Bəsmələnin rəmzlərlə ifadələri

Quran yazır: “O (Allah) – Əvvəl və Axırdır. Zahir və batindir. O hər şeyi biləndir!” (Quran 57:3) Eyni fikir Əhdi-Cədiddə nəzərə çatdırılır ki, “Mən – Alfa və Omeqayam (Əvvəl və Axır) və axirətdə də Mən gələcəm” (Библия, Откр.1:8.1:10-11, 22:12-13). Bu kitabda, axırda gələcək Allah kimi İsa peyğəmbər nəzərdə tutulur və xristianlar da İsanı Allah kimi qəbul edirlər. Batini islamda İsa peyğəmbərin obrazında imam Əli çıxış edir ki, Məhəmməd peyğəmbər imam Əliyə - “Əsədullah”, yəni “Allahın aslanı” ləqəbini vermişdir.
Digər tərəfdən, deyilənə görə imam Əli demişdir: «Quran Fatihədən, fatihə Besməlidən, Besməli isə Ba hərfindən ibarətdir. Mən isə Ba hərfinin altında bir nöqtəyəm». Deməli, Bismillah (Ba-İsmi-Allah) – “Ba Allahının İsmi” deməkdir. İslamda Ba Allahı - Billah və Vallah kimi də qeyd olunur ki, bu da qədim Misirdəki Amon Allahın Ba ruhu mənasındadır. Qurandakı “Amenu Billahi” rəmzinin batini mənası da, Allahın Ba ruhunun Amenu-ya, yəni qədim Misirin Amon Allahına aid olması deməkdir (Quran, 49:15). Mən bunlar haqda, “Qurana görə axirətdə Allah gələcək” adlı məqaləmdə geniş yazmışam (http://gilarbek.blogspot.com/…/qurana-gor-axirtd-allah-glck…).
Bütün bunlar o deməkdir ki, “Bismillahu Rəhmani Rəhim” dedikdə - “Ba Allahının ruhunu daşıyan Rəhman və Rəhimdir” fikri başa düşülməlidir. Burada Rəhman – Əvvəldə gələn qədim Misirin Ra-Amon Allahı, Rəhim isə axırda gələcək İsa və ya imam Əli obrazıdır.
Qədim rəsm, qabartlma, heykəllər və s. əsərlərdə - Əvvəldə və Axırda gələn Allah əsasən Ra Günəş Allahı və Aslan rəmzləri ilə göstərilirlər ki, bu da İslamın elə Bəsmələ zikri deməkdir.

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери