Göydə çənnət yaratmış Azəri bəgləri - Şəddadilər
Azərbaycan tarixində iz buraxmış nəsillərdən biri də Şəddadilər sülaləsi hesab olunur. Mənbələrdə bu sülalə barəsində çox qısa və səthi məlumatlar verilir. Onlar haqda daha dəqiq və geniş məlumatlar əldə etmək üçün mütləq, Şəddad rəmzi və onunla bağlı qədim mənbələrdəki məlumatlar, müdriklərin batin məntiqi ilə araşdırılmalıdır. Çünki həqiqi tarix müdriklər tərəfindən Süleyman peyğəmbərin "Quş dilində", yəni rəmzlərlə yazılmışdır və yalnız bu məntiqlə də açıla bilər. Bu məntiqə görə, iki növ – göy və yer insanı yaradılmışdır ki, bunların ilkini olan göy insanları - Allahın özünə qulluq üçün seçdiyi müqəddəslər nəslidir. Yazılarda qeyd olunmağa layiq də yalnız Allah və onun bu seçilmişləridir. İkinci növ insanlar isə adi insanlardır ki, onların həyat tərzi digər canlıların həyat tərzindən fərqlənmədiyi üçün yazılarda qeyd olunmağa layiq görülmürlər [1]. Süleyman peyğəmbərin "Quş dili", mənanı yalnız samitlərin daşıdığı rəmzlər dilidir.
Bu məntiqlə yazılmış "Şahnamə"
kitabının əvvəlində Firdovsi yazır:
“Mənim
sözlərimdə tapılmaz yalan,
Nə
əfsun, nə əfsanə yazdım inan.
Ağılla
oxu, rəmz tapsan əgər,
Düşün,
rəmz mənaya yol göstərər”.
Deməli, rəmzlərlə
yazılmış əsəri anlamaq üçün rəmzlərin batini mənalarını araşdırmaq lazımdır.
Biz də bu məntiqlə Şəddadilərlə bağlı rəmzlərin əsl mənalarını açmağa
çalışacağıq.
Qədim mənbələrə
görə, Şəddad - nəhəng insanlar
sayılan Ad qövmünün banisi Ad-ın oğludur və Yəmənin
Əl-Əxqaf səhrasında yaşamışdır. Quranda Ad, tayı-bərabəri olmayan sütunlar şəhəri
İrəmlə əlaqələndirilir. İbn Xəldunun "Müqəddimə" adlı əsərinə görə,
İrəm şəhəri - İrəm oğlu Avs oğlu Adın şəhəridir. Onun Şədid və Şəddad deyə iki
oğlu vardı. Şədid ölüncə hökmdarlıq Şəddada qalmışdı. Onun dövründə Ad qövmü,
onlara göndərilən Xud peyğəmbərin tək Allahından döndü və Adən səhrasında İrəm
cənnətini yaratdı. Allah da onları ağır cəzalandırdı.
Mənbələrdə İrəm şəhəri - mistik İrəm zat əl-İmad kimi də keçir ki, Sanadan (Yəmən) olan “məcnun şair” – Əbdül Həzrətin “Əl Əzif” (”Nekronomikonun sirri”) kitabına görə, bu şəhər yerdə yox, digər ölçü məkanında, ilk yaradılmış varlıqlar tərəfindən tikilmişdir. Bu yer böyük boşluğun gizli qapısı sayılır və məqrib cadugərləri bura şüurun dəyişmiş vəziyyətində girirlər. Rəvayətlərə görə, qızıl və gümüş kərpicdən tikilmiş bu şəhəri, Ad oğlu Şəddadın əmri ilə yəhudilərin “nefilim” (nəhəng) adlandırdıqları cinlər tikmişlər. Belə çıxır ki, Şəddadilər - Adən səhrası adlanan böyük boşluqda cinlərin vasitəsi ilə qızıl və gümüşdən İrəm şəhəri tikmiş Ad oğlu Şəddadın törəmələridir.
Lakin Misirin
Naq- Xammadi ərazisindən tapılmış "Həqiqətin şahidliyi" adlı mətnlərə
görə, cinlərin köməyi ilə tikilmiş şəhər - Süleyman peyğəmbərin tikdiyi Yerusəlim
şəhəridir [2; 229]. Əhdi-Ətiqə görə, Süleyman peyğəmbər Qavaon
(Агван/Албания) şəhərində, Allahla
"söhbətdən" sonra böyük qurban mərasimi keçirmiş və Yerusəlimin
62 metrlik qülləsini və bütün daxili əşyalarını təmiz qızıl və gümüşdən
yaratmışdır [3; 3Цар,2Пар]. Belə
çıxır ki, Ad oğlu Şəddad elə Qavaon, yəni Aqvan (Albaniya) şəhərində böyük qurban
mərasimi keçirmiş Süleyman peyğəmbərdir. Süleyman/Solomon (SLMN) rəmzi
Əhdi-Ətiqdə Salman (SLMN) kimi yazılır və Madiam knyazı adlandırılır ki, müasir
alimlər də Madiamın Midiya olmasını qəbul edirlər [3; Суд.8:5].
İrəm zat əl-İmad adındakı "İmad" rəmzi də batin elmində
"Midiya" rəmzi ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, Şəddad elə
Süleyman peyğəmbərdir və onun qızıl və gümüşdən tikdiyi İrəm, yəni Yerusəlim şəhəri
də Midiya, Albaniya ilə bağlıdır. Tarixçi M. Xorenatsiyə görə isə, Yerusəlim şəhəri tikilib qurtardıqdan
sonra Gel adlandırıldı [4; I/60]. Başqa sözlə, İrəm/Yerusəlim şəhəri Albaniya,
Midiya ərazisindəki Gel elində tikilmişdir.
Nəticə 1. Ad oğlu Şəddadın obrazı - Qavaon (Aqvan), yəni Albaniyada qurban mərasimi keçirib, qızıl və gümüşdən Yerusəlim şəhərini tikmiş Süleyman peyğəmbərin obrazıdır. Yerusəlim də - İrəm zat əl-İmad şəhərinin digər adıdır.
Araşdırıcılar İrəm (RM) rəmzini - "Yüksək məmləkət"
mənasını verən Aram (RM) rəmzi ilə əlaqələndirərək bildirirlər ki, İrəm - Ad qəbiləsinin
“Ad-i Ula” adlanan atalarının adıdır [5]. "Ad-i Ula" (DL) rəmzi batinilərdə "Ad qəbiləsinin
Eli" deməkdir. Mənbələrdə bu rəmz Daul (DL) kimi də keçir və İrəm zat əl-İmad
rəmzinə aid edilərək İmad əd-Daul kimi də yazılır. Buid imperiyasının banisi
İmad ad-Daulun adı “sülalənin sütunu” mənasını verir ki, bu da Daulun İrəm zat
al-İmad şəhərinin sütunu mənasında olması deməkdir. Qaynaqlarda ərəb beduin
tayfalarının eyni zamanda İran buidləri kimi təqdim olması o deməkdir ki, əsl
beduinlər məhz Midiya maqlarının 6 tayfasından biri olan budinlərdir (Türk
budunu). Batini məntiqdə bu - Şəddadın (Süleyman) Buid imperiyasının banisi
İmad əd-Daul olması deməkdir. Mətnlərə görə, bu buid hökmdarı - İlahi titul
olan “Şahənşah əl-əzəm Malik əl-Mülük”, yəni “Mülkün maliki və şahlar Şahı”
titulunu almışdır. Öz vəzirlərinə isə buidlər “dünyanın hökmdarı” (əmir əl-aləm),
“qüdrətlilər qüdrətlisi” (kafi l-kufat) titulunu verirdilər. Qurandan bilirik
ki, mülk Allahındır və bu o deməkdir ki, İmad əd-Daul obrazı Rəhman Allahın
obrazıdır. Başqa sözlə, böyük boşluqda yaradılmış İrəm "sütunu" elə Allah
özüdür və şəddadilər də Onun Özünə qulluq üçün ayırmış seçilmişləridir.
Nəticə 2. Şəddadın (Süleyman) "atası" Ad - Mülkün
sahibi olan Allahdır və O həm də İrəm zat əl-İmad cənnətinin sütunudur. Onun vəzirləri
isə dünyanın hökmdarlarıdır.
Digər tərəfdən, Daul rəmzi, Əbu əl-Ala İbn Xassulun “Türklərin
digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində
Adud əd-Daul kimi qeyd olunur. Daulun Deyləm türkləri isə qaynaqlarda -
"zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış" insanlar adlandırılır.
Adud əd-Daul burada, yalnız Allaha xas olan xüsusiyyətlərdə təsvir olunur [6; 104-107].
Sebeos, Deyləm (DLM) rəmzi ilə eyni mənalı Delum (DLM)
rəmzini Midiya qalasına aid edir və oranın xalqını mərd və qorxmaz adlandırır. Batinilikdə
Daul (DL) rəmzi Deyləm/Delum (DLM) rəmzilə eyni mənalıdır və Deo-Eli (Teo/Teos
- Allah), Deo-Aləmi mənasını verir ki, bu da Allah-Eli, Allah-Aləmi deməkdir.
İslamda Allahın 99 şərəfli adlarından biri də Ədl, Ədul rəmzidir ki, bu da Daul
rəmzi ilə eyni mənalıdır.
Nəticə 3. Ad, Ad-i Ula, Daul rəmzləri - Deo Eli, yəni
Allah Eli deməkdir. Allah elinin bu nəhənglər nəsli - zamanı qabaqlamış və tam
xoşbəxtliyə nail olmuş Midiyanın Deyləm türkləridirlər.
Deyləmilərin tam xoşbəxtliyə çatmalarının səbəbini
anlamaq üçün biz Deyləm (Allah aləmi) rəmzini mənbələrdə araşdıraq. Daul adının
Adad hissəsinin izahına isə biz aşağada qayıdacağıq.
Qədim mənbələrdə Deyləm/Delum (DLM) rəmzi Dilmun (DLMN)
kimi də yazılır və "Amon Allahın Eli" (D-L-MN) fikrini ifadə edir. Dilmun
- məşhur alim Kramerə görə, ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı
yerdir. Burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən
böyük mükafatıdır. Kramerə görə, Dilmun - Allahlar monastırıdır və İran ərazisindəki
Zaqros dağ təpələrinin arxasında – “günəşin çıxdığı yerdə” yerləşir ki, bura Dilmun
dağı (akkad. Kur-Dilmun) da adlanır. Dilmun, sahələrində bol meyvələri və çəmənliyi
olan İlahi bağdır və bura xoşbəxtlik, hüzur yeridir və ən əsası təhlükəsiz
yerdir. Bura təmiz, nurlu və şəfəq saçan “Ölməzlər ölkəsi”dir və buranın sakinləri
nə xəstəlik, nə ölüm bilməzdilər [7; 267,271]. Bu o deməkdir ki, Deyləm türklərinin xoşbəxtliyə
çatmasının səbəbi, öləndən sonra onların ruhlarının Dilmun cənnətində ikinci həyat
qazanmasıdır.
Nəticə 4. Şəddadın (Süleyman) zamanı qabaqlamış Deyləm türkləri - İran dağlarında Dilmun cənnəti yaradaraq burada tam xoşbəxtliyə nail olmuşlar.
Digər tərəfdən, mənbələrdə Ad qövmünün yaşadığı Yəmən
ölkəsi də “xoşbəxt ölkə” adlanır ki, qədim Misir mənbələrində “xoşbəxt,
rahatlıq ölkəsi” dedikdə göydəki ruhlar dünyası nəzərdə tutulur. Ra günəş
Allahına həsr olunmuş himnlərdə xoşbəxtlik ölkəsi - Osiris (Oziri/Asar)
Allahının ölüm şahlığı adlanır. Belə çıxır ki, xoşbəxtlik ölkəsi olan Yəmən -
Osiris (Asar/Azər) Allahının göydəki ölüm şahlığıdır.
Rəvayətə görə, Ad oğlu Şəddadın qəbri Yəmənin
Xadramaut (Hadramaut) şəhərindəki bir mağaranın içindədir [8]. Məşhur İslam
alimi Əs-Suyuti, Yəməndəki Xadramaut ətrafında yerləşən Baraxut vadisindəki
Tina kəndindən yazarkən qeyd edir ki, məhkəmə günü kafirlərin ruhları bura
köçürüləcək. Müslümlərin ruhları isə əl-Cəbiyədə yığışmışlar. O bildirir ki,
İslam rəvayətinə görə, Baraxut “odlu cəhənnəmdir” və orada Allahsızların
ruhları yığılmışdır. Əl-Cəbiyə isə - “göydəki cənnətdir” və mənbələrə görə,
VI-VII əsrdə İç Ərəbistanın bütün ətrafında - səhralarda, dağlarda, daşlarda və
ağaclarda cinlər yaşamışdır. Ruhların Yəmən ərazisindəki cənnət və cəhənnəmdə
yerləşməsi o deməkdir ki, Yəmən, Ərəbistan deyəndə, qədim yazılarda bilavasitə
göydəki ruhlar dünyası nəzərdə tutulur. Oddan yaranmış cinlərin Yəməndə
yaşamaları, Yəmənin eyni zamanda İlahi odla bağlı ölkə olması deməkdir.
Qədim qaynaqlarda odla bağlı ölkə Osirisin, yəni Asar/Azər Allahının göydəki ölüm şahlığı hesab olunurdu. Biz, "Ra-Amon Allahın Azər dağı" adlı məqalədə Osiris Allahının göydəki ölüm şahlığının, qurbangahda qurban ruhlarından yaradılması haqda yazmışıq [9].
Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə,
xoşbəxtliyin səbəbləri - məhz qüdrətli və ədalətli hökmdarın göydəki
"Raman" dünyasıdır ki, bu rəmz Ra-Amon (Rəhman) Allahın dünyası mənasındadır
və sonradan bu "dünya" Osiris ölüm şahlığı adlandırıldı [10; 305].
Başqa sözlə, Deyləm türklərinin İran dağlarında yaratdığı Dilmun cənnəti həm də
bu ari-ərənləri hər iki dünyada xoşbəxt edən səbəbdir. Belə çıxır ki, Deyləm
türkləri ölənə qədər bu dünyada xoşbəxt yaşayır, öləndən sonra isə ruhları göydəki
Osiris şahlığında ikinci xoşbəxt həyat qazanırlar.
Nəticə 5. Ad qövmünün ölkəsi olan Yəmən - göydəki
Osiris, yəni Asar ölkəsidir və orada insanların ruhları və ilk Asar varlıqlarının
ruhları olan cinlər yaşayırlar. Möminlər hər iki dünyada məhz bu Dilmun cənnətinin
hesabına xoşbəxtlik qazanırlar.
Məşhur sufi alimi Qəzaliyə görə ölüm, insanın bir
formadan digərinə keçməsidir. Nə qədər ki, hissiyatı onunladır, onun haqqında
deyirlər ki, o “bu dünyadadır”, onlar gedəndə və onun yalnız mahiyyət keyfiyyəti
qalanda, deyirlər ki, o “o biri dünyaya” köçdü [11;3]. Ovidiy, ölən insanın ruhunun bilavasitə bu çevrilməsini
“Metamorfoza” adlandırır: “İndi sizə yeni forma almış bədənlər haqda
danışacağam. Allahlar, - axı bu çevrilməyə siz qərar verdiniz”. Mənbələrdə bu
çevrilmə haqqında əl-Cəhizin əl-Fəth B. Xaqana müraciətnaməsi olan “Türklərin ləyaqətləri
və xəlif ordusundakı digərlər haqqında” əsərində danışılır. Burada ölmüş
insanın ruhunun cənnətə düşməsi İsmail obrazında təsvir edilərək yazılır ki,
"İsmail qeyri-ərəb oğlu olduğu halda, dönüb ərəb oldu. Çünki Allah onun
dil və boğazını, heç bir hazırlıq və məktəb keçmədən düzgün ərəb nitqinə
uyğunlaşdırdı. Sonra onun “ərəb olmayan təbii keyfiyyətlərinə son qoydu və onun
bədəninə, məharətlə - lazımi vəziyyətdə düzəltdiyi və uyğunlaşdırdaraq vacib
forma verdiyi vacib hissələri köçürtdü və s”. Daha sonra Əl-Cəhiz İsmail haqqında
yazdıqlarını aydınlaşdırmaq üçün əlavə edir: "Bütün möminlər, o cümlədən
uşaq və kəmağıllar, cənnətə girəndə - hazırlıqsız, uzun təhsil və məsləhət
almadan - dərhal cənnət sakinlərinin dilində danışmağa başlayırlar və s. [12; 71].
