İşıq İnsanı və onun İlahi məntiqi
Bu məqalədə biz qədim müdriklərin məntiqi haqqında ətraflı məlumatlar verəcəyik və bu məlumatlar çox ciddi mənbələrə, təkzibolunmaz faktlara əsaslanır. Biz sadəcə riyazi təfəkkürə və məntiqə əsaslanaraq, coxsaylı mənbə və faktları analiz edib, bu elmi nəticələrə gəlmişik. Bunlar bizim öz fikirlərimiz deyil, elmi araşdırmaların nəticələrdən çıxan məntiqi qənaətimizdir və təbii ki dərindən düşünmə qabiliyyəti olan heç kim bunların yanlış olduğunu nə iddia, nə də sübut edə bilməz. Yazdıqlarımız, qədim mənbələrdə Allahlar, padişahlar, peyğəmbərlər, müdriklər və s. adlandırılan kamil insan nəslinin elmidir və ilkin materiyanın, yəni bizim İlah adlandırdığımız və hər şeyə həyat vermiş cövhərin qanunları ilə bağlıdır. İlkin materiyanın təzahürlərindən biri - dialektikanın "əksliklərin vəhdəti və mübarizəsi" qanunudur. Qədim Allahlar, insanı bu məntiqə əsaslanaraq iki növ - göy və yer insanı olaraq yaratmışlar (Məqalə: "Истина о небесных и земных людях", sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1).
Əflatuna görə,
göy insanları ilkin materiya ilə vəhdətdə yaradıldığı üçün onlar ölümsüzdürlər.
Yer insanlarını isə bu ölümsüz göy insanları yaratmışlar və onlar ölümlüdürlər.
Qədim müdriklər yer insanlarını - təbiətin və şəhvətin idarə etdiyi heyvani
insan adlandırırdılar və mənbələrdə yazılanların onlara heç bir aidiyyəti
olmamalarını xüsusi vurğulayırlar. Bütün qədim fəlsəfələrdə adi yer insanları
heyvanlarla eyniləşdirilir və onların müqəddəs kitablarları oxuması belə günah
sayılırdı. Göy insanları isə - Allahın Özünə qulluq üçün ayırdığı seçilmişlər nəsli
adlanır ki, bunlar ilk yaradılmış Asar, yəni Osiris (Aşur/Azər) Allahlarının
varisləridir. Quranda bu seçilmişlər İsrail/İzrail (Asar-El/Azər-El), yəni
Asar/Azər oğulları adlandırılır və onların aləmlərdən üstün yaradılması xüsusi
nəzərə çatdırılır (Məqalə: “Qurandakı İsrail
oğulları - Azəri bəgləridir!”, sayt:
http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html?m=1).
Əflatun bu seçilmişləri "filosof-şahlar" kimi qeyd edir və bildirir
ki, yaradılışda onların nütfünə qızıl qatılmışdır. Ərəb mənbələrində bu Asar/Azəri
padişah-peyğəmbər nəsli "qızılbaşlar" kimi də məlumdur (Məqalə:
"Qızılbaş nə deməkdir?", sayt: http://gilarbek.blogspot.com/2018/04/qzlbas-n-demkdir.html?m=1).
Dünyanın ən qədim İsna-Aşəriyə (Sin-Azər) dinini yaradan bu Azər oğulları
İslamda "Qızıl silsilə" (Sadat-Seyid silsiləsi) də adlanır ki, onlar
İslam dininin bütün dövrlərində xüsusi vəzifə yerinə yetirən 33 müdrik hesab
olunmuşlar. Biz bu müqəddəsləri həm də Azərbaycan Atabəglər Ailəsinin 33 bəgdən
ibarət Ailəsi kimi tanıyırıq və "Azərbaycan Atabəglər Ailəsi və Onun 32
müqəddəs xalqı" adlı məqalədə bu göy insanları haqqında məlumat vermişik
(sayt: https://firudin.blogspot.com/2021/01/azrbaycan-atabglr-ailsi-v-onun-32.html?m=1).
