Сообщения

Сообщения за июнь, 2026

Azərbaycanın bilmədiyimiz həqiqi tarixi

        Azərbaycan tarixi haqda fikir bildirməkdən əvvəl, bu adın kökünü təşkil edən Azər sözünü tarixdə araşdırmaq lazımdır. Quranda Azər - İbrahim peyğəmbərin atası adlanır ki, bu kitabda o bütləri İlahlara çevirən Tanrı kimi qeyd olunur (1). Şumer və Mesopotamiya mənbələrində bu ad - Asarluhi, yəni Azər-İlahi adlanır. O eyni zamanda Marduk, yəni marların - midiyalıların Tanrısı olaraq Enkinin oğlu kimi çıxış edir. Enki isə Abzu dirilik suyundan göydə Ev yaradıb, onun əksini yerdə var etmişdir. Dirilik suyu dedikdə mənbələrdə - efir, İlah, yəni ilkin materiya nəzərdə tutulmalıdır. Başqa sözlə, İbrahim peyğəmbərin babası Enki, dirilik suyundan Abzu Evi yaradan Allahdır ki, bu Abzu Evi Midiya maqlarının ölkəsində yaradılmışdir. Enkinin Midiyadakı Evi Tövratda Gelad İsmaililərinin eli ilə bağlıdır ki, Əhdi-ətiqdə Allah Geladı - "Mənim Geladım" adlandırır. Geladın ismaililəri isə bu kitabda - Aqar, yəni Həcər, Qacar nəsli kimi qeyd olunur. Aqar nəsli ən qədim Misir mət...

Sufi məntiqində Meyxana səviyyəsi

      Meyxana - bədahətən söz demək istedadı, hazırcavablıq və ağıl tələb edən janrdır. Bu janrın kökünü və əsl mahiyyətini anlamaq üçün əvvəlcə onun qədimliyinə, geniş yayılma arealına fikir vermək lazımdır. Bədahətən şeir həm ərəb, həm də fars ədəbi mühitlərində ən yüksək sənətkar ölçülərindən biri olmuşdur. Deyilənə görə İranın şah saraylarında belə yarışmalar keçirilirmiş. Klassik ərəb ədəbiyyatında meyxanaya bənzər janr "münazirə" adlanır ki, bu zaman söz yarışının birinci nümayəndəsi, özünün, nəslinin qəhrəmanlıqlarını, əsil-nəcabəti və s. üstünlükləri ilə poetik dildə fəxr edir (müfaaxirə). Əks tərəfi isə aşağalayır ki, bu da hica adlanır. İki şair şeirlə bir-birinə üstünlüklərini qafiyə, məntiq və söz oyunu vasitəsilə sübut etməyə çalışırlar. Belə söz ustadlarından biri Əl-Mütənəbbi (915-965) sayılırdı ki, onun haqqında - "o rahatca yatar, qafiyələr onun kipriklərindən süzülərdi" deyirdilər.  Bənzər janr Yunan və Roma mənbələrindən də məlumdur. Kipr yunanla...

Qurandakı "Allahın baldırının açılması" ayətinin təvili

        Bu gün sosial şəbəkələrdə müzakirə olunan Quran ayələrindən biri də "Qələm" surəsinin 42-ci ayətindəki bu ifadədir: "Baldırın açılacağı gün səcdə etməyə çağrılacaqlar, ancaq bunu bacarmayacaqlar". Bu ayəni anlamaq üçün əvvəlcə bilmək lazımdır ki, Zümər (Zümrə) surəsinə görə, Quran kitabı iki mənalı, yəni zahiri və batini mənalı hədislər kitabıdır (2). Batini mənada bu o deməkdir ki, bu kitabda yazılanları, Quranda "anlayan tayfa" adlanan zümrə ikili mənada yazmışlar və onu yalnız o zümrədən olanlar anlaya bilər. Deməli, biz baldırla bağlı ayəni tam anlamaq üçün, zahiri mənalarla bərabər, mütləq batini mənaları da açmalıyıq.  Allahın Baldırının açılması ilə bağlı ayənin tam batini mənalarını verməzdən əvvəl, İslam aləminin ən məşhur alimlərindən biri olan Mühiddin ibn Ərəbinin "Füsusül Hikəm" kitabındakı bu haqda fikirlərinə nəzər salaq. Kitabda baldırın açılması - qiyamət günü sirr pərdəsinın qalxması, Allahın, Onun haqda bilinənlərdən ba...