Batin fəlsəfəsində İslam nədir?
Sufi-batinilərdə İslam rəmzi İssi-Aləmi mənasını verir ki, bu da ruhlar-aləmi mənasında cənnət deməkdir. Tövratda İslam aləmi - Səlim şəhəri kimi yazılır ki, buranın Allahı da El Allahıdır. Mən - "Batinilərdə İslam dini - Səlim Cənnəti deməkdir" adlı məqalədə elmi əsaslandırmışam ki, İslam və Səlim rəmzləri bilavasitə Albaniyaya aiddir və onun Ərənşahlar nəslinin Xelat/Gelad göylərində yaratdıqları cənnət mənasındadır (http://teref.az/…/121915-batinilerde-slam-dini-selim-cennet…). Quran (2:132) yazır: "İbrahim və Yaqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib dedi: "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din (islam) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!". Deməli, Qurana görə ilk müsəlmanlar yəhudi İbrahim və Yaqub peyğəmbərlər olublar və onlar da öləndə müsəlman kimi ölməlidirlər. Digər tərəfdən, buradan açıq görünür ki, İslam dini yəhudilərdən başlanır və Quran da əsasən bu peyğəmbərlərdən danışır. Quranda müsəlman kimi ölməyin xüsusi vurğulanması, bu dinin məhz cənnətə düşməyin yeganə yolu olması deməkdir. Başqa sözlə, cənnətə düşmək üçün qoyulmuş qanuna tabe olmaq vacibdir. Bu qanunu isə Azərbaycanın Xelat Atabəglərinin əcdadı pir Əman qoymuşdur. O, Xelat göylərindəki Xüld cənnətinə düşməyin yeganə yolu kimi İslam qanunlarına tabe olmağı göstərmişdir.
Azər oğlu İbrahim peyğəmbərdən başlayan əsl İslam bizim İsna-Aşəriyə, yəni Azəri dinidir ki, mənbələrdə bu din Gelat şiələrinə (Gelati-Şiə) aid edilir. Şah Xətai bu dinə - "Ərənlər sərvəti ol paki dindir" deyərkən, bu dinin Albaniya ərənlərinin dini olmasını yada salır. Şiələr ərənləri Hu-ərənlər adlandırırlar ki, bu da onların Allahla bağlılığına işarədir. Alban rəmzi batinilikdə El-Beni kimi açılır və ölümsüz Beni, Ba "quş"ların eli anlamındadır ki, İslamda Ba rəmzi Bəsmələ adlanır və Allahın Billah və Vallah adlarında keçir. Lakin "Benu" rəmzi eyni zamanda "Nəbi" rəmzidir və bu da peyğəmbər deməkdir. Qədim Misir yazılarında Benu/Nəbi rəmzi göydə ölümsüzlük qazanmış ruh mənasında Asar, yəni Azər/Osiris Allahlarına aid edilir. Başqa sözlə, Albaniya - peyğəmbər eli deməkdir ki, bu da elə cənnəti bildirir. Alban mənbələrində Gelad/Xelat göylərində yaradılmış cənnət - Gelarküni ərənlərinin Sünidə (Sünik) tikdikləri səhra kimi qeyd olunur və burada mələklər nəslinin ölümsüzlük qazanmaları xüsusi nəzərə çatdırılır.
Yazdıqlarımızdan belə çıxır ki, İslam - cənnət deməkdir və bura düşmək üçün İslam qanunlarına tabe olmaq lazımdır. Lakin 1440 il əvvəl müsəlmanlar, ərənlərin pak dininin zahiri mənalarını əsas götürməyə başladılar və nəticədə Allah onları cənnətdən qovdu. Bununlada İslam dini öz mahiyyətini tam itirdi. İslam - cənnət deməkdir və əgər müsəlman ora düşmürsə, mömin həyatının heç bir mənası yoxdur. Hədislərdə Məhəmməd peyğəmbər, bütün möminlərin yalnız 70-dən birinin cənnətə düşəcəyini bildirir və bu haqda mən - "Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır" adlı məqaləmdə yazmışam (http://www.gilarbeg.com/index.php…).
Bütün bunlar o deməkdir ki, İslam bu günkü vəziyyətdə tam mənasız bir inancdır və möminin yenidən cənnət qazanması üçün Azərbaycan Atabəglərinin pak İsna-Aşəriyə dininə qayıtmalıdır.
Firudin Gilar Bəg

Комментарии
Отправить комментарий