Müqəddəsliklə bağlı olan otuz üç xalqın ata yurdu Azərbaycanda, keçən əsrə qədər insanlar iki növə: seyid və
avamlara bölünürdü ki, bu da elə göy və yer insanları anlamındadır. İnsanlar
rastlaşanda milli kimlik əvəzinə bir birindən - seyid və ya avam olmasını
soruşardılar və bu da 33 xalqın eyni kökdən olması deməkdir. Qədim Misir mənbələrində,
eyni kökdən olan bu Atabəglər Ailəsi - "Vahid əsilli xalqların Böyük
İttifaqı" adlanırdı və ümumi Ruten ismi ilə qeyd
olunurdu. Ruten (R-TN) rəmzi qədim
Misirin Allah mənasını verən Neter
(NT-R),
türklərin isə Tanrı (TN-R) adlandırdıqları
rəmzdir (Məqalə: "Великая тайна иудаизма и иудеев Хазарии", sayt:
https://firudin.blogspot.com/2021/01/blog-post.html). Ruten - iki torpaqda, yəni
yerdəki və göydəki torpaqlarda yaşayanların ittifaqı mənasında idi və Kitabi Dədə
Qorqudda bu torpaqlar İç və Taş Oğuz kimi qeyd olunur. Bu kitabda Taş Oğuz
dedikdə - Oğuzun yerdəki mülkü, İç Oğuz dedikdə isə Oğuz
elinin içində, yəni göylərində yaradıldığı və ruhların ikinci həyat qazandığı
ruhlar dünyası nəzərdə tutulur. Biz - "Assuriya qədim Azərbaycan ölkəsidir"
adlı məqalədə Oğuzun göydə yaratdığı bu El haqqında geniş məlumat vermişik
(sayt: https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/).
Başqa sözlə, qədim mənbələrdə göy insanı dedikdə Tanrı (Ruten/Neter) Oğuz xaqan
nəzərdə tutulur ki, onun kosmik bədəni özündə iki dünyanı - Taş və İç Oğuz
elini birləşdirir. Türk bəgi Taş Oğuzda dünyaya gəlib halallıqla yaşayır və öləndən
sonra onun ruhu (qəd. Misirdə saxu/sak) göydəki İç Oğuz elinə qalxıb, bu mələklər
yurdunda ikinci xoşbəxt həyatını davam etdirir.
Nəhəng Oğuz və
onun bədənindəki el, qədim Şumer mənbələrində "böyük insan" mənasını
verən luqal (LQ-L) adını daşıyırdı ki, bu rəmz batini mənada
"İlahi-El", yəni İlahdan, ilkin materiyadan yaradılmış el deməkdir. Mənbələrdə luqalın bir adı Mesilim (MSLM) kimi
qeyd olunur ki, bu da müslüm (MSLM), yəni müsəlman deməkdir. İslamda luqal, yəni
"İlahi-El" rəmzi "El-İlahi" (Əli-İlahi) kimi qeyd olunan
Allah rəmzidir və biz də Allahımızı Allahu-Əkbər, yəni Böyük Allah
adlandırırıq. Mətnlərdə
bildirilir ki, Mesilim - qədim Şumer şəhəri Kişin luqalıdır. Kiş (KŞ) rəmzi
müdriklərin məntiqində Oğuz (ĞZ) rəmzi ilə eyni mənalıdır. Bu isə o deməkdir
ki, "Kişin luqalı" rəmzi elə "Oğuzun Allahı" anlamındadır
(Məqalə: "Bütün dinlər birdir", sayt:
http://gilarbey.blogspot.com/2013/03/butun-dinlr-birdir_712.html?m=1).
