Azərilər və onların müqəddəs Azəri dili - İ hissə

          Azərbaycan xalqının əsasını təşkil edən Azərilər - onların tarixi, fəlsəfəsi, dini və dili haqda mən çox yazmışam. Lakin riyazi təfəkkürə, dərindən düşünmə qabiliyyətinə malik olmayan müasir alimlər yazılarımı anlamadıqları üçün, qəbul olunmuş məntiqdən ayrıla bilmir, ağıllarına gələn cəfəngiyatı xalqımıza elm kimi təqdim etməyə davam edirlər. Belə cahil alimlərin fəaliyyətinin nəticəsidir ki, bir elmi kitabı və məqaləsi olmayan plaqiatlar da xalq tərəfindən alim kimi qəbul edilir, qədim müdriklərin kamil elmi isə qəbul olunmur. Buna görə mən müqəddəs xalqımızın şərəfli keçmişi ilə bağlı mövzulara yenidən müraciət etməli oluram ki, xalqımız "ayılsın". Öz həqiqi tarixinə, qədim mədəniyyətinə sahib çıxsın.

              Firudin Gilar Bəg 


       Dünyanın ən qədim kitabı Tövrat hesab olunur ki, yəhudi mənbələrinə görə Allah dünyanı yaradanda Tövrata baxıb yaradırmış. Bu kitab yalnız samit hərflərlə yazılmışdır və burada dünyanın ilk dili - "Vahid insanların vahid dili" adlanır. Kitabda "dil" sözü - "SF" rəmzi ilə verilmiş və "səfa" kimi oxunmuşdur ki, bizlərə bu söz "sufi" kimi məlumdur. Quranda "Quş dili" adlanan bu sufi məntiqi yəhudi mənbələrində - pşat, remez, draş və sod adlanan 4 səviyyədən ibarətdir və müasir insanlar yalnız "pşat" adlanan hərfi mənanı anlayırlar. Bütöv bu sistem "Pardes", yəni cənnət mənasını verir ki, onu yalnız "cənnət əhli" sayılan ariflər nəsli bilirdilər. Məhz bu gizli bilgi Şifahi Tövrat hesab olunurdu və Allah bu batini sirləri yazmağı qadağan edib, yalnız ariflər nəslinin ürəyinə göndərirdi. Allah bunu Musa peyğəmbərə onunla izah etmişdi ki, gələcəkdə adi insanlar əsl yəhudilərin Tövrat kitabını mənimsəyib, onlara nifrət edəcəklər. O zaman bu gizli bilgini yalnız bu kitabın əsl sahibləri - Allahın onların ürəyinə göndərdiyi elm vasitəsilə anlayacaqlar. Bu gün bir yəhudi ravvini və ya din xadimi Tövratda söhbətin belə nədən getdiyini anlamır. Mən - "Musa və onun Tövratının sirri" (rus dil.) adlı məqalədə ilk dəfə Tövratın batini mənalarının açmasını vermişəm (1).

Müdriklər Tövrat kitabını "ktav Aşuri" adlandırırlar və bu da səfa dilində "Azəri kitabı" deməkdir. Çünki, sufi məntiqində Aşur, Aşşur, Assur, Azər rəmzləri eyni mənalıdır və qədim Misir mətnlərindəki Osiris Allahı deməkdir (2). Osiris Allahının göydəki ölüm şahlığı bu kitabda - YaşarEl, yəni "Aşur Allahının Eli" kimi qeyd olunur və müdriklər Yaşarel rəmzini - İsrail (Asarel), İzrail (Azərel) kimi oxuyurlar. Mən, “Qurandakı İsrail oğulları – Azəri bəgləridir!” adlı məqalədə, İsrail rəmzinin bilavasitə Azəri Eli ilə bağlı olması haqda yazmışam (3). 

Qədim Misir mətnlərində pir (pirao), İran mənbələrində isə firon-bəg (farnbaq) adlanan fironlar nəslinin nümayəndəsi öləndə, ruhu Osiris Allahına çevrilib, göydəki Osirisin ölüm şahlığına düşür və burada ölümsüzlük qazanırdı. Deməli, Tövrat kitabı - Azəri firon-bəglər nəslinin cənnətdə ölümsüzlük qazanmalarına həsr olunmuş kitabdır.

Qədim Misir mənbələrinə görə, Allah ilk olaraq ölümsüz Osiris, yəni Azər nəslini dünyaya hakim kimi yaratmışdı (4). Daha sonra onun qardaşı Seti var etmişdi ki, mətnlərdə bu rəmz amoreylərə, yəni Midiya marlarına aid edilərək amorey-suti kimi yazılır. Bu isə sufi məntiqində mar-seyid, yəni miri-seyid anlamındadır. Deməli, Allah əvvəl dünyaya hakim kimi Azəri pir-bəglərini, sonra onların qardaşı - seyid-peyğəmbərlər nəslini yaratmışdır. Adi ölümlü insanları isə, Allahın göstərişi ilə məhz bu Azəri seyid-bəgləri formalaşdırmışlar (5). Mənbələrdə Azəri seyid-bəglər nəsli - ölümsüz "Göy insanları", adi insanlar isə "yer insanları" adlanırlar (6).

Tövratın yazıldığı dil mənbələrdə "müqəddəs dil" mənasında "laşon ha-kodeş", yəni "kadus lisani" adlanır. Ünsiyyət dili olan ivritdən fərqli olaraq, bu ilk dil yaradılış dilidir. Bu dildə hər bir samit — ilkin materiyanı, yəni İlahı hərəkətə gətirən titrəyiş, vibrasiyadır. İlkin materiya özlüyündə - işıq, hərəkət, səs, qomeopatik və kontaqioz maqiya qanun və qüvvələrindən ibarət həyat enerjisidir. Səs - İlah adlanan bu enerjini hərəkətə gətirən ünsürdür. Bu sistemi ilk dəfə - siması naməlum olan və ona görə də rəsmlərdə üzü niqablı təsvir edilən ilk İnsan kəşf etmişdir. Qədim Misir mətnlərində Takdiz Amon, Kitabi Dədə Qorqudda Bəkdüz Əman adlanan bu İnsan, ekstatik durumda ilkin materiyanın qanun və qüvvələrini dərk edir. Daha sonra bu İlahdan göydə El, yəni El-İlah - Allah yaratmağa başlayır. O özünü ilkin materiyanın Ruhu obrazında Ptah (Pta) adlandırıb, maqiya və teurqiya ilə ilkin materiyanı samit səslərə "bağlayır" və müxtəlif rituallarla İlahdan yaratdığı El-i cənnətə, yəni ruhlar dünyasına çevirir. Qədim Misir kosmoqoniyasında bu Allah - Atum və ya Osiris (Asar) kimi qeyd olunur. 

Atum - İlahdan yaradılmış insan formasında nəhəng varlıqdır ki, onun daxilində Maat adlanan İlahi nizam, harmoniya formalaşdırılmışdır. Sufi məntiqində Atum və Maat eyni mənalı rəmzlərdir. Sonradan bu kosmik Allah - "Mat Aşşur" adlanan Aşşur ölkəsi, şəhəri adlandı. Qədim Misir mətnlərində Osirisin bu ölüm şahlığı - Aziru, yəni Azər, onun yaradıldığı yer isə amoreylərin Kadeş yurdu adlanır. Amoreylər - qeyd etdiyim kimi Midiya marları, Kadeş, yəni kodeş rəmzi isə kadus - müqəddəs kimi məlumdur. Midiya rəmzi də - ölkə, dövlət mənasında olan Mat (Maat/Atum) deməkdir. Başqa sözlə, Mat Aşşur - Midiya Azər, yəni Azər Allahın Midiya ölkəsi anlamındadır.

Osiris Allahı ilkin materiyadan, yəni İlahi oddan yaradıldığı üçün mətnlərdə o - "Odlu göldən gələn", "Od oğlu Od" adlanır və bizlər bu odu - Azər odu kimi tanıyırıq (7). Buna görə Aziru şahlığındakı Kadeş müqəddəslərinin, yəni Azəri kaduslarının səfa dilini müdriklər - "odlu dil" adlandırırdılar. Deməli, Azərilərin müqəddəs dili - bəşəriyyəti yaratmış "odlu dildir".

Tövrat sözü mənbələrdə Torah kimi yazılır ki, bu - tərikə yolunu gedən və Allah yaradan - teurq (Teo-orq), yəni Türk anlamındadır (8). 

