Qədim mənbələrdəki Yəmən ölkəsi haradır?

Bu yazıda biz "Yəmən" rəmzinin batini mənasını araşdıracağıq.
Bu gün Azərbaycanın bir çox rayonlarının yaşlı əhalisi iddia edirlər ki, əcdadları Yəməndən Azərbaycana gəlmişlər. Onların hamısının da əhalisi təmiz türklərdir. Əcəba, doğrudanmı Azərbaycanın qədim sakinləri indiki Yəməndən gəlmiş ərəblər olmuşlar? Bəs qədimdə Yəmən dedikdə hara nəzərdə tutulub?
N. Gəncəvi «İsgəndərnamə»də Yəməni İsgəndərin vətəni adlandırır və millətimizə İsgəndərin övladları deyir. Katib Çələbi isə qeyd edir ki, Zülqərneyn - Makedoniyalı İsgəndər yox, Yəmənin Himyar şahıdır və İbrahim peyğəmbərin dövründə yaşamışdır. Əl Məsudi bildirir ki, Misir piramidaları Yəmən tayfası sayılan Ad oğlu Şəddadın nəsli tərəfindən tikilmişdir. Qeyd etmək lazımdır ki, Himyar adı batini mənada - Homer, yəni «Qamər» fikrini ifadə edir ki, buradakı «Qam əri» - qam-şamanlıqla göydə ruhlar dünyasını yaradan Misir piri/fironu Əman mənasındadır. Deməli, Yəmənin Himyar şahı dedikdə "Qamlar şahı Əman (Amon)" nəzərdə tutulmalıdır. Onun İbrahim peyğəmbərin dövründə yaşaması isə, Əmanın eyni zamanda «Əvrə-qam», yəni bütün seçilmişlər-yəhudilərin də «baş qamı» olması deməkdir.
Mənbələrdə Yəmən rəmzi «Sağ tərəfdəki ölkə» və «xoşbəxt ölkə» deyilir ki, bu da onun «ruhlar dünyası» mənasını verməsinə işarədir. Çünki, qədim Misir mənbələrində məhz ruhlar dünyası - «xoşbəxt, rahatlıq ölkəsi» adlandırılırdı. Ərəblər ümumiyyətlə, Orta Asiyaya «çaydan o biri sahildə olan» deyirlər ki, bu da o biri dünya mənasındadır. Yəmən ətrafında Ümman adlı ölkənin varlığı, Əqəba körfəzindən Mədinəyə gələn tək bir yolun isə xüsusi qeyd olunması onu göstərir ki, Qaba aləm burada Əqəba kimi, Midiya - Mədinə kimi göstərilir. Yəmən rəmzi isə burada Ümman dəryası mənasında Midiyanın Sünik göylərində yaradılmış Qeyb aləmi deməkdir və bu haqda biz çox yazmışıq. Deməli, qədimdə Yəmən rəmzi İran ərazisinə aid edilmişdir.
Təbəriyə görə, İranda Yəmən sepəhbudluğu olmuşdur ki, sepəhbud rəmzi batinilərdə - "Sifin sofiya müdrik pirlərinin İlahi Beyti" deməkdir. Təbəri yazır ki, I Xosrov taxta çıxanda, İran 4 Sepəhbudluqdan ibarət olmuşdu: «Şərq Sepəhbudluğu - Xorasan və qonşu torpaqlardan ibarət idi, Qərb (Məqrib) Sepəhbudluğu, Cənub (Nimruz), yəni Yəmən Sepəhbudluğu, Xəzər Sepəhbudluğu, yəni Azərbaycan və qonşu ölkələr» (Təbəri, I/89). Bu rəmzlərin hamısının dərin batini mənası var və göylərlə, ölümsüzlüklə bağlıdır.
Quranda da Yəmən rəmzi cənnətə aid edilən Yəmin kimi yazılır ki, bu da batini mənada eynidir. Vakia (17-40) surəsində Yəmin rəmzi - yayılmış göylərə, meyvəli ağaclara, bulaqdan axan sulara və bu cənnətdəki bakirə huri-mələklərə aid edilir. Məhəmməd peyğəmbərin hədislərin birində - «Mən Rəhmanın (Allahın) nəfəsini Yəməndən duyuram”» deməsi bütün suallara son qoyur. Çünki buradakı ”Rəhman” rəmzi batinilərdə ”Ra-Əman” kimi oxunmalıdır ki, bu da Əman Allahına işarə mənasında Ra-Amon/Amon-Ra deməkdir. Qədim mənbələrdə Allahların İran dağlarında Dilmun (Tilmun/Tilos) cənnətini yaratması bu gün artıq hamıya məlumdur.
Bütün bunlar isə o deməkdir ki, mənbələrdə Yəmən dedikdə, Kitabi Dədə Qorqudda Bəkdüz Əmən (qədim Misirdə Təkdüz Amon) kimi keçən firon Amon (Yəmən=Ya-Əman/Ya-Amon) və onun İran, yəni Azərbaycan göylərdə yaratdığı ruhlar dünyası nəzərdə tutulmalıdır.
Yəməndən, yəni göydən gələnlər dedikdə - şahlığı göydən endirilmiş və özləri də Allahın obrazı və bənzəri kimi yaradılmış Kutilər nəsli nəzərdə tutulur ki, bunlar da Asar/Osiris, yəni ilk varlıqlar olan Azər Allahların nəslidır. Bu günkü Azəri müqəddəsləri də onların varisləridir və s.
Firudin Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери