Batin aliminin İranın saxta ayətullasına cavabı

 


Son zamanlar İran İslam Respublikasının molla rejimi Azərbaycana qarşı açıq təhdidə keçmişdir. Bu günlərdə İran dini lideri ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imam-cüməsi ayətullah Seyid Həsən Amili, İranı şirə bənzədərək, Azərbaycana “şirin quyruğu ilə oynamamağı" məsləhət görmüşdür". Özlərinə - ayətullah, mərceyi-təqlid və s. ali şiə titulları götürmüş bu "din adamları" şiəliyin mahiyyətini anlamadan, onu terrora dəstək verən bir rejimə çevirmiş və bu gün Azərbaycana hədə-qorxu gəlməkdən belə çəkinməmişlər (Məqalə: "Saxta fars şiəliyi və Azərbaycan", sayt: https://gilarbeg.wordpress.com/2020/09/20/saxta-fars-si%c9%99liyi-v%c9%99-az%c9%99rbaycan/). İş o dərəcədə absurd səviyyəyə çatmışdır ki, İran,  əhalisinin əksəriyyəti ilə dili bir, dini bir olan və ərazisi xristian Ermənistan tərəfindən işğal olunmuş Azərbaycana yox, qəsbkar xristianlara açıq yardım etməyə, Azərbaycanı isə hədələməyə başlamışdır. Özünü şiə ölkəsi adlandıran bir məmləkət necə ola bilər ki, qəsbkar xristian ölkəsinə görə, əhli-beyt aşiqlərinə düşmənçilik etsin? O necə şiəlik, hansı İslamdır ki, təcavüzə uğramış öz din qardaşına yox, onun düşmənlərinə yardım edir? Özlərini ayətullah, mərceyi-təqlid adlandıran bu "mollaların" görəsən bu rütbələrin əsl mahiyyətlərindən xəbəri varmı?

Ayətullah - şiəlik və ismaililikdə "gizli imam", yəni Mehdinin qayıdışına qədər onun köməkçisi mənasında olan bir dərəcədir. Mərceyi-təqlid isə on iki imam mənasında İsna-Aşəriyə dinində rütbədir ki, bu səviyyənin alimləri İlahi qanunları və onun təvilini, yəni ezoterik batini mənalarını bilməlidir. Ümumiyyətlə, əsıl şiəlik və ismaililik - dini yazıların daha dərin batini mənalarını əsas götürən İsna-Aşəriyə dinidir. Mən İranın din alimlərindən soruşmaq istəyirəm: siz İsna-Aşəriyə və onun batini məntiqini anlayırsınızmı ki, minə qədər mollaya ayətullah, on ikisinə isə mərceyi-təqlid titulunu vermisiniz? Əcəba siz ayətullah və təqlid rəmzlərinin batini mənalarını bilirsınızmı?

Qurana görə İsmail, atası İbrahimlə birlikdə İslamdan min illər əvvəl beytin təməlinin yüksəlməsində iştirak etmiş və buna görə də beytin, yəni Allah üçün tikilmiş evin sirlərini bilmişdir. İsmailin Batin elmi də bu mənada ismaililərin elmi kimi qəbul olunmuşdur ki, onlara bu ad, Allah və onun daxili sirlərini - "bətnini", yəni içinin sirlərini bildikləri üçün verilmişdir. Bu gün cəfəri-ismaili şiəliyindən danışan ayətullalar, mərceyi-təqlidlər gərək bu beytin yaradılış texnologiyasını, mahiyyətini, mövcudluq şəraitini və son məqsədini bilə ki, "on iki imam", "yeddi imam", imam Sahib Zaman və s. rəmzlərin əsl mənalarını dərk etsin. Siz bunları bilirsinizmi və bu suallara cavab verə bilərsinizmi? İslamın ən tanınmış alimləri əl Qəzali, Mühiddin ibn Ərəbi, Şihabəddin Yəhya Sühravərdi, Əşari və s. kimi dahilərdir ki, məhz onların kamil elmləri - İslamın cəhalət adlandırılmasının qarşısını almışdır. Bu gün İranda bu dahiləri anlayıb, onların yazılarının mahiyyətini dərk edən alim varmı? Adəmi - Haqq, yəni Allah adlandıran Mühiddin ibn Ərəbinin "Füsusül Hikəm" kitabında ümumiyyətlə söhbətin nədən getdiyini təsəvvür edən bir nəfər din aliminizin adını deyə bilərsinizmi? Aranızda Quranın tək bir cümləsinin - Bəsmələnin təvilini, yəni batini mənalarını açan bir aliminiz varmı? Təbii ki, yoxdur və ola da bilməz. Çünki bunlar Allahın kimliyi ilə bağlı sirlərdir və onları yalnız Əflatunun filosof-şahlar adlandırdığı padişahlar və peyğəmbərlər nəslinin nümayəndələri dərk edə bilər. Sizin kimi zahir "alimləri" bunları qavraya bilməz.