Digər tərəfdən,
Mesilim mənbələrdə elamlıların başçısı sayılırdı. Elam rəmzi - aləm, yəni dünya, el, vilayət deməkdir və
akkadlar Elamı - Elamtu (LMT) adlandırırdılar. Bu rəmz isə batinilərdə Ələmut
(LMT) kimi də oxunur və rəvayətə görə Ələmut qalasının başında Həsən ibn Sabah
cənnət yaratmışdı. Başqa sözlə, Elam/Elamtu rəmzləri batinilərdə göydəki cənnət
aləmi mənasındadır. Elamın paytaxtı Suz şəhəri
sayılırdı ki, mənbələrdə bu rəmz Şuşan və Susan kimi də keçir. Batini mənada
suz rəmzi - ruh mənasını verən issi (uzzu/işşu) rəmzi ilə eyni mənalıdır. Kitabi Dədə
Qorqudda issi rəmzi digər yerdə asi kimi qeyd edilir. Bu kitaba görə Ümman dənizində
kafərlər şəhəri tikilmişdir və orada asilər
- su altında «Tanrı mənəm» deyə qışqırışırlar. Bu isə o deməkdir ki, Suz şəhəri
Tanrıya çevrilmiş ruhların şəhəridir və bu şəhər Ümman dənizində, yəni göy
sularında, göy okeanında tikilmişdir. Suz-Elamı isə elə asi-aləmi, yəni ruh-aləmi,
ruhlar dünyası deməkdir. Əgər nəzərə alsaq ki, İslam (S-LM) rəmzi də batini mənada
asi-aləmi (S-LM) mənasını verir, razılaşarıq ki, mənbələrdə İslam dünyası
dedikdə göydəki ruhlar dünyası başa düşülməlidir. Məşhur sufi alimi Mühiddin
ibn Ərəbi də İslamı ölümlə, yəni o dünyadakı həyatla bağlayır və onun yazdığına
görə ilk müsəlmanlar İbrahim, Yaqub və s. yəhudi peyğəmbərləri olmuşlar. İbn Ərəbi
"din" rəmzini El (Əl), yəni dünya, vilayət mənasında göstərir və
bildirir ki, Allah bu dinə (DN), yəni Ədn (DN) cənnətinə, dünyasına (DN) düşməyin
qanununu hazırlamışdır. Kim bu qanuna
tabe olsa, yazılanlara itaət etsə, məhz o din cənnətinə düşəcək: "Böyük
Allah dedi: Bu dini İbrahim oğullarına və Yaquba da vəsiyyət etdi: Ey oğullarım,
Allah sizin üçün din seçdi: müsəlman olaraq ölün» - yəni Ona tabe olaraq.
Burada “din” sözü dəqiq ifadə
etmək və əhd-peyman üçün əlif və lam səsləri ilə qeyd olunmuşdur, çünki bu din,
Böyük Allahın dediyi kimi: «Allahda olan bu din – İslamdır», yəni daha dəqiq,
tabe olmaq kimi məlumdur və tanışdır. Beləliklə, bu din sənin tabeçiliyindir.
Böyük Allahdan isə sənin tabe olduğun qanunun qəbuludur" (Mühiddin ibn Ərəbi,
"Füsus-ül Hikəm", böl.8). Eyni fikrə Quranda da rast gəlmək olar:
"İslamı din kimi qəbul etməyəndən qəbul olunmaz və o son mənzildə ziyanda
olanlardan olar… Ey iman gətirənlər! Allahdan lazımi dərəcədə qorxun və yalnız
müsəlman olaraq ölün… Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və hadisələri
yozmağı (rəmzləri açma) öyrətdin. Göyün və Yerin yaradıcısı. Sən mənim bu
dünyada və o dünyadakı havadarımsan. Məni müsəlman olaraq öldür və əməlisalehlərə
qat!» (Quran, 3:85,102, 12:101).
Bütün bunlar o
deməkdir ki, batini mənada İslam aləmi - kosmik Allahın daxilindəki ruhlar
dünyasıdır, yəni İç Oğuz elidir. Digər məşhur sufi alimi Şihabəddin Yəhya
Sühravərdi bu nəhəng göy insanını "İşıq insanı" adlandırır. İlahi
nurdan yaradılmış məhz bu Allahdakı dində, Qızıl silsilə hər iki dünyanı idarə
edir.
Yazdıqlarımızdan
çıxan nəticə odur ki, göy insanı dedikdə, Azərbaycandan çıxmış və 33 dildə
danışan padişah və peyğəmbərlər nəsli nəzərdə tutulmalıdır ki, onların avam
adlandırdığımız yer insanından fərqi, ilkin materiya ilə vəhdətdə olmalarıdır.