Bu yazıda "ərəb" rəmzi, ölmüş insan ruhunun cənnətdə yeni forma
almasına aid edilir. Ərəb dili də burada, Quranda qeyd olunduğu kimi, ürəklərə
verilən vəhy - ekstatik dil mənasındadır [13; 26:192-196].
Batinilərdə "ərəb" rəmzi - Ra ilkin
materiyası (Günış Allah'ı obrazında) ilə firon Amonun Ba ruhunun birləşməsi mənasındadır.
Bu prosesin təməlini, Ra günəş diski ilə birləşən pir Amon (Ra+Amon=Ra-Amon/Rəhman)
qoymuşdur. Bu "yolu" gedən ölümsüzlər nəsli də mənbələrdə "Qor
yolu ilə gedənlər" adlanır.
Məşhur sufi Mühiddin İbn Ərəbiyə görə də, Allah - insan öləndən sonra ruhunun cənnətdə ikinci həyat qazanmasının texnologiyasını yaratmışdır. İbn Ərəbi məhz bu texnologiyanı "din" (El) adlandırır və bildirir ki, Allah bu dini İbrahim oğullarına və Yaquba vəsiyyət etmişdir: "Ey oğullarım, Allah sizin üçün din seçdi: müsəlman olaraq ölün”- yəni Ona tabe olaraq". İbn Ərəbi bu dini "El" adlandıraraq bildirir ki, "bu din sənin tabeçiliyindir. Böyük Allahdan isə sənin tabe olduğun qanunun qəbuludur”. Digər yerdə İbn Ərəbi, cənnəti İbrahimin "atıldığı" İlahi odla əlaqələndirir və bildirir ki, insana (ruhuna) xoşbəxtliyi verən məhz bu oddur [14; 18/8]. Deməli, əsl İslam dini, ölən insanın ruhunun cənnətə düşməsi və xoşbəxtlik qazanması üçün gedilən yoldur. Quranda da “xoşbəxt” rəmzi cənnətə aid edilir və nəzərə çatdırılır ki, mömin adamlar üçün o dünyada şərab çayı, bal kimi çaylar axan, müxtəlif meyvəli ağacları olan bağ salınmışdır. Möminlər üçün burada pak zövcələr var və insanlar orada əbədi xoşbəxt yaşayırlar” [13; 4:57,9:72,47:15-17]. Quranda, insanlara xoşbəxtlik verən İlahi oddan çox yerdə danışılır və əsasən Musa və İbrahim peyğəmbərə aid edilir. Qurana görə bu od Kəbə evindədir və Allah buranı təhlükədən uzaq xoşbəxt ölkə etmişdir [13; 20:10-13,27:7,37:97,2:125-128,27:8].
Nəticə 6. İnsan öləndən sonra ruhun formasını dəyişərək
cənnətə düşmə texnologiyasını Allah yaratmışdır. Ra-Amon Allahı göydən İlahi
od, yəni ilkin materiya gətirmiş və ondan Kəbə evi, yəni Beyt düzəltmişdir.
Tövratda odlu Kəbə evi "Vəhy çadırı" adlanır.
Musa peyğəmbər, qurbangahda qurban
ritualı vasitəsi ilə göydən İlahi od, yəni ilkin materiya gətirmiş və
ondan "çadır" rəmzində göydə Ev yaratmışdır. Bu zaman Allah (İlah, ilkin
materiya) onların qarşısında gündüz bulud sütunu formasında, gecə isə odlu
sütun formasında gedirmiş [3; Исх.13:21]. Bu isə o deməkdir
ki, Quranda tayı-bərabəri olmayan sütunlar şəhəri İrəm dedikdə, göydə İlahi
oddan (ilkin materiya) yaradılmış "çadır" və onun "odlu"
sütunları nəzərdə tutulmalıdır.
Quranda Adın İrəm sütunlarından danışılanda, bu sütunlar firona aid edilir və çadırı saxlayan insanlar bu dirəyə bənzədilir [13; 89:6-10]. Belə çıxır ki, Quranda sütun dedikdə, Musanın qarşısında odlu sütun formasında gedən Allah nəzərdə tutulmalıdır. Başqa sözlə, Şəddadın İrəm cənnətini odlu sütun formasında Allah saxlayır, yəni sütun özü Allahdır.
Kitabi Dədə Qorqudda da sütunlar firona aid edilir və
nəzərə çatdırılır ki, yerdən çıxan firon şişlərini (sütunlarını) saxlayan Qazan
xandır. Belə çıxır ki, cənnət çadırını saxlayan sütun elə firon Qazandır. Mənbələrdə
bu sütun eyni zamanda Xozroya aid edilir (“Xozroy sütunu”) ki, Xozroy rəmzi
[XZR] ölümsüzlük qazanmış Xızır [XZR] rəmzi ilə eyni mənalıdır. Deməli, bu
sütunlar, insana ölümsüzlük verən cənnətin rəmzidir.
Ən qədim qaynaqlarda sütun rəmzi Herakla da aid edilir
və “Herakl sütunu” adlandırılır. Əflatuna görə, Herakl sütunlarından o tərəfdə
atlantların adası yerləşir. Herodot, atlantların yaşadığı dağı Atlas adlandırır
və bildirir ki, bu dağ göyün sütunudur. Homerin “Odisseya” əsərinin birinci
mahnısının dəqiq tərcüməsinə görə də, Atlas yerlə göyü birləşdirən sütunu
saxlayır. Atlas dağı isə elə Telos dağıdır ki, Kramer onu Dilmun cənnətinə aid
edir. Bu isə o deməkdir ki, Atlantida adası elə Dilmun cənnətinin obrazıdır.
Atlantlar da nəhəng insanlar olan Ad qövmüdür.
Digər tərəfdən, rəvayətə görə, Herakl Gel şəhərinə gələrək
burada yarıqadın-yarıilan Yexidna ilə cütləşir və bu izdivacdan mələklər nəsli,
yəni “ilandan doğulmuş midiyalılar” əmələ gəlir [15]. Midiya (İmad rəmzi) isə
marlar, amoreylər ölkəsidir. Əgər nəzərə alsaq ki, batinilikdə İrəm/Aram (RM) rəmzləri
Mar/Amorey (MR) rəmzləri ilə eyni mənalıdır, razılaşarıq ki, İrəm zat əl-İmad şəhəri
mələklər (məlahi/mülhid) şəhəridir ki, mənbələrdə onlar assasinlər və
qızılbaşlar da adlanırlar.
Nəticə 7. Ra-Amon Allahın İlahi oddan yaratdığı Kəbə
Beyti, yəni qədim Misirin Qeb aləmi həm də çadır kimi təsvir olunur ki, bu Vəhy
çadırını da "odlu sütunlar" saxlayır. İrəm zat əl-İmad cənnəti də,
adından göründüyü kimi marların (İrəm) Midiya (İmad), atlantların Atlantida,
Heraklın isə "ilandan doğulmuş" mələklər ölkəsidir.
Qədim Misir mətnlərində "sütunlar şəhəri" dedikdə, fironların “günəş şəhəri” olan Geliopol nəzərdə tutulurdu və bu “Geliopol sütununa” bayramlarda səcdə edilirdi. Mənbələrdə Geliopol, yəni Gel şəhəri - Atum Allahının yaradıldığı şəhərdir ki, göydəki ruhlar dünyası da bu Atumun bədənindədir. Misir kosmoqoniyasına görə, təpənin başındakı Atum, əvvəl özündən Şu və Tefnut cütlüyünü yaradır ki, burada Şu - firon Amonun ruhu, Tefnut isə teurqiya prosesidir. Bu iki cütlükdən Qeb və Nut cütlüyü yaradılır. Qeb burada Qeyb aləmi, yəni ruhlar dünyası, Nut (Tina/Din rəmzləri) isə sistemləşdirilmiş göylərdir. Şu Allahı qalxaraq, Nut göyünü başı üzərinə qaldırır və Qeb torpağından ayırır. Göyləri saxlayan məhz bu Şu Allahı qaynaqlarda "Şu sütunu" adlanır [16]. Deməli, İrəm cənnətini saxlayan sütun elə firon Amonun Şu ruhudur. Firon Amonun öz ruhunda teurqiya, yəni qurban kəsmə, mantra oxuma, magik rituallar vasitəsi ilə yaratdığı iç dünyası mənbələrdə İç Oğuz eli adlanır. Başqa sözlə, pir Amon öz ruhunda, yəni öz "içində" dünya yaradıb, onu materiallaşdırmışdır və bu İç Oğuz mövzusuna biz qayıdacağıq.
Kitabi Dədə Qorqudda Qeb, yəni Qeyb aləmi - “Qaba aləm” adlandırılır. Burada - "Qaba aləm götürən xanımız Bayandır xan" ifadəsi var ki, bu da Qeyb aləmini Bayandır xanın (sütun rəmzində) göydə saxlaması deməkdir.
Bayandır rəmzi Ba-Neter (Neter=Nut+Ra/TanRı) mənasında qədim Misirdə firon Amonun Ba ruhunu bildirir. Ba ruhu - sufizmin Bəqa səviyyəsində İlahla vəhdətə nail olmuş İlahi ruhdur və ağıl mənasındadır. Başqa sözlə, Qeyb aləmini, yəni İrəm cənnətini firon Amonun Bəqa səviyyəsinə yüksəlib, İlahla vəhdətdə olan Ba ruhu saxlayır. Dilimizdəki Baqi-İrəm ifadəsi də bu cənnət bağının, sufizmin Bəqa, yəni bəglik məqamında yaradılmasına işarədir. Cənnət mənasında işlətdiyimiz Behişt rəmzi də Bəg-Şiyat anlamındadır ki, burada xoşbəxtlik, səadət, inkişaf və s. mənasını verən Şiyat rəmzi də batini mənada "Şu Teo/Deo" (Şad rəmzi) mənasında Şu Allahı deməkdir. Eyni mənalı Gülüstani-İrəm ifadəsi isə İrəmin məhz Gel elində, yəni Geliopolda yaradılması anlamındadır. Bütün bunlar isə onu bildirir ki, Şəddadın (Süleyman) İrəm cənnəti, Amon Allahının Şu ruhunda yaradılmışdır.
Nəticə 8. Qədim Misirdə sütunlar şəhəri Geliopol (Gel
şəhəri) adlanırdı ki, burada firon Amon Atum Allahını yaratmışdır. Pir Amon öz
ruhunu Şu sütunu adlandıraraq, Nut göyünü "qaldırıb" saxlamışdır. İrəm
cənnəti də pir Amonun ruhunun "sütun" rəmzində saxladığı Qeb/Qeyb aləmidir.
Yəhudilər Süleyman/Solomonu - Şelomo (ŞLM)
adlandırırlar ki, bu da "Şu Aləmi" fikrini ifadə edir. Bu mənada
İslam (SLM) və İsmail (SML) rəmzləri də eyni mənanı, yəni "İsa/Şu aləmi"
mənalarını verir. Deməli, Süleyman peyğəmbərin obrazı elə, Amonun sütun rəmzində
İrəm cənnətini saxlayan Şu ruhunun obrazıdır. Quranda, İlahi sirlərə bələd
olmuş və uzun ömür sürmüş obrazlardan biri də Ad oğlu Loğmanın obrazıdır ki,
onun Adın oğlu adlanması, Şəddadla eyni obrazda olması deməkdir. Loğman (LĞ-MN)
rəmzi batinilikdə İlah-Amon kimi də izah olunur və bu da elə firon Amonun
İlahla vəhdətdə olması deməkdir. Başqa sözlə, Loğman rəmzi də Süleyman rəmzi
kimi Amon Allahının obrazlarına aiddir.
Digər tərəfdən, Şəddad (Şədid) rəmzi yəhudilərin Şadday rəmzi ilə eyni mənalıdır və bu rəmz mənbələrdə Şad, Sadd kimi də yazılır. Qədim Misir mətnlərində Sadd (SDD) rəmzi Setet (STT) kimi keçir və xatların sütun evinə aid edilir: "Ra - Bexdetli Qora dedi: “Bu düşmənlər çay yuxarı Setet ölkəsinə – sütun evi olan Xat tərəfə üzdülər” [17; 101]. Burada sütun evi qədim Misirdəki Xat evi adlanır və Setet ölkəsinə aid edilir. Xat rəmzi bu fəlsəfədə İxet [XT] rəmzi ilə eynidir və o göy ilahəsi, günəş doğan göy inəyi kimi göstərilərək, Xator, Nut və s. ilahələrlə eyniləşdirilir. Bu göy inəyini şumer-akkadlar Şedu (Şad rəmzi), Lamassu (Aləm-İssi, ruhlar aləmi), Lama (Aləm) adlandırırlar ki, bu da “ruhlar eli”, “ruhlar aləmi” mənasındadır.
Xat evi mənasını verən Xator rəmzi isə eyni zamanda xoşbəxtlik evi anlamında Xatxor kimi də yazılır ki, bu da Хор/Гор Allahının evi deməkdir. Qədim Misirdə Xator İlahəsi - ruhlar dünyası mənasında həyat ağacı və ikibaşlı sütunla (Şu sütunu) eyniləşdirilir. Lakin Xator rəmzi eyni zamanda Qədr rəmzi ilə eynidir ki, Qədr gecəsi Məhəmməd göyə qalxaraq Qüdsə səyahət etmiş və Allahla söhbət etmişdir. Araşdırmaçı alim Tofiq Əzizov eyni mənalı Kadaru/Kadru rəmzini Kadusla eyniləşdirir ki, bu da Xator/Qədr rəmzinin Kadus/Qüds mənasında Göy Yerusəlimi olması deməkdir.
Digər tərəfdən, Xat rəmzi Qurandakı Hud, yəni Ad
qövmünə göndərilən Xud peyğəmbərin rəmzidir. Setet rəmzi isə batinilikdə Şədid/Şəddad
rəmzlərilə eyni mənalıdır. Deməli, Şəddadın İrəm cənnəti - Xet ölkəsi, yəni Xator/Xatxorun
ruhlar dünyasıdır. Qədim qaynaqlardaki Xat/Xit/Xet rəmzləri batinilikdə kuti/quti
rəmzləri ilə eynidir və bu rəmz altında - (çar) hakimiyyəti göydən endirilmiş
şahlar nəsli nəzərdə tutulur [18; 146]. Deməli, xatların evi olan Xator -
çarlığı göydən endirilmiş kuti/quti şahlar nəslinin göydəki ruhlar dünyasıdır.
Nəticə 9. Süleyman/Şelomo rəmzləri batinilikdə - “firon
Amonun Şu ruhunda yaradılmış el”, “Şu aləmi” mənasını verir. Cənnəti məhz pir
Amonun Şu sütunu saxlayır. Şəddad (Şədid) rəmzi də Xat sütun ölkəsinə, yəni Xud
peyğəmbərin qövmünün qədim Misirin Xator cənnətinə aiddir. Xator dünyası - Şedu
adlanan göy inəyin daxilindəki ruhlar aləmidir. Bu ruhlar aləminin əsas sakinləri
isə, çarlığı göydən endirilən Xud peyğəmbərin kuti/xat qövmü olmuşdur.
Misirşünas alim Q. Bruqş bildirir ki, Şərqdə, xitlərin
(xat) böyük şahlığı sonradan yeni Mat adı ilə tanınmağa başladı [19; 535]. Mat
rəmzi - İmad (MD), yəni Midiya ölkəsidir və bu rəmz həm də Adəm (DM) mənasındadır.
Midiya/Adəm (MD/DM) rəmzləri qədim Misirin Atum (TM) rəmzi ilə eyni mənalıdır.
Xitlərin böyük şahlığı dedikdə isə, sütun üstündə Xatorun inək formasındakı ilk
dünyası nəzərdə tutulmalıdır. Mətnlərin birində Ra günəş Allahı Xatoru - Amit
adlandırır ki, o Maryut (Mar-Tu) gölünə tökülən yerdə yerləşir [17; 81,21].
Xatorun Amit adlanması, Xatorun göydəki ruhlar dünyasının, hansısa hadisədən
sonra Midiya/Adəm adlanması deməkdir. Mat, Amit rəmzi mənbələrdə Ələmut, yəni
Mut eli kimi də məlumdur ki, rəvayətlərə görə bu qalada Həsən İbn Sabbah cənnət
yaratmışdı.
Digər tərəfdən, Xator-Amit elə Xadramaut deməkdir ki, bura da Yəmən ölkəsi sayılır və rəvayətlərə görə, Ad oğlu Şəddadın qəbri Yəmənin Xadramaut şəhərindəki bir mağaranın içindədir. Məhəmməd peyğəmbərin hədislərin birindəki: “Mən Rəhmanın (Allahın) nəfəsini Yəməndən duyuram” deyimi onu göstərir ki, Rəhman (Ra-Amon) rəmzi eyni zamanda Yəmən rəmzi ilə bağlıdır. Buxarinin hədisində qeyd olunur ki, peyğəmbər əlini Yəmən tərəfə uzadıb “İman Yəməndədir” demişdir [20; 3302]. Yəmən sözü – “Ya Əman” anlamındadır ki, iman rəmzi də Əman/Amon deməkdir. Deməli, qaynaqlarda Yəmən ölkəsi dedikdə də, firon Amonun (Rəhman) Amit, yəni Midiya ölkəsi və onun üstündəki Xator şahlığı nəzərdə tutulmalıdır.
Xator rəmzini Strabon Paraxoatra dağı kimi yazıb, onun
Xəzər dənizinin üstündə yerləşməsini bildirir [21; XI,14/1]. Paraxoatra isə
Pir-Xator deməkdir və bu yerin müqəddəs ocaq olmasına işarədir. Bütün bunlar isə
onu göstərir ki, xat/kutilərin Xator ruhlar dünyası bilavasitə Midiya ərazisində
yaradılmışdır.
Evseviy kuti (xat) sülaləsini "kəldani",
yəni xaldey sülaləsi adlandırır [22; 37,38]. Xaldey rəmzi Xal-Deo mənasında
Xal/Xel, yəni Gel elinin Allahı fikrini ifadə edir. Digər tərəfdən, Əhdi-Ətiqdə
İsaya (Yeşay) peyğəmbər Assurları Xaldeya əhli adlandırır və bildirir ki, onlar
öz qüllələrini yaradır, təntənəli imarətlərini dağıdaraq, onu xarabalığa
çevrirlər [3; Исая,23:13].
Mənbələrdə Xaldeyanın eyni zamanda Babil adlanması
o deməkdir ki, Babil qülləsini tikənlər assurlardır. Belə çıxır ki, Xud (xat/kuti)
peyğəmbərin Ad qövmü - Babil qülləsini tikən Assurlar, yəni Qədim Misirin Asar,
Osiris Allahlarıdır və onlar Atum Allahının yaradıldığı Midiyanın Gel şəhəri ilə
bağlıdır. Tarixçi alim İ. Dyakonov “Midiya tarixi” kitabında bildirir ki,
Midiyada babillilərin qalası olmuşdur və burada Marduk Allahına sitayiş etmişlər
[22; 276-278,372]. Başqa sözlə, Babil qülləsi Midiya ilə bağlıdır.
Nəticə 10. Şahlığı göydən endirilən Xud peyğəmbərin kuti/xat qövmü ilk olaraq göyləri Xator inəyi formasında cənnətə çevirmişlər. Onlar Midiyada Babil qülləsini tikib qurtardıqdan və onun üstünü torpaqla örtüb, Paraxoatra dağına çevirdikdən sonra, buranı Mat/Atum, özlərini də Assur, yəni Osiris Allahları adlandırdılar. Bütün bu yaradılış prosesini firon/pir Amon beynində təsəvvür etdiyi və ruhunda yaratdığı üçün ilk və sonrakı cənnət Xadramaut (Xator-Muta) - Yəmən, yəni Amon ölkəsi adlandırıldı.
Mənbələrdə kuti/quti tayfaları “Umman-Manda”
adlandırılır və onlar fantastik "dəniz xalqı" hesab olunur. Babil
tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır və onların içində
Zərdüşt (Zoroastr) də var. Zoroastr (Azər/Asar-İstar/İştar) isə alimlərə görə
yeni kosmik eranın səbəbkarıdır [22; 79,36,39]. Deməli, "çarlığı göydən
endirilmiş" Midiyanın xat/kuti tayfaları kosmik eranın başlanğıcını
qoymuşlar.
Ümman-Manda rəmzi Kitabi Dədə Qorqudda Əmman (MMN)
dənizi kimi keçir və burada kafərlər şəhəri tikilmişdir ki, oranın üzgüçüləri-asiləri
(ruhları) su altında “mənəm Allah” deyə qışqırışırlar [23; 118]. Belə çıxır ki,
kutilər - Allahlardır. Digər tərəfdən, bu onu deməyə əsas verir ki, Ümman (MMN)
rəmzi, göy okeanında tikilən kafirlər şəhəri ilə bağlıdır. Mətnlərdə Ümman sözü
Ammon (MMN) kimi də yazılır və No şəhərinə (No-Ammon) aid edilir [3;
İer.46:25,26]. Naum peyğəmbər No-Ammon haqqında belə yazır: O, “iki çay
arasında, su ilə əhatə olunmuşdu, sədd onun üçün dəniz, dəniz isə divar idi” [3;
Naum,3:8]. Səddin Ammon üçün dəniz, dənizin isə divar olması - Ammonun, yəni
firon Amonun göy okeanında yaratdığı kafər şəhərinin göy "suları" ilə
yerin sərhədində yaradılması mənasındadır. Buradakı No (N) şəhəri isə qaynaqlarda
Ane (N) kimi də yazılır. Qədim Misirdə, “Ane şəhərində olan böyük doqquzluq”
dedikdə, “Enneadanın böyük doqquz Allahı” olan Atum Allahı nəzərdə tutulur. Bu
isə o deməkdir ki, kutilərin Xaldeyada yaratdığı Babil qülləsi - kafər şəhəri
olan Gel şəhərində yaradılan Atum "Dünya"sıdır.
Atum rəmzi mifologiyada Etemenanki, yəni Atum-Nunki kimi də yazılaraq Esagil məbədinə aid edilir. Şumer mifologiyasına görə, Marduk Allahı, Tiamata (ilkin materiya) qalib gələndən sonra, onun bir hissəsini göy okeanı kimi Allahlar vilayətindən ayırır. Bu okean ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Marduk, dərya sularında Etemenanki adlı göy və yerin təməl evini cəhənnəmin sinəsində elə tikir ki, onun başı göylərə çatır [24; 91]. Bu tikilinin başının göylərə çatması, onun Babil qülləsi ilə eyniliyi deməkdir. Mənbələrə görə, Babil - anunnakilərin Marduka hədiyyəsidir. Başqa sözlə, kutilərin kafər şəhəri elə Etemenanki məbədidir və onu tikdirən də Marduk Allahıdır.
Nəticə 11. Qədim mətnlərdə kuti, xat adlandırılan
xalq - göy okeanı mənasında olan ümman dənizindən, yəni ilkin materiyadan
(İlah) yaradıldığı üçün özlərini Allah adlandırdılar və yeni kosmik eranın
başlanğıcını qoydular. Kitabi Dədə Qorqudda "Anlar" kimi keçən bu
İlahi varlıqlar Ane (No/On) şəhərində Atum Allahını yaratdılar ki, bu yaradılış
ikili mənadadır. Pir Amon öz ruhunu Ümman/Ammon dənizi adlandıraraq, ilkin
materiyanın yaradılış An-ında (sufizmin Bəqa səviyyəsindəki məqam) kosmik Atum
Allahını var etmişdir. Bu yaradılış yerdə, göy və yerin təməl evi adlandırılan
Etemenanki (Atum-Nunki) məbədinin tikilişi ilə eyni vaxtda baş verir. Nəticədə,
eyni vaxtda yerdə və göydə eyni formada məbəd yaranmışdır.
Marduk (MR-DK) rəmzi batinilikdə Mar-Kuti (MR-KT) mənasında
kutilərin - Midiyanın mar, amoreylər nəsli olması anlamındadır. Mar (MR) rəmzi
qədim Misir mənbələrində “göyə qaldırılmış torpaq” və “piramida” mənasını
verir. Başqa sözlə, Şu Allahının göyə qaldırdığı cənnət – Midiya mar-amoreyləri
ilə bağlıdır. Mənbələrdə “mer” (Mar) rəmzi ilə eyni mənada “xenn”, “xennu” rəmzi
də qeyd olunur və çox dərin mənalara malikdir (25). Xenn/xennu rəmzlərinin batinilikdə
“xanan” (kənan), xunn, hunn kimi mənaları da vardır. Belə çıxır ki, Midiyanın
mar-amoreyləri, kuti/xattlar və kənan/hunnlar eyni xalqdır və onlar “göyə
qaldırılmış torpaq” əhlidirlər.
Tövrata görə, amoreylər Xanaandan doğulmuşlar və bu
tayfanın nümayəndələri çox döyüşkən və nəhəng boylu olmuşdur [3; Bıt.10:16,
Çis.13:30]. Akkadlar amoreyləri - amurru, şumerlər isə Mar-Tu adlandırırdılar.
Lakin Mar-Tu rəmzi eyni zamanda Ta-Meri adlanın Misir ölkəsidir və Amos peyğəmbər
də Amorey haqqında yazanda bildirir ki, Amorreyin hündürlüyü “… sidr ağacının
hündürlüyü kimi olmuş və palıd ağacı kimi möhkəm idi… “ [3; Amos.2:9]. Bu isə o
deməkdir ki, amoreylər, kənanilər elə nəhəng Ad qövmünün nəslidir.
Batinilikdə kənan (K-NN) rəmzi ilə Nunki (NN-K) rəmzi eyni mənalıdır və anunnaki rəmzi də "Anu şəhərindəki Nunki" deməkdir. İbn Sina “Yakzan oğlu Hayy haqqında traktat”da, Şərq tərəfdə olanları qeyd edərkən, iki dünyanın sərhəddində yaşayanlardan yazır və burada hunnları - hinnlər kimi qeyd edib, cinlərlə eyniləşdirir. Bu cinlərlə sərhəddə mələklər nəsli yaşayır. İbn Sinaya görə, yer mələkləri iki qəbilədir: Sağda – hökmran və idarəçilər, ona əks tərəf – solda isə icraçı və sərəncamçılardır: "Hər iki qəbilə sakinləri gah enərək, cin və insanlar ərazisinə düşür, gah da yüksələrək, Göylərə qalxırlar. Deyirlər ki, mühafizlər və nəcib mirzələr məhz bu qəbilədəndirlər. Sağ tərəfdə nəzarət üçün əyləşən hökmranlara mənsubdur və o da diktə edir. Sol tərəfə nəzarət edən isə sərəncamçılardandır və o isə yazır» [26]. İbn Sina burada sağ tərəf dedikdə, Etemenanki/Babil qülləsinin göylərində yaradılmış ruhlar (Qeb/Qeyb) dünyası olan mələküt aləmini və orada yaşayan cinləri-hinləri nəzərdə tutur ki, onlar hökmranlardır. Qüllənin sol tərəfində olanlar isə, Allahın Özünə qulluq üçün seçdiyi padişahlar və peyğəmbərlər nəslidir. Hər iki qəbilə sakinlərinin gah enərək, cin və insanlar ərazisinə düşməsi, gah da yüksələrək, göylərə qalxması dedikdə İbn Sina, həm cənnətdə yaşayan ölümsüz ruhların istədiyi vaxt yerə enmələrini və həm də solda yaşayan pirlər nəslinin ekstatik durumda göylərə səyahətini nəzərdə tutur. Bu pir-bəglər nəsli qədim Misir mənbələrində - iki dünyanı bir bədəndə birləşdirmiş "Qor yolu ilə gedənlər" (Şəmsu Qor) nəsli kimi keçir. Bizlərə bu nəsil – “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” kimi tanışdır. Onlar Midiya dağlarında yaşayan və ilkin materiya səhralarında ekstatik vəziyyətdə (“suluq”) dolaşan midiyalılar, yəni tərikə yolunu gedən Deyləm türkləridir. İki dünyanın sakinləri olan bu türklər ölənə qədər bu dünyada, öləndən sonra isə ruhları İrəm cənnətində xoşbəxtliklərini davam etdirirlər. Məhz buna görə, bu Şəmsu-Qor nəsli qaynaqlarda (qanadlı) mələklər adlandırılırlar ki, onlar öləndə ruhları metamorfozaya uğrayır və qanadlanıb, Babil qülləsinin qapısına uçurlar. Adi insanlar isə öləndə, ruhları bədəndən çıxan kimi "boğulur" və bir-iki saata qədər işıqda parçalanıb məhv olur. Qor yolu ilə gedən mələklər nəsli - ad və soyadlarında "mir", yəni mar, amorey rəmzini daşıyan Deyləm Türk bəgləridir.
Nəticə 12.Mənbələrdəki mar/amoreylər, kuti/xatlar və kənan/hunnlar eyni nəsildir. Onlar yerdəki cənnəti "göyə qaldıranlardır". Kənanilər/hunnlar eyni zamanda cinlər mənasında - ruhlar dünyasının, yəni Etemenanki/Babil qalasının başında yaşayanlardır. Qalanın ərazisindəki Midiya elində isə iki dünyanın sakinləri olan, Allahın əmrlərini yerinə yetirən seçilmiş bəglər yaşayırlar.
Qədim Misir yazılarında "mar" rəmzi, ölüm
şahlığı mənasını verən Duat (Teat/Daud və s.) rəmzinə aid edilərək Mertet (Mar-Tuat)
kimi də yazılır. Mertet rəmzi Mar-Tuat, yəni Duat ruhlar aləminin göyə qaldırılmış
torpaq olması və marlar ölkəsi olan Midiyada yerləşməsi və s. mənalarını verir.
Mətnlərdə Atet kimi də yazılan Duat şahlığı eyni zamanda Aat adlandırılır [17;
486]. Ölüm şahlığının “Aat” adlanması onun, yunanların Aid ölüm şahlığı ilə eyniliyi
deməkdir. Aat, Aid rəmzləri isə Ad (qövmü) rəmzi ilə eynidir. Lakin Ad oğlu Şəddadın
(ŞD-DD) ismi də batinilərdə Şad-Duat (ŞD-DT) kimi oxunur ki, bu da elə "Duat
ruhlar dünyasını saxlayan Şu Allahı" deməkdir.
Duat rəmzi ilə eyni mənalı Daud rəmzi yəhudi mənbələrində
peyğəmbərə aid edilir. Nəhəng Qoliafa qalib gələn Daud, “Daudun şəhəri” adlanan
Yerusəlimi azad edir və müqəddəs sandığı bura gətirir. Saul şah, Daudun taxta
çıxması üçün onun alnına müqəddəs yağ sürtür və buna görə də ona Məsih kimi də baxırlar.
Yəhudi Məsih inamına görə, axirətdə ya Daudun özü, ya da onun törəmələri gəlməlidir.
Məhz buna görə, “Daud taxtı”, “Daud şahlığı” ifadəsi mövcuddur ki, bu da axirətdəki
Məsihin bu nəsildən olmasına işarədir [27].
Digər tərəfdən, mətnlərdə Daud/Duat/Teta və s. kimi
yazılan rəmzlərin “Taət” variantı dilimizdəki "itaət" rəmzidir. Quranda
"Eti" kimi keçən və müti olmaq, əmrə, Allaha tabelik və s. kimi mənalandırılan
"itaət" rəmzi, elə qədim Misirin "Aat", "Teat" rəmzidir
ki, ruhlar dünyasını bildirir. Başqa sözlə, yalnız Allahın qanunlarına itaət edib,
bu qanunlara tabe olan müsəlman, Allahın Taət/Duat ölüm şahlığına düşüb, orada müqəddəslərin
xoşbəxt həyatına şərik ola bilər.