Qurana görə əsl şiəlik, yəni ismaili fəlsəfəsi İranda İslamda min illər əvvəl olmuşdur və Nuhdan, İbrahim peyğəmbərdən başlayır. Batini məntiqdə bütün peyğəmbərlər, Allahın Xelat göylərində yaratdığı Xüld cənnəti ilə bağlıdır. Quran və digər bütün müqəddəs kitablardakı rəmzlərin batini mənaları da bu cənnətin yaradılmasına həsr olunmuşdur. Siz ümumiyyətlə cənnətin necəliyi və yaradılışı haqqında nə isə bilirsinizmi? Şiə, Quran, İslam, din, müsəlman və s. kimi adi rəmzlərin batini mənaları haqqında nə isə söyləyə bilərsinizmi? Təbii ki, sizin kimi saxta ayətullalar, bu və sonsuz sayda bu kimi suallara cavab verə bilməz. Çünki siz heç İsna-Aşəriyənin nə demək olduğunu və nə məqsədlə yaradıldığını bilmirsiniz. Mən isə bütün bu suallara Batini-Quran kitabımda və yüzdən artıq elmi məqalələrimdə geniş izah vermişəm. Bu məqalədə isə yazdıqlarımı ümumi, sadə dildə izah etməyə çalışacağam ki, mollalarda da əsl şiəliyin nə olduğu haqda ümumi təsəvvür yaransın.

Hər şeydən əvvəl onu bilməlisiniz ki, Allah iki növ: göy və yer insanlarını yaratmışdır (Məqalə: "Истина о небесных и земных людях", sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1). Göy insanları dedkdə, Rəhman Allahın Özünə qulluq üçün yaratdığı Xəzər (Azər) Türk bəgləri nəzərdə tutulur ki, bütün qədim yazılar və mədəni abidələr onlara aiddir. Quranda, aləmlərdən üstün yaradılmış və xüsusi elm verilmiş bu Azəri bəgləri - İsrail oğulları kimi keçir ki, İsrail/İzrail rəmzləri batini mənada Asar-Eli/Azər-Eli deməkdir (Məqalə: «Qurandakı İsrail oğulları - Azəri bəgləridir!», сайт: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). Asar/Azər isə Aşar (Aşəriyə) rəmzi kimi qədim Misirin Osiris Allahı mənasındadır. Quranda Azər oğullarına verilmiş batin elmi - ən ali elm mənasında Süleyman peyğəmbərə öyrədilmiş "Quş dili" adlandırılır. Adi yer insanlarını isə qədim müdriklərə görə təbiət və şəhvət idarə etdiyi üçün, onlar yazılarda qeyd olunmağa layiq görülməmişlər. Onlara müqəddəs kitabları oxumağa belə vermək, müdriklərə görə ləl-cəvahiri heyvanın qarşısına atmaq demək idi. Başqa sözlə, bütün qədim abidələr, yazılar rəmzlərlə yazılmışdır və hamısının da batini mənaları yalnız Allaha və onun aləmlərdən üstün yaratdığı, onlar üçün göydə cənnət var etdiyi Xəzər (Azəri) Türk bəglərinə aiddir (Məqalə: "İşıq İnsanı və onun İlahi məntiqi", sayt: https://firudin.blogspot.com/2021/09/isq-insan-v-onun-ilahi-mntiqi.html).

Mənbələrdə Azər, yəni Osiris nəsli ölümsüz Allahlar nəsli hesab olunur. Azər oğullarının ölümsüz hesab olunması, onların ruhlarının Xüld cənnətində ikinci həyat qazanmaları ilə bağlıdır. İsna-Aşəriyə (Sin-Azər) rəmzi də batinilərdə Sin/Süni/Sion dağındakı Azər/Osiris Allahı deməkdir.

Qədim Misir yazılarına görə, Allah ilk olaraq, dünyaya hökmranlıq üçün Asar, yəni Osiris (Azər/Aşur) Allahını yaratmışdır. Axirətə yaxın, qardaşı Set paxıllıq edib onu öldürür və sonda Osirisin oğlu Qor atasını dirildir və o yenə dünyaya hökmranlıq etməyə başlayır. Batinilərdə Aşura mərasimi də ölmüş Asura, yəni Azər/Osirisə həsr olunmuş matəm mərasimidir (Məqalə: "Aşura - Azərbaycan Atabəglər şahlığının məhvinin mərasimidir", sayt: https://gilarbeg.wordpress.com/2021/08/11/asura-az%c9%99rbaycan-atab%c9%99gl%c9%99r-sahliginin-m%c9%99hvinin-m%c9%99rasimidir/).

Süni, yəni Midiyanın (Albaniya) Sünik dağının göylərində inaq-bəglərinin, ölənlərin ruhları üçün "səhra" tikməsi haqqında mən kitab və məqalələrində çox yazmışam. Deməli, İsna-Aşəriyə dini, Midiya göylərində bəg-ərənlərin yaratdığı cənnətə inam mənasındadır ki, e. ə. VIII əsrə aid Assuriya yazılarında bu cənnət “Şərqin ərəbləri” ölkəsi adlanırdı (Məqalə: "Əsl İslam – cənnət fəlsəfəsidir", sayt: https://gilarbeg.wordpress.com/2021/09/03/%c9%99sl-islam-c%c9%99nn%c9%99t-f%c9%99ls%c9%99f%c9%99sidir/). Midiya rəmzi ərəb mənbələrində Mədinə kimi keçir ki, batini mənada bu rəmzlər - göydə yaradılmış Atum/Adəm dünyası deməkdir. Qədim Misirdə Atum adlanan kosmik İnsan-Allahı Mühiddin ibn Ərəbi Adəm kimi qeyd edir və Haq, yəni Allah adlandırır. Başqa sözlə, batini mənada Ərəbistan çölləri dedikdə əsl ayətullalar - ilkin materiyadan, yəni İlahdan Midiya göylərində yaradılmış "səhranı" nəzərdə tuturlar ki, bu da Atum/Adəm adlanan kosmik insanın bədənindədir. Hədislərin birində Məhəmməd peyğəmbər - "Həqiqət mənim daxili vəziyyətimdir" deyir ki, bu onun göydə ilkin materiyadan, yəni İlahi nur səhrasından yaradılmış Adəm obrazında olması deməkdir.

Qədim rus mənbələrində Ərəb xilafəti - aqarlıların və izmaililərin şahlığı kimi keçir və bizlərə bu rəmzlər Həcər və İsmail kimi məlumdur. Əhdi-Ətiqdə izmaililər Madiam və Geladla əlaqələndirilir və bunlar da Midiya və Gelat/Qalut, yəni Xelat eli deməkdir.  Bildiyimiz kimi, İbrahim peyğəmbərin oğlu İsmail, anası Həcərlə (Aqar) Faran (Paran) səhrasına göndərilir və məhz bu səhra batinilərdə Midiyanın Süni/Sion/Sünik göylərindəki cənnət mənasındadır (Məqalə: "Тайна Моисея и сорокалетнего скитания евреев по пустыне", sayt: https://firudin.blogspot.com/2021/07/blog-post_17.html). Faran rəmzi qədim İran mənbələrində farna kimi keçir və efir, ilkin materiya mənasında İlahi mahiyyət hesab olunur. Faran səhrasını "tikən" inaq bəgləri isə İran mənbələrində farbaq, farnbaq, yəni firon-bəg, pir-bəg adlandırılır. Bu isə o deməkdir ki, İsmailin də tikilişində iştirak etdiyi beyt, yəni Allahın evi elə ismaililərin Midiyadakı Gelat/Xelat elidir. Qədim Misir yazılarına görə, Allah məhz Gel şəhərində, yəni Gelatda Atum (Adəm) Allahını yaratmışdır və qədim Misirin bütün ovsun və dualarını da Gel kahinlərin yazmışdılar.  İsmaililərin bu Gelat (Qulat) eli bizlərə ifrat şiələrin (Gelati-Şiə) eli kimi məlumdur. Əhdi-Ətiqdə Allah bu eli - "Mənim Geladım" adlandırır ki, yəhudi mənbələrinə görə Allah burada Öz seçilmişlərinin arasında yaşayır.

Təbii ki, İran mollaları bütün bunları dərk edə bilməz. Çünki onlar heç İlahla Allah rəmzləri arasındakı fərqi bilmirlər. Onlar anlamırlar ki, batini mənada Allah - İlahdan, yəni ilkin materiyadan, İlahi oddan yaradılmış El (El-İlahi/Əli-İlahi), yəni dünya deməkdir. İmam Əli də batinilərdə - göydə yaradılmış Elin, Vilayətin, Aləmin insaniləşdirilmiş obrazıdır. İslam (S-LM) və İsmail (S-ML) rəmzləri də batini mənada İsa-Aləmi, yəni ruhlar vilayəti anlamındadır.

Qədim Misir yazılarında Gel şəhərində yaradılmış Allah - Haq (Heka), onun seçilmişləri isə bəg (baka) adlanırdı. İfrat şiələrin Qulat/Gelat eli adlandırdığı bu Gel şəhəri ərəb mənbələrində Azərbaycan Atabəglər Ailəsinin Xelat malikanəsi kimi keçir. Batinilər, qədim Misirin Gel elini və onun Amon (Ra-Amon) Allahını - Monqol (Əman-Gel) kimi rəmzləndirdilər. Deməli, qədim mətnlərdə Monqol və ya monqollar dedikdə, indiki Monqol ölkəsi yox, Azərbaycanın Gelat/Xelat eli və onun ifrat şiə bəgləri nəzərdə tutulmalıdır.

Yazılanlara görə, şiəlik ilk dəfə Monqol əsilli Elxani hökmdarı Olcaytu xanın dövründə İranın rəsmi dini olmuşdur. Elxan rəmzi mənbələrdə Elxanan kimi keçir və bu rəmz batinilərdə Xanan-Eli, Hunn-Eli deməkdir. Xanan qədim Misir yazılarında Ruten (Neter/Tanrı) adlanan və özlüyündə iki dünyanı birləşdirən Allah deməkdir və bu haqda mən məqalələrimdə yazmışam. Türk mənbələrində bu rəmz - yerdəki Taş Oğuz elinin göylərində yaradılmış İç Oğuz eli, yəni ruhlar dünyası anlamındadir (Məqalə: "Assuriya qədim Azərbaycan ölkəsidir", sayt: https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir). Olcaytu xanın müsəlman adı "Qiyas ad-Dünya və əd-Din Məhəmməd Xudabəndə Olcaytu"dur ki, bu rəmzin batini mənası - "Şahlığı göydən endirilmiş Kutilərdən Xuda Məhəmmədin Oğuz Dünyası və Dini" anlamındadır. Elxani dövləti - Çingiz xanın nəvəsi Hülakü xan tərəfindən mərkəzi Təbriz olmaqla Azərbaycanda qurulan Moğol dövlətidir ki, Moğol rəmzi batinilərdə Maq-eli, Hülakü rəmzi isə "Gel (İlah) elinin Allahı" (ağası) deməkdir. Hülakü dövlətinin rəsmi adı İranzəmin olmuşdur və bu da İran torpağı mənasında qəbul edilmişdir. Əslində isə İranzəmin dedikdə - İran ərazisindən şimala, mənbələrdə Tartariya adlanan nəhəng bir ərazi nəzərdə tutulurdu ki, bu ərazi də elə Böyük Monqol İmperiyası mənasındadır (Məqalə: "Великая тайна Божественного Улуса Дешти-Кыпчак и Тартарии", sayt: https://firudin.blogspot.com/2021/06/blog-post.html). Digər tərəfdən, buradakı İran rəmzi batini mənada Aran və Orion rəmzi ilə eyni anlamdadır və bu da qalaktikanın Süd (Saman) yolunda yaradılmış Ruten, yəni İç Oğuz cənnətidir (Məqalə: "Annunaki və Osiris Allahları - qədim Azəri bəg ərənləridir", sayt: https://firudin.blogspot.com/2021/07/annunaki-v-osiris-allahlar-qdim-azri-bg.html).

Son məqalələrimdə mən göstərmişəm ki, batini mənada Monqol imperiyası sufilərin göydəki Mələküt (Mülhid) aləmi, İran isə Allahın yerdəki Mülkü rəmzindədir ki, bu iki dünyanı da Ruten, yəni Tanrı adlanan nəhəng Atum (Adəm) Allahı "Öz bədənində" birləşdirir. Zəmin rəmzi isə batini mənada pir Əmanın ruhunu (İsa/Yeşua/Şiə Amon), zamanı, torpağı, təməli, zəmin hazırlamağı və s. bildirir ki, bu da axirətdən sonrakı zamanın sahibinin quracağı ikinci Monqol imperiyası deməkdir. Birinci Monqol imperiyasını isə Çingiz xan yaratmışdı və batini mənada Çingiz rəmzi - İç Oğuz, onun əvvəlki adı Temuçin isə "İç Atum" (Adəm) deməkdir və bu obraz Rəhman Allahın obrazıdır.

Rəhman Allah (Çingiz xan) yerdəki Mülkünü seçilmiş bəgləri vasitəsi ilə idarə edir və mənbələrdə bu bəglərin obrazı - Cəlair (Gilar) şahlar nəslinin Muğəli (Mukali) qoyon obrazıdır. Muğəli (Moğol) rəmzi batini mənada maq-eli, qoyon isə kəyan və ya koen (yəhudilərdə) deməkdir. Firdovsi "Şahnamə"sində yazır ki, Cəmşid göyə ilk ayaq açıb, orada kəyan taxtı qurur və divin çiynində taxta çıxaraq, fəzada günəştək qərar tutur (Məqalə: "Şahnamə" - Azəri türk bəglərinin tərcümeyi-halıdır", sayt: http://gilarbek.blogspot.com/2012/08/sahnam-azri-turk-bglrinin-trcumeyi-haldr.html?m=1). Bildiyimiz kimi göydə günəştək qərar tutan tək insan - qədim Misirin Ra-Amon Allahıdır ki, İslam onu Rəhman Allah adlandırır. Başqa sözlə, qədim mənbələrdə maqlar nəsli (Muğəli) dedikdə kəyan taxtının sahibləri olan Cəlairilər başa düşülməlidir ki, onlar Ra-Amon/Rəhman Allahın Özünə qulluq üçün seçdiyi bəglərdir. Bu isə o deməkdir ki, şiəliyi də İranda rəsmi din edən Cəlairilərin Qacar şahları olmuşlar. Şiə dedikdə isə batinilər, qədim Misirdə "Allahın ruhu" mənasını verən Şu Allahını nəzərdə tuturdular. Yəhudilər Şu-nu Yeşua, xristianlar isə İsa kimi qəbul etdilər. Şiəlik mənbələrdə "Şiə-Batiniyyə" kimi də yazılır və bu din Moğol hökmdarı Olcaytunun sarayında sistemləşdirilmişdi. Batini mənada bu saray - assasinlərin (ölümsüz ruhlar) Ələmut qalası mənasındadır. Buradakı hökumət - "Hökuməti Məlahide Batiniyyə" adlanırdı və bu da "Mələküt aləmindəki batini mələklərin hökuməti" deməkdir. Mələk dedikdə batinilər, bəg-ərənlərin ölümsüzlük qazanmış ruhlarını, yəni assasinləri (İsa-Sin) nəzərdə tuturdular ki, onlar Kuhistan (Qohistan) əhli hesab olunurdular. Kuhistan rəmzi batini mənada Haq-ostan, yəni Haqq ərazisi - Allahlar ölkəsi deməkdir və Haq rəmzi qədim Misirdə Osiris (Asar/Azər) Allahlarına aid edilirdi. Başqa sözlə, Kuhistan dedikdə, göydə ölümsüz Osiris Allahlarının ruhları mənasında mələklərin ərazisi-ölkəsi başa düşülməlidir ki, İsna-Aşəriyə də elə Sin (Süni/Sion/Sünik) göylərində yaradılmış Aşər/Osiris ruhlar dünyası deməkdir. Ələmut, yəni Atum-Elindəki "Hökuməti Məlahidə Batiniyyə" dailəri də Allahlar mənasındadır. Batinilikdə "dai" rəmzi Deo (Teo/Teos), yəni Allah anlamındadır. Bildiyimiz kimi Həsən Sabbah Ələmutda cənnət yaratmışdı. Sabbah rəmzi qədim Misir yazılarında Sebek Allahı adlanır ki, Osiris (Azər) Allahı – «mən Sebek Allahı kimi diriləcəyəm» deyir. Başqa sözlə, Həsən Sabbah axirətdə zühur edəcək ismaililərin gizli imamının obrazıdır.

Batinilərin müxtəlif məzhəb, istiqamət və s. kimi qeyd olunan Qaliyyə, Hulmaniyyə, İbahiyyə, Hululiyyə, Tənasüh və s. rəmzləri, göydəki dünyanın yaradılış sisteminin "hissələrini" bildirir. Məsələn: Qaliyyə - İlah mənasında olan Gel eli, İbahiyyə - sufizmin bəqa fazası, Hululiyyə - İlahla, Allahla vəhdət, Tənasüh - İlahi ruhun bədən dəyişdirməsi və s. anlamındadır.

Bütün bunlar o deməkdir ki, Monqol imperiyası dedikdə, Azərbaycan Atabəglər Ailəsinin Xelat Malikanəsinin göylərində, ifrat ismaili şiələrinin yaratdığı Xüld cənnəti nəzərdə tutulmalıdır. Mətnlərdə açıq yazılır ki, Monqol əsilli elxanilərin əhəmiyyətli mövqeləri məhz Azərbaycan məmləkəti idi və onların paytaxtı da Marağa, Təbriz, Sultaniyyə kimi şəhərlər olmuşdu. Onların pul sikkələrində, pulların kəsildiyi yer “zərbi-Azərbaycan”, hakimiyyətləri isə Təbriz şəhərinə aid edilərək, “Azərbaycan hökuməti” adlanırdı (Məqalə: "İran – Allahın Qacarlara verdiyi Qorunan Mülküdür", sayt: https://gilarbek.blogspot.com/2019/03/iran-allahn-qacarlara-verdiyi-qorunan.html?m=0).

Qədim Misir yazılarında Xelat (Gelat/Qulat) eli Gel şəhəri kimi qeyd olunur ki, fironlar (Azəri firon-bəgləri/farbaq) onun göylərində Osiris (Asar/Azər) ölüm şahlığı yaratmışdılar. Batinilər, Gel elinin bəgləri olan Gelar bəglərini - Monqol Cəlairilərə çevirdilər və sikkələrdə onların Gelad/Xelat eli "Xəllədə Mülkə-Hu", yəni Allahın Mülkü adlandırıldı.

Bu isə o deməkdir ki, qədim Albaniyanın Aranşahlar (Eranşahlar) nəslinin Gelarkün eli - Allah Mülküdür və məhz bu Mülkdə Allah Öz bəgləri arasında yaşayır. Allah Öz Mülkünü həm də "Məmaliki Məhruseyi Qacar”, yəni Qacar maliklərinin qorunan mülkü" adlandırır.

Qacar rəmzi İsmailin anası Həcər mənasındadır və bu rəmz qədim Aqar, yəni Qor rəmzidir. Qədim Misirdə Asar/Azər Allahının yerdəki fironlar nəsli Qor yolu ilə gedənlər adlanırdı ki, yalnız bu yolla gedənlər, Gel şəhərinin göylərində yaradılmış cənnətə düşə bilirdilər. Bu isə onu deməyə əsas verir ki, Cəlairilərin Qacar şahları elə qədim Misir fironlarının Qor pirləri nəslidir (Məqalə: "Annunaki və Osiris Allahları - qədim Azəri bəg ərənləridir", sayt: https://firudin.blogspot.com/2021/07/annunaki-v-osiris-allahlar-qdim-azri-bg.html). Alban Aranşahlarının Gelarkün eli mənbələrdə Qarni adlanır və bu da batini mənada "Ani (Gel) şəhərinin Qor fironları" nəsli deməkdir. Lakin Qarni rəmzi batinilərdə həm də Quran kimi oxunur ki, bu rəmz də Qərəə, yəni Qor rəmzindən yaranmışdır. Bu isə o anlama gəlir ki, Quran kitabı - ismaili ifrat şiələrin Qacar (Aqar/Qor) şahlarının kitabıdır. Quranın batini mənaları da Qor firon-bəglərinin Gel (Gelat/Gelarkün) şəhərinin göylərində yaratdığı Atum/Adəm Allahına və onun bətnindəki cənnətə həsr olunmuşdur.

İfrat ismaili şiələrində imam, Allahın yerdəki canişini, qapısı, peyğəmbəri və bu batini biliklərin varisidir ki, yalnız onun vasitəsi ilə Allaha yaxınlaşmaq olar. Belə çıxır ki, Gelat-Şiə batinilərinin İsna-Aşəriyə dininə görə, Quranın (Qərəə/Qor) batini mənalarını bilən ismaili imamları elə Xelat Atabəglərinin Qacar (Aqar/Qor) şahları nəslidir və qədim Misir yazılarında onlar Osiris (Asar/Aşar/Azər) oğlu Qorun yolu ilə gedənlər nəsli adlandırılırdı.

Bütün bunlar o deməkdir ki, şiəlik və ismaililik, çox dərin batini mənaları olan və Azərbaycanın Aranşahlar nəslindən başlanan dindir və bu din adı altında Türk bəg-ərənlərinin Xelat göylərində yaratdıqları cənnət nəzərdə tutulur.

Bu gün özlərinə ayətullah titulu götürən, lakin batini sirlərdən xəbəri olmayan və dindən xüsusi məqsədlə istifadə edən o ayətullalara bildirmək istəyirəm ki, İran - Allahın Mülküdür və Allah Mülkünü Öz seçilmişləri olan Cəlairilərin Qacar şahlarına əbədi vermişdir (Məqalə: "Джалаиры – божественный род Геракла", sayt: http://gilarbey.blogspot.com/2018/04/blog-post.html?m=1). Axirət dövrünün gəlməsi ilə bağlı siz, anlamadan Allahın Mülkünə sahib olmusunuz və Onun pak dinini terror alətinə çevirmisiniz. Çox çəkməz ki, Allahın mühakiməsinə verilərsiniz. Mən, Quranın və digər bütün müqəddəs kitabların batini mənalarını bilən alim kimi sizə məsləhət görürəm ki, Azərbaycanın düşmənlərinə yardımı dayandırın və hakimiyyəti, onun qanuni sahibləri olan Qacar şahlarının törəmələrinə verin. Çünki, Allah bu dünyada yalnız bu şahların sözlərini eşidir və onların istəklərini həyata keçirir. İranın gələcək xoşbəxtliyi yalnız onlardan aslıdır.

İranı şirə bənzədib, "onun quyruğu ilə oynamamağı" Azərbaycana məsləhət görən ayətullah Seyid Həsən Amiliyə demək istəyirəm ki, ey elmsiz ayətullah, şir İranın deyil, İran şahları olan Qacar nəslindən axirətdə gələcək gizli ismaili imamının obrazıdıır. İmam gəlib bu dünyada axirət məhkəməsi quracaq və saxta ayətullalardan başlayaraq, Allahın Mülkündə pak İsna Aşəriyyə dinini terror alətinə çevirmiş bütün günahkarları, əlindəki Zülfüqar qılıncından keçirəcək. Bu gün biz məhz o günlərin ərəfəsində yaşayırıq və Allahın bu dünyada haqq-ədaləti bərpa edəcəyi gün çox yaxındır. Özünüzün, ailənizin və törəmələrinizin gələcəyini düşünün. Allah sizə birdən gələcək və son peşmançılıq da fayda verməyəcək.

 

Batini-Quran kitabının müəllifi Firudin Gilar Bəg

 

Комментарии

Популярные сообщения из этого блога

Библейский Сиф сын Адама является образом Мессии-Мошиаха

Истина о небесных и земных людях

Тайна святого языка Азери