Deməli, ünsiyyət vasitəsi olan dilin, iki növ insana aidiyyəti yoxdur. İnsanlar
yalnız yaradılış texnologiyasına görə iki növə bölünürlər. Mənbələrə görə hələ
Aşinanın vaxtında Türk dilində danışan iki qrupun biri əsla Türk hesab
olunmurdu. Başqa sözlə, insanların danışdığı dilə görə qruplara bölünməsi
yanlışdır. Qədim müdriklər bütün ədəbiyyatları ikili mənada, zahiri və batini mənada
yazmışlar. Batini məna, zahiri mənanın istiqamətini bildirir və yalnız İlahi
sirləri bilənlər ümumi mənanı dərk edə bilirdilər. Avam, yəni yer insanları
İlahi sirləri bilmədikləri və İlahla vəhdətdə olmadıqları üçün zahiri mənanı
birbaşa mənada qəbul edirlər ki, bu da yanlışdır. Deyilənə görə peyğəmbərimiz
demişdir: «Kim ki, müqəddəs yazıları ağılla izah edir və təfsirdə düz nəticəyə
gəlir, həqiqətdə o səhv təfsir verir». Mühiddin ibn Ərəbi buna misal üçün Nuh
surəsinin təfsirini qeyd edir ki, onun açması Quranda yazılanların tam əksidir.
Müdriklərin məntiqindən
belə çıxır ki, iki növ insan və onların da iki növ məntiqi var. Zahiri məntiq
avam, yəni yer insanları üçün, batini məntiq isə, Əflatunun filosof-şahlar
adlandırdığı göy insanları üçündür. Bütün yazıların batini mənası - göy
insanları nəslinin axirətə qədər bir-birinə olan münasibərlərinə aiddir. Kitabi
Dədə Qorqudda bu münasibət - Taş Oğuzun İç Oğuza düşmən olması və onların
döyüşü kimi qeyd olunur. Başqa sözlə, qədim müdriklərə görə bütün mənbələrdə -
göy insanlarının yerdəki nəslinin öz dinlərindən dönməsi və göydə ölümsüzlük
qazanmış əcdadlarının ruhlarına düşmən kəsilməsindən gedir. Ümumiyyətlə bilmək
lazımdır ki, müdriklərin məntiqinə görə insaniyyətlə bağlı hər şeyi qədim
Misirdə Ra-Amon (Ra-Əman) adlandırılan Rəhman Allah yaratmışdır.
Yaratdıqlarının 7700 illik tarixini də Lövhi-Məhfuzda Allah əvvəlcədən müəyyənləşdirilib
və Özü də bunların həyata keçməsinə nəzarət edir. Axirətə yaxın göy insanları
öz əsl dinlərindən döndükləri və haqq-ədaləti itirdikləri üçün, onlar göydəki
İç Oğuza düşmən olurlar. İç Oğuzla Taş Oğuzun savaşı da axirət savaşı mənasındadır
ki, bu zaman Allahın Şərqdəki Türk ordusu, yəni İç Oğuz tanrıları yerdə axirət
məhkəməsi qururlar (Məqalə: "Allahın Şərqdəki türk ordusu", sayt:
http://gilarbek.blogspot.com/2013/11/allahn-srqdki-turk-ordusu.html?m=1). Təbii
ki, bu savaşda insanlar milli kimliyinə görə yox, törətdikləri cinayətlərə görə
mühakimə olunacaqlar.
Bütün bunlar o
deməkdir ki, bu gün qəbul olunmuş tarix tam cəfəngiyyatdır. Bu tarix, ermənilərin
ərəb yazılarını ermənicə oxumaları kimi bir şeydir. Əslində isə bütün mənbələrdə,
tək olan Rəhman Allah və onun Özünə qulluq üçün seçdiyi göy insanlarının
tarixi, fəlsəfəsi və dini rəmzlərlə verilmişdir. İngilislər də
"history" dedikdə - "his story", yəni "Onun
tarixi" mənasında Allahın tarixini başa düşürlər (əgər anlayırlarsa).
