Dünyanın göbəyi" nədir və haradadır?

(Qısaldılmış variant)

        Bilirdinizmi ki, qədim yazılara görə dünyanın da göbəyi var? Göbək — ana bətnində olan uşağı qidalandıran bağın yeridir. Bəs bu göbəyin dünya ilə nə əlaqəsi ola bilər? Bu sirli göbək harada olmuşdur? Bu suallara cavab tapmaq üçün mənbələri diqqətlə araşdırmaq lazımdır.

Yəhudilərə görə dünyanın göbəyi — Allah dünyanı yaradarkən onun Yerusəlim şəhərində əsasını qoyduğu təməl daşdır. Xristianlara görə də bu göbək daşı — Yerusəlimdə, Allahın qəbri olduğu mağaranın qarşısındadır. Yunan mifologiyası bu göbək daşını Omfal adlandırır. Baytil, yəni “Allahın evi olan daş”, bu mənbələrə görə — Apollon Allahın vətəni olan Delos adasındakı Klar şəhərindədir. Tövratda bu Baytil daşı Betel kimi qeyd olunur və Yaqub peyğəmbər bu daş haqda — “bura Allah Evindən başqa bir şey deyildir, bura göyün qapılarıdır!” — demişdir. Deməli, dünyanın göbəyi dedikdə — göydəki Allah Evinin yerdəki qapısı mənasında olan daş nəzərdə tutulur. İslamda Beytullah, yəni Allahın Betel Evi — Beytül-Maqdis və Beytül-Haram adlanaraq Yerusəlimə və Kəbə daşına aid edilir. Lakin indiki Kəbə daşı əsl Kəbə deyil, onun təqlididir. Çünki məşhur mühəddis Buxariyə görə əsl Kəbə — iki çayın birləşdiyi yerdən başlayan təpədədir!

Bəs dünyanın göbəyi bu gün hardadır və nəyə görə bir daş göbək adlanır? Əvvəl ondan başlayaq ki, bütün qədim yazılar — Tövratda - ilk insanların vahid “səfa dili” adlanan xüsusi məntiqlə yazılmışdır. Bizim sufizm kimi tanıdığımız bu rəmzlər dili Quranda — “Quş dili” adlanır. Biz də qədim rəmzlərə, onları yazan müdriklərin bu sufi məntiqi ilə yanaşacağıq.

“Allahın qapısı” rəmzi mənbələrdə Babil qülləsinə deyilir ki, “başı göylərə çatan” bu qüllə Xaldeyada tikilmişdir. Qədim mətnlərdə bu tikili “göy və yerin təməl evi” — Etemenanki adlanır. Sufizmdə bu rəmz göydəki Kənan torpaqları, yəni Göy Yerusəlimi anlamındadır. Bu məntiqdə Kənan rəmzi — ilkin materiya, İlah mənasını, Yerusəlim rəmzi isə “Asar aləmi”, yəni Qədim Misirin Osiris Allahının göydəki ölüm şahlığı deməkdir. Başqa sözlə, “Allahın qapısı” — Xaldeya göylərində İlahdan yaradılmış Osirisin ölüm şahlığı, yəni cənnətin yerdəki qapısıdır. Etemenanki zikkuratı tikilib qurtardıqdan sonra torpaqla örtülmüş və yeraltı mağaraya çevrilmişdir. Bu mağaranın ağzına daş qoyulmuşdur ki, bu daş iki dünyanın sərhəddi rolunu oynayır. Betel daşı məhz bu daşdır. Mənbələrdə bu mağara Sokaris, Qades, Aid və s. adlanır. Sonradan Qades rəmzi Qüds, yəni Yerusəlim, onun göylərində yaradılan Allah Evi isə Göy Yerusəlimi adlandırıldı.

Yunan mənbələrindəki Delos adası da sufi məntiqində — göy okeanındakı, göy sularındakı ada mənasındadır ki, bu da cənnətin rəmzidir. Qədim mənbələrdə Delos rəmzi Tilos kimi də qeyd olunur və şumer yazılarına görə burada Dilmun cənnəti yaradılmışdır.

Deməli, mənbələrdə “dünyanın göbəyi” dedikdə yaşadığımız fiziki dünyanın yox, xaldeylərin Xaldeya göylərində yaratdıqları ruhlar dünyasının — cənnətin göbəyi nəzərdə tutulur.

Tövratda Xaldeya rəmzi — Midiya İsmaililərinin Gelad eli kimi qeyd olunur ki, Allah bu eli — “Mənim Geladım” adlandırır. Ərəb mənbələri Geladı - Xelat kimi qeyd edir ki, bura Azərbaycan Atabəglər ailəsinin malikanəsi olmuşdur. Bu isə o deməkdir ki, cənnətin qapısı — Midiya maqlarının torpağındakı Azərbaycan Atabəglər ailəsinin malikanəsidir. Bu ərazilərdə Delos, Tilos rəmzi bu gün Talış kimi qalır ki, Türk mənbələrində bu dağ - Talas Allah dağı kimi məlumdur. Talış dağlarında Gelad, Xelat eli və ya Apollon Allahının Klar şəhəri — Gilar bəglərinin eli kimi tanınır. Xristian mənbələri bu Gilar bəglərini - Klir peyğəmbərləri və baxıcıları adlandırırdılar. Sufi məntiqində “Delfa orakulu” rəmzi də — “Delos klirləri” anlamında — “Talışın Gilar baxıcıları” fikrini ifadə edir.

Alban mənbələrində bu el — Alban Ərənşahlar nəslinin Gelarküni yurdu hesab olunur. Mənbələr Gelarküni nəslini Sisakan adlandırırlar ki, bu da Tövratda — “Allahın sakin olduğu Skiniya” mənasındadır. Allahla vəhdətdə olan məhz bu Ərən nəsli — Allahın Özünə qulluq üçün ayırdığı Aronun leviləri, yəni vəliləri nəslidir. Sufi məntiqində Gelarküni rəmzi Gelar-koen kimi oxunur ki, bu da yəhudilərdə Allahla bağlı ayinləri həyata keçirən kahinlərdir. Onların əsas işləri: göydə yaradılmış cənnətin həmişə var olması üçün fasiləsiz qurban mərasimləri keçirmək, bu odun saxlandığı Əhd sandığını qorumaq, Allahın adından xeyir-dua vermək və dinlə bağlı bütün məsələlərdə fətvalar vermək olmuşdur. Deməli, dünyanın göbəyi — mənbələrdə Gilarau adlanan mahaldadır. Məhz Gilar bəglərinin min illər boyu keçirdiyi qurban mərasimləri nəticəsində göydəki dünya axirətə qədər mövcud olmuşdur. Qədim Misir mətnlərində Gilar eli — Gel şəhəri adlanır ki, məhz burada Osiris Allahı və onun göydəki ölüm şahlığı — cənnət yaradılmışdır. Lakin mənbələrə görə axirətdə Osiris Allahı ölür və onun göydəki cənnəti də işıqda parçalanır. Bir də Əhd sandığı açıldıqdan sonra Osirisin göydəki şahlığı zühur edəcək və o diriləcəkdir.

Bütün bunlardan çıxan nəticə odur ki, dünyanın göbəyi — Azərbaycan göylərində yaradılmış cənnətin yerdəki qapısı rolunu oynayan daşdır.


Firudin Gilar Bəg 

Sufi-batin alimi 

28.12.2025

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Устная Тора глазами суфия-агадиста