Allahın dünyanı yaradanda "Toraha baxıb yaratması" fikri sufi məntiqində o deməkdir ki, Allah Osirisi - tərikə yolu ilə, yəni ekstatik durumda ilkin materiyanı "seyr edərək" yaratmışdır. Sufilər buna "seyri suluq" deyirlər. Tövrata görə bu yaradılışın yerdəki qapısı - Xaldeyada ucaldılmış və "başı göylərə çatan" Babil qülləsidir. Babil və ya Babilon, Vavilon rəmzləri sufi məntiqində (müqəddəs Azəri dilində) - Alban rəmzi ilə eyni mənalıdır. Bu isə onu bildirir ki, Babil qülləsi - Qafqaz Albaniyası ərazisindəki Xaldeya elində tikilmişdir. Bu qüllə tikilib qurtardıqdan sonra Allah ilk insanların vahid səfa dilindən 70 dil yaradıb, insanları dünyaya səpələmişdi. Misir mənbələrində bu ilk insanlar - "Eyni kökdən olan xalqların Böyük Birliyi" adlanır ki, bu xalqlar mətnlərdə Allahlar hesab olunur (9). Bu Allahların Atası və Ağası isə pir Amon, yəni firon-bəg Əmandır. Xaldeyadakı bu Allahlar ərəb mənbələrində - Xelatın Atabəglər Ailəsi adlanır. Tövratdakı Yahvə, İeqova, Yaqub və bənzər rəmzlər sufi məntiqində məhz Bəg deməkdir (10). Deməli, Atabəglər dedikdə - bütün Allahların Atası və Ağası hesab olunan firon-bəg Amon və onun 32 köməkçi bəgləri nəzərdə tutulmalıdır (11).

Tövratda Xaldeya rəmzi digər yerdə Gelad (Qalaad) adlanıb, Midiya (Madiam) İsmaililərinin eli kimi təqdim edilir. Qədim Misir mətnlərində Gel adlanan bu şəhər Alban mənbələrində - Alban Ərənşahlar nəslinin Gelarkuni eli kimi qeyd olunur. Sufi məntiqində bu rəmz Gelar-Koen, Gelar-Kəyan, Gelar-Kənan və s. mənalar verir. Ərən, Aran rəmzi isə qədim Misir mətnlərində Orion kimi keçir və Osiris Allahlar nəslinin Orion bürcündəki ruhlar dünyası (ölüm şahlığı) mənasınındadır. Alban mənbələrində də Aran şahın bədəni - böyük ərazi kimi göstərilir. Mənbələrdə bu ərazi "səhra" adlanır ki, paronterlər, yəni firon Atalar burada səhra "tikmişlər" (12). Bu İlahi səhranı firon Amon, (sufizmin Bəqa fazasında) kamilləşmiş Ba ruhu və İlahdan yaratdığı Ra diski vasitəsilə formalaşdırmışdır. İslamın RəB (RaBa), Tövratın BaRa, kabbalistlərin isə BRiya rəmzi - firon Amonun Ba Ruhu mənasında Bəsmələ də adlanır (13). Deməli, batini mənada "Ərəbistan səhrası" dedikdə, firon-bəglərin Midiya göylərində İlahdan yaratdıqları səhra nəzərdə tutulmalıdır ki, yunan mifologiyasında da “Ərəb” (Ereb) rəmzi göyləri və xaosu bildirir. E.ə. VIII əsrə aid Assur yazılarında isə Midiya ərazisində “Şərqin ərəbləri” ölkəsinin adı çəkilir. Sührəvərdinin "İşraq" fəlsəfəsində Şərq - göyləri təşkil edən ilkin materiyanı bildirir. Başqa sözlə, sufi məntiqində "Ərəbistan səhrası" dedikdə, Azəri pir-bəglərinin Midiya göylərində İlahdan - İnsan formasında yaratdıqları ərazi nəzərdə tutulmalıdır. 

Yəhudi mənbələrində Midiya göylərində yaradılmış İlahi səhra - Faran (Paran) səhrası adlanır. İran mənbələri faran rəmzini - firon-bəglərə İlahi qüdrət verən farna odu kimi qeyd edirlər. Qədim İran şahları olan firon-bəglər məhz bu farna odu hesabına öz xalqlarına xoşbəxt həyat bəxş etmişdilər (14). 