Qədim Misir mətnlərində Duat (DT) rəmzi Teta (TT) kimi
də yazılaraq, Amon Allahına aid edilir: “Ra - Osiris kimi gəlir, Amenteta Allahlarının
və İlahi ruhların bütün tacları ilə gəlir. O – yeganə İlahi obrazdır, Tuatın gizli
obrazıdır, Amentetanın başında duran müqəddəs Ruhdur, Un-Nefer - kimin ki həyatı
sonsuzdur” [28; 62]. Bu mətndə Teta (Duat) rəmzi Amen, yəni Amon Allaha aid edilir
ki, bu da Duat aləminin Amon Allahının ruhunda yaradılması ilə bağlıdır. Lakin burada
Osiris kimi gələnin - Tuatın gizli obrazı olması o deməkdir ki, burada söhbət əvvəldə
gələn Ra-Amon Allahından yox, axırda, yəni axirətdə gələcək Mehdi obrazından gedir.
İslamdan və xristianlıqdan məlumdur ki, Allah - Əvvəl və Axırdır, Alfa və Omeqadır.
Qədim Misir mətnlərində də Allah dedikdə əvvəldə gəlmiş Ata Ra-Amon və Oğul Qor
nəzərdə tutulur. Belə çıxır ki, axirətdə gələn Qor Allahı, günəş Allahı Ra və Osirisin
yaradılışını təkrarlayacaqdır.
Nəticə 13. Mənbələrdə göyə qaldırmanın rəmzi olan "Mar"
rəmzi, Taət/Duat rəmzləri ilə eyni qeyd olunur ki, bu da marların göyə qaldırdıqlarının
Tuat/Duat cənnəti olması deməkdir. Duatın “itaət” rəmzi ilə eyniliyi, yalnız itaət
edənin Duat cənnətinə düşə biləcəyi deməkdir. Digər tərəfdən, mənbələrdə Daud/Duat
rəmzi əsasən axirətdə gələcək Mehdiyə şamil edilir ki, bu da axirətdə yaranacaq
cənnətin sahibinin məhz Mehdi olacağı deməkdir.
Qor rəmzini tam anlamaq üçün, qaynaqlarda buna bənzər
rəmzlərə nəzər salaq. Əflatun fəlsəfəsində Qor (QR) rəmzi ilə eyni mənalı Xora
[XR] rəmzi ilkin materiya sahələrini bildirir ki, bütün bəşəriyyətə həyatı o
vermişdir. Qədim Hind mənbələrində də eyni mənalı Kuru (KR) rəmzi ilkin
materiyanı bildirir. “Bxaqavad-Gita” kitabının ilk cümlələrində Kuru rəmzi
Dxarmo sahəsindəki döyüşə aid edilir ki, burada Allahlar qurban mərasimi
keçirirlər. İlkin materiya ilə bu döyüşdən sonra göydə – ruhlar dünyası, yəni
günahlardan, bədbəxtlikdən kənar brahman dünyası yaranır ki, bu da əbədi xoşbəxtliyin
səbəbidir [29; 252]. Deməli, Qor rəmzi ilkin materiyadan yaradılmış obrazdır və
o Brahman (Ba-Rahman) dünyası mənasında olan İrəm cənnəti ilə bağlıdır. Batini
mənada Qor/Xor (Hor) rəmzi – Hü (Q/X) ilkin materiyasından yaradılmış Ra deməkdir.
Qədim yazılarda Kar/Kara rəmzi Mada, yəni Midiya ölkəsinə də aid edilir. Tarixçi alim Q. Qeybullayev yazır ki, Bisütun yazılarında “Kara Mada” sözü var ki, (bax: Maday-Kara eposu) bəzən bu sözü “Midiya xalqı” kimi tərcümə edirlər. Lakin araşdırıcıların sözlərinə görə dəqiq təyin edilmişdir ki, kara sözü “icma kəndliləri və sıravi döyüşçülər” mənasını daşıyır [30; 381]. Bir çox alimlər hesab edir ki, Midiya və Fars “kara”sı – “xalq-ordudur”, çünki bu xalq eyni zamanda ordu kimi də çıxış edir. Alimlərə görə, qədim fars dilindəki Kara rəmzi Akkad dilində “martiya”, “ummanate” kimi – ordu, insanlar, xalq-ordu və s. mənalarındadır. Martiya, yəni Mar-Tu və ummanate, yəni ümman rəmzi o deməkdir ki, burada söhbət ümman dənizindəki "kafər şəhərində" ölümsüzlük qazanmış mar-amoreylərdən gedir. Mar-Tu rəmzinin Misirin digər adı olmasını nəzərə alsaq razılaşarıq ki, Qor/Kara və bənzər rəmzlər -göydəki cənnətdə ölümsüzlük qazanmış Asar/Osiris Allahları mənasındadır.
XIX əsrin alman yazıçısı Georq Ebers Misir həyatını
təsvir edən “Uarda” əsərində Qor Allahının adını Qorqud kimi qeyd etmişdir ki,
bu da Qor-Xuda (Qor Allahı) anlamındadır [31; 145]. Dədə Qorqud – batinilikdə
Duat Qor Allahı deməkdir. Qədim Misir mətnlərinin birində Qor Duat haqqında
yazılır: “Sübh ulduzu, Qor Duat, İlahi quş, göydən yaranmış böyük yaşımtıl” [32;
191). Qorqudun "Böyük yaşımtıl" adlandırılması, onun ölümsüzlük
qazanmış Xızır (Azər/Osiris) və ya Xıdır (Xator) peyğəmbər obrazında olması deməkdir.
Buxariyə görə, əl-Xədir (yaşıl deməkdir), ağ torpağa oturanda, ağ torpaq onun
arxa tərəfində yaşıllaşmışdı” [20; 3402]. Mətnlərdə Qor, Osirisin oğlu adlanır
ki, axirətdə onun taxtında oturacaq: “Ey Osiris, Sənin oğlun Qor günəş kimi sənin
taxtında oturmuşdur, və bütün canlılar ona tabedirlər. Milyon illər ona xidmət
edirlər, ondan qorxurlar, Allahlar ittifaqı ona qulluq edir və ondan qorxur...
Sənin oğlun Qor sənin taxtının varisi olmuşdur, həqiqətən deyirəm, onun oğlu
Qor, varis kimi “ikiqat Odun Gölü”ndə Yaşayanın taxtında oturur. Ona mən kömək
etmişəm ki, milyon illər qayığındakı taxtda otursun [17; 481, 694]. Digər bir mətndə
Qor, Yuxarı və Aşağı Misirin şahı adlanır və onun, atası Ra günəş Allahının
doğumunun təkrarlanması nəzərə çatdırılır: “Sənin Atan Ra, sənin Yuxarı və
Aşağı Misirin yüksək şahı rütbəni, səni öz bədəninin vəhdətində yaradarkən
yaratmışdır”, “yaşasın doğuşunu təkrarlayan Qor, Ra Amenemxet oğlu”, yaxud “Mən
Qorun taxtında sənin başına tac qoyuram ki, sən (öz ardınca) bütün canlıları
aparasan” [33; 61,50]. Başqa bir mətndə də Qorun - Ra günəş Allahının ilk oğlu
olması nəzərə çatdırılır: "Mənim atam Qeb, mənim anam – Nutdur. Mən –
Ranın ilkini olan Qoram, hansı ki başına tac qoyulmuşdur……" [17; 419].
Qorun həm Osirisin və həm də Ra-nın oğlu olması, bu obrazların eyniliyi deməkdir.
Asar – “İssi Ra” deməkdir ki, bu da "Ra Allahın Ruhu" mənasındadır.
Lakin buradakı "İssi" rəmzi qədim Misirdə Sia və Şu kimi də keçir. Şu
isə sütunla bağlı rəmzdir. Deməli, Ra günəş Allahını da pir Amonun Şu sütunu rəmzli
ruhu "saxlayır" və axirətdə Qor Allahı Duat ölüm şahlığının sütunu
kimi Ra-nı əvəzləyəcək.
Nəticə 14. Qədim mənbələrdə Qor dedikdə də, qurbankəsmə
və teurqiya vasitəsilə göydə, ilkin materiyadan yaradılmış dünya başa düşülməlidir
ki, bu dünya Atum (Mada) Allahının bədənindədir. Atum Allahının obrazı və bənzəri
kimi isə sayı 120000 olan ordu yaradılmışdır ki, məhz Qor ordusu sonradan
kuti/xet adlandırıldı. Axirətdə gələcək Qor Allahı da Ra günəş Allahının
obrazında olacaq.
Şumer mifologiyasında Qor Allahı – Kara/Kor kimi məlumdur və Enmer luqalına aid edilərək EnmerKar kimi yazılır. Enmer [NMR] rəmzi sufizmdə Ra-Amon [R-MN] rəmzi ilə eyni mənalıdır ki, bu da qədim Misirin Ra-Amon Allahı deməkdir. Deməli, Enmerkar (NM-R-KR) elə Ra-Amon-Qor (R-MN-QR) deməkdir. Tanınmış alim D. Rohl Misir fatehlərini - “Qor yoluyla gedənlər” adlandırır və bildirir ki, onlar öz əslini Mesopotamiyanın Böyük qəhrəmanlarından götürür. O nəzərə çatdırır ki, Eridu (Nunki/Etemenanki) şəhərində yaşayan şumerlilər, EnmerKar şahını – Enki oğlu Asar İlahi statusu ilə adlandırdılar [34]. Bu isə o deməkdir ki, Asar (Osiris/Azər) adı – Enmer-Kar şaha, yəni Ra-Amon-Qor Allahına İlahi status mənasında verilən addır.
Qədim Misir yazılarına görə, Biqqe (Bəkkə)
adasındakı “Sirli hündür dağda” mağara gizlənir ki, burada Osiris/Oziri
Allahının sağ ayağı və s. saxlanılır. Digər yerdə bu dağ Baxu, Bağdat
(Baxu-Duat), Bakı, Buxen və s. adlandırılaraq Xor, yəni Qor Allahına aid
edilir: “Xor Buxen”, “Bağdatlı Qor”, "Bakı Xoru", “Xor, Bakının
ağası” və s. Dakkadakı bloklara görə isə Bakıda Allahların çarı Min-Ra yerləşir
[35; 226,66-112,146]. Min-Ra rəmzi təbii ki, Amon-Ra deməkdir və bizlərə bu
Allah Rəhman kimi məlumdur. Belə çıxır ki, göydə "Dünya" yaratmış
Ra-Amon/Rəhman Allahın qəbri Baxu dağının altındakı mağaradadır.
Misirlilərin “Ölülər kitabı”na görə, Bexdetli Qorun
düşmənlə vuruşduğu yeri Tot – “Aat-Şatet” adlandırır ki, Set fışıldayan ilan cildini
alaraq bu vilayətdə yerin altına girir.
Qor Allahı da, qırğıbaşlı keşikçi olaraq, onun gizləndiyi yerə nəzarət
edir ki, ilan heç vaxt oradan çıxa bilməsin. Burada ilkin materiyanın (İlahi
od) ilan rəmzli Setin anlamında, yeraltı Baxu mağarasında saxlanılması nəzərə
çatdırılır. Mətnlərə görə, Bexdetli Qorun düşmənləri qırdığı yerdə Xator yerləşir
[17; 97,93]. Digər tərəfdən, burada, yəni Biqqedə yerləşən Qorun və Tefnutun
gözü - Mut adlandırılır. Belə çıxır ki, Baxu mağarası Xator-Mut, yəni Yəmənin
Xadramaut vadisidir. Bu mağaranın həm də "Aat-Şatet" adlanması isə,
onun "Ad-Şədid", yəni Ad oğlu Şəddada aid olması deməkdir. Biz əvvəldə
yazdıq ki, rəvayətə görə, Ad oğlu Şəddadın qəbri Yəmənin Xadramaut şəhərindəki
bir mağaranın içindədir. Belə çıxır ki, Ad oğlu Şəddad elə Ra-Amon, yəni Rəhman
Allahın obrazıdır. Mətnlərin birində bu mağara ilə bağlı Ra Allah'ı Tota dedi: “Mənim
düşmənlərimə [burada divan tutulmuşdur]”: ona görə də bu yer indiyə qədər Teb
adlanır. Bexdetdən olan Qor və qanadlı disk haqqındakı rəvayətdə isə Tot deyir:
“Teb şəhəri gərək Bexdetli Qor adlandırılsın” və bu günə qədər o belə adlandırılır
[17; 92]. Qədim Misirdə "Teb" – “möhürlənmiş qutu” mənasını verir ki,
bu da Osirisin qoyulduğu tabut mənasındadır.
Nəticə 15. Mənbələrdə Qor Allahı - Enmerkar kimi
yazılır ki, bu da Ra-Amon-Qor deməkdir. Qorun Ra-Amona aid edilməsi, Qor
Allahının - pir Amonun ruhunun Ra günəş diski ilə birləşməsi mənasında olması
deməkdir. Məhz bu Ra-Amon-Qor Allahı sonradan Asar, yəni Osiris
Allahı adlandı. Bu Allah Midiyadakı Gel elində ayaq üstə durmuş kosmik insan
kimi təsəvvür edilir ki, onun ayağının altında Biqqe/Baxu mağarası yerləşir.
Pir Amonun, yəni Amon Allahının qəbri də bu mağarada qorunur. Məhz bu mağara həm
də "möhürlənmiş qutu" adlanır ki, qədim qabartmalarda bu qutu çanta
formasında, qanadı Allahın əlində təsvir olunur.
Buxarinin hədisində "Teb" təmzi “Taba” kimi
keçir və Mədinə şəhərinin digər adıdır [20; 1872]. Sührəvərdi fəlsəfəsinə görə
işıq - Tuba ağacından axan xəzinədir. Bu ağac isə Qurana görə, Allahın nurunun
yerləşdiyi çırağı odlandırır [13; 24:35]. Əl-Əşarinin qeyd etdiyi hədislərin
birində deyilir: “Allah öz əlləri ilə insanı yaratmış, öz əlləri ilə Edem cənnətini
yaratmış, öz əlləri ilə Tövratı yazmış və öz əlləri ilə Tuba ağacını əkmişdir”
[36; 3].
Batinilikdə Teb/Taba/Tuba rəmzləri "Beyt"
(Bit) rəmzi ilə eyni mənalıdır və bu da o deməkdir ki, Bexdetli Qorun Teb şəhəri
- Allahın Evi mənasında göydəki ruhlar dünyasının - İrəm cənnətinin rəmzidir.
Bunları tam anlamaq üçün sufi mənbələrinə müraciət etmək lazımdır.
Sufilər dahisi Əbu Həmid əl-Qəzaliyə görə də dünya üç
hissəyə bölünür. Birinci – görünən və hiss olunan “aləm əl-Mülk və-Şəhad”,
ikinci – mənəvi olan “aləm əl-Cəbərut”, üçüncü isə – gözəgörünməz o biri
dünyadır ki, “aləm əl qeyb və-l-Mələküt” adlanır. Burada Mülk dedikdə, Allahın
"Dünya" yaratmağa başladığı Gel şəhəri nəzərdə tutulur ki, bu şəhər də
yazdığımız kimi Midiya ərazisində yerləşir. İkinci, mənəvi aləm mənasında olan
Cəbərut aləmidir ki, bu da Allah Mülkünün, yəni Gel şəhərinin altında gizlədilmiş
(Baxu/Biqqe) mağaradır. Yazdıqlarımızdan çıxan nəticəyə görə, Ad oğlu Şəddadın,
yəni Ra-Amon Allahının qəbri burada qorunur. Əl qeyb və-l-Mələküt adlanan
üçüncü aləm isə Gel şəhərinin üstündəki göylərdə yaradılmış Qeb (Qeyb) ruhlar
dünyasıdır. Bu üç aləm birlikdə Tövratda "Dünya" adlanır ki, qədim
Misir mənbələri bunu Atum (Adəm), digər mənbələr isə Muta, Midiya, İrəm zat əl-İmad
və s. adlandırır. Babil, Etemenanki və s. adlar isə Cəbərut aləmində gizlədilmiş
nəhəng tikilinin müxtəlif adlarıdır ki, onu ilk nəhəng varlıqlar olan Ad qövmü,
yəni Asar/Osiris Allahları tikmiş və sonra üstünü örtüb, dağa çevirmişlər. Qədim
Misir yazılarında Yuxarı Misir, Yuxarı Geliopol deyəndə - Gel göylərindəki Mələküt
aləmi, Aşağı Misir, Aşağı Geliopol dedikdə isə, Mülk və onun altındakı Cəbərut
aləmi (Sokaris, Aid, Qades və s.) nəzərdə tutulur.
Osirisin yerləşdiyi tabutun Tuba/Beyt rəmzi ilə eyni məna
verməsi və Bexdetli (Baxu dağındakı Duat ölüm şahlığı) Qor adlandırılması o deməkdir
ki, burada Asar/Osiris və Qor (Ata və Oğul) Allahlarının obrazları birləşir. Hər
iki rəmzin batini mənası - ilkin materiyadan yaranmış Ra günəşi deməkdir və
axirətdə məhz bu günəşin yenidən var olması əsas məqsəddir. Bunun üçün Osiris
obrazı ilə Qor/Xor obrazları eyniləşdirilməli və ilkin materiyaya Ra-nın doğumu
kimi təqdim edilməlidir. İlkin materiya da öz qanunlarına uyğun yeni Qoru
(Osirsi) və onun yeni Duat ölüm şahlığını var etməlidir.
Nəticə 16. Teb/Tuba və Beyt rəmzləri İlahi oddan
yaradılmış və ağac kimi təsəvvür olunan cənnət mənasındadır. Bu nur ağacının
kökü Cəbərut aləmi mənasında Baxu mağarası, Ağacın sütun rəmzində olan gövdəsi
- Allahın Mülkü olan Gel eli, ağacın budaqları və yuxarı hissəsi isə Mələküt aləmi
mənasındadır. Axirətdə, Baxu mağarasında əvvəlcədən yaradılmış Qor obrazı
materiallaşmalı və zühur etməlidir.
Mətnlərin birində deyilir: "Ey Osiris, “… “Dua” adınla onlardan uzaqlaşma... “Xurti” adınla onlara qəzəblənmə və s." [17; 50]. Burada Dua rəmzi - Deo/Teo yəni Allah, Xurti rəmzi isə Xor-Teo, yəni Xor/Qor Allahı deməkdir. Roma dövrünə aid “Ölülər kitabı”ndakı qəbirüstü Xertu mətnində deyilir: “Burada söhbət, sözləri qanun olan Osiris Xerti-dən gedəcək. Mən, Ra-nın çıxdığı məqamam. Mən Atumun qürub etdiyi məqamam. Mən gecə və gündüz Osiris Xenti-Amentiyəm. Ey Duatın keşikçiləri mənə tərəf dönün, ey Amentinin keşikçiləri, ey Per-Xennunun (Pir-Xanaan) keşikçiləri. Mənə tərəf dön, ey Duatın qapıçısı Osiris oğlu Anubis. Mənə tərəf çevril ey Xator, Amentinin və Maatın xanımı, kim ki onun qarşısında Amentiyə qalxır o tərəfə dön… Mən sizin atanız Xeru-Xutiyəm (Xorxut/Qorqud), hansından ki zamanın başlanğıcında siz yaranmısınız. Mən, əbədi öz taxtını tutan İsida və Osiris oğlu Qoram. Mən Xer-uruyam (Böyük Qor), Ra-nın əzalarına ləzzət gətirən Cənubun hökmranıyam və Qoru öz atasının taxtında yerləşdirənəm. Mən, İki Gözün Qoruyam, bütün Allahlara güc verən silahın gözləyəniyəm və s." [17; 752,756]. Burada Atumun qürub etdiyi zamandan danışılır ki, bu da axirət dövrü anlamındadır və bu zaman Osiris-Xurti (Osiris-Qor Allahı) - Ra günəş diski kimi yenidən çıxmalıdır. Bu çıxış isə təbii ki, marlar ölkəsi olan Gel elinin yerləşdiyi Midiyada olmalıdır.
Erməni mənbələrində Xurti rəmzi Kert kimi yazılır və
"Mar" rəmzinə, yəni göyə qaldırılmış torpağa aid edilir ki, bu da
onun ilkin materiya düzənliyində, səhrasında yaradılmasına işarət edir: “Artaşesin
cəsur oğlu Artavazd, Artaşat (Eridu-Şad) şəhərinin özülünün qoyuluşunda öz
sarayı üçün yer tapmayanda gedib marlar (ölkəsində) Marakerti tikdi, hansı ki,
Şərur adlanan düzənlikdə yerləşir” [4; 30]. Burada Marakert deyəndə Mülk-Cəbərut-Mələküt
üçlüyü nəzərdə tutulur. Osiris-Xurtinin, yəni Qor Allahının yenidən doğuluşu isə,
bu üçlüyün bətni mənasında olan Cəbərut aləmində - Bexdetdə (Baxu dağının
altındakı Duatda) baş verməlidir. Altay mənbələrində Qor Allahının bu üçlüyü –
“Üç Qorbustan” adlanır.
Bexdet rəmzi bizlərə İraqın (Qor rəmzi) paytaxtı
Bağdad kimi tanışdır. Bağdad şəhərinin rəsmi adı Mədinət əs-Salamdır. Deməli,
biz əsl Bağdadın harda yerləşməsini dəqiqləşdirmək üçün Mədinət əs-Salam rəmzini
açmalıyıq.
Mədinət rəmzi ilə eyni mənalı əl-Mədain rəmzi sasani
iranının Ktesifon şəhərinin adıdır və ərəblərin sasanilərlə Kadisiyyə ətrafındakı
qələbə vuruşundan sonra ona verilən addır. Buradakı “Kadisiyyə” rəmzi Kadus eli
mənasında ən qədim dövrlərdən Midiya ərazisində göstərilir. Ktesifon [KTS-FN] rəmzi
də bu mənada Kadus-Fon [KDS-FN] rəmzində - Kadus elinin Pan, yəni Alpan eli
olması deməkdir. Lakin Ktesifon rəmzli Əl-Mədinə şəhəri bəzi qaynaqlarda “Əl-Mədinə
əl-Atika” adlanır ki, buradakı Atika [TK] rəmzi Kəbənin digər adı olan
Beytül-Ətiqdir. Atika/Ətiq [TK/TQ] rəmzi isə sufizmdə elə kuti/quti/xat rəmzləri
mənasında Xud peyğəmbərin rəmzidir. Başqa sözlə, Xud peyğəmbərin kuti/xat nəhənglərinin
ölkəsi olan Mədinə - Ktesifon/Kadisiyyə mənasında olan Kadus elidir ki, bizlərə
bu rəmz Qüds və Qades ölüm şahlığı mağarası kimi məlumdur.
Mədinət əs-Salam adındakı Salam rəmzi - yəhudilərin üç
dinin müqəddəs şəhəri olan “Səlim”, yəni Yerusəlim şəhəridir və onun da digər
adı Qüdsdür. Qüds isə qədim İsrail/İzrailin paytaxtı olmuşdur və bu rəmz
"Asar/Azər Eli" mənasında Osiris Allahının ölkəsi deməkdir. Bütün
bunlardan belə nəticə çıxır ki, Osiris-Xurti Allahının Xurti mağarasından yenidən
çıxışı - Asar/Azər ölkəsinin Kadus elində, buradakı Qades mağarasından
olmalıdır.
Nəticə 17. Mətnlərdə Osiris-Xerti dedikdə, Asar-Qor
Allahı nəzərdə tutulmalıdır və bu Qor Allahı marların Midiya ölkəsi ilə
bağlıdır. Midiyanın bir adı Mədinət əs-Salamdır ki, Salam da Yerusəlim deməkdir.
Midiyanın digər adı isə Kadusdur ki, bu da Qüds, yəni Yerusəlim anlamındadır və
axirətdə bütün hadisələr burada baş verməlidir.
Asara, yəni Osirisə aid edilən Xurti rəmzi əksər mətnlərdə
Kerti kimi yazılır. Asar-Kerti rəmzi rus mənbələrində Tsar-Qrad, yəni Çar-Şəhəri
kimi keçir və Konstantinopol şəhərinə aid edilir [19; 122]. Mənbələrdə Konstantinopol,
yəni İstambuldakı Sofiya məscidi isə - Süleyman peyğəmbərin məşhur kilsəsi kimi
təqdim edilir [37; 847]. Apokrif yazı olan “Yerusəlim söhbəti”ndə deyilir: “Yerusəlim
şəhəri – bütün şəhərlərin anasıdır: bütün kilsələrin kilsəsidir – Sofiya
Allahın müdrikliyidir, onda Allahın qəbri durur” [19; 400]. Başqa sözlə,
Allahın qəbri Sofiya məscidindədir və o isə Yerusəlimdə yerləşir. Digər tərəfdən,
Tsar-Qrad mənasında olan Konstantinopol, qaynaqlarda Roma imperiyasının yeni
paytaxtı mənasında "Yeni Roma" adlanır. Roma, Rim rəmzləri isə elə İrəm
rəmzidir. Belə çıxır ki, Baxu dağının altındakı Asar-Kerti mağarasında həqiqətən
də Allahın qəbri qorunur və Qor Allahının buradan çıxışı, yeni İrəmin-Romanın
var olması ilə nəticələnəcək. Qədim Misir mənbələrində bu çıxış - Qoca Ra-Amon
günəş Allahının yerinə, Cavan "Gecə günəşi", yəni Ay rəmzli Mehdinın
çıxışı kimi rəmzləndirilir.
Qədim Misirin Amduat, yəni “Duat-da (Dat) olanlar” kitabının, polşalı misirşünas Ancey Nivinskinin tərcüməsi və şərhinə görə, burada, ölmüş şah axşam günəşin gəmisində yeraltı dünyaya daxil olur və 12 saat sonra günəş kimi, yeni həyata başlayır. Lakin burada hər saatın özündə günəşin, yerin altında olduğu zaman dəyişməsi və artıq səhər, qoca Günəşin, kitabda “gecə günəşi” adlandırılan yeni cavan günəşlə əvəz olunmasından danışılır. Qeyd edək ki, U. Baca görə, Seker adı “kim ki gizlindədir” mənası ilə “gecə günəşi” fikrini ifadə edir [28; 235]. Burada Seker rəmzi, Sokar yəni Sokaris (Aid, Qades və s.) mağarası anlamında həm Cəbərut aləmini, həm də İsa-Qor (Şu-Qor) anlamında Qor Allahının ruhunu bildirir. Gecə günəşi dedikdə isə, Ay Allahı Sin nəzərdə tutulur ki, bu da El-Amurru, yəni amoreylərin El rəmzinə aiddir və Mehdini bildirir. Başqa sözlə, Bexdetli Qorun Xurti (Kerti/Xertu) obrazı, onun axirətdə Beytdən, ölüm şahlığının Cəbərut aləmindən çıxacaq Allahın obrazıdır. Buna görə də, bu mağaranın özü mənbələrdə "Kerti mağarası" adlanır. Kerti/Xertu həm də bütöv üç aləm (Mülk, Cəbərut, Mələküt) mənasında kosmik Osiris Allahını bildirir.
Mətnlərdə bu mağara Neter-Xert (Neter=Nut+Ra=Tanrı) də
adlanaraq, onun Amentidən, yəni Amon-Atadan (Teo/Teos) gəldiyi nəzərə
çatdırılır və "Aşağı müqəddəs vilayət" adlandırılır [17; 548, 338]. Mənbələrdə
Amenti rəmzi də bütöv Duat ölüm şahlığına, onun yeraltı Sokaris mağarası mənasında
olan Cəbərut aləminə də aid edilir və Amenteta (Amon-Duat) kimi yazılır.
Tet, yəni Duat rəmzi yazılarda Tet və Ced sütunu kimi
də məlumdur. Tet sütunu Busiridə (Busiris) qaldırılırdı və bu Osirisin ölmüş bədəninin
bərpa mənasını, yəni dirilməsini bildirirdi. Mənbələrdə Ced sütunu Osirisin fəqərə
sütunu adlandırılır. Xeb-sed (Qeb-Şad) bayramında bu “Geliopol sütunu”na səcdə
edirdilər ki, adətən o Geliopol öküzü kimi tanınan Allah bütü (Şedu/Şad) ilə
assosiasiya olunurdu və özlüyündə ucuna öküz başı keçirilmiş uzun ağac
formasında idi [33; 75].
Nəticə 18. Asarın Qor Allahı (Osiris-Kerti) rus
(RS=SR) qaynaqlarda Tsar-Qrad, yəni Sar-Şəhər (Şəhərlər şahı) kimi yazılaraq
Konstantinopol şəhərinə aid edilir və burdakı Sofiya məscidi - Süleyman kilsəsi
adlanır. Sofiya kilsəsi eyni zamanda, mənbələrdə - Allahın qəbrinin yerləşdiyi
Yerusəlim mənasında qeyd olunur. Konstantinopolun Yeni Roma (Rim) adlanması isə
Osiris-Kerti mağarasından ikinci İrəm cənnətinin var olacağı deməkdir. Məhz bu
mağaraya son dəfə daxil olan Ra-Amon günəş Allahının yerinə, səhər - Mehdi
obrazlı Ay Allahı çıxacaqdır.
Şad/Şədid/Şəddad rəmzləri yəhudilərdə Şadday,
El-Şadday kimi "Qüdrətli Allah" mənasını verir. İslamda Şadday/Sadd rəmzi
- imam Əlinin nəslinə aid edilərək "seyyidüs-sadat" kimi qeyd olunur
və Sadatdan olan seyid deməkdir. İsna-Aşəriyə şiəliyində Sadat silsiləsi -
Quranın sirlərini bilən On iki ismaili imamıdır. Əgər nəzərə alsaq ki, Tövratın
Geliad izmaililəri elə Gelati-Şiə ismaililəridir, razılaşaraq ki, El-Şadday -
Əli-Sadat, yəni Əli-Seyid mənasındadır. El-Şaddayla eyni mənalı El-Amurru rəmzi
isə şiələrdə Əli-Əmir (əl-möminin) kimi qalmışdır və bu da bu obrazların
eyniliyi deməkdir. Belə çıxır ki, şəddadilər ifrat Gelati-Şiə ismaililəri ilə
bağlıdır.
Biz əvvəldə qədim Misirin Şu Allahının Gel şəhərində
(Geliopol) Qeb cənnətini sütun kimi saxlamasını yazdıq. Amon Allahının Şu ruhu
yəhudilərdə Yeşua, xristianlarda İsa, İslamda isə Şiə kimi qalmışdır. Bu isə o
deməkdir ki, ifrat şiələrin Gelati-Şiə eli - Şu Allahının Gel şəhəridir. Başqa
sözlə, Şəddadın İrəm cənnətini saxlayan Şu sütunu məhz ismaililərin Gelat elində
yaradılmışdır. İsmailiyə fəlsəfəsinin araşdırıcısı S. M. Prozorov yazır ki,
ismailiyə fəlsəfi dünya görünüşünə görə göydəki dünya - 12 ay və ya 12 bürcə
uyğun olaraq, 12 “ada”dan ibarətdir ki, hərəsinin öz ali xətibi var və onları “Dai
Duat əl-cəzirə” adlandırırlar. Ali rəhbərliyin üzvləri “Dai əd-Duat” adlanır.
Günün saatlarına uyğun 24 dai var ki, onların 12-si “görünən” (gündüz üçün) və
12 – “gizli”dir (gecə üçün) [38; 112]. İsmailiyə fəlsəfəsinə görə, dünyanın - 12
ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan (əl-cəzair) ibarət olması və bu
adaların başçılarının “Dai Duat əl-cəzirə” adlandırılması, onun qədim Misir fəlsəfəsi
ilə eyni olması deməkdir. "Batini-Quran" kitabında biz bu haqda daha
geniş izah verilmişik. Deməli, 12 rəmzi göydə yaradılmış İrəm cənnəti ilə
bağlıdır. Əflatuna görə də göydəki dünya 12 hissədən ibarət yaradılmışdır və bu
da o deməkdir ki, 12 "ada" dedikdə məhz bu 12 yaradılış nəzərdə
tutulmalıdır. On iki rəmzi ilə bağlı olan İsna-Aşəriyə dinində imam Əli - Allah
obrazında qəbul edilir. İsrailin 12 oğlunun Musəvi dinində də, Əli rəmzi ilə
eyni mənalı El rəmzi Allah deməkdir. Qədim türklərdə də El rəmzi Allah kimi qəbul
edilmişdir.
Türklərin Moyun Çor, Bilgə Xaqan, Gül-Təkin və s. abidələrində iddia edilir ki, Türk xaqanı Tolis, Tanrı tək Tanrı yaratmış və Tanrıda olmuş, oranı El etmiş (El tutmuş) müdrik xaqandır. Tanrıda olmuş və oranı El etmiş dedikdə, Türk xaqanının, sufizmin tərikə yolunu gedərək Bəqa səviyyəsində Tanrı, Allah yaratması nəzərdə tutulmalıdır.
Türk abidələrində türklər - sağ, sol və dibdə duran bəglərə
bölünür. Sağda - Şad-Apıt bəgləri, solda - tarxan və əmr gözləyənlər, dibdə isə
xas bəglər dururlar. Sufi-batinilərdə sağ tərəf – göyləri, türklərin
(teurqların) burada yaratdığı ruhlar Elini (Vilayətini), ruhlar dünyasını
bildirir ki, burada da El - Allah mənasındadır. Gül-Təkinin kiçik abidəsində,
sağda duran Şad-Apıt bəgləri – “Göyəbənzər, Göydə yaranmış müdrik Türk Xaqanı”nın
ən yaxın silahdaşları kimi qeyd olunur [39;10]. Bu isə o deməkdir ki, Şad-Apıt
bəgləri bilavasitə göylərdə yaradılmış El Allahı ilə bağlıdır. Tövratın
mistik-alleqorik şərhi olan Zoarda (Kabbala) El Allahı - "Adəm Elion"
adlanır. Burada Türk Xaqanın ilkin materiyanı El etməsi - Tövratdakı Allahın
"Göyün üstündəki sular bir yerə yığışsın!" əmrindən sonra, göy
"sularının" Adəm formasını alması mənasında göstərilir [40]. Qədim
Misir mənbələrində bu yaradılış firon/pir Amonun kosmik Atum Allahını yaratması
kimi qeyd olunur. Deməli, Türk xaqanı elə Atum (Adəm) Allahını yaratmış firon
Amondur (pir Əman). Bəglərin Apıt adlanması da onların qədim Misirin Pta
(Ptah/Fateh) Allahı obrazında olması deməkdir ki, mətnlərə görə Atum Allahı məhz
Ptanın (Ptah/Apet/Yafət) sözü və fikri ilə yaradılmışdır. Bu mətndəki Şad rəmzi
- "Şu" mənasında olan firon Amonun ruhunu bildirir ki, bu ruh
teurqiya prosesində "qalxaraq", Qeb (Qeyb) aləmini başı üstünə
qaldırıb, saxlamışdır. Başqa sözlə, göydəki ruhlar Elini (Aləmini, Vilayətini)
Amonun Şu ruhu saxlayır ki, Şad rəmzi də Şu-Ad, yəni Şu-Deo/Teo mənasında Şu
Allahı deməkdir və biz bu haqda yazdıq.
Nəticə 19. Şədid/Şəddad rəmzlərinin digər mənası Sadatdan
olan seyiddir və bu rəmz ismaili şiələrinin on iki imamı ilə bağlıdır. Tövratda
Geliad izmaililəri kimi keçən ifrat şiələrin Gelati-Şiə eli - qədim Misirin Gel
elidir ki, burada Allahın Şu sütunu göydəki İrəm Elini saxlayır. Yəhudilərdə El-Şadday
adlanan seyidlərin bu vilayəti mənbələrdə El-Amurru da adlanır ki, bu da “miri"lərin
Əli imamı mənasındadır. Əli, yəni El rəmzi İsmaili fəlsəfəsində 12 hissədən ibarət
Duat cənnətidir ki, bu da qədim Misir kosmoqoniyasıdır. Bu kosmik Eli isə göydə
Türk xanı, Adəm (Atum) formasında söz və fikri ilə var etmişdir.
Pir Amonun öz "ruhunda", yəni fikrində təsəvvür
etdiyini qurban və teurqiya ilə yaratdığı bu "iç dünyası" qaynaqlarda
İç Oğuz Eli adlanır. "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqalədə
biz bu İç Elin yaradılışı haqqında izah vermişik [41]. Pir Amonun teurqiya ilə göydə
yaratdığı bu İç dünyası qaynaqlarda İçu, Çu, Çin və s. ölkəsi də adlanır. Deməli,
biz Şad rəmzini daha dərindən araşdırmaq üçün Çin mənbələrinə müraciət etməliyik.
Çin mənbələrində Şad rəmzi Şa-to, Şu-Dao və s. kimi də
qeyd olunur ki, bu rəmzləri araşdıran tədqiqatçı Elşad Əmənov yazılarında buna geniş
izah vermişdir. Batini mənada Dao rəmzi - Deo/Teo (Teos) mənasında Allah deməkdir.
Daoizm fəlsəfəsində isə Dao - hər şeyin daxilini təşkil edən İlahi mahiyyətdir ki,
biz bunu efir, ilkin materiya və s. adlandırırıq. Bütün varlıqların yaradılşının
əsası və səbəbi olan Dao-nu, adi insan ağlı məhdud olduğu üçün dərk edə bilməz.
Dao termini buddistlərin gedilən yol mənasını verən "marqa" və "patxa"
rəmzi ilə, eyni zamanda "bodhi" (oyanna, nurlanma) rəmzi ilə də ifadə
olunur. Marqa rəmzi qədim Misirin "MR" (Mar/Amorey) rəmzidir ki, bu
"qaldırılmış torpaq" deməkdir. Patxa rəmzi Ptax, yəni Pta/Apıt rəmzidir.
Bodhi isə sufizmdə tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz
vəziyyətində "görən" mənasındadır. Başqa sözlə, bu rəmzlər bilavasitə
sufi-batini rəmzləridir və biz bunlara qısa izah vermişik. Mənbələrdə Dao-nun analoqu
kimi Loqos və Brahman çıxış edir. Deməli, Daoizm əslində Brahmanın (Ba-Ra-Amon),
yəni pir Amonun, Yafət (Pta) obrazında çıxış edib, söz, fikir və teurqiya (əməl)
vasitəsi ilə ilkin materiyanı özünə tabe etməsi və kainatın müəyyən müddətində bəşəriyyətin
sahibinə çevrilməsi fəlsəfəsidir [42]. Başqa sözlə, Dao və ya Deo (Teo/Ata) rəmzi
- həm hər şeyə həyat verən ilkin materiyanı və həm də bu ilkin materiyanı özünə
tabe edən Amon Ata-nı bildirir.
Şu-Dao (Şad) rəmzinin Şu hissəsi Çin mənbələrində Şu şahlığı,
Şu insanı və s. mənalarında olsa da, bu rəmzin həm də mədəniyyət, ustalıq, texnika
mənası var. Burada mədəniyyət dedikdə - sufizmin tərikə mərhələlərinə yüksəlmə bacarığı,
qabiliyyəti və s. nəzərdə tutulur. Deməli, Şu-Dao rəmzinin digər bir batini mənası
da, ilkin materiyanın dərk edib, onu özünə tabe etmiş, ondan ürəyində tutduğunu
yaradan ağıllı, bacarıqlı, qoçaq insan deməkdir.
Nəticə 20. Pir Amon göydəki Eli - öz beynində, təsəvvüründə,
yəni öz içində yaratmış və qurban, teurqiya və söz vasitəsilə materiallaşdırmışdır.
Firon Amonun içində yaratdığı bu dünya mənbələrdə İç Oğuz, Çin və s. ölkələr kimi
keçir. Şad (Şəddad) rəmzi də Çin fəlsəfəsində, ilkin materiyanı çox ustalıqla özünə
tabe etmiş və ondan göydə Çin Eli-ni yaratmış müdrikin ruhunun fəlsəfəsidir. Bu
müdrik mənbələrdə Lao-Tsi adlanır ki, bu rəmzlər də - El-İssi, yəni "Göydə
El yaratmış ruh", "Göydəki Elin ruhu", "Göydəki Eli saxlayan
ruh" və s. mənalarını verir.
Yazılanlardan belə bir ümumi nəticə də çıxarmaq olar ki,
Ad oğlu Şəddad - ilkin materiyaya qalib gəlib, ondan göydə İrəm cənnəti, yəni Osirisin
(Asar/Azər) ölüm şahlığını yaratmış firon Amonun obrazıdır. İrəm zat əl-İmad adlanan
bu aləm, bu gün Azərbaycan adlanan ölkənin qədim Midiya bölgəsində, yəni indiki
Yardımlı rayonu ərazisində var olmuşdu. Bu ərazidə indi də Azər/Asar kadusları,
yəni müqəddəslər nəsli olan pir-bəglərin, seyid-şıxların törəmələri yaşayır. Bu
cənub bölgəsində Asar/Osiris adı toponimlərdə Əsər kimi, yəni PeştƏsər, PirƏsər,
KürdƏsər, BilƏsər, ŞağlƏsər və s. kimi qalmışdır. Kürdəsər adı yuxarıda qeyd etdiyimiz
Osiris-Kerti (Əsər-Kürt) rəmzidir ki, bu da əsasən Cəbərut aləmi mənasında yeraltı
ölüm şahlığını bildirir. Bu elin qaynaqlarda Kadus (Vər-Gədüz/Kades-Varni) adlanması
isə o deməkdir ki, üç dinin müqəddəs ocağı olan Qüds (Yerusəlim) də, Qades ölüm
şahlığı da bu ərazilərdə yerləşir.
Biz yazdıq ki, M. Xorenatsiyə görə, Yerusəlim tikilib qurtarandan
sonra Gel adlandı. O, Gel elini Gelarkün adlandırıb, Albaniyanın, buranın adlı-sanlı
Sisaka nəslinə vərəsəliklə verildiyini bildirir [4;II/8]. Digər yerdə M.
Xorenatsi Gel-Gelarkün elini - Qarni [QRN] adlandırır [4; I/12]. Qarni (Qoran)
rəmzi Qor-An kimi açılır ki, An-lar (No/Ane) Kitabi Dədə Qorqudda "Dünya mənim"
deyən bəg-ərənlərlə eyniləşdirilir [23; 41,122]. Bu isə Gelarkün bəglərinin elə
Qor yolu ilə gedən bəg-ərənlər nəsli olması deməkdir.
Tövratda Albaniya və sahələri - Lbnun və Knun kimi keçir
və Allah - bu amorey torpaqlarını yəhudilərə (Türk bəglərinə) əbədi verəcəyinə and
içir [3; Втор.1:6-8]. M. Xorenatsi Knun rəmzini Gelar rəmzi ilə birlikdə,
yəni Gelarkün kimi qeyd edir ki, bu da Knun, yəni Nunkilərin tikdiyi Etemenanki
məbədinin Gelarkün dağının altında saxlanıldığı mənasındadır. Belə çıxır ki, qədim
Misirin üçlük (Mülk, Cəbərut, Məlküt) mənasında olan Atum dünyası burada yaradılmışdır.
M. Xorenatsi bildirir ki, Geli, bura gələn Gelam (Kəlam/Mələk) düzəldir. Gelam
(GLM) rəmzi bizə İqlim (QLM) kimi tanışdır ki, bu rəmz altında Azərbaycan, Arran
və Ermənistan nəzərdə tutulur. Bu isə elə Mülk, Cəbərut və Mələküt dünyası deməkdir
və bu haqda biz yazmışıq [43]. Kitabi Dədə Qorqudda İqlim rəmzi Arana (İqlim Aran)
aid edilir ki, bu da İqlimin Aranşahlar nəsli ilə bağlı olması deməkdir [23;
74, 58]. M. Xorenatsi də Aranıın bədənini ərazi kimi göstərir və bildirir ki, o
(Aran) Sisaka nəslinin nümayəndəsidir [4; II/8]. Bu isə o deməkdir ki, Aran
obrazı - Atum Allahın obrazıdır.
Nəticə 21. İrəm zat əl-İmad adlanan cənnət bu gün
Yardımlı adlanan rayonun ərazisində yaradılmışdır. Osirisin, yəni Asar/Azər
Allahının Osiris-Kerti rəmzi bu cənub bölgəsində KürdƏsər toponimi kimi
qalmışdır. Mənbələrdə Gelarkün kimi keçən qədim Misirin Gel şəhəri bu bölgədə
Gilar kəndi kimi məlumdur. Gel elinin Gelam tərəfindən yaradılması, buranın İqlimlə
əlaqəsindən xəbər verir ki, bu da ölüm şahlığını təşkil edən üç
"dünya" mənasındadır. Başqa sözlə, Osiris-Kerti dünyası burada
yaradılmışdır.
Alban və digər mənbələrə görə, Gelarkün nəsli -
Albaniyanın, Sünikin Aranşahlar nəslidir [30; 228, 433]. Sünik (SNK) rəmzi
Misir mənbələrində SNQR kimi yazılır və Babil qülləsinin tikildiyi Sennaar çöllərinə
aid edilir. Mənbələrdə Süni (Sin/Sinay) kimi də yazılan Sünik dağında, Təbrizli
Arakelə görə müqəddəs Atalar, ruhların əbədi yaşaması üçün “səhra” tikmişlər
[44; 24,51]. Başqa sözlə, Arakelə görə Şəddadın İrəm cənnəti burada
yaradılmışdır.
Gelarkünün Aran/Ərən şahları yəhudi mənbələrində Aron
(Haron) kimi keçir və onlar Allahın Özünə qulluq üçün seçdiyi Levitlər (Əl-Beyt
rəmzi) hesab olunur. Tövrata görə, Allah Özü onların bir hissəsidir [3;Чис.12:20].
Bunlar haqda biz məqalələrimizdə geniş yazmışıq [40]. Ərəblər dövründə Gelar rəmzi
Cəlair rəmzinə çevrildi və Qacar şahları nəsli kimi də tanınmağa başladı [45].
Giların və digər kəndlərin yaşlı nəsil nümayəndələrinin
dediyinə görə, Gilar bəyləri Alar və Arvana bəyləri ilə əmiuşaqları olmuşlar.
Batini mənada Gilar və Alar rəmzləri eyni mənalıdır. Batinilikdə "G",
"X", "H" və bənzər samit-rəmzlər ilkin materiyanı
bildirdiyi üçün bəzən yazılmır (Xəzər-Azər, Xaldi-Aldi, German-Arman və s.). Bu
İlkin materiyanın gözə görünməməyi ilə bağlıdır ki, onu yalnız ekstatik durumda
görmək olur. Bu o deməkdir ki, Gelar və Alar rəmzləri burada Cəbərut və Mülk mənasındadır.
Mənbələrdə Gelar, Geliopolun Ra məbədi adlanır və bu da elə Qades, Aid, Sokaris
və s. mağarası deməkdir. Belə çıxır ki, Gelar burada Cəbərut aləminin, Alar isə
Allahın Mülkünün rəmzidir. Arvana isə təbii ki, Mələküt aləmi mənasında
olmalıdır. Hurri dilində Arvana - hökmran deməkdir və eyni adlı kənd
Yardımlıdakı Əlvan (Alban) dağının yaxınlığında yerləşir. Batini mənada Arvana
rəmzi Ra-Van kimi açılır ki, buradakı "Van" hissəsi "Ban" rəmzi
ilə eyni mənalıdır və qədim Misirdə fironların cənnətdə quş rəmzində ruhlarını
(Ba-Benu) bildirirdi. Arvana adındakı Ra rəmzi - ilkin materiyadan yaradılmış günəş
deməkdir. Qədim Misirdə bu ilkin materiya sahələri Yaru (Yardımlı=Yaru+Adəm+Eli)
çölləri və ya Yalu sahələri kimi də yazılırdı. Yalu rəmzi isə ilkin materiyadan
yaradılmış El deməkdir və qaynaqlarda bu rəmz Alu kimi yazılıb, Albaniyanın digər
adı kimi keçir. Bu isə onu deməyə əsas verir ki, Arvana rəmzi elə Alban rəmzinin
digər yazılış formasıdır. Batini mənada Alban (El-Benu) rəmzi - ruh mənasında
olan Ba/Beni quşlarının eli deməkdir ki, qədim Misir mənbələrinə görə bu ruhlar
dünyası Nut göylərində yaradılmışdır. Nut rəmzi isə mənbələrdə İnd, yəni Hind
(Hu-İnd) kimi yazılır. Bu o deməkdir ki, Arvana (Alban) rəmzini tam anlamaq
üçün biz Hind mənbələrinə də müraciət etməliyik.
