Сообщения

Сообщения за сентябрь, 2021

Batin aliminin İranın saxta ayətullasına cavabı

Изображение
  Son zamanlar İran İslam Respublikasının molla rejimi Azərbaycana qarşı açıq təhdidə keçmişdir. Bu günlərdə İran dini lideri ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imam-cüməsi ayətullah Seyid Həsən Amili, İranı şirə bənzədərək, Azərbaycana “şirin quyruğu ilə oynamamağı" məsləhət görmüşdür". Özlərinə - ayətullah, mərceyi-təqlid və s. ali şiə titulları götürmüş bu "din adamları" şiəliyin mahiyyətini anlamadan, onu terrora dəstək verən bir rejimə çevirmiş və bu gün Azərbaycana hədə-qorxu gəlməkdən belə çəkinməmişlər (Məqalə: "Saxta fars şiəliyi və Azərbaycan", sayt: https://gilarbeg.wordpress.com/2020/09/20/saxta-fars-si%c9%99liyi-v%c9%99-az%c9%99rbaycan/). İş o dərəcədə absurd səviyyəyə çatmışdır ki, İran,   əhalisinin əksəriyyəti ilə dili bir, dini bir olan və ərazisi xristian Ermənistan tərəfindən işğal olunmuş Azərbaycana yox, qəsbkar xristianlara açıq yardım etməyə, Azərbaycanı isə hədələməyə başlamışdır. Özünü şiə ölkəsi adlandıran bir məmləkət ne

İşıq İnsanı və onun İlahi məntiqi

Изображение
                    Bu məqalədə biz qədim müdriklərin məntiqi haqqında ətraflı məlumatlar verəcəyik və bu məlumatlar çox ciddi mənbələrə, təkzibolunmaz faktlara əsaslanır. Biz sadəcə riyazi təfəkkürə və məntiqə əsaslanaraq, coxsaylı mənbə və faktları analiz edib, bu elmi nəticələrə gəlmişik. Bunlar bizim öz fikirlərimiz deyil, elmi araşdırmaların nəticələrdən çıxan məntiqi qənaətimizdir və təbii ki dərindən düşünmə qabiliyyəti olan heç kim bunların yanlış olduğunu nə iddia, nə də sübut edə bilməz. Yazdıqlarımız, qədim mənbələrdə Allahlar, padişahlar, peyğəmbərlər, müdriklər və s. adlandırılan kamil insan nəslinin elmidir və ilkin materiyanın, yəni bizim İlah adlandırdığımız və hər şeyə həyat vermiş cövhərin qanunları ilə bağlıdır. İlkin materiyanın təzahürlərindən biri - dialektikanın "əksliklərin vəhdəti və mübarizəsi" qanunudur. Qədim Allahlar, insanı bu məntiqə əsaslanaraq iki növ - göy və yer insanı olaraq yaratmışlar (Məqalə: "Истина о небесных и земных людях",

Misteriyalar yaradan "din ustaları" kimlərdir?

Изображение
  (Əlavələrlə yeni variant)   Şərqdə sufizm, təvil, ledun, ezoterizm və s. kimi tanınan şad bəglərin (seyid-bəglər) batin elmi, ən qədim zamanlarda misteriya, misterion, mistika və s. kimi yazılaraq gizlilik, gizli ayinlər mənasını verirdi. Qədim Yunanıstanda bu mistisizm dinə aid edilərək “mystery religions” kimi qeyd olunurdu ki, bu da dinlərin bilavasitə hansısa gizli rituallarla bağlılığı deməkdir (Məqalə: " Основой всех религий является одно космическое событие ", sayt: https://firudin.blogspot.com/2020/04/blog-post.html?m=1). İngilislərin "mister" sözü də misteriya ilə, yəni gizli elmlə, batiniliklə bağlı olan insan mənasındadır. Yalnız samitlərin xüsusi məna ifadə etdiyi batinilikdə mister [MSTR], misteria [MSTR] rəmzləri kimi master [MSTR] rəmzi də eyni fikri bildirir ki, bu da gizli dini misteriyalar, ayinlər keçirən din ustaları deməkdir. Məşhur yazıçı və natiq Laktansiya (IV əsr.) din, yəni religio (lat.) sözünün - “bağlamaq”, “birləşmək” məna