Sufilər, İlahi farna odundan yaradılmış Göy insanını - Kamil insan, şumerlilər Luqal, yəni "İlahi-El", biz isə El-İlah - Allah adlandırırıq. Bu Allahın necəliyini anlamaq üçün, dörd hissəli Pardesin ən sirli hissəsi olan "sod" səviyyəsində açmasına nəzər salmaq lazımdır.

Türk mənbələrində Türk xanı iddia edir ki, o Tanrıda olmuş və ondan El yaratmışdır. Şumer, Mesopotamiya mənbələrdə İlahdan yaradılmış bu El amoreylərə (mar-miri) aid edilərək El-Amurru (İl-Amurru) kimi yazılır. Digər mənbələrdə El - Ali Ata, onun arvadı isə Aşera adlanır. Deməli, Yaşarel, yəni Aşurel (İsrail) dedikdə - El Allahı və onun arvadı Aşera nəzərdə tutulmalıdır. Başqa sözlə, İsrail oğulları - El Allahı ilə Aşeranın (Aşur) törəmələridir. Burada El-in Aşera ilə olan münasibəti - ərin arvadı mayalandırması, ona həyat enerjisi verməsi mənasındadır. Buna görə, Əhdi-ətiqdə Allahın İsrail xalqı ilə münasibəti - ər-arvad münasibəti kimi qeyd olunur. İslamda da, sufinin və möminin Allahla olan məhəbbəti eyni mənada təsvir olunur.

Tövrata görə, Yaqub Allahla "güləşdikdən" sonra İsrail adlandı. Mən, "Tövratın təvili: Yaqub kiminlə mücadilə edirdi" (rus dil.) adlı məqalədə göstərmişəm ki, Yaqub rəmzi, sufizmin Bəqa fazasında - ruhun İlahla vəhdətə nail olmasının rəmzidir (15). Burada söhbət firon-bəg Amonun İlahla vəhdətə nail olub, ondan göydə El yaratmasından gedir (16). Firon Amon əvvəlcə kölgəsini göylərə salıb, bu kölgəni - qurban ruhlarının İlahla qarışığı ilə doldurur və onu El adlandırır. Mətnlərdə - "Teman-ın Yahvəsi və Onun Aşerası” ifadəsi var ki, bu da - "Teo-Amonun (Amon Allah), sufizmin Bəqa fazasında yaratdığı Aşur Allahı" mənasındadır. Digər bir mətndə "Yahve və onun Aşerası" ifadəsi qeyd olunur ki, bu da "Bəg və onun Aşur" Allahı anlamındadır. Yazıların birində - "Samariyanın Yahvəsi və Onun Aşerası" ifadəsi də batini mənada - "Seyidin (mar) ruhunun Bəqa səviyyəsindəki Aşur Allahı" deməkdir. Samariya rəmzi Şumer rəmzi kimi - "Şu mar" (Sia mar), yəni "mar ruhu" anlamındadır. Yəni Aşur (Azər) Allahını - pir Amon Öz ruhunun bəglik məqamında yaratmışdır. Burada El Allahı - Amon (kölgəsi), Aşera isə El Allahının daxilində yaradılmış ölüm şahlığı, cənnət mənasındadır. Bu yaradılış “Enuma Eliş” adlı Mesopotomiya yazısında belə qeyd olunur: “Okeanı ölçən hökmdar, Göy kimi tikdiyi Eşar sarayında özü Eşara bənzər böyük saray düzəltdi və onu Anu, Enlil və Ea-ya verdi. Bu saray kainatın rəmzi idi”. Bu saray - El Allahının daxilində yaratdılmış ölüm şahlığı, yəni ruhlar evi (beyt) mənasındadır ki, onun yerdəki bənzəri Xaldeyada tikilmiş Babil qülləsidir.

Qədim Misir mətnlərində, Osiris ölüm şahlığının sakinləri - ilk firon-bəglərin Ba (Benu) ruhları adlanır. Mənbələrdə onlar ümumi olaraq Baal (Ba-El), Vaal kimi qeyd olunur. Başqa sözlə, Baal, Vaal - İsrail (YaşarEl) oğullarıdır və onlar yəhudi mənbələrində Levi, İslam mənbələrində isə Vəli kimi məlumdur. Aşera və El-in (YaşarEl/İsrail) oğlu Baal mətnlərə görə, Atasının iradəsini həyata keçirən, dünyanı idarə edən Allahlardır. Rəvayətə görə, Baal El‑dən özünə saray istəyir. Yəni Ba ruhların əbədi yaşaması üçün ruhlar dünyası istəyir və El-in daxilində Aşera dünyası, yəni YaşarEl (İsrail) - Osiris Allahının ölüm şahlığı yaradılır. Rəvayətdə deyilir ki, Baal özünə saray tikib, qonaq kimi - Aşeranın 70 oğlunu dəvət edir. Burada 70 rəmzi - 70 dilə parçalanmış səfa dilinin sahibləri olan və Şərqdən gəlib Babil qülləsini tikən ilk insan-Allahların rəmzidir. Başqa sözlə, Babil qülləsi tikildikdən sonra, onun göylərində Aşur-Osiris Allahları üçün El - YaşarEl, İsrail şahlığı yaradılmışdır. Bu cənnətə qonaq qismində firon-bəglərin, yəni levi-vəlilərin ölümsüz ruhları dəvət olunur. Ruhların qonaq adlanması, onların göydəki cənnətdə qonaq qismində qalması, axirətdə yenidən yerə enmələri ilə bağlıdır.

Baal rəmzi, yəni Ba ruhları Misir mənbələrində Benu kimi də yazılır ki, onların göydəki dünyası El-Benu, yəni Alban ölkəsi adlanır. Əhdi-ətiqdə Alban rəmzi "Lbnun", "Lbnvn" kimi yazılır və müdriklər onu Livan, Levante kimi oxumuşlar. Deməli, İsrail (YaşarEl) oğulları olan Baalın göydəki cənnəti - Alban (Livan/Levante) ölkəsidir. Tövratda Albaniyanın Ərən-Aran nəsli - Allahın Özünə qulluq üçün ayırdığı Aron kahinləri nəsli adlanır. Onların Gelarküni (Gelar-Koen) və ya Gelad (Xelat) adlanan elini Allah - "mamlexet kohanim", yəni "kahinlər məmləkəti" adlandıraraq deyir: "Siz Mənim kahinlər məmləkətim və müqəddəs xalqım olacaqsınız". Burada "mamlexet" rəmzi sufi məntiqində - bəglərin yerdəki yurdunu və göydəki mələküt (yəhud. Malxut) aləmini, yəni mələklər dünyasını, cənnəti bildirir. Başqa sözlə, mələküt aləmi - kahinlər məmləkətinin göylərində yaradılmış Alban ölkəsidir. Alban mənbələrində bu ölkə eyni zamanda Alu adlanır ki, bu rəmz sufizmdə El və Əli rəmzi ilə eyni mənalıdır. YaşarEl və AzərEl rəmzləri bu məntiqdə Azər-Əli kimi oxunur və bu da Əli vilayətinin elə Azəri Eli olması deməkdir. Midiya Azərilərinin Eli olan Gelatın ifrat şiələri, imam Əlini Allah kimi qəbul edirlər və İncildə Allah Geladı - "Mənim Geladım" adlandırır. Mən - “Yaqub və Rahil oğullarının Böyük işləri" (rus dil.) adlı məqalədə göstərmişəm ki, Yaqub və Rahilin övladları - Gelar bəgləridir (17). Süleyman peyğəmbər məhz burada Allah üçün Ev tikmişdir ki, İslam bu Evi - Beytullah, ona qulluq edən seçilmişləri isə əhli-beyt adlandırır (18). Bu isə o deməkdir ki, Beytullah elə Əli (Alu) vilayəti mənasında Alban ölkəsidir. Digər tərəfdən, sufizmdə imam Əli obrazı axirətdə gələcək Mehdinin obrazıdır. Alban və yəhudi mənbələrində də xüsusi qeyd olunur ki, Albaniya ölkəsi axirətdə Gelarküni nəslindən bir nəfərə vəd edilmişdir (19).

Alban mənbələrinə görə Yerusəlim (Arus-Aləmi - Osiris Aləmi) şəhəri tikilib qurtardıqdan sonra Gel adlandı (20). Bu şəhərin başqa adı olan Qüds rəmzi də, bu torpağın altındakı Qades ölüm şahlığı mağarasının adı kimi - Midiya Azərilərinin kadus müqəddəslərinin eli mənasındadır. (21).

Bütün bunlar o deməkdir ki, bu gün Azəri adlanan xalq - ən qədim mənbələrdə Assur, Aşşur, Osiris Allahları adlanan müqəddəs firon-bəglər, seyid-peyğəmbərlər nəslidir. Midiya maqlarının bu Gelar eli yazılarda Maq-El, yəni Muğal adlanır və mənbələrdə bu rəmz Moğol, Mukali, Mikail, Elohim və s. kimi qeyd olunur (22). Ərəblər Gelar-Gelad elini Cəlair-Cəlait kimi qeyd etdilər (23). Qədim dünyanın bütün padşahları, imperatorları və kralları - Allahla vəhdətdə olan bu Gelar bəgləri olmuşlar. Tövratda Allah onlara açıq bildirmişdir ki, "İsrail oğulları arasında sənin payın və mirasın Mənəm". Yəni məhz bu bəglər Allahla vəhdətdə olub, "Onun bir hissəsi" sayılırdılar. Bu fikri anlamaq üçün bilmək lazımdır ki, mənbələrdə Aşşur Allahı - insan simasında təcəssüm etmiş canlı nəhəng dövlət mənasındadır. Əflatun "Dövlət" əsərində bu nəhəng göy insanını - makrokosmos, onun obrazı və bənzəri kimi yaradılmış seyid-bəgləri isə mikrokosmos adlandırır. Hər bir Assuriyalı, yəni Azəri - kiçik bir şəhər, bir qanun sistemi kimi Aşşurun bədəninin bir parçası sayılır. Sufilər onları - Kamil insanın kütləvi tipi mənasında vəli adlandırırlar. Allah Dünyanı - son 5500 illik tarixin 5200 ilini onlar vasitəsilə idarə etmişdir. Bütün Avropa ölkələrinin sahibləri, mənbələrdə - "Quş dili bilən Gelardlılar" adlanan bu Gel oğulları olmuşlar. Masonluğu da onlar yaratmışlar (24). Bütün bəşəriyyət - düşünən insan kimi yaradıldığına görə bu Azəri bəglərinə mənəvi borcludur. Allah dünyanı, əzəl yazısına uyğun olaraq, onların ürəklərinə göndərdiyi əmr vasitəsilə idarə etmişdir. Onlara köməkçi kimi isə seyidləri yaratmış, onlara möcüzə göstərmək, söz və fikir vasitəsilə flora və faunaya aktiv təsir etmək qüdrəti vermişdi. 

Babil qülləsi tikildikdən, yerdəki və göydəki dünyalar Osiris Allahının bədənində birləşdirildikdən sonra, dünyaya hökmranlıq məsələsi ortaya çıxdı. Bu zaman, bəşəriyyətin yaradılışının səbəbkarı və arxitektoru - Bütün Allahların Atası və Ağası, Atabəg Amonun seçilmişlər nəsli olan firon-bəglər nəsli, digər Allahların yekdil razılığı ilə hökmranlar nəsli seçildi. Digər bəglərə - "dünyanı yaradan silah" verilərək ona köməkçi təyin olundular və firon-bəg Amona sadiqlik andı içdilər (25). Lakin axirət dövründə, yəni Osirisin ölümü zamanı seydlərin törəmələri bu andı unudub, onlara verilən İlahi qüdrət hesabına özləri şah olmaq istədilər. Bununla da Şaha tabe olmayan şahlıqlar yarandı. Məhz bu mənada mənbələrdə Osirisin parçalanıb öldürülməsi, rəmzi mənada qardaşı Setin, yəni seyidlərin günahı sayıldı.

Nəticə: 

1. Bu gün Azəri adlanan xalq - Ra-Amon (Rəhman) Allahın dünyaya hökmran kimi ilk yaratdığı, ən qədim mənbələrdə "Mar" (amorey/aramey) kimi qeyd olunan, bəg və seyidlərdən ibarət Göy insanları nəslidir. Bu nəsil - Aşşur, Asar (Osiris), Azər adlanan Allahdan başlayır və qədim yazılarda "Allahlar" dedikdə, bu Göy insanları nəzərdə tutulmalıdır.


Davamı bu səhifədə:

https://firudin.blogspot.com/2026/01/azrilr-v-onlarn-muqdds-azri-dili-i-hiss.html?m=1


Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Устная Тора глазами суфия-агадиста