Sufi-batinilərin məntiqinə görə, bu dünyada insaniyyətlə
bağlı hər şeyi Ra-Əman Allahımız yaratmışdır və bütün yazıların, abidələrin və
ümümiyyətlə hər şeyin batini, yəni rəmzi mənası onunla bağlı olmalıdır. Bizim hətta
muğamlarımızda "Yar Əman, Əman" sözləri dəfələrlə deyilir ki, bu da
Ra-Əman Allahın mədəniyyətimizin mənbəyində durmasından xəbər verir (Məqalə:
"Muğam – peyğəmbərin «merac» məqamıdır", sayt:
http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1153). Bu məntiqdə
bütün qədim abidələr rəmzlərlə yazılmışdır və bu rəmzlərdə Allahın yaratdıqları
insanlara çatdırılır. Batini mənası Allaha aid olmayan hər şey Allaha şərik
qoşmaqdır. Başqa sözlə, son dövrlərdə yazılmış və adi insanlara həsr olunmuş
bütün yazılar, romanlar və s. şirkdir. Şirk isə Allahın bağışlamadığı ən böyük günahdır. İnsan - Rəhman
Allahın “ağlının”, “əllərinin” məhsuludur və onun taleyini də Allah əvvəlcədən
yazmışdır. Yaradıcı olan yerdə yaradılışı tərifləmək, duluzçunu yox, onun düzəltdiyi
kasanı tərifləmək deməkdir. Yaradıcı Allahımız isə insanı yaratmaqla
kifayətlənməmiş, onun ikinci həyat qazanması üçün ona cənnət də yaratmışdır. Bu
məntiqə görə bütün qədim yazılarda tək Allahın tarixi rəmzləndirilmişdir.
İki-üç cümlə ilə biz bu tarixi belə ifadə edə bilərik: Rəhman Allah Öz Xelat
(Xaldeya) elində Babil qülləsini tikdirdikdən, onun göylərində Xüld cənnəti var
etdikdən və ilk "insanların" vahid sufi "dilindən" 70 dil
yaratdıqdan sonra, onları dünyaya
səpələdi (Məqalə: "Тайна святого языка Азери", sayt:
https://firudin.blogspot.com/2020/08/blog-post_34.html). Bütün ölkələrin
şahları olan göy insanların nəsli, yeni torpaqlarında, özlərinin ikinci dillərində
Allahın 7700 illik tarixini rəmzlərlə yazdılar. Öz aralarında və saraylarda isə
danışıq dili - ilkin materiyanın "dili" mənasında olan Türk dili idi
(Məqalə: "Правители мира и их единый «язык птиц», sayt:
https://firudin.blogspot.com/2020/08/blog-post.html?m=1). Göy insanlarının
vasitəsilə Rəhman Allah bütün ölkələri axirətə qədər haqq-ədalətlə idarə etdi.
Axirətə yaxın kosmik İşıq insanı, yəni Osiris/Azər Allahı parçalandı və onun
yerdəki Azər eli də bölünüb yadlar əlinə keçdi. Eyni zamanda, göy insanları nəslinin
yer insanları ilə qarışığından yeni insanlar yarandı ki, onlar göy insanlarının
və onların Türk dilinin dünyaya sahib olmalarını qəbul edə bilmədilər və yeni
dil ailələri nəzəriyyəsini ortaya atıb, dilləri - Hind-Avropa, Hami-Sami,
Çin-Tibet və s. dil qruplarına böldülər. Təbii ki, bunlar da tam cəfəngiyyatdır
və göy türklərinin tarixinə sahib çıxmaq məqsədini daşıyır.
Müasir
insanların ateist olmayan bir hissəsi bu gün Allahın varlığına sözdə inanır,
lakin Onun necəliyi haqqında ümumiyyətlə təsəvvürləri yoxdur. Onlar bütün hadisələrin
təsadüfən baş verdiyi qənaətindədirlər. Əslində isə bütün baş verən hadisələr, ilkin materiyanın əvvəlcədən Allah tərəfindən
sistemləşdirilmiş Əzəl yazısına, yəni Lövhi-Məhfuza uyğun baş verir. İlkin materiya
həm də kamil ağıl olduğu üçün, Əzəl yazıya uyğun baş verməli olacaq hadisələrin
ən optimalını hazırlayır və həyata keçirir. Allaha qədər, yəni axirətdən 5514
il əvvələ qədər bütün hadisələr səbəb-nəticə prinsipi ilə kortəbii baş verirdisə,
firon Amon İlahı (Xaos) sistemləşdirib, ondan El (Oğuz), yəni Allah yaradandan
sonra kosmosu bu Ra-Amon/Rəhman Allah idarə etməyə başladı. Başqa sözlə desək,
təxminən 14 milyard illik günəş sisteminin son 5500 ilini artıq İlah yox, onu
özünə tabe edən - əcdadımız pir Əman, yəni firon Amonun müqəddəs Ruhu idarə
edir. Quranda, Amonun ölümsüzlük qazanaraq Allaha çevrilmiş bu müqəddəs Ruhu -
"Ruhul Əmin" kimi keçir.
Bütün bunlar onu deməyə əsas verir ki, dünyada baş verən hadisələr heç də kortəbii yox, Əzəl yazıya uyğun baş verir. Azərbaycan səltənətinin Rusiya tərəfindən bölünməsi və torpaqlarımıza erməni adlı yer insanlarının yerləşdirilməsi də, baş verəcək kosmik hadisənin, yəni axirətin yaxınlaşmasının başlanğıcı idi. Allahın Mülkü sayılan Azərbaycanın pak torpaqlarının qanuni sahibləri - Qacar şahları, yəni qədim Misirin Qor yolu ilə gedən müqəddəslər nəslidir.
Mənbələrdə onlar eyni zamanda ifrat ismaili şiələri,
sorxsər bidin mülhidləri, yəni əhli-beytin ölümsüz Azəri mələkləri, assasinlər,
nizari ərənləri, fədailər və s. adlarla keçirlər. Riyazi təfəkkürə malik məntiqli
insanlar bilir ki, bu ölümsüz seyid-bəglərə qalib gəlmək mümkün deyil. Hələ keçən
əsrin ortalarına qədər bu pir-bəgləri söz və fikirlə canlı varlıqları, o cümlədən
insanları öldürə bilirdi. Allahın obrazı və bənzəri kimi yaradılmış bu bəg-ərənlər
torpağı yadlara yalnız Allahın iradəsinə uyğun verilə bilərdi. Ümumiyyətlə
insanlar anlamalıdırlar ki, dünyanı Allah idarə edir və qədim Misir yazılarına
görə, yalnız axirət dövründə, yəni Quranda
"torpaqların dəyişdirildiyi vaxt" adlandırılan 200-300 il zaman kəsiyində
yerdə haqq-ədalət pozulacaq və dünya məhvə doğru gedəcək. Başqa sözlə,
yaşadığımız dövrlərdə baş verən hadisələr təsadüfi yox, Əzəl yazıya uyğun baş
verir. Sonda ölmüş Azərin, yəni kosmik Asar/Osiris Allahının yerinə göydə yeni
Allah yaranacaq ki, mənbələrdə bu hadisə Azərin və ya Azər elinin - Lazarın
(El-Azər) dirilməsi kimi qeyd olunur. Lazarın ölümü ilə bağlı isə İsa peyğəmbər
İncildə bildirir ki, "bu Allahın şöhrəti
üçündür".
Masonluğun əsasını
qoyan ismaili batinilərinə görə, Allahın yaradılış prosesi yalnız axirətdə -
ikinci Adəm, yəni Azər Allahı yaranandan sonra tamamlanacaq. Masonlara görə Azərin
ruhu göydədir və masonlar onu - piramidanın zirvəsinin
göydə, fəzada qalması kimi rəmzləndirmişlər (Məqalə: "Древние масоны –
прямые потомки богов", sayt:
http://gilarbey.blogspot.com/2013/08/blog-post.html?m=1). Azərin yerə enməsi -
piramidanın fəzada olan baş hissəsinin yerdəki yarımçıq piramidanın üstünə, yəni
öz yerinə oturması deməkdir ki, bu da Allahın, yəni Böyük Mühəndisin yaradılışı
tamamlaması anlamındadır.
Bütün bunlar
haqqında daha ətraflı məlumatlar, mənbələr və faktlar Batini-Quran və digər
kitab və çoxsaylı məqalələrimizdə verilmişdir.
Firudin Gilar Bəg
Комментарии
Отправить комментарий