Xaldeylər - Xelatın Midiya maqları olmuşlar

(Məqalənin rus dili variantı:

https://firudin.blogspot.com/2025/09/blog-post_23.html?m=1

Məqalənin ingilis dili variantı:

https://firudin.blogspot.com/2025/09/chaldeans-magi-of-media-from-helat.html?m=1)


        Tövrata görə ilk insanlar, özlərinin vahid "səfa" dili olan müdriklər nəslidir ki, onlar Şərqdən gələrək Xaldeyada Babil qülləsini tikmişlər. Məhz bu Xaldeya xalqı və onların varisləri bizlərə xaldeylər kimi məlumdur. Mənbələr bu ilk varlıqları ölümsüz Göy insanları adlandırır ki, digər bütün ölümlü yer insanlarını onlar yaratmışlar (məqalə: "Человека сотворили Хазарские беки - Элохимы", sayt: https://firudin.blogspot.com/2023/11/blog-post.html?m=1). Göy insanlarının vahid "səfa" dili - yalnız samitlərin xüsusi məna ifadə etdiyi rəmzlər dilidir. Biz bu məntiqi sufizm kimi tanıyırıq. Bu məntiqdə bütün qədim yazıların əsl mənaları - samitlərdə gizlənmişdir. Deməli, qədim yazıların əsl mənaları sufi məntiqi ilə yazılmışdır və biz də bu məntiqlə mənbələrə izah verəcəyik.

İncilə görə xaldeyləri Assur Allahı yaratmışdır (Yaşaya, 23:13). Assur adı digər mənbələrdə Asar, Aşşur, Azər və ya Osiris Allahı kimi qeyd olunur. Başqa sözlə, xaldeylər Azər-Osiris Allahının törəmələridir. Onlar Xaldeyada - "başı göylərə çatan" Babil qülləsini tikdilər ki, bu qüllənin adı mətnlərdə Babilon, Vavilon kimi də yazılır. Bu söz sufizmdə - Alban, Lbnun, Livan və s. bənzər rəmzlər ilə eyni mənalıdır. Mənbələrdə məhz Albaniya - Şərq ölkəsi adlanır. Sufi məntiqində bu o deməkdir ki, Şərqdən gələn xaldeylər Xaldeyada - "başı göylərə çatan" Alban qülləsi tikmişlər.

Xaldeya (XLD) rəmzi sufizmdə Xelat, Xüld, Qalaad, Gelad, Kaldu, Kelt, Kolyada, Kleyto rəmzləri ilə eyni fikri ifadə edir. Bu məntiqdə Xaldey, Gelad rəmzləri - Xal-Deo, Gel-Deo, yəni "Gel şəhərinin Allahı" fikrini ifadə edir. Lakin Gel, Xal rəmzi sufizmdə həm də "İlah" anlamını verir ki, bu mənada Xelat, Gelad rəmzi - "Gel şəhərində İlahdan yaranmış Allah" və s. mənalarındadır. Misir mənbələrində pir Amonun Gel şəhərində Osiris və ya Atum adlanan Allahın yaradılması geniş təsvir olunur (məqalə: "Расшифровка Торы с помощью «язык птиц»: От Адама до левитов-алевитов", sayt:

https://firudin.blogspot.com/2020/06/blog-post.html?m=1). Qədim İran mənbələri pir, yəni firon rəmzini farnbaq, yəni firon-bəg kimi qeyd edirlər. Deməli, Xaldeya - firon-bəg Amonun İlahdan göydə Azər (Osiris) Allahını yaratdığı yerdir. Babil, Alban rəmzləri də bu mənada qədim Misirdə, fironların ölümsüz "Ba, Benu ruhlarının göydəki Eli" fikrini bildirir. Belə çıxır ki, Şərq ölkəsi olan Albaniya - firon-bəglərin göydə ölümsüzlük qazanmış Ba, Benu ruhlarının ikinci həyat qazandığı aləm, yəni cənnət mənasındadır.

Məşhur sufi alimi Şihabəddin Yəhya Sührəvərdinin “Şərq” fəlsəfəsində, Şərq - coğrafi Şərq yox, metafizik Şərq, yəni ruhun göydəki Şərq ölkəsi deməkdir. Bu isə onu bildirir ki, mənbələrdə "Şərq ölkəsi Albaniya" rəmzi altında - firon-bəglərin ölümsüz Ba, Benu ruhlarının göydəki cənnəti nəzərdə tutulur.

Xaldeya rəmzi Tövratda Madiam, yəni Midiya ismaililərinin Gelad eli kimi keçir. Bu o deməkdir ki, xaldeylər bilavasitə Albaniya ilə və onun başlandığı Midiya eli ilə bağlıdır. Başqa sözlə, Xaldeya xaldeyləri elə Tövratdakı Midiyanın Gelad (Qalaad) ismaililəridir. Xaldeylər mənbələrdə cadugər, sehrbaz, astronom, sirləri bilən kahinlər və s. kimi xarakterizə olunur ki, bu da onların elə Midiya maqları olması anlamındadır. Qədim Misir, Assur mənbələrində bu maqlar - teurqiya ilə Allah yaradan teurqlar, yəni türklər adlanırlar (Məqalə: “Türk”, “Türkiyə” nə deməkdir? Ağlasığmaz həqiqətlər", sayt: http://gilarbek.blogspot.com/2012/06/turk-turkiy-n-demkdir-aglasgmaz-hqiqtlr.html?m=1). Belə çıxır ki, xaldeylər - İlahdan göydə Allah yaradan Midiya ismaililərinin Gelad türkləridir. 

Xaldeya, xaldey rəmzinin digər yazılış variantı olan Kleyto rəmzi - Atlantida adasındakı Poseydon Allahının arvadının adını bildirir. Məhz Poseydon və Kleytodan Atlantidanın şahlar nəsli yaranmışdır (Məqalə: "Atlantida Azərbaycanda mövcud olmuşdur", sayt: https://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1142). Herodot, atlantların yaşadığı dağı Atlas adlandırır və bildirir ki, bu dağ göyün sütunudur. Atlas rəmzi sufi məntiqində Tilos, Talas və Talış rəmzləri ilə eyni mənalıdır. Başqa sözlə, Atlantidanın şahlar nəsli, göydəki cənnəti saxlayan Talış dağlarının əhalisidir.

Sufizmdə ada dedikdə, göy sularında, göy okeanındakı "ada" nəzərdə tutulur ki, bu da ruhların ölümsüzlük qazandığı cənnət mənasındadır. Quranda göydəki cənnət - Xüld cənnəti adlanır. Bu isə onu deməyə əsas verir ki, xaldeylər eyni zamanda Poseydon Allahının göydəki Atlantida adasında, yəni Talış dağlarının göydə "saxladığı" Xüld cənnətində ölümsüzlük qazanan törəmələridir.

Bütün bunlar o deməkdir ki, "Allahın qapısı" mənasını verən, "başı göylərə çatan" Babil və ya Alban qülləsi - xaldeylərin Xaldeya göylərində yaratdıqları Xüld cənnətinin yerdəki qapısıdır. Allahın bu qapısı Midiyanın Gelad elindədir və buna görə Allah İncildə Geladı - "Mənim Geladım" adlandırır.

Ərəb mənbələrində Xaldeya eli - Xelat kimi qeyd olunur ki, bura Azərbaycan Atabəglər Ailəsinin malikanəsi olmuşdur. Deməli, indiki Azərbaycan torpağında mövcud olmuş Midiyanın Gelad eli elə Azərbaycan Atabəglər Ailəsinin Xelat elidir və xaldeylər dedikdə də Xelatın Atabəglər nəsli nəzərdə tutulmalıdır. 

Sufizmdə "bəg" sözü - "tərikə yolunu" gedən türkün, sufizmin Bəqa fazasında İlahla vəhdətə nail olmasını bildirir. Qədim Misirdə məhz İlahla vəhdətdə olanlar - teurq, yəni Türk adlanırdılar. Deməli, "bəg" dedikdə - İlahla vəhdətə nail olmuş və ondan istədiyi canlı varlığı yarada bilən, İlahi qüdrətə sahib müqəddəs nəzərdə tutulmalıdır. Qədimdə Allah mənasında olan Yaxve, Yeqova, Baqa, Boq və s. bənzər rəmzlər - "İlahla vəhdətdə olan Bəg" deməkdir.

Mənbələrə görə Atabəg Sökmən Xelatda "12 şəhərə" yiyələndikdən sonra özünü Şahi Arman, yəni Ra-Amon Şah adlandırmışdı (Məqalə: “Allah” sözü bilavasitə türklərə aiddir", sayt: http://gilarbek.blogspot.com/2019/?m=1). İslam mənbələri Ra-Amon şahı Rəhman Allah adlandırır. Bu isə onu deməyə əsas verir ki, Rəhman Allah məhz Azərbaycan Atabəglər Ailəsinin Xelat elidən ərşə yüksəlmişdir.

Rus nağıllarında Xaldeya, xaldey rəmzi Kolyada kimi keçir. Rusların "Kolyada kitabı"nda bu rəmz - axirətdə gələcək Mehdi kimi təsvir olunur və Kolyada Allahı adlanır. Bu isə o deməkdir ki, sufi məntiqinə görə əvvəldə gələn Ra-Amon, yəni Rəhman Allah kimi, axırətdə gələcək Allah da bilavasitə Xaldeya ilə, yəni Midiyanın Gelad eli ilə bağlı olacaqdır.

Avropa mənbələrində xaldeylər həm də kelt adı ilə tanınırlar ki, onlar minilliklər ərzində müxtəlif dövrlərdə Midiyadan Avropanın müxtəlif ərazilərinə köç etmişlər.

Bütün bunlardan çıxan nəticə odur ki, ən qədim mənbələrdə xaldey dedikdə Azərbaycan Atabəglər Ailəsinin kökündə duran Xelatlılar, yəni Xelat Atabəglər nəsli nəzərdə tutulur. Məhz bu Atabəglər Ailəsi Xelatda, yəni Xaldeyada Babil-Alban qülləsi tikmiş və onun göylərində Xüld cənnəti yaratmışdılar. Bu Midiya maqları nəsli Azərbaycanın müqəddəs pir-bəglər, seyid-şıxlar nəslidir ki, keçən əsrə qədər onlar söz və fikirləri ilə təbiətə və canlılara aktiv təsir edə bilirdilər. Onların möcüzələr göstərmək qüdrətinin səbəbi də, onların - Göy insanı adlanan Kamil İnsanın obrazı və bənzəri kimi, yəni İlahla vəhdətdə doğulmaları olmuşdur. Yalnız keçən əsrdən bu padşahlar və peyğəmbərlər nəsli öz İlahi qüdrətlərini itirdilər və adi insanlara çevrildilər.


Firudin Gilar Bəg 

Sufi-batin alimi 

24.09.2025

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Расшифровка индуистских, древнеегипетских и др. символов с помощью "языка птиц" царя Соломона

Истина о небесных и земных людях