Hind mənbələrində Arvana rəmzi Ravana kimi keçir və
Ramayana eposunun əsas personajlarından biridir. Ramayana rəmzi batini mənada
Raman, yəni Ra-Amon anlamında olsa da, Hind fəlsəfəsində bu rəmz "Ramanın
səyahəti" mənasını verir ki, bu rəmz də İrəm rəmzidir. Bu abidədə bəglər -
bxakti adlanır və bu da bəg-kuti deməkdir. Bütün Alban tarixi bu əsərdə rəmz-obrazlarla
verilmişdir və bu günə qədər açılmamış qalır.
Gilar üçlüyünün Alar və Gilar tayfaları Azərbaycan və İranda geniş yayılmışdır. Alar tarixini tədqiq edən tədqiqatçı alim Bilal Alarlı və Fərhad Cavadov bildirirlər ki, alarlılar Azərbaycandan başqa İrana (32 kənd), Orta Doğu, Monqolustan, Türkiyə və s. ölkələrə yayılmışlar [46]. Gilar-Cəlair də Avropadan tutmuş İran, Qazaxıstan, Özbəkistan və s. ölkələrdə şahlıq etmişlər [45]. Lakin bu Alban şahlarının üçüncü qolu olan Arvana haqda mənbələrdə məlumatlar yox səviyyəsindədir. Digər tərəfdən isə, 17-18 əsrlərdə Böyük Azərbaycanın şimali-qərbində İrəvan xanlığı yaranır ki, batini mənada İrəvan rəmzi ilə Arvana rəmzi eynidir.
Məlumdur ki, İrəvan xanlığı Çuxur-Səd bəylərbəyliyinin
bazasında yaranmışdır. Batinilərdə Çuxur rəmzi İç-Xor, yəni Qor firon/pirlərinin
İç eli - İç Oğuz aləmi mənasındadır ki, Albaniya da məhz İç Oğuz elidir.
Buradakı Səd rəmzi isə yazdığımız kimi Seyid-Sadat və s. mənalarda Şad-Şəddadilərə
aid rəmzdir. Çuxur-Səd rəmzi onu göstərir ki, buranın əhalisi Azəri
(Asar/Osiris) müqəddəsləri olan pir-bəglər, seyid-şıxlar nəslinin törəmələridir.
Başqa sözlə, Çuxur-Səd - İç Oğuz seyidləri, Albaniyanın şad bəgləri deməkdir. İrəvan
xanlarının da Qacar nəslindən olması, onların Cəlair şahları - Albaniyanın
Gelar Aranşahları nəsli olmasını sübut edir.
Nəticə 22. Gelarkünün digər adı Sünikdir ki, mənbələrə
görə burada müqəddəs atalar "səhra" tikmişlər. Sünik rəmzi digər mətnlərdə
Sennaar, Süni/Sina/Sion kimi keçir ki, bu da bu Allah dağının altında Babil,
Etemenanki məbədinin gizlədilməsi deməkdir. Bu dağın sakinləri isə Allahın özünə
qulluq üçün seçdiyi müqəddəslər nəslidir ki, Allah Özü onların hissəsi sayılır.
Bu Alban şahları üç qoldan ibarət olmuşlar ki, Gilar və Alar qolu haqda məlumatlar
çoxdur. Üçüncü Arvana qolu isə indi məlum olur ki, İrəvan xanlığının yaradan
pir-bəglərdir.
İrəvanın mətbəx mədəniyyətini tədqiq edən Azərbaycan
Milli Kulinariya Assosiasiyasının prezidenti, professor Tahir Əmiraslanov, bu mədəniyyətin
Ərdəbil, Təbriz, Şamaxı və ümumilikdə Qacar İranının mətbəxi ilə eyni olması qərarına
gəlmişdir. Başqa sözlə, müqəddəslər nəslini pak və halal saxlayan, onların törəmələrinin
də Allahla vəhdətdə olmalarına və İlahi qüdrətlərini itirməməsinə səbəb olan
xüsusi texnologiya İrəvan mətbəxində də qorunur. Bu isə o deməkdir ki, bütün həyatları
İlahi harmoniyanı saxlayan rituallara əməl etməklə keçən Cəlair-Qacar şahları -
qədim Misirin Osiris Allahlarının varisləridir. Qədim Misirdə şahların İlahi
qüdrətinin saxlanmasının əsas prinsipi, onların Maatla yaşaması, yəni İlahi
harmoniya, həqiqət, qayda-qanun, etik norma və s. əsas meyarlara riayət etməklə
həyat sürməsi idi. Maat (MT) rəmzi həm də Xaosdan yaranmış Atum (TM) rəmzidir
ki, bu da bədənində Edem cənnəti yaradılmış kosmik insandır. Ona görə də Maatla
yaşamaq, adi insanlar üçün cənnətə düşməyin yeganə yolu sayılırdı. Belə ki, əgər
insan “ürəyində Maatla” yaşamışdırsa, deməli günahsız və pakdır və o yenidən
dirilib Yaru çöllərində (cənnətdə) xoşbəxt yaşayacaqdır. Hesab olunurdu ki,
insanlar “Maatın hesabına, Maatda və Maat üçün” yaşayırlar. Maat imarəti qaynaqlarda
“İki həqiqətin imarəti” adlanır və s. [28; 358]. Maatın - "iki həqiqətin
imarəti" adlanması, Maat rəmzi altında, iki dünyanı birləşdirən Etemenanki
(Babil qülləsi) məbədinin nəzərdə tutulması deməkdir.
Digər tərəfdən, Məhəmməd peyğəmbərimizin adı da batinilikdə Maq-Maat (Qam-Maat) deməkdir və o hədislərdə - "Həqiqət mənim daxili vəziyyətidir" demişdir. Başqa sözlə, Məhəmməd obrazı - Atum/Maat Allahının obrazıdır. Onun pir-seyidlər nəsli də yalnız halallıqla yaşadıqda İlahi qüdrəti saxlayırlar. Baş kulinarımız Tahir bəy Əmiraslanovun sözlərindən belə çıxır ki, İrəvan mədəniyyətini yaradanlar, İlahi sirlərdən xəbərdar olan Azəri müqəddəslərinin nəsli olmuşlar.
Bu gün belə bir fikir formalaşmışdır ki, Şəddadilər
kürdlərdir. Kürd deyəndə adətən - özlərinin ayrıca dili olan və Yaxın Şərqdə
yaşayan toplum nəzərdə tutulur. Azərbaycanda yaşayan kürdlər - keçən əsrə qədər
yalnız Azəri türkcəsində danışan, adətən kəndlərinin adında "Qara" və
ya "Kürd" sözü olan türklərdir. Azərbaycanda çoxlu sayda
"Kürd", "Qara" toponimi ilə bağlı kənd, qəsəbələr var ki, əhalisinin
kürdlərə heç bir aidiyyatı yoxdur. Biz, "Kürd”, “Türk” adlarının mənşəyi və
batini mənası" adlı məqalədə göstərmişik ki, Azəri kürdləri - qədim Misir
mənbələrində Kerti, Osiris-Kerti adlanan farnbaqlar (firon-bəg), yəni Asar/Azəri
türklərinin pir-bəglər nəslidirlər [47].
Mətnlərdə Kerti (Xertu), yəni kürd rəmzi – hər şeyi yaradan dirilik suyunu (Nun, Nil rəmzləri), bu dirilik suyundan yaradılmış “Dünya ağacını”, onun sahibi olan Amon Allahını və bu Allahın ayağının altında qalan mağaranı bildirir. Bunlar, Misirdə İri-Pati, yəni Ər-Yafət adlanan və Qor yolu ilə gedən Misir Allahların varisləridir və adi insanların tam əksi olan İlahi insanlardır. Batini məntiqdə sağa və sola oxunan samit-rəmzlər eyni şeyə aid edilir. Kürd, yəni “KRD” rəmzi də bu məntiqdə Türk, yəni “TRK” rəmzləri ilə eyni mənalıdır. Kerti/Xertu, yəni kürd rəmzi - Kür-Deo, Qor-Deo, Xor-Deo mənasında Qor Allahı deməkdir.
Qədim Assur, Misir mənbələrində Qor yolu ilə gedənlər
deyəndə teurqlar, yəni tərikə yolu ilə gedən türklər nəzərdə tutulurdu. Onlar
sufizmin Bəqa səviyyəsində İlahla vəhdətə nail olub, Asar Allahına çevrilmiş və
ruhlarının əbədi yaşaması üçün göydə İrəm cənnəti yaratmışlar. Şəhid/Şəddad rəmzi
də, əvvəldə yazdığımız kimi, Sadat rəmzidir ki, Sadatdan olanlar seyid, yəni
şad adlanırlar. Bu mənada Şəddad rəmzi - "Seyid Dədə" kimi də açılır
ki, ismaililərdə bu rəmz Seyidi-Duat, yəni ölüm şahlığının ağası deməkdir. Bu
titul altında isə, rəvayətlərə görə Ələmut qalasında cənnət yaratmış Həsən İbn
Sabbah nəzərdə tutulurdu. Ələmut rəmzi də batinilərdə El-Muta, yəni Midiyadakı
Adəm Eli, Edem cənnəti və s. mənalarını verir. Deməli, Şəddad rəmzi özü - Cənnətin
Ağası deməkdir.
Yardımlı rayonunda keçən əsrin ortalarına qədər, seyid-bəglər tanımadığı adama rast gələndə – “Kimlərdənsən? Seyidsən ya avamsan?” deyə soruşaraq, insanları iki qrupa – göy və yer insanına bölərdilər. Seyid-bəglərin, ölümsüz Allahlar nəslinin varisləri olması el arasındakı misalda da qalmışdır: “Avam (adi adam) doyunca, molla ölüncə, seyid isə öləndən də sonra yeyir”. Şad-seyidlərin öləndən sonra da qidalanmaları, onların ruhlarının İrəm cənnətidə ikinci xoşbəxt həyat qazanmaları ilə bağlıdır.
Məlumdur ki, Koroğlu dastanında Koroğlunun oğlu
Kürdoğlu adlanır. Koroğlunun dirilik suyu içməsi, “dəniz atı”nı minməsi və göydən
düşən qılıncla silahlanması, onun Xızır (Azər/Osiris) və s. mifik obrazlarla
eyniliyi deməkdir. Koroğlu rəmzi - "Kor" və "Gel", yəni Gel
elinin Qor Allahı anlamındadır və qədim mənbələrdə bu rəmz Herakl kimi keçir. Qədim
mənbələrə görə, Gelə gələn Herakl, burada yarıqadın-yarıilan Yexidna (Xud-Ane)
ilə cütləşir və bu izdivacdan ilandan doğulmuş mələklər nəsli, yəni bu gün də
ad-soyadlarında "Mir" rəmzi olan seyid-bəglər nəsli yaranır. Batini mənada
Herakl/Erakl rəmzləri elə Gelar deməkdir ki, bunlar da Azərbaycanın Cəlair Atabəglərinin
elidir. Başqa sözlə, Kürdoğlu - Gel elindən olan Qor Allahı anlamlndadır və bu
rəmz seyid-bəglərə, yəni şad-bəylərə aiddir.
Mühiddin İbn Ərəbiyə görə, Məhəmməd peyğəmbərin nəsli
olan seyidlərə Süleyman pilləsi verildiyi üçün o bütün xalqlardan üstündürlər
[14; 16]. Əl Məsudiyı görə isə Misir piramidalarını da Şəddadın bu nəsli
tikilmişdir [48; 34]. Onları üstün, qüdrətli edən isə, İran yazılarında qeyd
olunduğu kimi, onların Raman dünyası ilə vəhdətidir. Raman rəmzi - əvvəldə gələn
günəş Allahı Ra-Amon deməkdir və mənbələrdə bu rəmz Arman kimi də yazılır. Məhz
Azəri Türkü olan Nəsirəddin Mühəmməd Sökmən II - Xelatı (Gelat/Gelar) aldıqdan
və "on iki şəhərə" yiyələndikdən sonra özünü Şahi-Ərmən, yəni Ra-Amon
Allahı adlandırmışdı [49; 282].
Nəticə 23. İrəvan xanlığının mədəniyyəti Qacar İranın mədəniyyətidir və eyni şahlar nəslinə aiddir. Onların yaşayış kodeksi adi insanlardan fərqli olaraq İlahi harmoniyanın saxlanmasına hesablanmışdır ki, bu halda onlar da cəddləri (əcdadları) Ra-Amon Allahı kimi İlahi xüsusiyyətlərə malik olurlar. Azərbaycanda yaşayan Cəlair-Qacar şahlarının nəsli bəzən də kürd, yəni Qor Allahının yolu ilə gedənlər adlanır ki, Qacar rəmzi də bu mənada "Ağa Qor" rəmzinin ərəbləşmiş variantıdır.
Qədim Misir mətnlərində Bexdetli Qor, "öz yuvasında olan" və insan simalı aslan adlandırılır [17; 101]. Kitabi Dədə Qorqudda Qazan xan - "Amit soyunun aslanı" adlandırılır ki, Amit soyu da Mut/İmad/Atum və s. bənzər rəmzlərlə eynidir. Bu kitabda Qazan xan Dədə Qorqudun (Qor-Xuda) obrazıdır. Dədə Qorqud, yəni Dədə Qor Allahı isə elə Bexdetli Qor, yəni Dədə Qor bəgdir. Bəg/Bəqa rəmzlərinin iran, rus və s. mənbələrində Allah mənalarını verməsi məlumdur.
Bexdetli Qor rəmzi - "Bəg-Duat Qor" deməkdir
və Qor Allahının Duat cənnətinin, sufizmin Bəqa səviyyəsində yaradılması mənasını
da verir. Qədim Albaniya ərazisində sonradan yaradılan Qarabağ (Qor-Bəg)
xanlığı da Qor yolu ilə gedən bəglərin elidir. Məlumdur ki, Qarabağ xanlığının əsasını
Cavanşir sülaləsindən olan Pənahəli xan qoymuşdur. Cavanşir rəmzi batinilikdə
Qavaon (Aqvan/Albaniya) və Aşur (Azər/Asar) rəmzlərindən yaranmışdır ki, bu da
Osirisin Qeb ölüm dünyası deməkdir. Pənahəli, yəni Pənah Eli dedikdə isə mənbələrdəki
PNX/FNX, yəni Fenxu [FNX] rəmzi (xalqı) nəzərdə tutulur [17; 553]. Quranda
"FNX" rəmzi ilə eyni mənalı Hənif (HNF) rəmzi - Allaha müti olan, itaət
edən İbrahim milləti deməkdir ki, əvvəldə yazdığımız kimi, yalnız Allahın
qoyduğu qanuna tabe olanlar, Osirisin Qeb cənnətinə düşə bilər [13;
3:67,3:95,16:120,16:123]. İbrahim (İbra=Ra+Ba) milləti isə elə Qor yolu ilə gedənlərdir.
Başqa sözlə, Qarabağ xanlığı göydəki cənnət mənasındadır və Qor yolu ilə gedən
bəglərin ölkəsidir.
İrəvan xanlığının atributlarında, Qacar (Ağa-Qor) şahlarının rəmzi olan günəş və aslan təsvir olunur ki, bu da əvvəldə və axırda gələn Allah mənasındadır [50]. Qədim Misir rəsmlərində bu rəmz, Qeb və Nut Allahların ayaqlarının yanında təsvir olunur ki, bu da onun axirətə aid olması deməkdir.
İslamda bu rəmz Bəsmələ anlamındadır və batini mənada Allahın - əvvəldə və axırda gələn Rəhman (Ra-Amon) və Rəhim (Ra-Qam/Qamər) olması deməkdir [51]. Sufi miniatürlərində eyni mənalı günəş və aslan rəmzləri təsvir olunur ki, burada aslan - imam Əli obrazıdır.
Gelatın (Xelat/Xaldeya) ismaili şiələrinin İsna-Aşəriyə dininə görə, axirətdə imam Əli gəlməlidir. Burada o, qədim Misirin Qor Allahının obrazında çıxış edib, ölmüş Asarı, yəni Osiris Allahını diriltməlidir. 5500 yaşlı İsna-Aşəriyə dininin adı Aşur rəmzindən yaranmışdır ki, bu da Asar (Osiris/Azər) deməkdir. Asarın matəm mərasimi isə bizə Aşura kimi məlumdur [52]. Qədim Misirdə Aşura mərasimi, Asar, yəni Osiris Allahının dirilməsi üçün xüsusi rituallarla keçirilirdi. Ölmüş Asarın fəqərə sütunu mənasında olan Tet və ya Ced sütunu Busiri (Busiris) şəhərinə gətirilirdi. Burada, ölmüş Asarın Ced sütunu təntənə ilə qaldırılırdı ki, bu da Osirisin ölmüş bədəninin bərpasını, yəni dirilməsini bildirirdi. Bu dirilmə isə eyni zamanda Asarın, Osirisin ölüm şahlığı olan Tetin, Duatın yenidən göydə yaranması demək idi.
Busiri rəmzi Basar formasında toponimlərimizdə
Vedibasar, Gəncəbasar, Basarkeçər və s.
kimi qalmışdır. Basar rəmzi "Ba-Asar" deməkdir ki, bu da Allahın Ba
(Bəsmələ) ruhunun Asarla vəhdətini bildirir və Azərbaycan deməkdir. Azərbaycan
adı da Azər-Bay-Can kimi açılır ki, buradakı Can rəmzi Cəbərut aləmi mənasındadır.
AzərBay rəmzi isə elə Ba-Azər/Ba-Asar, yəni Basar deməkdir. Ba, Benu burada
İlahla vəhdətə nail olmuş ruh, Asar/Azər, yəni Ra isə pir Amonun göydə ilkin
materiyadan yaratdığı disk/şar anlamındadır. Ra-nın Ba ruhu ilə birləşməsindən
isə Rəb (Ra+Ba), yəni Ra+Amon yaranmışdır. Qədim Misirdə Ba (Va) ruhu, cənnətdə quş formasında
yaşayan Benu (Van) kimi də qeyd olunur. Bu isə Ra-Benu, Ra-Van mənasında
Erebuni, İrəvan deməkdir.
Lakin qədim Misir mənbələrində Ra günəşi ilə birləşən
ruh saxu da adlanır. U. Bac yazır: “Totun sözləri və kahinin duaları insan bədəninin
mahiyyətinin “saxu”ya çevrilməsini məcbur edir və o göylərə qalxır. İnsan bədənində
yaşayan ruh saxuya keçir və bu çürüməyən yeni bədən göylərdə ruhun bədənini təşkil
edir, necə ki, yerdə fiziki bədən ruhun yerdəki evidir” [28; 143]. Saxu ruhunun
Ra diski ilə birləşməsi «Sinuxetin nağılı»nda təsvir olunur: «Otuzuncu ilin,
subasmanın üçüncü ayı, yeddinci günü, Allah özünün Göydəki sarayına (Günəş
Allahının Göydəki evi) qalxdı, aşağı və yuxarı Misirin şahı Sexotepibre, O göyə
ucaldı və Günəş diski (Ra) ilə birləşdi, «İlahi bədən», onu yaradana qovuşdu.
Paytaxt sükutdadır, ürəklər qəmgindir, Böyük darvazalar bağlanır, saray əyanları,
başlarını dizlərinə əyib əyləşmişlər, xalq ah-zar içindədir» [53; 9]. Ra günəş
diski ilə firon Amonun saxu ruhunun birləşməsindən isə Ra-Saxu, yəni Arsax və
ya Sokar rəmzləri yaranmışdır ki, bu da elə Ra-Amon deməkdir.
İsidor Xarakskiy xəbər verir ki, əbədi od, «Arsakın
ilk dəfə şah elan olunduğu» Asaak şəhərində saxlanılırdı. Sebeos bu əbədi odu
Qrat odu adlandırır ki, Atrpatakan ölkəsinin şahları, Atəş adlandırılan bu odu
həmişə «özü ilə gəzdirərdilər». Qrat (QRT) rəmzi isə qədim Misirin Kerti (KRT)
rəmzidir və o Sokaris/Sokar, yəni Arsak mağarası mənasındadır. Biz yuxarıda
yazdıq ki, “Ölülər kitabı”na görə, Bexdetli Qorun düşmənlə vuruşduğu yeri Tot –
“Aat-Şatet” adlandırır ki, Set fışıldayan ilan cildini alaraq bu vilayətdə
yerin altına girir. Yerin altına girən ilan – ilkin materiyanın, yəni İlahi
odun rəmzidir. Başqa sözlə, Arsakın, yəni Ra-Amon Allahın şah elan olunduğu
yer, elə Ad-Şədadın mağarasıdır ki, burada ilkin materiya, yəni İlahi od
mövcuddur.
M. Xorenatsiyə görə, Ormuzdun qurbangahda olan sönməz
odu Baqavan şəhərində yerləşir. Baq rəmzinin bəg, van rəmzinin isə Alvan/Alban
rəmzi ilə eyni mənada olmasını nəzərə alsaq razılaşarıq ki, bu bəglər şəhəri
Albaniyada yerləşməlidir. Yəhudi yazılarında isə bildirilir ki, Vəhy çadırı
qurbangahla birlikdə Qavaon şəhərində yerləşirdi. Lakin Qavaon [QVN] rəmzi eyni
zamanda Aqvan [QVN], yəni Albaniya kimi də oxunur. Deməli, Arsak dedikdə -
Qrat/Kerti ilkin materiyasının, İlahi odunun qorunduğu və Ra-Amon Allahının ərşə
yüksəldiyi mağara nəzərdə tutulur. Bu isə o deməkdir ki, Arsak/Arsax da
Atum/İmad dünyası anlamındadır və buna görə də mənbələrdə - o "möhkəmləndirilmiş
vilayət", "möhkəm ölkə" adlandırılır. "Erməni
coğrafiyası"na görə, Arsax/Arsak 12 inzibati vahidə bölünürdü ki, bu da
göydəki dünyanın 12 hissədən ibarət olması ilə bağlıdır. Strabona görə Arsak nəsli
- Ksandiya və ya Pariya adlanan Aparn-dailərdən törətmişlər [21; XI/IX:3].
Batini mənada Ksandiya - OğuzanDeo (Oğuz Allahı), Pariya - Pir (Böyük Ev),
Aparn-dai isə Pirion-Deo, yəni Firon-Allah deməkdir. Başqa sözlə, Arsak nəsli -
Xaos göylərindəki Böyük Evin (cənnətin) sahibi fironun, yəni Amon Allahın nəslidir.
Pir rəmzinin qədim Misirdə "Böyük Ev" mənasını verməsi isə, bu elin -
Gel şəhərində yaradılmış İqlim-Aran dünyası, yəni Azəri aranşahlarının Atum eli
olması deməkdir. Arsakın məhz bu evinin altındakı Kerti mağarasında İlahi od
saxlanılır.
Əl Kufiyə («Kitab əl Fütuh») görə, Arşak (Arsak)
yeri Ərdəbil şəhərindən təxminin 45 km. yol məsafəsindədir ki, bura Yardımlı
rayonu ərazisinə düşür. Əvvəldə gələn Ra-Amon Allahının ərşə yüksəldiyi bu cənub
bölgəmizdə Asar rəmzi - Əsər kimi keçirsə, onun "yuxarısında" (iki mənada),
yəni İrəvan-Gəncə bölgəsində Asar rəmzi Basar kimi keçir və Asar/Osirisin
dirilməsi də Basar ərazisində qeyd olunur [54]. Bu isə o deməkdir ki, ölmüş
Asarın/Osirisin zühurunu bildirən Tet/Ced sütunu öz zamanında İrəvan bölgəsində
qaldırılacaqdır.
Qədim Misir yazılarına görə, dünyaya hökmran kimi gəlmiş
Asar/Azər Allahı axirətdə 14 hissəyə parçalanıb öldürülür. Bununla da onun göydəki
dünyasının sonu olur. Azər oğullarına qüdrət, xoşbəxt həyat verən İrəm
dünyasının məhvi ilə birlikdə pir-bəglərin, seyid-şıxların ilahi xüsusiyyətləri
itir. Onlar artıq söz və fikirlə yağış yağdıra bilmir, canlılara həyat və ölüm
və s. verə bilmirlər. Cəddinin gücünü itirən Azər oğulları, heyvani insan kimi
yaşamağa uyğunlaşmış düşmənləri ilə heyvani şəraitdə mübarizədə uduzur və qədim
Türk yazılarında yazıldığı kimi, Allahın eli ölümə doğru gedir. Lakin
yazılanlara görə, xalqının ən çətin günündə Allah öz müqəddəs elini ölümdən
qurtaracaq və onun Azəri bəgləri yenidən bəşəriyyətə sahib olacaq. İnşaallah.
Amin.
Nəticə 24. Alban şahlarının Qacar nəslinin
atributlarında günəş və aslan təsvir olunur ki, bu əvvəldə və axırda gələn
Allahların məhz bu el ilə bağlılığı deməkdir. Ra-Amon, yəni Rəhman Allahın müqəddəs
Azərbaycan elinin axirətdə "ölməsi", əzəl yazıya uyğun baş verdi ki,
bu da ilkin materiyanın əvvəlki xaos vəziyyətinə gəlməsinin zəruriliyi ilə
bağlı idi. Yaradılışın təkrarlanması üçün bu ən əsas şərtdir. Məhz bu vəziyyətdə
ilkin materiya, xaosdan ilk yaratdığını "xatırlayır" və ilkin
materiyada yeni İqlim, yeni Atum Allahı var olur. Rəhman Allahın axirətdəki işi
də bu yaradılışın həyata keçməsinə nəzarət etməkdir. İnşaallah Allah Öz işini
yaxınlarda tamamlar.
Bütün bunlar haqqında daha geniş məlumatlar
“Batini-Quran” kitabında və məqalələrimizdə verilmişdir.
Ədəbiyyat
1. Məqalə:
"Истина о небесных и земных людях", sayt:
https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1
2. А. Л.
Хосроев «Александрийское христианство», М.,1991
3. Библия,
М., 1994
4. М.
Хоренаци, «История Армении»
5. Məqalə:
"İrem", sayt: https://islamansiklopedisi.org.tr/irem
6. Ф. М.
Асадов, «Арабские источники о тюрках в раннее средневековье», Б., 1993
7. Девид
Рол, «Генезис цивилизации. Откуда мы произошли…» Эксмо," 2002
8. İrem
Bağları ve Şeddad bin Âd, Sayt: http://www.ehlisunnetbuyukleri.com/Menkibeler/Meshurlarin-Son-Sozleri/Detay/Irem-Baglari-ve-Seddad-bin-Ad/658
9. Məqalə: “Ra-Amon Allahın Azər dağı”, Sayt:
http://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1259
10. “История Иранского государства и культуры”, М.,
1971
11. Абу Хамид аль Газали, «Эликсир Счастья»,
http://www.klex.ru/cwo
12. Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее
средневековье», Б., 1993
13. Quran
14. Ибн
Араби, «Геммы мудрости», sayt:
http://www.iph.ras.ru/~orien/win/publictn/bezels/ogl.htm
15. Məqalə:
“Ledun elminin əsasları", sayt:
http://gilarbey.blogspot.com/2013/03/ledun-elminin-saslar.html?m=1
16. Эрнест
Альфред Уоллис Бадж, "Египетская религия. Представления египтян о
загробной жизни", сайт: http://annales.info/egipet/baj/index.htm
17. Э. А. Уоллис Бадж, «Египетская Книга Мертвых», Эксмо,
М.,2005
18. А. Лео
Оппенхейм, «Древняя Месопотамия», М.,1980
19. Г. В. Носовский, А. Т. Фоменко,
«Империя», М.,2000
20. Ал-Бухари,
«Ал-Джами ас-сахих»
21. Страбон,
"География"
22. И. М. Дьяконов, «История Мидии от древнейших времён до конца IV в.
до н.э.», М.-Л., 1956
23. «Kitabi
Dədə Qorqud», B., 1988
24. Б. А. Тураев, «История древнего востока», Том 2, Л, 1935
25. Алан Ф Эльфорд, «Путь Феникса. Тайны забытой цивилизации», Земля Мер,
sayt: http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130
26. «Трактат о Хаййе, сыне Якзана», сайт:
http://enoth.narod.ru/Philosophy/ph04_ibnsina.txt
27. Мифологический
словарь, М., 1990
28. У.
Бадж, «Египетская религия. Египетская магия», M., 2000
29. «Упанишады», М., 2000
30. Г. А. Гейбуллаев, «К этногенезу азербайджанцев», т. I, Баку, 1991
31. M.
Seyidov, «Azərbaycan mifik təfəkkürünün qaynaqları», B., 1983
32. Б. А. Тураев, «История древнего востока», Том 1, Л, 1935
33. О. И. Павлова, «Амон Фиванский», М., 1984
34. Д.
Рол, «Утраченный Завет», сайт: http://lib.rus.ec/b/328508/read
35. Э. Е. Кормышева, «Религия Куша», М.,1984,
36. Ал-Ашари,
«Разъяснение основ вероисповедания»
37. А. Т. Фоменко, Г. В. Носовский,
«Новая хронология Руси, Англии и Рима», М., 2001
38. Ислам:
«Энциклопедический словарь», М., 1991
39. И. В.
Стеблева, «Поэтика древнетюркской литературы», M.1976
40. Məqalə:
"Расшифровка Торы с помощью «язык птиц»: От Адама до
левитов-алевитов", sayt:
https://firudin.blogspot.com/2020/06/blog-post.html?m=1
41. Məqalə:
"Assuriya qədim Azərbaycan ölkəsidir", sayt:
http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html?m=1
42. Məqalə:
"Budda - göydə Allah yaratmış Azəri bəgidir", sayt:
http://gilarbek.blogspot.com/2013/09/budda-goyd-allah-yaratms-azri-bgidir.html?m=1
43. Məqalə:
“Azəri, Azərbaycan nə deməkdir? Sirlər xəzinəsi", sayt:
http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html?m=1
44. А.
Даврижеци, «Книга историй», М.,1973
45. Məqalə:
"Джалаиры – божественный род Геракла", sayt:
http://gilarbey.blogspot.com/2018/04/blog-post.html?m=1
46. Məqalə:
"Bilal Alarlının təqdimatında Fərhad Cavadov Alar haqqında", sayt:
http://qafqazpress.az/medeniyyet/5091-bilal-alarlnn-tqdimatnda-frhad-cavad-alar-haqqnda.html
47. "Kürd”,
“Türk” adlarının mənşəyi və batini mənası", sayt:
http://gilarbek.blogspot.com/2017/11/kurd-turk-adlarnn-mnsyi-v-batini-mnas.html?m=1
48. В.
Замаровский, «Их величественные пирамиды", М.,1981
49. К.
Гандзакеци, “История Армении”, М., 1976
50. Məqalə:
"Qurana görə axirətdə Allah gələcək", sayt:
http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html
51. Məqalə:
“Bəsmələnin rəmzlərlə ifadələri- Batini rəmzlər”, sayt: https://gilarbeg.wordpress.com/2020/09/20/b%c9%99sm%c9%99l%c9%99nin-r%c9%99mzl%c9%99rl%c9%99-ifad%c9%99l%c9%99ri-batini-r%c9%99mzl%c9%99r/
52. Məqalə:
"Aşura haqqında ağlasığmaz həqiqətlər", sayt: http://gilarbey.blogspot.com/2013/03/asura-haqqnda-aglasgmaz-hqiqtlr.html?m=1
53. «Сказки
и повести древнего Египта», Л.,
1979
54. Məqalə:
“Gəncə adının batini mənası”, sayt:
https://gilarbeg.wordpress.com/2020/09/20/g%c9%99nc%c9%99-adinin-batini-m%c9%99nasi/
Firudin Gilar Bəg
Sadıq Gilarbəyli
Комментарии
Отправить комментарий