Qədim mənbələrdəki Yəmən ölkəsi haradır?
Bu yazıda biz "Yəmən" rəmzinin batini mənasını araşdıracağıq. Bu gün Azərbaycanın bir çox rayonlarının yaşlı əhalisi i ddia edirlər ki, əcdadları Yəməndən Azərbaycana gəlmişlər. Onların hamısının da əhalisi təmiz türklərdir. Əcəba, doğrudanmı Azərbaycanın qədim sakinləri indiki Yəməndən gəlmiş ərəblər olmuşlar? Bəs qədimdə Yəmən dedikdə hara nəzərdə tutulub? N. Gəncəvi «İsgəndərnamə»də Yəməni İsgəndərin vətəni adlandırır və millətimizə İsgəndərin övladları deyir. Katib Çələbi isə qeyd edir ki, Zülqərneyn - Makedoniyalı İsgəndər yox, Yəmənin Himyar şahıdır və İbrahim peyğəmbərin dövründə yaşamışdır. Əl Məsudi bildirir ki, Misir piramidaları Yəmən tayfası sayılan Ad oğlu Şəddadın nəsli tərəfindən tikilmişdir. Qeyd etmək lazımdır ki, Himyar adı batini mənada - Homer, yəni «Qamər» fikrini ifadə edir ki, buradakı «Qam əri» - qam-şamanlıqla göydə ruhlar dünyasını yaradan Misir piri/fironu Əman mənasındadır. Deməli, Yəmənin Himyar şahı dedikdə "Qamlar şahı Əman (Amon)"