yox, sözlərin birbaşa mənalarına uyğun çıxarılan nəticələrdir. Bu isə erməni "aliminin", ərəb sözlərini erməni sözləri kimi oxuması cəfəngiyyatı kimi bir şeydir.

Araşdırmalarımın sensasiyalı nəticəsi odur ki, bütün insaniyyət bilavasitə Azəri türklərindən, daha dəqiq, onların əcdadı Bəkdüz Əmandan başlayır. Qədim Misir yazılarında Təkdüz Amon kimi qeyd olunan cəddimiz firon Əman qalaktikada, ilkin materiyaya "daxil olmuş" və günəş sisteminin yaradılış mərhələlərini tam dərk etmiş yeganə insandır. Teurqiya ritualları vasitəsilə göydə İlahdan kosmik ölçülü Allah yaradan əcdadımız firon (pir) Amon, bu ritualların hesabına ölümsüzlük qazanmışdır. Rəvayətlərimizdəki Xızır peyğəmbər məhz firon Amonun göydə ölümsüzlük qazanmış ruhudur.
Xızır/Hızır rəmzi sufizmdə Hu-Azər, yəni Azər Allahı deməkdir. Qədim mənbələrdə bu Azər Allahı - Asar, Assur, Aşşur, Osiris kimi də qeyd olunur. Azərbaycan adı da batini mənada Azər Allahının yerdəki və göydəki eli deməkdir (məqalə: “Azəri, Azərbaycan nə deməkdir? Sirlər xəzinəsi", sayt: http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html?m=1). Azərbaycanımız ən qədim mənbələrdə "Vahid əsilli xalqların Böyük Birliyi" kimi qeyd olunur.
Qədim mətnlərdə Azəri eli - Asar (Assur), Aşur (Aşşur) şahlığı, əsas törəmiz isə Tövrat adlanır ki, bu kitab həm də "Aşuri kitabı" kimi məlumdur. Mən kitab və məqalələrimdə göstərmişəm ki, Tövrat, mənbələrdə Xelat/Gelat kimi də qeyd olunan Gilar elinin bəglərinin kitabıdır (məqalə: "Тайна Моисея и его Торы", sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1). Gelar eli - Allahın yerdəki Mülkü, bu Mülkün altı - Cəbərut aləminin mağarası, Mülkün göyləri isə, ruhların Mələküt aləmi, yəni cənnət mənasındadır. Allah bu Mələküt aləmini Osirisin ölüm şahlığı adlandırmış və bütöv bu "İqlimə" qulluq üçün Gelar bəglərini ayırmışdı. Allah onları Özünün bir "hissəsi" saymış və onlara müqəddəslik vermişdi. Tövrata görə, Allahın yalnız bu eldən seçdiyi kahin Vəhy çadırına, yəni "Allahın qapısı" mənasında olan Cəbərut aləminə daxil ola bilərdi.  Osiris Allahı kimi tanınan Azəri "İqlimi" (İqlim Aran) İslamda Beytullah, bu evə qulluq edənlər isə əhli-beyt adlanır (məqalə: "Əhli beyt - Azəri bəgləridir", sayt: https://firudin.blogspot.com/2023/07/hli-beyt-azri-bglridir.html?m=1).
Əhli-beytin dini də mənbələrdə İsna-Aşəriyə kimi məlumdur ki, bu rəmz sufizmdə "Süni (Sina/Sünik) göylərindəki Aşəriyə, yəni Azər (Osiris) Allahı" deməkdir. Deməli, İsna-Aşəriyə, yəni "Süni göylərindəki Azər" dinimiz, Osirisin göydəki ölüm şahlığına düşməyin yoludur. Qədim Misirdə bu yol, "Qor fironların  yolu" adlanırdı.
Tövratda Azəri eli və torpağı dedikdə, Midiyanın Gelat elində yaşayan ismaili amoreyləri, yəni ad-soyadlarının qarşısında bu gün də "mir" rəmzi qeyd olunan seyid-bəglər nəzərdə tutulur. İsmaililər bu kitabda Aqar (Həcər) nəsli adlanır ki, bu da onların Qor yolu ilə gedən pir-fironlar nəsli olması deməkdir. İslamda Qor yolu ilə gedənlər, Quranın batıni mənalarını bilən və ilk şiələr hesab olunan Kari nəsli kimi məlumdur. İsmaililər onları natiq, yəni "danışan Quran" adlandırır ki, sufilərə görə əsl Quran məhz onlar və Lövhi-Məhfuzdakı Qurandır. Başqa sözlə, Tövrata görə Azəri eli - Gelat/Gelar eli, onun xalqı isə marifətullahı bilən ifrat Ismaili şiələridir.
Qədim Misir yazılarına görə, Azəri (Aziru) şahlığı - Kadeş elindən başlayır. Sonrakı mənbələrdə bu el Midiya ərazisində Kadus eli kimi qeyd olunur. Kadus rəmzi bizlərə həm Qüds və həm də Qades ölüm şahlığı kimi məlumdur. Qüds - Yerusəlim şəhəri deməkdir. Alban mənbələrinə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlanmağa başladı. Gel isə qədim Misirdə kosmik Osiris (Atum) Allahının yaradıldığı şəhərdir. Başqa sözlə, əsl Yerusəlim qədim Azəri elindəki Gel, yəni Gelat/Gelar elidir.
Yerusəlim rəmzi batini məntiqdə Rus-Aləmi kimi oxunub, Asar-Aləmi, yəni Azər/Aşurun kosmik dünyası mənasını verir. Mən, "rus" (Yerus) rəmzinin, göydə qurban ruhlarından yaradılmış Asar, Osiris Allahı mənasında olması haqda yazmışam (məqalə: "Что означает Эрец-Исраэль на "языке птиц", sayt: https://gilarbeg.wordpress.com/2020/11/23/).
Bütün bunlar o deməkdir ki, Osiris Allahının yaradıldığı Gel şəhəri elə Azəri pir-bəglərinin Gelat (Xelat) və ya Gelar elidir. Bu el Alban mənbələrində Albaniya Ərənşahlarının Gelarküni eli kimi də qeyd olunur. Alban tarixi ümumilikdə Azəri farnbaqlarının, yəni firon-bəglərinin Azərbaycan göylərində yaratdığı kosmik Azər-Osiris Allahına həsr olunmuşdur (məqalə: "Иисус Христос - новый царь Кавказской Албании", sayt: https://firudin.blogspot.com/2020/12/blog-post_25.html?m=1).
Qədim Misir yazılarına görə, Allah ilk olaraq dünyaya hakim kimi Osiris, yəni Azər/Aşur nəslini, sonra isə onun qardaşı Seti yaradır. Set paxıllıq edib, qardaşı Azəri parçalayıb öldürür və cəsədini sandıqda çaya atır. Axirətdə Azər oğlu Qor onu dirildir və o yenə dünyaya sahiblik edir.
Bütün bunlar o deməkdir ki, bu gün Azərbaycan adlanan ölkə, 5500 il əvvəl Azəri pir-bəglərinin Gelar elində yaratdığı kosmik Azər-Aşur (Osiris) şahlığının bu günə gəlib çatmış və parçalanmış hissəsidir. Kosmik Osiris Allahının da göydə parçalanıb yox olması nəticəsində, Azər oğullarının İlahi qüdrəti də yox olmuş və seyid-bəglər adi insanlara çevrilmişlər. İnsanlar bu pirlərin kamil İsna-Aşəriyə dinini də bütpərəstliyə çevirdilər və Azər oğullarının marifətullahından və hikmətindən döndülər. Aşuri, yəni Azəri kitabı olan Tövrat isə ümumiyyətlə yad xalqın yad dininin kitabı hesab olunmağa başladı.
Lakin Allahın Əzəl yazısına görə, bir gün ölmüş Azərin olduğu Əhd sandığı açılacaq və həqiqətlər üzə çıxacaq. O gündən dünyada haqq-ədalət bərpa olunacaq və insanlar qızıl əsrə qədəm qoyacaqlar. Əcdadlarımız Azəri elinin bu talehini unutmamaq üçün Aşura mərasimi yaratmışlar ki, bu da Azər Allahının ölüb-dirilmə mərasimidir və mən bu haqda yazmışam (məqalə: "Aşuranın qısa batini mahiyyəti", sayt: https://firudin.blogspot.com/2023/07/asurann-qsa-batini-mahiyyti.html?m=1).
Nəticə kimi Azəri xalqı haqda qısa bunları demək olar:
1. Azəri xalqı - qədim Aşur/Osiris Allahlarının və pir-fironlar nəslinin varisləridir.
2. Azərilərin vətəni - Azərbaycan Atabəglər Ailəsinin malikanəsi olan Xelat (Gelat/Gelar) elidir.
3. Azərilərin müqəddəs kitabı - Aşuri, yəni Tövrat kitabıdır.
4. Azərilərin dini - İsna-Aşəriyə, yəni Sünik göylərindəki Azər/Osiris Allahının dinidir.
5. Azərilərin müqəddəs mərasimi - Aşura mərasimidir və bu, Azər Allahının ölməsinə və axirətdə dirilməsinə həsr olunmuş mərasimdir.
Bütün bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg
04.08.2023

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери