Lənkəran toponiminin batini mənası

         Nadir şahın 1747-ci ildə vəfatından sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı ki, bunlardan biri də, mərkəzi Lənkəran olan Talış xanlığı oldu. Lənkəran toponimi, yaxın ərazi olan Yardımlı rayonundakı Keçələkəran toponimi ilə eyni kökdəndir və bu rəmzlərin nə məna kəsb etməsini anlamaq üçün, bütün adları qoyan qədim müdriklərin məntiqinə müraciət etmək lazımdır. Kitabi Dədə Qorqudda ad qoymaq üçün bilavasitə Dədə Qorqud çağrılır və o da xüsusi məntiqlə ad qoyurdu. Bu məntiq Tövratda, yalnız samitlər üzərində qurulmuş ilk insanların "səfa əhət" dili adlanır.  Bizlərə səfa dili sufi məntiqi kimi məlumdur və müdriklərin bu məntiqi Quranda ən ali elm mənasında Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlanır (məqalə "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html). Lənkəran toponiminin sufi-batini mənalarını açmaq üçün mən də bu məntiqə müraciət edəcəyəm.

Lənkəran və Keçələkəran toponimlərinin sonu əran rəmzi ilə bitir ki, bu rəmz cənub bölgəsində ən çox qeyd olunan rəmzdir. Əran/Aran rəmzi Azərbaycanın qədim adlarından biridir və bu ərazidəki toponimlərdə Azər rəmzi Əsər (Peştəsər, Kürdəsər, Pirəsər və s.) kimi qeyd olunur. Aran və Əsər rəmzlərinə bir yerdə əsasən qədim Misir yazılarında Orion və Asar (Orion Osiris) formasında rast gəlinir. Bu rəmzlər Misirin Osiris Allahına və onun göydə - Orion bürcündə yaratdığı ölüm şahlığına, yəni ruhlar dünyasına, cənnətə aid edilir (məqalə "Расшифровка древнеегпетских текстов с помощью "языка птиц" царя Соломона", sayt:
https://firudin.blogspot.com/2021/08/blog-post.html). Başqa sözlə, bu ərazidəki toponimlər qədim allahlar və onların göydə yaratdığı cənnətlə bağlıdır. Aran/ərən rəmzini sufilər hu-ərənlər, yəni İlahi-ərənlər adlandırır ki, bu da aran/ərənlərin həqiqətən də İlahla bağlı müqəddəslər nəsli olması deməkdir. Hu-ərən rəmzi mənbələrdə kəran və ya ğaran kimi də yazılır və bu bölgədə bu rəmzlərlə bağlı olan toponimlər də çoxdur (Osnakəran, Odurağaran və s.). Kitabi Dədə Qorqudda ərən rəmzi bəglərə aid edilir və bəg ərənlər dünyanın sahibləri mənasında qeyd olunur. Deməli, Lənkəran rəmzi İlahla vəhdətdə olan bəglərlə, müqəddəslərlə bağlıdır.
Lakin Assur və farsların Aran adlandırdıqları el digər mənbələrdə Aluank və Albaniya kimi yazılır. Sufi məntiqində Aluank, yəni "LNK" rəmzi Lənkəran adının "lənk" hissəsi ilə eynilik təşkil edir. Bu isə o deməkdir ki, Lənkəran toponimi Aluank-Ərən mənasında Albaniya ərənləri və ya Alban-Aran eli fikrini ifadə edir.
Digər tərəfdən, "lənk" rəmzi qədim mənbələrdə müxtəlif mənalarda çox işlənən rəmzlərdəndir. Ədəbiyyatımızda bu rəmz "öləng" kimi qalmışdır və ümumilikdə həyat enerjisi, yəni İlah mənasında işlənmişdir. Hind mətnlərində "lənk" rəmzi Lankа kimi qeyd olunur və qanasusamış ruhların, adamyeyənlərin və cinlərin hökmdarı Ravananın şahlığı sayılır ki, bu da elə Asur, yəni Asar/Osiris/Ашур Allahlarının ölüm şahlığı (Шри-Ланка) mənasındadır. Ravana rəmzi bizlərə Arvana və İrəvan, Meru rəmzi isə Midiya marlarının dağı kimi məlumdur. Sufi-batini məntiqdə bu o deməkdir ki, Lanka adası elə göydəki Orion bürcündə yaradılmış Osiris-Azər Allahının ruhlar dünyası, yəni cənnətin bənzəri mənasındadır. Ramayana və Mahabharata eposlarlna görə, Lanka şəhəri qızıldan tikilmişdir və ilk əvvəllər Meru qızıl dağının təpələrindən biri olmuşdur. Bunlar haqda mən "Batini-Quran" kitabımda geniş məlumat vermişəm (sayt: https://firudin.blogspot.com/2020/08/batinilik-haqda.html?m=1).
Meru dağı yəhudi mənbələrində Moria dağı kimi qeyd olunur və əsasən qurbangahla, yəni qurban ruhlarından göydə yaradılmış Vəhy çadırı ilə, cənnətlə bağlıdır. Qədim Misir mənbələrində mar rəmzi amorey-suti kimi yazılır ki, sufi məntiqində bu rəmz miri-seyid deməkdir. Miri-seyidlərin əsas yurdu isə Yardımlı rayonunun Perimbel elidir və burada qızıl dağ - Qızılqaya kimi məlumdur. Belə çıxır ki, Lənkəran şəhəri miri-seyidlərlə bağlıdır ki, sufilərə görə onlar bəşəriyyətdən üstün yaradılmış peyğəmbərlər nəslidir. Qədim mənbələrdə, "şahlığı göydən endirilmiş" bu kuti-xudalar nəsli - göy insanları adlanır ki, mətnlərə görə adi insanları məhz bu seyid-bəglər yaratmışlar (məqalə "Allah - türkləri, оnlar isə insanı yaratdılar", sayt: http://gilarbek.blogspot.com/2013/12/allah-turklri-nlar-is-insan-yaratdlar.html?m=1). Başqa sözlə, Allah cəmi iki növ insan yaratmışdır ki, miri-seyidlər də bəşəriyyətdən üstün yaradılmış göy insanlarıdır. Keçən əsrin ortalarına kimi cənub bölgəsində, yaşlı insan yeniyetməyə rast gələndə onun milliyətini yox, onun seyid və ya avam olmasını soruşardı. Burada seyid - göy insanı, avam isə yer insanı deməkdir.
Talış xanlığına aid mənbələrdə bu xanlığın əsas "vuran qolu" məhz Perimbel seyidləri kimi qeyd olunur. Talış dağları dedikdə də məhz Perimbel ərazisindəki Peştəsər dağ silsiləsi nəzərdə tutulur və bu silsilə Lənkəranın 100 km məsafəsindən başlayıb, Ərdəbil istiqamətində uzanır.
Talış rəmzi ən qədim mənbələrdə Delos, Talos, Tilos və s. kimi qeyd olunur. Araşdırıcılara görə, Tilos - Dilmun cənnətinin yaradıldığı dağdır. Dilmun cənnətini isə "zamanı qabaqlamış və tam xoşbəxtliyə nail olmuş" Deyləm türkləri yaratmışlar. Mən, "Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər" adlı məqalədə bu haqda geniş yazmışam (sayt:
https://firudin.blogspot.com/2020/09/goyd-cnnt-yaratms-azri-bglri-sddadilr.html). Deməli, Talış dağları - göydə Asar, yəni Osiris Allahının yaradıldığı PeştƏsər dağının digər adıdır. Talış dedikdə də Allah "Təalanın Şu ruhu"nu daşıyan miri-seyidlər nəzərdə tutulmalıdır. Qədim Misir yazılarına görə, Allah cənnəti yaradarkən, Onun Şu ruhu "qalxaraq" göyü qaldırır və Qeb/Qeyb aləmindən ayırır. Mar rəmzi də bu mətnlərdə məhz Qeyb aləminin sahibləri mənasında qeyd olunur. Bu yazılara görə Allah Gel şəhərində Atum/Asar adlanan kosmik Allah, onun daxilində isə Qeyb cənnəti yaratmışdır. Tövratda Allahın bu vətəni Gelat, Alban və digər mənbələrdə Gelar kimi yazılır. Gelar/Gilar eli Perimbel kəndindən 2 km məsafədə yerləşir və bu el 19-cu əsrin xəritəsində Gilarau əyaləti adlanır. Gilar - Azəri (Xəzər) Türk bəglərinin vətənidir və mənbələrdə məhz bu Gel eli Azərbaycan Atabəglər Ailəsinin Xelat malikanəsi adlanır. Qədim dünyanın bütün allahları, şahları və peyğəmbərləri bu el ilə bağlıdır. Tövratın batini mənalarına görə, Allah məhz bu elin pir-bəglərini Özünə və bu dağların göylərində yaratdığı cənnətə qulluq üçün ayırmışdır (məqalə "Тайна Моисея и его Торы", sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1). Bu Talış dağlarının altında bu gün də İlahın mövcud olduğu Əhd sandığı, Süleyman peyğəmbərin qızıl qülləsi və onun xəzinəsi, Allahın yaraqları və s. əşyalar qorunur. Lakin ən əsas xəzinə - burada bütün Allahların Atası və Ağası sayılan Ra-Amon, yəni Rəhman Allahın mumyalanmış nəşi qorunur. Rəhman Allah məhz bu dağdan Ərşə yüksəlmişdir. Talış dağlarının altındakı bu İlahi xəzinəyə görə, bu məmləkət - Qacar şahlarının qorunan mülkü (Məmaliki Məhruseyi Qacar) adlanırdı. Bu yeraltı Cəbərut mağarası və oradakı silisiumdan olan Əhd sandığı axirətdə açıldıqdan sonra, göydə yeni Asar (Azər/Osiris) Allahı və onun daxilində yeni cənnət var olacaqdır.
Bütün bunlar o deməkdir ki, Lənkəran (Auank-Ərən) toponimi Albaniya-Aran mənasında Albaniya Ərənşahlar nəslinin eli deməkdir. Alban mənbələrinə görə Ərənşahların Gelarküni elində Azəri firon-bəgləri Faran/Paran "səhrası" tikmişlər və İlahdan yaratdıqları məhz bu "səhranın" hesabına pir-bəglər fövqəladə qüdrətə sahib olmuşdular. İlahdan göydə yaradılmış bu "səhra" Kitabi Dədə Qorqudda Taş Oğuzun içində yaradılmış İç Oğuz eli adlanır (məqalə "Assuriya qədim Azərbaycan ölkəsidir", sayt:
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Batıni mənada Keçələkəran rəmzi də - "Ərənlərin İlahi İç Oğuz eli" deməkdir. Qədim Türk mənbələrində İç Oğuz elinin seyid bəgləri - şad bəglər, yəhudi mənbələrində isə - qüdrətli Allah mənasında Şaday (Şadday) adlanırlar. Lənkəran ərazisinə Yardımlıdan köç etmiş Orat seyidlərinin, öz əcdadlarının möcüzələri haqqındakı rəvayətlərindən açıq görünür ki, onlar - yalnız Allaha xas olan İlahi qüdrət sahibləri olmuşdular.

Firudin Gilar Bəg
28.08.2023

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери