Misteriyalar yaradan "din ustaları" kimlərdir?

 

(Əlavələrlə yeni variant)

 

Şərqdə sufizm, təvil, ledun, ezoterizm və s. kimi tanınan şad bəglərin (seyid-bəglər) batin elmi, ən qədim zamanlarda misteriya, misterion, mistika və s. kimi yazılaraq gizlilik, gizli ayinlər mənasını verirdi. Qədim Yunanıstanda bu mistisizm dinə aid edilərək “mystery religions” kimi qeyd olunurdu ki, bu da dinlərin bilavasitə hansısa gizli rituallarla bağlılığı deməkdir (Məqalə: "Основой всех религий является одно космическое событие", sayt: https://firudin.blogspot.com/2020/04/blog-post.html?m=1). İngilislərin "mister" sözü də misteriya ilə, yəni gizli elmlə, batiniliklə bağlı olan insan mənasındadır. Yalnız samitlərin xüsusi məna ifadə etdiyi batinilikdə mister [MSTR], misteria [MSTR] rəmzləri kimi master [MSTR] rəmzi də eyni fikri bildirir ki, bu da gizli dini misteriyalar, ayinlər keçirən din ustaları deməkdir.

Məşhur yazıçı və natiq Laktansiya (IV əsr.) din, yəni religio (lat.) sözünün - “bağlamaq”, “birləşmək” mənasında olan “religare” sözündən əmələ gəlməsini qeyd edir. Burada "bağlamaq" dedikdə, İlahla (Re-elig/Ra-İlah), yəni ilkin materiya ilə vəhdət nəzərdə tutulur. Xalkidli Yamvlix, özünün əsas kitabı olan “Misir sirləri haqqında” kitabında, İlahla (Allah) vəhdət təşkil edən insanları teurqlar adlandırır və Misir maqları kimi göstərir. Yamvlix bildirir ki, teurqların son məqsədləri - ruhlarının yaradıcı Allahla vəhdətidir (А. Ф. ЛосевИстория античной эстетики», sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm). O, teurqun, Allahla vəhdəti üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Qəbul olunmuşdur ki, “teurqiya” (“teos” – Allah, “orqiya” - ayin, qurban mərasimi və s.) sözü - Allahla vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu “Allah yaratma” kimi də tərcümə edirlər. Deməli, dini misteriyalar - Allahla, yəni dirilik suyu, İlahi od və s. mənasında olan ilkin materiya ilə bağlı keçirilən rituallardır.

Sufizmdə ilkin materiya ilə vəhdət – türükün (türk) tərikə [TRK] yolu adlanır və sufinin Allaha, yəni “Hu” adlandırdığı ilkin materiyaya qovuşması üçün keçdiyi silsiləni bildirir. Sufilər bunu Allaha (ilkin materiyaya) və ya Allahda “səyahət” (seyri suluq) adlandırırlar. Silsilənin Bəqa, yəni bəglik fazasında türük Allaha qovuşur və artıq onunla Allah arasında heç bir maneə olmur. O, ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. İlahi qüdrətə sahib olur. Deməli, misteriyalar – insanın, Allah qüdrətinə sahib olmaq və ondan öz mənfəəti üçün istifadə etmək məqsədilə keçirilən ayinlərdir. Əgər nəzərə alsaq ki, sufizmdə teurq rəmzi türk (türük, tərikə) rəmzi ilə eyni mənalı rəmzlərdir, razılaşarıq ki, Misir teurqları [TRQ] elə tərikə yolunu gedən türklər [TRK] olmuşlar.

Sufinin ekstatik durumdakı Bəqa səviyyəsi qədim mənbələrdə Baxus və ya Vakh (Vəhy) adlanırdı. Yunan mifologiyasında Vakh - ekstaz, vəcdə və cuşa gəlməni, eyni zamanda təbiət qüvvələrini bildirən Olimpiya Allahı sayılırdı. Yunanlıların, eyni zamanda Dionis adlandırdığı Vakh mənbələrdə düşünən ruh kimi qeyd olunur. O Titanların hökmranı, yer sferasının qurucusudur. Vakh vəziyyəti, düşünən ruhun özünü dərk prosesindəki vəziyyətidir. Titanların ilkin vəziyyəti isə, səpələnmiş və öz düşünmə mahiyyətini itirmiş düşünən ruhlar idi. Vakh güzgüyə baxan zaman, özünü bütün səpələnmiş ruhların bənzəri kimi görür və öz əksini, kölgəsini canlandırır. Beləliklə kosmosda, Vakh/Bəqa vəziyyətində olan insana bənzər nəhəng adam canlanır ki, ibn Ərəbi bu obrazı Adəm adlandırır və Haqq, yəni Allah kimi qeyd edir (Mühiddin İbn Ərəbi, “Füsus-ül Hikəm”,1). Deməli, Baxus, Vakh, Dionis dedikdə kosmosda yaradılmış və insan formasında olan nəhəng Allah təsəvvür olunmalıdır ki, qədim Misirdə bu Allah Atum (Adəm) adlanırdı. Parçalanmış Vakhın dirilməsinə aid keçirilən törən isə mənbələrdə Vakh misteriyası (Bəg misteriyası) kimi keçir.

Vakh misteriyaları - Titanların parçaladığı gənc Vakhın (Dionis) dünyaya səpələnmiş və məhv olmuş bədəninə həsr edilmişdir. Yalnız onun ürəyi Pallada tərəfindən xilas olur ki, bunun hesabına o yenidən öz görkəmində dirilir. Titanlara qəzəblənən yaradıcı Demiurq Yupiter, cinayətlərinə görə, onları öz ildırımı ilə məhv edir. Eyni mənalı misteriyalar qədim Misirdə Osiris (Asar) Allahına aid edilirdi ki, o da qardaşı Set tərəfindən öldürülür və sonradan, oğlu Qor və anası İsida tərəfindən yenidən dirilir.

Misteriyaların içində ən təntənəli keçiriləni isə Elevsin misteriyaları sayılırdı ki, bu da böyük və kiçik misteriyalara bölünürdü. Ceyms Qardnerə görə, kiçik misteriyalar yazda, yaz gün bərabərliyində, böyük misteriyalar isə payızdakı gün bərabərliyində keçirilirdi. Kiçik misteriyalar hər il, böyük misteriyalar isə beş ildən bir qeyd olunurdu. Tomas Teylora görə, kiçik misteriyalar, uşağın ana bətnindəki inkişafı mənasındadır ki, ağıl 9 gün (9 ay rəmzində) illüziyalar aləminə düşür və öz üzərinə qeyri-reallıq pərdəsi örtür. Doqquz gün eyni zamanda doqquz sferanın rəmzi sayılır və insan ruhu bunlardan keçib yerdəki formasını alır. Kiçik misteriyalar bizlərdə Novruz bayramında keçirilən şəbihlər kimi qalmışdır. Böyük misteriyalar isə mənəvi dirçəlmə mənasında idi ki, ali idrakı dərk yolunu gedən insanı maddiyyat cəhalətindən azad edirdi. Burada, söhbət ölüm şahlığından, kamilləşmiş insan ruhunun azad edilməsindən gedir və bu da axirətdə yerə enəcək və insan forması alacaq İlahi ruh, yəni Allah ruhu mənasındadır (“Древние мистерии и секретные общества, повлиявшие на современный масонский символизм”, sayt:  http://www.telesmi.info/holl/ensy003.htm). Deməli, Elevsin misteriyaları əsasən, axirətdə gələcək insanın ruhunun ölüm şahlığında kamilləşməsinə həsr olunmuşdur. Ümumi götürdükdə bu misteriyaları əsasən iki hissəyə ayırmaq olar ki, burada birinci hissə, insanın vəhy hesabına kamilləşib, göydə Allah yaratmasına və axirətdə bu Allahın ölməsinə aiddir. İkinci hissə isə, bu ruhun ölüm şahlığındakı obrazının kamilləşdirib yerə insan simasında endirilməsinə və onun ölmüş Allahı diritməsinə həsr olunmuşdur.

Kiçik Asiyada ölüb-dirilən Attis Allahının (Adonis,Tammuz, Kibela) bayramı Gilar bayramı adlanırdı (Ем. Ярославский, «Как родятся, живут и умирают Боги», М.,1941,стр.83,86). Batin elmində Gilar [RLG] rəmzi, “din” mənasında olan “religio” [RLG] rəmzi ilə eyni mənalı rəmzdir ki, bu da qədim dinin məhz Gilar misteriyaları ilə bağlılığı və bu misteriyaları Gilar ustalarının (master)  keçirməsi deməkdir. Mən, “Aşura haqqında ağlasığmaz həqiqətlər” adlı məqaləmdə göstərmişəm ki, bu gün Azərbaycanda və bəzi müsəlman ölkələrində keçirilən Aşura mərasimi də öz kökünü məhz bu misteriyalardan götürmüşdür (sayt: http://gilarbey.blogspot.com/2013/03/asura-haqqnda-aglasgmaz-hqiqtlr.html?m=1).

Sufi və xristian mənbələrdə Məhəmməd peyğəmbər kosmik insan obrazında göstərilir və ölümündən sonra onun da yenidən diriləcəyi xüsusi nəzərə çatdırılır. Məhəmməd peyğəmbərin İslam dini də bu baxımdan kosmik insanla bağlı qanunlar mənasındadır. Quranda “din” rəmzi çox mənalar verən rəmzdir. Bunlar: Allah Hakimiyyəti, bu hakimiyyətə itaət edib boyun əymək, bu hakimiyyətin əməli nizamı, sərhəddi, qanunu, hökmü, fərmanı, qanununa əməl etmə, onun verdiyi mükafat və ya cəza, şəriət, adət, axirət, hesab, yol, səltənət, mülkiyyət və s. mənalarıdır. Əgər nəzərə alsaq ki, “din” rəmzi sufizmdə Dionis rəmzi ilə eyni mənalıdır və bu din Quranda Vaki, yəni Vakh mənasında qeyd olunur, razılaşarıq ki, din dedikdə kosmik insan və onun qanunları başadüşülməlidir. Quranda “Din günü” ifadəsi var ki, bu da axirət mənasında ölmüş Dionisin/Vakhın diriləcəyi axirət günü mənasındadır (Quran, 51:6, 82:17-19). Belə çıxır ki, İslam dini elə qədimdə Gilar elindəki dinin dəyişdirilmiş variantıdır. Batini ismaililərin müqəddəsi hesab olunan Şah İsmayıl Xətai, “Ərənlər sərvəti ol paki dindür” dedikdə, məhz Gelat/Gilar bəg-ərənlərinin batıni məntiqli İsna-Aşəriyə dininin pak din olmasını nəzərdə tutur.

İslam dünyasının ən tanınmış alimlərindən biri olan Mühiddin ibn Ərəbinin “Füsus-ül Hikəm” kitabına görə, Allah, İslam dinini məhz İbrahim oğullarına və Yaquba vəsiyyət etmişdir (orada, böl.8). Batin elmində İbrahim [BRHM] rəmzi Ba-Rəhim [B-RHM] kimi də oxunur ki, bu da Bəsmələdə “Bismillah” rəmzinin Rəhman rəmzindən sonrakı Rəhim rəmzinə də aid edilməsi mənasındadır. Bismillah dedikdə biz – “Ba Allahının ismi”nin, Rəhman və Rəhim olduğunu bilirik ki, qədim Misirdə Ba rəmzi Allahın göydə ölümsüzlük qazanmış ruhunu bildirirdi. Mən, “Rəhman Allahın ağlasığmaz sirləri” adlı məqalədə göstərmişəm ki, Rəhman Allah qədim Misirdə Ra-Amon adlanan Allahdır ki, ərşə ucalaraq, göyləri özünə tabe etmiş və  orada ölümsüzlük qazanmışdır (sayt: http://gilarbek.blogspot.com/2012/03/rhman-allahn-aglasgmaz-sirlri.html?m=1). Rəhim obrazı isə axirətdə onun yerinə keçəcək Mehdinin obrazıdır. Deməli, İbrahim obrazı eyni zamanda axirətdə Rəhman Allahın taxtında oturacaq varis Rəhimin obrazıdır və onun Ba ruhu ölümündən sonra göydəki kosmik insanın ruhuna çevriləcəkdir. Hind fəlsəfəsində Ba-Rəhman – Brahman, Ba-Rəhim isə Braxmo (İbrahim) kimi qeyd olunur ki, birinci hər şeyi yaradan, ikinci isə ilkin materiyanın bətni mənasında axirətdə gələcək Allaha aid edilir. “Budda – göydə Allah yaratmış Azəri bəgidir” adlı məqalədə mən bu haqda məlumat vermişəm (sayt: http://gilarbek.blogspot.com/2013/09/budda-goyd-allah-yaratms-azri-bgidir.html?m=1).

Yaqub rəmzi sufizmdə Bəqa səviyyəsi mənasındadır və bu rəmz qədim mənbələrdə Qeb dünyası, yəni Qeyb aləmi kimi qeyd olunur. Tövratda, Allah Yaqubun adını dəyişərək İsrail/İzrail qoyur və bu da Bəqa səviyyəsində yaradılmış göy cənnətinin sonrada Asar-Eli/Azər-Eli mənasında Osiris şahlığı adlanması deməkdir. Əgər nəzərə alsaq ki, İbrahim peyğəmbərin də atasının adı Azər olmuşdur, razılaşarıq ki, Allahın İbrahim oğullarına və Yaquba vəsiyyət etdiyi din - Gelad (Xelat) şiələrinin və ya Gilar bəglərinin Batin elmidir. “Mystery religions” dedikdə də qədim dini misteriyalar yaradan Gilar ustaları nəzərdə tutulmalıdır. Qədim Misirin bütün ovsun və dualarını da məhz bu Gel şəhərinin kahinləri tərtib etmişdilər.

Batin elmində mystery/mister rəmzləri “mu+ister” kimi də izah olunur ki, buradakı “Mu” rəmzi yaratmaq mənasındadır. Hind fəlsəfəsinə görə, Brahman dünyası “Omm” səsinin müşayiəti ilə yaranıb ki, “Om/Mo” səsini çıxaran qurbanlıq heyvanların ruhlarından göydə kosmik varlıq yaradılmışdır. Deməli, “Mu” rəmzi - yaradıram, yaradan, yaradıcı və s. mənalarındadır. Mister rəmzinin “İster” hissəsi isə hamıya İstar (İştar) İlahəsi kimi məlumdur. Bu İlahə qadın ilkin materiyanın, İlahi odun (dirilik suyu) rəmzidir. Deməli, mystery/mister rəmzləri “Allah yaradan”, “Allahın adı ilə yaradan”, “göydən ilahi od gətirən” və s. kimi də oxuna bilər. Bu isə din ustalarının, göydəki İlahi oddan (nurdan) Allah yaratmış teurqlar, yəni türklər olması deməkdir.

Lakin mystery/mister rəmzləri eyni zamanda “mis+ter” kimi də açıqlanır və buradakı “mis” rəmzi həm Musa peyğəmbər və həm də Nuh oğlu Sim mənasındadır. Bilirik ki, Musa peyğəmbər göydən İlahı od gətirmiş və ondan göydə Vəhy çadırı qurmuşdur. Tövratda Sim obrazı da çadır mənasında (Sim çadırı) qeyd olunur (Библия, Быт.9:25-27). Deməli, “Mis/Sim” rəmzi - göylər və burada yaradılmış cənnətin çadır formasındakı obrazıdır. Mystery/mister rəmzindəki “Ter/Ret” rəmzi isə ən qədim mənbələrdə “Taur” və “Arat” kimi qeyd olunur ki, qədim Misir yazılarında Ta-ur - “böyük torpaq” mənasında Abidos, yəni göydə yaradılmış Beytə (Abtu) – Evə aid edilir. “Ter” rəmzi ilə eyni mənalı “Arat” (Aratta) rəmzi isə mənbələrdə Enmerkar şahla əlaqələndirilir və məhz bu şahı şumerlilər - Asar, yəni Osiris, Azər Allahı adlandırdılar. “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqalədə mən Asar/Osiris Allahının yaradılması prosesi haqda bilgilər vermişəm (sayt: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html?m=1). Deməli, mys-tery/mis-ter rəmzləri – göydə yaradılmış cənnət (Vəhy [Vakh] çadırı) və onun insaniləşdirilmiş obrazı olan Osiris (Vakh) Allahı ilə bağlıdır və “mystery” dedikdə də məhz Osiris Allahının ölüb və dirilməsinə həsr olunmuş ayin nəzərdə tutulmalıdır. Mystery rəmzinin “religio” rəmzinə aid (“mystery religions”) edilməsi isə onu göstərir ki, bütün bu yaradılış bilavasitə Gilar eli ilə bağlıdır və din ustaları da Bəqa səviyyəsinə yüksəlmiş teurqlar, yəni Gilar türk bəgləri olmuşlar.

