Xızır peyğəmbər – Odlu göldən gəlmiş Azər Allahıdır
Xızır peyəmbər haqda rəvayətlərdə çox məlumatlar
verilir. İslam mənbələrində Xızır peyğəmbər – çətinliyə düşənlərin köməyinə
çatan, insan cildinə girə bilən, möcüzələr göstərmək qabiliyyəti olan ölümsüz
müqəddəsdir. Mənbələrdə digər adı Xızır-Nəbi və Xıdır-İlyas kimi də keçir. Novruz bayramında keçirilən törəndə Xızır peyğəmbər
odla əlaqələndirilir. Törəndə - “Xızır, Xızır Xız gətir, var dərədən od gətir” deyən
insanlar, Xızırın – İlahi “Xız” odu ilə bağlılığına inanırdılar.
Sufi-batinilərdə Xız (XZ) rəmzi,
Novruz törəninin digər iştirakçısı olan Kosa (KS) rəmzi ilə eyni mənalı olub,
yunanların Xaos (XS) rəmzi ilə də eynilik təşkil edir. Ən qədim Misir yazılarında “KZ”, “XZ” və s. oxşar rəmzlər həyat
enerjisini, yəni ilkin materiyanı - İlahi odu bildirirdi. Deməli, Xızırın Xız İlahi
odu elə Prometey tərəfindən yerə gətirilmiş İlahi odun, yəni ilkin materiyanın rəmzidir
ki, batinilərə görə məhz bu enerjinin hesabına, düşünmə qabiliyyəti olmayan insan
- kamil insana (Homo sapiens) çevrilmişdir.
Ən qədim Misir yazılarında İlahi od – Osiris (Asar) Allahına aid edilir və mətnlərədə
o özünü “Odlu göldən gələn”, “Od oğlu Od” və s. adlandırır. Misirşünas U.
Bac, “Ölülər kitabı”nda odla bağlı olan Osiris Allahını – “Ptah-Seker-Azar”
adlandırır. Mətnlərin birinə görə, bu od Abtudan qalxır və Osirisin bədənini alovlandırır.
Buradakı Ptah rəmzi digər mənbələrdə Pta/Pat/Apet/Afet/Yafət kimi, Seker rəmzi
– Sokar/Ərsak kimi, Azar isə Asar/Assur/Aşşur/Azər və s. kimi də yazılır. Deməli,
Osiris Allahının digər adı – “Yafət-Ərsak-Azər”dir və Osiris odu da, mənbələrdəki
Azər odudur. Abtu (BT) rəmzi isə digər qədim yazılarda “ev” mənasını verən
Bit/Beyt (BT) rəmzidir. Deməli, Xızırın Xız İlahi odu həm də İslam Beyti ilə
bağlıdır.
Qurana görə, İlahi odla bağlı olan ev, Azər oğlu
İbrahim peyğəmbər üçün tikilmiş və ora cənnət ölkəsinə çevrilmişdir. Bu evin tikilişi isə Quranda Musa peyğəmbərə aid
edilir (Quran, 37:97, 21:69, 2:126-128, 20:10-13, 27:7). Tövrat, Musa peyğəmbərin
göydən gətirdiyi İlahi oddan yaratdığı cənnəti - Allahın sakin (Skinya) olduğu
“Vəhy çadırı” adlandırır. Tövrata görə, Qurbangahda möcüzəvi surətdə yanmağa
başlamış bu müqəddəs od, bura mütəmadi tökülən qurbanların qanı hesabına həmişə
yanır və tüstüsü göylərə qalxır (Библия, Исх.13:21, 40:38, Числ.9:15-23, Лев.6:12,13). Bu isə o deməkdir ki, İlahi od - qurbangahla,
qurban ruhları vasitəsi ilə əldə edilmiş və ondan cənnət yaradılmışdır. İslam
dahilərindən olan Mühiddin ibn Ərəbi də “od” dedikdə cənnəti nəzərdə tutur ki,
burada yüksək əbədi səviyyələri olan elçi və peyğəmbərlər olurlar. Qurana görə,
Allah da İlahi oddan yaranmış Nurdur. Quranda qədim Misirin Ra günəş diski – “içində
Nur olan şüşə Ulduz” kimi rəmzləndirilmişdir (Quran, 24:35). Belə çıxır ki,
İlahi odla bağlı olan qədim Misir Allahı Ra-Amon, elə islamın Rəhman
adlandırdığı Allahdır. Rəhman Allahın ərşə yüksələrək oranı tutması da, firon
Amonun - Ra-Amon (Rəhman) Allahına çevrilməsi mənasındadır. Bu haqda daha geniş
məlumat – “Rəhman Allahın ağlasığmaz sirləri” adlı məqaləmdə vardır (http://gilarbek.blogspot.com/2012/03/rhman-allahn-aglasgmaz-sirlri.html).
Bütün bunlar onu deməyə əsas verir ki, “İlahi odla
bağlı ev” dedikdə, qurban ruhlarından yaradılmış ev və ya çadır formasında olan
məkan nəzərdə tutulmalıdır. Cənnət mənasında olan bu ev və ya çadır - ilkin
materiyada, yəni göylərdə odlu ada kimi də təsəvvvür edilir.
Məşhur sufi alimi Mühiddin ibn Ərəbi Xızır-İlyası – İdris-İlya
peyğəmbər adlandırır və bildirir ki, O – Göy kürəsinin mərkəzində, Günəş kürəsində
dincəlir. İbn Ərəbiyə görə, İdris-İlya - Livan (Lubana/Alban) dağı ilə bağlı
olan “odlu ayğır”dan qopmuş, ehtirası tərk edərək “təmiz ağıl”a çevrilmiş
Allahdır (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl.22). Başqa sözlə, Xızır peyğəmbər
Quranda - “İçində Nur olan şüşə Ulduz” kimi rəmzləndirilmiş Günəş kürəsi
formalı Odlu şardır. Bu isə elə qədim Misirin Ra (Ra-Amon) günəş Allahıdır.
Xızırın, yəni İdris-İlyanın Livan/Alban rəmzi ilə bağlı olması və
mənbələrdə Xızır-Nəbi adlanması, onun qədim Misirin Benu (ElBenu=Alban) rəmzi
ilə bağlılığı deməkdir. Qədim Misirdı Benu quşu – ölmüş insanın ölümsüzlük
qazanmış Ba ruhunu bildirir. İslamda Ba rəmzi Bəsmələ kimi qeyd olunur və
Billah (Ba-Allah), Vallah (Va-Allah) kimi də məlumdur. Başqa sözlə, Günəş
kürəsində ölümsüzlük qazanmış Xızır peyğəmbər elə qədim Misirdəki pir/firon
Amonun (Əman) Ba ruhudur. Rəsmlərdə Xızırın su və ya balıq üzərində təsvir
olunması da, insan təfəkkürünün və ruhunun balıq rəmzi ilə qeyd olunması
mənasındadır.
Sufizmdə Xızır/Hızır rəmzi – Hü-Azər kimi açılır ki, buradakı “Hü” rəmzi
ilkin materiyanı, yəni İlahı - İlahi odu bildirir. “Hü” İlahi odu adi insanların
gözlərinə görünmir. Onu yalnız ekstatik durumda - qamlıq, şamanlıq məqamında
görmək olur. Buna görə də Hızır rəmzi bəzən də Azər kimi yazılır. Qədim
mənbələrdə də Hazarapat, yəni Xızır-Yafət rəmzi digər mənbələrdə Azarapat, yəni
Azər-Yafət kimi qeyd olunur.
Yadıqlarımızdan belə çıxır ki, bizim Xızır peyğəmbər kimi tanıdığımız İlahi
Varlıq elə ölümsüzlük qazanmış Azər – Asar (Osiris) Allahıdır. Azər Allahının “törəmələri”
isə İlahla vəhdətdə olan Xəzər türk bəgləridir ki, sufizmdə Xəzər rəmzi də
Xızır/Azər rəmzi ilə eyni mənalıdır. Ən qədim mənbələrdə bu insanlar adi – yer
insanından fərqli olaraq Göy insanı, yəni Göy türklər adlanırdı. Türk mənbələrində
bu bəglər – “Şad Apıt bəgləri” kimi keçir ki, bu da “Seyid Yafət bəgləri”
deməkdir. Dilimizdəki “Həzrət” rəmzi də - “Hızır-Ata” mənasında məhz Azəri
müqəddəs əsilzadələrinə aid edilir. Türk bəglərinin Azər/Xızır şahı isə
mənbələrdə - “Göydə Tanrı tək Tanrı yaratmış”, “Tanrı tək Göydə yaranmış”
bilici türk xanı adlanır və s.
Bütün bunlar haqda daha geniş məlumatlar, kitab və məqalələrimdə
verilmişdir.
Firudin
Gilar Bəg
Комментарии
Отправить комментарий