Ərəbi fəlsəfəsində Məhəmməd peyğəmbərin mahiyyəti
Bu günkü müsəlmanlar Məhəmməd peyğəmbər haqqında həqiqətləri bildiklərini düşünürlər. Əslində isə onlar peyğəmbərimiz haqqında demək olar ki, heç nə bilmirlər. Onların bildikləri - Quranın, hədislərin zahiri, yəni hərfi mənalarından öyrəndikləri və mollaların, dinşünasların nağıllarından başqa bir şey deyildir. Bu molla və dinşünasların İslam dahilərinin kitablarından demək olar ki, xəbərləri yoxdur. Məlumatı olanlar da heç nə başa düşmədikləri üçün susurlar. İslamın ən dahi alimləri Əbu Həmid əl-Qəzali, Mühiddin ibn Ərəbi, Abdulkərim əl-Cili və s. kimi sufilər olmuşlar ki, onlara görə Məhəmməd peyğəmbər - göydə İlahi nurdan yaradılmış kosmik insandır. Kainatın sabitliyi və qayda-qanunu ondan aslı olmuşdur. Mənbələrdə o - "Haqq (Həqiqə) Məhəmməd", yəni "Allah Məhəmməd", "iki dünyanın sahibi" və s. adlanır. Bu rəmzlər isə bilavasitə qədim Misir kosmoqoniyası ilə bağlıdır. Belə ki, qədim Misir mətnlərində iki dünyanın ağası - firon Napatlı Amon, kosm...