İsmaili batinilərində İslam dininin yaradılması və dünyaya yayılması da Gel oğulları ilə, yəni mənbələrdə Gelat (Xelat/Xaldeya) və ya Gilar (Gelar/Gelarküni) kimi keçən Azəri türk bəgləri ilə bağlıdır. Məhz bu pir-bəglərin (şad-bəglər/seyid-bəglər) göstərdiyi möcüzələr, insanları İslam dininin qüdrətinə inandırmışdır. Başqa sözlə, həqiqətdə İslam dini dünyaya qılınc gücünə yox, Allahın qüdrətini sübut edən möcüzələrin hesabına yayılmışdır. Tur Heyerdal, "Maldiv sirləri" adlı kitabında din ustalarının birinin göstərdiyi möcüzə haqqında danışır. O yazır ki, Maldiv adalarının əhalisini bütpərəstlikdən və cahillikdən xilas etmək üçün, Allah ora - "müdrikliyi dəryalardan az olmayan" Təbrizli şeyx Yusif Şəmsəddini göndərir. Şeyx adaların əhalisinə müsəlman olmağı təklif edir. Lakin təbii ki, onlar buna etiraz edirlər və Təbrizli şeyx möcüzə göstərmək qərarına gələrək, cini köməyə çağırır. Bu zaman - "başı göylərə çatan" cin gəlir. Məhz bu cini görəndən sonra adaların şahları və bütün əhalisi İslamı qəbul edirlər. Şeyx, şahın köhnə titulu olan "Siri Baranaditti" adını dəyişib, şaha - "Sultan Mühəmməd" rütbəsini verir. Onun məsləhəti ilə adada bütpərəstliyin bütün izləri silinib, məscidlər tikilir və İslam qayda-qanunlarının tətbiqi başlanır (Тур Хейердал, "Мальдивская загадка", sayt: http://kimmeria.com/world_library/maldives_09_03.htm). Bu o deməkdir ki, İslam dinini dünyaya Gel oğulları, göstərdikləri möcüzələr hesabına müharibəsiz yaymışlar. Mənbələrdə qeyd olunanlar isə rəmzi mənadadır və batıni ismaili bəglərin - əsl İslamın, yəni İsna-Aşəriyə dinin avam insanlar üçün sadələşdirdikləri variantdır (Məqalə: "Əsl İslam – cənnət fəlsəfəsidir", sayt: https://gilarbeg.wordpress.com/2021/09/03/%c9%99sl-islam-c%c9%99nn%c9%99t-f%c9%99ls%c9%99f%c9%99sidir/).

Mən “Древние масоныпрямые потомки богов” adlı məqalədə göstərmişəm ki, ən qədim dünyanın bütün sirləri bir məkanla və bu məkanda yaşayan bir tayfa ilə bağlı olmuşdur (sayt: http://gilarbey.blogspot.com/2013/08/blog-post.html?m=1). Qədim mənbələrdə bu el Gel, Qall, Qalil, Qalaad, Xelat, Xaldeya, Gelar, Kelt və s., burada yaşayan tayfa isə Gel, Xəlil, Qall, Qulyard və s. kimi qeyd olunurlar. Mətnlərdə məhz onlar Allahların törəmələri, mələklər, əjdahadan doğulmuşlar, müqəddəslər və s. adlandırılırlar. Dünyanın bütün imperatorları, şahları, çarları, sultanları bu tayfanın törəmələridirlər. Ra-Amon (Rəhman) Allah məhz onların elini Öz eli, xalqını isə Öz xalqı hesab edir və Özü də idarə edir. Bütün mason təşkilatlarını da məhz bu “quş dili” bilən Gel oğulları yaratmışlar ki, bəşəriyyətin bütün inkişafı, onların hesabına baş vermişdir. Bütün dinlərin də batini, yəni gizli mənaları, onların Gelat/Xelat göylərində yaratdıqları cənnətə aiddir. Məhz onlar, ruhlarının ölümsüzlüyü üçün göydə Xüld cənnəti yaratmış və öləndən sonra da ruhları orada ömürlərini davam etdirirlər. Adi insanların da bu cənnətdə ölümsüzlük qazanması üçün, bu müqəddəslər nəsli, İslam qaydaları yaratmış və həyatını bu qanunlara uyğun yaşamış insanlara orada ölümsüzlük qazanmaları üçün şans vermişdir. Lakin sonradan, insanlar bu yazıların zahiri mənalarını əsas götürdükləri üçün cənnətdən qovuldular. Bəşəriyyətin əvvəlcədən yazılmış və gizlədilmiş tarixinə görə, Allah axirətdə yenidən insanlara bu cənnəti qazanmaq şansı verəcək ki, bu zaman parçalanmış, köhnə cənnətin yerinə, göydə yeni Azər şahlığı, yəni Osiris dünyası yaranacaq.

Bütün bunlar haqda daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.

                                                                                      Firudin Gilar Bəg

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери